Məhkəmə qərarları › İş №2-1(114)-1586/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1586/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1586/2025 25.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli N nömrəli əmrindən çıxarışa əsasən İddiaçı 5-ci motoatıcı tabor, 13-cü motoatıcı bölüyünə müddətli həqiqi hərbi xidmət keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumlarından gəldiyinə görə N iyul tarixindən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməklə, bütün növ təminatlara qoyulmuş və “Əsgər” hərbi rütbəsi verilməklə vəzifələrə təyin olunmuşdur.

2. N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli N89 nömrəli əmrindən çıxarışa əsasən Əsgər İddiaçı 4-cü taborun 11-ci bölüyünün N-ci taqımının 3-cü motoatıcısının heyət nəfəri-atıcısı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli 09 nömrəli sərəncamına əsasən N oktyabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmaqla, xidmətini davam etdirmək üçün Ağcabədi rayonu, N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir.

3. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli 3 nömrəli əmrindən çıxarışa əsasən əsgər İddiaçı N hərbi hissə komandirinin 0N yanvar N0N1-ci il tarixli 01 nömrəli sərəncamı ilə hərbi xidmətini davam etmək üçün Beyləqan rayonu N nömrəli hərbi hissədən gəldiyinə görə xx.xx.N0N1-ci il tarixcindən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyulmuş və 4-cü taborun 1N-ci bölüyünün N-ci taqımının 1-ci manqasının qumbaraatan köməkçisi vəzifəsinə təyin olunmuşdur.

4. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli 187 nömrəli əmrindən çıxarışa əsasən qanunvericilikdə nəzərdə tutulmuş hərbi xidmət müddətini başa vurduğuna görə Əsgər İddiaçı 01 iyul N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, ərzaq və əşya təminatından, 30 iyul N0N1-ci il tarixindən isə pul təminatından çıxarılmışdır.

5. Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0N1-ci il tarixli N714 nömrəli Sərəncamı ilə İddiaçı “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuş və ona bu barədə № İ-1585N nömrəli vəsiqə təqdim edilmişdir.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N4-cü il tarixli 3-N5-N/N- A-7Nxx-xx/N0N4 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildirilir ki, "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrının verilməsi üzrə komissiya'nın 03 0N.N0N3-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 04 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyatlarına cəlb olunan hərbi hissələrin siyahısında olmadığına görə Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetina göndərilməsi məqsədə uyğun hesab edilməmişdir.

7. İddiaçıya məxsus SX№0587895 nömrəli hərbi biletdə onun xx.xx.N0N0xx.xx.N0N0-ci il tarixlərdə Cəbrayıl istiqamətində N nömrəli hərbi hissənin tərkibində atıcı vəzifəsində xidmət etməsi, eyni zamanda həmin tarixlərdə Vətən müharibəsində iştirak etməsi qeyd edilmişdir.

8. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların Səfərbərlik təyinatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular barəsində arayış-məlumatında aşağıdakılar qeyd edilmişdir: Döyüş əməliyyatları aparılan zaman (N7.09.-xx.xx.N0N0-ci il tarixlərdə)

1. Xidmət keçdiyi hərbi hissə (müəssisə): N nömrəli hərbi hissə

2. Rütbəsi: əsgər

3. Vəzifəsi: atıcı

4. Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): xx.xx.N0N0-ci il tarixli №N nömrəli əmri-xx.xx.N0N1-ci il tarixli №187 nömrəli əmri

5. Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə): xx.xx.N0N1 MN №06N

6. Həmin dövrdə şəxsin Səfərbərlik təyinatı üzrə bölmələrinin tərkibində döyüş əməliyyatlarına cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə): xx.xx.N0N0 №N89

7. İştirak etdiyi ərazilər: Ağcabədi və Beyləqan rayonu tamamlama məntəqəsi

8. Hansı qismdə iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): Səfərbərlik təyinatına əsasən məntəqəsində xx.xx.N0N0 №N89 nömrəli əmrinə əsasən vəzifə borcunu yerinə yetirib.

9. Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: yoxdur

10. Xəsarət (yaralanma, travma, kontuziya) aldığı ərazi: yoxdur

11. Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz): yoxdur

12. Ehtiyata və ya istefaya buraxılması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi): xx.xx.N0N1 №187 nömrəli əmri ilə ehtiyata buraxılıb

13. Göndərildiyi SHXÇDX-nin idarəsinin, şöbəsinin (bölməsinin) adı: Nərimanov rayonu SHXÇDX-nin idarəsinə

14. Döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı): xx.xx.N0N1-ci il “Cəbrayıl rayonu uğrunda” medalı ilə təltif olunur.

15. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N4-cü il tarixli 3-N5-14/N-6760/N4 nömrəli məktubuna əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 4153 nömrəli məktubunda Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək davam edən Vətən müharibəsində rayonlar uğrunda gedən döyüşlərdə iştirak edərək yüksək peşəkarlıq, cəsarət, fədakarlıq və şücaət göstərən hərbi qulluqçuların təltif olunmaları üçün təqdim edilmiş adlı siyahıda N nömrəli hərbi hissə üzrə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə iştirakına görə İddiaçı adı 14888-ci sırada qeyd edilmişdir. II. Məhkəmədə icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.N0N4-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, N0N0-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Cəbrayıl istiqamətində N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmiş, xx.xx.N0N0-ci ildən xx.xx.N0N0 ilə qədər N saylı hərbi hissənin tərkibində olmuş, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Cəbrayıl rayonunun alınmasında döyüşlərdə iştirakına görə medalla təltif olunmuşdur. Onun xx.xx.N0N0xx.xx.N0N0-ci il tarixlərində döyüşlərdə iştirak etməsi ilə bağlı hərbi biletində də qeyd vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr N16 nömrəli qərarına əsasən müharibə veteranı adı verilməlidir. Müdafiə Nazirliyinə müraciət etməyinə baxmayaraq, müraciəti rədd edilmişdir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

12. Məhkəmənin hüquqi yardımından sonra İddiaçı xx.xx.N0N4-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in N.N.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə N.N.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.N. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.N-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Göygöl rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.N019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.N0N5-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

20. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəməyə ünvanladığı yazılı etirazda məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

21. Məhkəmə İPM-in 6N.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz ünvanlamış və etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsaslara gəldikdə qeyd etmək zəruridir ki, "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməyə müvafiq olaraq "Müharibə veteranı" adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İddiaçı barəsində tərtib edilmiş arayış-məlumatlardan görünür ki, sonuncu, döyüşlər zamanı N nömrəli hərbi hissədə, Ağcabədi və Beyləqan rayonlarında yerləşən tamamlama məntəqələrində vəzifə borclarını yerinə yetirmişdir. İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə Azərbaycan Ordusunun "Vətən müharibəsi zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən döyüş əməliyyatlarında iştirak etməmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya"nın məktubundan görünür ki, İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə Azərbaycan Ordusunun "Vətən müharibəsi zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən döyüş əməliyyatlarında iştirak etmədiyi üçün Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya" tərəfindən ona "Müharibə Veteranı" adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.

23. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli N nömrəli, N oktyabr N0N0-ci il tarixli N89 nömrəli, xx.xx.N0N1-ci il tarixli 3 nömrəli və xx.xx.N0N1-ci il tarixli 187 nömrəli əmrlərindən çıxarış; - Cavabdehin xx.xx.N0N4-cü il tarixli 3-N5-N/N-A-7Nxx-xx/N0N4 nömrəli imtina məktubu; - Arayış-məlumat; - “Cəbrayılın azad olunmasına görə” medalı; - İddiaçıya məxsus hərbi bilet; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N4cü il tarixli 3-N5-14/N-6760/N4 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

26. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.N0N0-ci il tarixdə başlayan Vətən müharibəsində Cəbrayıl uğrunda döyüşlərdə döyüş əməliyyatlarında iştirak etdiyini əsas gətirməklə, müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh xx.xx.N0N4-cü il tarixli məktubla onun müraciətini təmin etməkdən imtina edərək, "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrının verilməsi üzrə komissiya'nın 03 0N.N0N3-cü il tarixli iclasında baxıldığı və barəsində müsbət qərar qəbul edilmədiyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 04 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyatlarına cəlb olunan hərbi hissələrin siyahısında olmadığına görə Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetina göndərilməsinin məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir.

27. Lakin məhkəmə aşağıdakılara görə cavabdeh orqanın imtinasını əsassız sayır.

28. Belə ki, cavabdeh orqan imtinasında N nömrəli hərbi hissə döyüş əməliyatlarına cəlb olunan hərbi hissələrin siyahısında olmadığına istinad etmişdir.

29. Lakin məhkəmə araşdırması zamanı toplanmış sənədlərlə müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0N0-ci il tarixli Fərmanına əsasən elan edilmiş qismən səfərbərliklə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.N0N0-ci il tarixdə səfərbərliyə çağırılaraq hərbi xidmət keçmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş və həmin hərbi hissə tərkibində Cəbrayıl rayonu uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Bu barədə iddiaçıya məxsus hərbi biletdə qeydlər vardır.

30. İddiaçının Cəbrayıl rayonu uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi ona verilmiş Azərbaycan Respublikası Medalının № İ-1585N nömrəli vəsiqəsi ilə təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0N1-ci il tarixli N714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

31. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N4-cü il tarixli 3-N5-14/N-6760/N4 nömrəli məktubuna əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 4153 nömrəli məktubunda Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək davam edən Vətən müharibəsində rayonlar uğrunda gedən döyüşlərdə iştirak edərək yüksək peşəkarlıq, cəsarət, fədakarlıq və şücaət göstərən hərbi qulluqçuların təltif olunmaları üçün təqdim edilmiş adlı siyahıda N nömrəli hərbi hissə üzrə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə iştirakına görə İddiaçı adı 14888-ci sırada qeyd edilmişdir.

32. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd); N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (10-cu yarımbənd). Bənd N. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

34. Göründüyü kimi, İddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətinin tərkibində xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Cəbrayıl rayonu uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə dair sənədləri mövcud olduğu halda, cavabdeh orqan əsassız olaraq iddiaçının adını müharibə veteranı adı veriləcək şəxslərin siyahısına daxil edərək, sənədlərini razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etmişdir ki, onun bu barədə hərəkətlərini məhkəmə qanunsuz və əsassız sayır.

35. İPM-in 14.N-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.

36. Lakin hazırkı işdə cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtləri mövcudluğunu və imtinasında istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

37. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

38. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.N. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, N5N) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar