Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1585/2021 15.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə (üçüncü şəxs Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası) qarşı övladlarının soyadının doğum haqqında şəhadətnamədə dəyişdirilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh 29.12.2020-ci il tarixli 5/Q- 3360/11 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı ilə X2 rayon Qeydiyyat şöbəsinə müraciət edərək 04.05.2006-cı il doğumlu övladları X4, 25.04.2008-ci il doğumlu X5, 01,07.2009-cu il doğumlu X7 və 10.11.2017-ci il doğumlu X1 “Verdiyev”a soyadından “Sabirzadə” soyadına düzəliş edilməsini xahiş etmişlər. Ailə Məcəlləsinin 53.3-cü maddəsinə müvafiq olaraq uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideyinlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. 10.05.2006-cı il tarixdə 18 nömrəli, 06.05.2008-ci il tarixdə 39 nömrəli, 05.08.2009-cu il tarixdə 46 nömrəli, 05.12.2017-ci il tarixdə 21 nömrəli Şəmkir rayon Düyərli kənd icra nümayəndəliyində tərtib olunmuş doğum haqqında akt qeydlərində soyad atanın soyadına uyğun olaraq “Verdiyev” yazılmışdır. Yetkinlik yaşına çatmayan uşaqların hal hazırki soyadları atanın soyadına uyğun olduğu üçün onların soyadında düzəliş etmək Cavabdeh imkanı xaricindədir. Ona görə də Cavabdeh İddiaçı ilə X3 uşaqlarının soyadını dəyişdirmək barədə xahişini təmin edə bilməmişdir və onlara məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh vəzifəli şəxslərinin hərəkətlərini hüquqlarını məhdudlaşdıran hərəkət kimi qiymətləndirərək övladlarının doğum haqqında şəhadətnaməsində dəyişiklik edərək soyadlarını “Vəliyev” əvəzinə “Sabirzadə” yazılması vəzifəsini Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 09.07.2021-ci il tarixli 2-1(114)-1585/2021 nömrəli qərardadı ilə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçıya, cavabdeh orqana və üçüncü şəxsə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmiş, iddiaçı məhkəmə iclasına gəlməmişdir. İş üzrə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilərək iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair 09.07.2021-ci il tarixli sərəncam göndərilmiş və qeyd edilən çatışmazlıqların aradan qaldırılmaqla qanunvericiliyə uyğun iddia ərizəsi tərtib edilərək təqdim olunması üçün 15 sentyabr 2021-ci il tarixədək vaxt verilmişdir. Məhkəmənin sərəncamı 04.08.2021-ci il tarixdə iddiaçının ünvanı üzrə şəxsən özünə təqdim olunmuşdur. Lakin iddiaçı məhkəmənin sərəncamını almasına baxmayaraq sərəncama əməl etməmiş, məhkəmənin müraciətində qeyd olunanlara dair iddia ərizəsindəki nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Nəzərə alınmalıdır ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Göründüyü kimi İPM-in 30-cu maddəsi prosessual həmiştirakçılığın mahiyyətini təsvir edir və prosessual həmiştirakçılıq o zaman mümkündür ki, tərəflər mübahisə predmeti üzrə eyni hüquqi maraqlara malik olsunlar və ya eyni faktiki və hüquqi hallara söykənən hüquq və vəzifələrə malik olduqlarını bildirsinlər. İddia ərizəsindən məlum olur ki, hazırki iddia yalnız uşaqların atası tərəfindən imzalanmış və məhkəməyə yalnız bir valideyn tərəfindən müraciət olunmuşdur. Hər iki valideyn hazırki iş üzrə müştərək hüquqi marağa sahib olduqlarından yalnız biri tərəfindən bu cür iddianın verilməsi mümkünlük şərtinə cavab vermir. Bundan başqa, iddia ərizəsinin “xahiş etdi” hissəsində tələb düzgün qeyd olunmamış, doğum haqqında şəhadətnamələrdə soyadların dəyişdirilməsi öhdəliyinin qoyulması kimi göstərilmişdir. Məhkəmə qeyd edir ki, şəhadətnamə qeydiyyat sənədidir və iddia tələbində doğum akt qeydində aparılmış qeydlərin dəyişdirilməsi tələbi ilə müraciət olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə (üçüncü şəxs Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası) qarşı övladlarının soyadının doğum haqqında şəhadətnamədə dəyişdirilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1585/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1585/2021
15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver