Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1587/2023 05.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X3 və X1 Cavabdehnə qarşı qeydiyyata alınma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X3 və X1 Cavabdehnə qarşı Tərtər şəhəri, R.Kərimov küçəsi, ev 11 ünvanına pasport qeydiyyatına alınmaları və onların şəxsiyyət vəsiqələrinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Tərtər Rayon Məhkəməsinin 2(061)-1465/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı1 maraqlı şəxs Tərtər Rayon İcra Hakimiyyətinə qarşı daşınmaz əmlakın bir hissəsindən yaşayış sahəsi kimi istifadə etmə və yaşama faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, ərizəçi İddiaçı1 7 (yeddi) nəfərlik ailə üzvləri (əri-X2, oğlanları-İddiaçı3 oglu və X4, gəlini - İddiaçı4, nəvələri-X5 və X3) ilə birlikdə 01 avqust 2012-ci il tarixdən ünvan 2 ünvanında yerləşən, "xxxx" ASC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bir hissəsindən yaşayış sahəsi kimi istifadə etmələri və yaşamaları faktının müəyyən edilməsi qət edilmişdir.
2. Tərtər RİHB Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2023cü il tarixli arayışına görə İddiaçı1 ailə üzvləri (oğlanları-İddiaçı3 oglu və X4, gəlini - İddiaçı4, nəvələri-X5 və X3) ilə birlikdə ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bir hissəsindən yaşayış evi kimi istifadə edir.
3. İddiaçıların şəxsiyyət vəsiqələri ilə müəyyən edilir ki, İddiaçı1 ünvan 4 ünvanında, İddiaçı3 oglu və X4, İddiaçı4, X5 və X3 isə ünvan 5 ünvanında qeydiyyatdadırlar.
4. 15.03.2021-ci il tarixinə tərtib edilmiş texniki pasporta əsasən ünvan 2 (Yeni qaydalarla: AZ 5900 ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasının hüquq subyekti "xxxx" ASC-dir.
5. İddiaçı1 ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanına qeydiyyata alınmaları barədə Cavabdehnə müraciət etmiş və ona həmin Şöbənin xx.xx.2022-ci il tarixli imtina məktubu ilə yaşayış yeri və olduğu yer üzrə qeydiyyata düşmək üçün əsas ev sənədi, yəni mülkiyyət hüququnun qeydiyyata alınması haqqında dövlət reyestri xidmətindən çıxarış təqdim etməli olduğu, yaşadıqları evin qanunda nəzərdə tutulan sənədi olmayacağı halda, yalnız həmin ev daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən qanuna müvafiq qaydada sənədləşdirildikdən sonra onun və ailə üzvlərinin qeydiyyata alınmasının mümkün olacağı bildirilmişdir.
6. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıların və ailənin azyaşlı üzvləri olan X3 və X1 ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınmaları və onların şəxsiyyət vəsiqələrinin elektron sistemdə yaşayış yeri haqqında məlumatın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1, onun oğulları İddiaçı2 və İddiaçı3, İddiaçı4 isə İddiaçı2 arvadıdır. İddiaçı2 ilə İddiaçı4 birgə nikahından doğulmuş 2010-cu il təvəllüdlü X3 və 2012-ci il təvəllüdlü X5 adında iki uşaqları vardır. Onların hər biri Tərtər şəhəri, Ə.Paşayev küçəsi, bina 20, mənzil 3-də qeydiyyatda olsalar da faktiki olaraq 01 avqust 2012-ci il tarixdən Tərtər şəhəri R. Kərimov küçəsi ev 3-də yaşayırlar. Bu fakt Tərtər Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli 2(061)-1465/2016 nömrəli qətnaməsi ilə də təsdiq edilmişdir. Lakin onlar həmin evdə 10 (on) il müddətində yaşasalar da həmin evə qeydiyyata alınmamışlar. Yaşayış yeri üzrə qeydiyyata alına bilmədiklərindən bir çox hüquqları pozulur. Belə ki, işsizlik müavinəti almaq üçün müvafiq orqana müraciət edə bilmir, tibbi müayinədən keçə bilmir, yəni sənədləşmə işlərində müəyyən çətinlik çəkirlər. Onlar ünvan 10 ünvanında yerləşən evə pasport qeydiyyatına alınmalarına və şəxsiyyət vəsiqələrinin elektron sistemdə yaşayış yeri haqqında məlumatın dəyişdirməsinə dair göstəriş verilməsi üçün cavabdehə müraciət etsələr də, bundan imtina edilmişdir. II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.
9. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar və iddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.
10. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
11. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
12. Cavabdeh yerləşdiyi Tərtər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. III. Prosessual məsələlər
15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq icraatı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və iddiaçılara lazımi hüquqi yardım göstərilərək iddia tələbini dəqiqləşdirilməsi təklif edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, X3 və X1 iddiaçı qismində qəbul edilməsini xahiş etmişlər. Ərizə xx.xx.2023-cü il tarixli qərardadla məhkəmə icraatına qəbul edilmişdir.
16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
17. Məhkəmə hazırlıq icraatı iclasında iddiaçıların pasport qeydiyyatına alınmaq istədikləri qeyri-yaşayış sahəsinin ünvanının yeni qaydalarla ünvan 12açılar məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq, onların ünvan 13 xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
18. Məhkəmə iclasına İddiaçı1 gəlmiş, digər iddiaçılar və məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh orqan məhkəməyə ünvanlandığı ərizəsində işə Şöbənin əməkdaşının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
20. İddiaçı1 şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
21. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, yaşadıqları qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hakimiyyətinə müraciətləri olmamışdır.
22. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. V. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış; - Tərtər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(061)-1465/2016 nömrəli qətnaməsi; - 15.03.2021-ci il tarixə olan tərtib olunmuş texniki pasport; - Tərtər RİHB Tərtər şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 455 nömrəli arayışı; - İddiaçılara məxsus şəxsiyyət vəsiqələri; - Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu.
Əsaslandırma hissəsi:
VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
24. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və rədd edilməlidir.
25. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 16 (Yeni qaydalarla: ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətindədir. İddiaçılardan İddiaçı1 həmin ASC-nin İdarə Heyətinin sədri olmaqla, ailə üzvləri – oğlanları İddiaçı2, İddiaçı3, gəlini İddiaçı4, nəvələri X3 və X5 ilə birlikdə həmin qeyri-yaşayış sahəsindən yaşayış sahəsi kimi istifadə edərək, orada yaşayırlar.
26. İddiaçıların ünvan 16 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları barədə müraciətlərinə cavabdeh tərəfindən imtina cavabı verilmiş, imtinanın əsasını isə yaşayış yeri və olduğu yer üzrə qeydiyyata düşmək üçün evin sənədinin (yəni mülkiyyət hüququnun qeydiyyata alınması haqqında dövlət reyestri xidmətindən çıxarış) təqdim edilməməsi təşkil etmişdir.
27. İddiaçılar isə cavabdeh orqanın imtinası ilə razılaşmayaraq, hazırkı tələblə məhkəməyə müraciət etmişlər.
28. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... Maddə 2. Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Maddə 8. Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə.
29. Gördündüyü kimi, iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınmaq istədikləri ünvan yaşayış sahəsi deyil, "xxxx" ASC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsidir. İddiaçılar həmin qeyri-yaşayış sahəsindən yaşayış sahəsi kimi istifadə edərək, uzun müddətdir orada yaşasalar da, bu onların həmin qeyri-yaşayış sahəsinə qeydiyyata alınmalarına əsas (hüquq) vermir. Belə ki, qanunvericilikdə şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaları təsbit olunmuşdur. Yaşayış yeri və olduğu yerin anlayışları isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində göstərilmişdir. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsi kimi istifadə edilməsi faktı, hətta hazırkı iş üzrə bu faktın müəyyən edilməsi barədə məhkəmə qətnaməsinin mövcud olması belə sahənin təyinatını dəyişdirmir. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə dair qaydalar, əsaslar və bunun üçün təqdim edilməli olan sənədlər mənzil qanunvericiliyində (Mənzil Məcəlləsinin İİİ fəslində) öz əksini tapmışdır və yalnız iddiaçıların faktiki olaraq yaşadıqları qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hakimiyyəti tərəfindən müsbət qərar qəbul edildikdən və sahə mənzil, ev kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra onların yaşayış sahəsi kimi həmin ünvana qeydiyyata alınmaları mümkün ola bilər.
30. Hazırkı halda isə iddiaçıların faktiki yaşadıqları sahə qeyri-yaşayış sahəsi olduğundan və iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınmaları üçün qanunvericilikdə tələb olunan sənədlər cavabdeh orqana təqdim edilmədiyindən Cavabdeh iddiaçıların Tərtər şəhəri, R.Kərimov küçəsi, ev 11 ünvanına qeydiyyata alınmalarından imtinası əsaslı və qanuni olmuşdur.
31. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva