Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-159/2020 08.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2na (üçüncü şəxs X6) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 Mənzil İstismar Kontoruna (üçüncü şəxs X6) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami küçəsində yerləşən qanuni sahibliklərində və qanuni istifadələrində olan 4 nömrəli evin X3 istifadəsinə verilməsinə dair Cavabdeh1 başçısının xx xxxx 2018-ci il tarixli, 113 nömrəli sərəncamının və Cavabdeh2 xx xxxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundanbaşqa, iddiaçılar məhkəməyə iddia ərizəsi ilə yanaşı iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, Cavabdeh1 xx xxxx 2018-ci il tarixli, 113 nömrəli sərəncamının ləğv edilməsi tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 xx xxxx 2018-ci il tarixli, 113 nömrəli sərəncamının ləğv edilməsi tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(114)159/2020 saylı qərardadı ilə iddia tələbinin Cavabdeh2na qarşı Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami küçəsində yerləşən qanuni sahibliklərində və qanuni istifadlərində olan 4 nömrəli evin X3 istifadə hüququnun tanınması və onunla sosial kirayə müqaviləsi bağlanmasına dair xx xxxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi hissəsi mümkün sayılmamışdır. Hazırkı məhkəmə baxışının predmeti Cavabdeh1 xx xxxx 2018-ci il tarixli, 113 nömrəli sərəncamının ləğv edilməsi ilə bağlıdır və iddiaçılar tələbini onunla əsaslandırmışlar ki, üçüncü şəxs X6 onun doğma qardaşı, mənzillə bağlı aralarında mübahisələr olan Mehbalıyev Rövşən Dilən oğlunun həyat yoldaşıdır. Onların rəsmi nikahdan olan iki övladları vardır: 12 yaşlı Mehbalıyeva Leyla Rövşən qızı və 10 yaşlı Mehbalıyeva Zərifə Rövşən qızı. Rövşən Rusiya vətəndaşıdır, Rusiyada yaşayır, orada işləyir. Ailəsi isə 2015-ci ildən mübahisəli ünvan 1 ünvanında yaşayır. Mübahisəli yaşayış sahəsi ünvan 2 4-də yerləşən 3 otaqlı mənzildir. Həmin mənzil mərhum atası X9 və anası X2 məxsus olmuşdur. Həmin mənzil onlara mərhum ataları sovxozda işlədiyinə görə verilmişdir. Həmin mənzil keçən əsrdə almanlar tərəfindən tikilən evlərdəndir, bir dam altında olan, bir-birindən təcrid edilmiş iki mənzildən ibarətdir. Mənzillərdən biri 3 (üç), digəri 2 (iki) otaqlıdır. Evin 3 (üç) otaqlı mənzili xx.xx.1983-cü il tarixli, 06 nömrəli orderə əsasən X7 adına orderləşdirilmişdir. Həmin vaxtdan mənzil onlara məxsus olmuş, orada valideynləri və övladları yaşamışlar. Onlar 3 bacı, 3 qardaş olmuşlar. Evin 2 (iki) otaqlı mənzili xx.xx.1987-ci il tarixli, 07 nömrəli orderə əsasən İddiaçı2 adına orderləşdirilmişdir. Həmin vaxtdan da mənzildə o yaşamışdır. Mənzilin hüquqi sahibi və qanuni istifadəçisi odur. Mənzillər hüquqi savadsızlıqları üzündən uzun müddət ərzində özəlləşdirilməmişdir. 2011-ci ildə atalarının ölümündən sonra özəlləşdirməyə çalışsa da cavabdehlərlə aralarında düşən mübahisələr üzündən bunu həyata keçirə bilməmişdir. X16 xx.xx.2000-ci ildə, atası Mehbalıyev Dilən isə xx.xx.2011-ci ildə vəfat etmişlər. Anasının vəfatından sonra onun mirasını atası qəbul etmiş, 2006-cı ildə bütün əmlakını və əmlak hüquqlarını ona vəsiyyət etmişdir. Atasının 2011-ci ildə vəfatından sonra miras əmlak həm rəsmi olaraq, həm də faktiki olaraq tərəfindən qəbul edilmişdir. Qardaşı Mehbalıyev Rövşənlə bağlı bildirmək istəyir ki, o,artıq 1990-cı illərin 2-ci yarısından (yaxud ortalarından) daimi yaşamaq və işləmək üçün Rusiyaya köçüb, Rusiyanın vətəndaşlığını da almışdır. Halhazırda orada yaşayır və işləyir, ailəsi isə mübahisəli mənzildə yaşayır. Şəmkir Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(076)-5532/2016 saylı qətnaməsi ilə mübahisəli evə köçürülməsinintəmin edilməsi ilə bağlı tələbi təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir və hal-hazırda qüvvədədir. Qətnamə uzun müddət ondan asılı olmayan səbəblərə görə - icraçıların səhlənkarlığına və cavabdehlərlə aralarındakı məhkəmə çəkişmələrinə görə icra olunmamışdır. xx xxxxx 2019-cu il tarixdə həmin qətnamənin icrası ilə bağlı olaraq Şəmkir rayon İcra şöbəsinin əməkdaşı Ruslan adlı məmurla mübahisəli evə gəlmişlər və üç otaqlı mənzilin otaqlarından biri yaşamaq üçün ona təhvil verilmişdir. Halbuki,bütün mənzilin qanuni sahibi o hesab olunur. Lakin cavabdehlər və ailə üzvləri digər otaqları boşaltmamış və ona təhvil verməmişlər. Bu ilin avqust ayında Şəmkir rayon Məhkəməsinə müraciət edib, ünvan 2 4-də yerləşən, xx.xx.1983-cü tarixli 06 nömrəli orderə əsasən mərhum atası X7 adına orderləşdirilmiş 3 (üç) otaqlı mənzil üzərində sahiblik və istifadə hüququnun tanınmasına, cavabdehlər Mehbalıyev Rövşən Dilən oğlunun və həyat yoldaşı X3 himayələrində olan övladları - 12 yaşlı Mehbalıyeva Leyla Rövşən qızı və 10 yaşlı Mehbalıyeva Zərifə Rövşən qızı ilə birlikdə həmin 3 (üç) otaqlı mənzildən istifadə hüquqlarına xitam verilməsinə, onların evin üç otaqlı mənzilinin sahibliyində olmayan iki otağından və yardımçı sahələrindən, həmin mənzilin bütün digər tərkib hissələrindən və mənzilə aid həyətyanı sahədən çıxarılmalarına, 3 (üç) otaqlı mənzil tam olaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, həmin işə məhkəmə baxışı zamanı məlum olmuşdur ki, qanuni sahibliyində olan və qanuni istifadəsində olmalı olan mənzilCavabdeh1 xx xxxx 2018-ci il tarixli, 113 nömrəli sərəncamı ilə Cavabdeh1 balansında olan Cavabdeh2 balansına verilmişdir. Cavabdeh2 isə xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə sözügedən evin beş otaqdan ibarət yaşayış sahəsini X3 istifadəsinə vermiş, sonuncu ilə sosial kirayə müqaviləsi bağlamışdır. İddiaçı1 nümayəndəsi X13 və vəkili Əhmədov Rövşən Bəkir oğlu məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Cavabdeh1 nümayəndəsi X14 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçılar iddia ərizəsində Çinarlı qəsəbəsi, Nizami küçəsi, 4 nömrəli ünvanda yerləşən mənzilin onların qanuni istifadəsində olduğunu, həmçinin həmin mənzilin varisi olduqlarını qeyd edirlər. Ancaq, iddiaçılar uzun illərdir ki, həmin mənzildə yaşamırlar və dövlət mülkiyyətinə aid mənzilə dair varis ola bilməzlər. Müxtəlif dövrlərlə inşa olunmuş, Şəmkir rayonunun Təzəkənd kəndi və Çinarlı qəsəbəsində yerləşən, əvvəllər sovxozun balansında olmuş mənzillərdə təmir və yenidənqurma işlərinin aparılması məqsədilə Cavabdeh1 başçısının xx xxxx 2018-ci il tarixli, 113 nömrəli sərəncamı ilə həmin mənzillər Şəmkir şəhər Mənzil İstismar Kontorunun balansına verilmişdir. Mübahisələndirilən sərəncam iddiaçıların heç bir hüququna toxunmur və dövlətin balansında olan mənzillər yenidən təmir və bərpa olunması məqsədilə Şəmkir şəhər Mənzil İstismar Kontorunun balansına verilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabeh Şəmkir Mənzil Kontorunun nümayəndəsi X8 əvvəlki məhkəmə iclaslarında iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs X3 nümayəndəsi və vəkili X10 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, ünvan 3 nömrəli ünvan üzrə üç otaqlı və iki otaqlı mənzillər vardır. Hazırda mübahisələndirilən mənzillərdə daim üçüncü şəxs və onun ailəsi istifadə edərək yaşamışlar. İddiaçının həmin mənzilə dair istifadə hüququnun tanınmasına dair qətnamə mövcud olsa da həmin qətnamə də tərəflərindən mübahisələndirilmişdir. Digər tərəfdən hazırkı sərəncam iddiaçıların heç bir hüququna toxunmur. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Digər tərəfdən İddiaçı1 uzun müddətdir həmin mənzildə yaşamır və üçüncü şəxs tərəfindən İddiaçı1 qeyd olunan mənzildə yamasına hər hansı bir maneə olmamışdır. İddiaçı2 isə uzun müddətdir evi tərk edib getmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehlərə və üçüncü şəxsə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan: -Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(83)-71/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh1 başçısının xx xxxxxx 2015-ci il tarixli, 204 nömrəli sərəncamının qismən, yəni Çinarlı qəsəbəsi, Nizami küçəsi, 4 saylı ünvanda yerləşən 5 otaqdan ibarət 112.75 kv.m yaşayış sahəsi, 251.90 kv.m köməkçi sahəsi, 364.65 kv.m ümumi sahəsi olan mənzilin Mehbalıyev Rövşən Dilən oğlunun adına orderləşdirilməsi hissəsində ləğv edilməsi qərara alınmışdır. -Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2-1(104)-36/2018 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(83)-71/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2- 1(104)1571/2018 saylı qərarı ilə üçüncü şəxsin verdiyi kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2-1(104)-36/2018 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. -Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(104)-49/2019 nömrəli qərarı ilə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(83)-71/2017 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək, Cavabdeh1 başçısının xx xxxxxx 2015-ci il tarixli, 204 nömrəli sərəncamının qismən, yəni Çinarlı qəsəbəsi, Nizami küçəsi, 4 saylı ünvanda yerləşən 5 otaqdan ibarət 112.75 kv.m yaşayış sahəsi, 251.90 kv.m köməkçi sahəsi, 364.65 kv.m ümumi sahəsi olan mənzilin Mehbalıyev Rövşən Dilən oğlunun adına orderləşdirilməsi hissəsində ləğv edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(104)2277/2019 saylı qərarı ilə üçüncü şəxsin verdiyi kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(104)-49/2019 nömrəli qərarı «İddiaçı1 münvsibətdə» ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, qərar İddiaçı2 Əli qızına aid hissədə dəyişdirilmədən saxlanılmışdır. -Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(104)-752/2019 nömrəli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(83)-71/2017 nömrəli qərarı İddiaçı1 münasibətdə ləğv edilmiş həmin hissədə yeni qərar çıxarılmış, iddia təmin olunmuş, Cavabdeh1 başçısının xx xxxxxx 2015-ci il tarixli, 204 nömrəli sərəncamının qismən, yəni Çinarlı qəsəbəsi, Nizami küçəsi, 4 saylı ünvanda yerləşən 5 otaqdan ibarət 112.75 kv.m yaşayış sahəsi, 251.90 kv.m köməkçi sahəsi, 364.65 kv.m ümumi sahəsi olan mənzilin Mehbalıyev Rövşən Dilən oğlunun adına orderləşdirilməsi hissəsində etibarsız hesab edilməsi qərara alınmış və qərar xx xxxx 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. -Cavabdeh1 başçısının xx xxxx 2018-ci il tarixli, 113 nömrəli sərəncamının məzmunundan görünür ki, Mehbalıyev Rövşən Dilən oğlunun və ailəsinin yaşadığı, ümumi sahəsi 364.65 kv.m olan, Nizami küçəsi, 4 ünvanında yerləşən mənzil Şəmkir şəhər Mənzil İstismar Kontorunun balansına verilmişdir. -Cavabdeh1 yanında fəaliyyət göstərən Mənzil Komissiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 06 nömrəli qərarının məzmunundan görünür ki, ünvan 1 saylı ünvanda yerləşən 5 (beş) otaqdan ibarət yaşayış sahəsi 112.75 kv.m, köməkçi sahəsi 251.9 kv.m, ümumi sahəsi 364.65 kv.m olan mənzildən X3 istifadə hüququnun tanınması və onunla sosial kirayə müqaviləsinin bağlanması qərara alınmışdır. -Tərtər Rayon İcra Hakimiyyəti başçısının Seyidimli kənd X19 üzrə Nümayəndəliyinin xx xxx 2019-cu il tarixli, 302 nömrəli arayışından görünür ki, İddiaçı1 2000-ci il tarixdən Tərtər rayonu Seyidimli kəndində yaşamır. 2006-cı il tarixdən qeydiyyatdan çıxmışdır. -Şəmkir şəhər Mənzil İstismar Kontorunun xx xxxxxxxx 2019-cu il tarixli, 235 nömrəli məktubunun surətindən görünür ki, ünvan 3 nömrəli ünvan xx xxxxxx 2015-ci ildə Cavabdeh1 03 saylı orderi ilə Mehbalıyev Rövşən Dilən oğlunun adına ailə üzvləri ilə birlikdə yazılmışdır. Mehbalıyev Rövşən Dilən oğlunun adına verilmiş 10.11.105-ci il tarixli, 03 nömrəli order xx.xx.2017-ci il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən təkrar ləğv edilmişdir. Hal-hazırda mənzilə xx.xx.2018-ci il tarixdə X3 adına 29 nömrəli sosial-kirayə müqaviləsi bağlanmışdır. Həmin mənzil xx xxxx 2018-ci il tarixdə 113 nömrəli sərəncamla Cavabdeh1 tərəfindən Şəmkir şəhər Mənzil İstismar Kontorunun balansına verilmişdir. -Şəmkir Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(076)-5532/2016 nömrəli qətnaməsi ilə iddia İddiaçı1 münasibətdə təmin edilmiş, İddiaçı1 X7 miras əmlakı olan JN 951E (kod 50402016) saylı, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Şəmkir rayon X5 xx.xx.1999-cu il tarixli, 60 saylı qərarı ilə X7 və X1 mülkiyyətinə verilmiş Şəmkir rayonunun Çinarlı qəsəbəsinin ərazisində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinin X9 aid hissəsini qəbul etməsi faktının müəyyən edilməsi, İddiaçı1 Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami küçəsi, 4 nömrəli evə köçürülməsi qət edilmişdir. -Şəmkir Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(076)-1428/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia rədd edilmiş, iddiaçı Mehbalıyev Rövşən Dilən oğlunun cavabdehlər İddiaçı1 və Şəmkir rayon Notariat Kontoruna qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası qanunsuz və əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmiş, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəfindən işin faktiki halları kimi müəyyən edilmişdir ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami küçəsi, 04 saylı ünvanda yerləşən 55 kv.m sahəsi olan 3 otaqdan ibarət ev xx.xx.1987-ci il tarixli, 06 nömrəli orderə əsasən X7, həmin ünvanda yerləşən 50 kv.m sahəsi olan 2 otaqdan ibarət ev isə xx.xx.1987-ci il tarixli, 07 nömrəli orderə əsasən İddiaçı2 adına orderləşdirilmişdir. Daha sonra Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 204 nömrəli sərəncamı ilə Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami küçəsi, 04 saylı ünvanda yerləşən 5 otaqdan ibarət olan mənzilin Mehbalıyev Rövşən Dilən oğlunun adına orderləşdirilməsi qərara alınmışdır. Həmin sərəncam hazırkı iddiaçılar tərəfindən mübahisələndirilmiş və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 204 nömrəli sərəncamı qismən, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami küçəsi, 04 saylı ünvanda yerləşən mənzilin Mehbalıyev Rövşən Dilən oğlunun adına orderləşdirilməsi hissəsində ləğv edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərarı ilə razılaşan Gəncə Apellyasiya Məhkəməsi xx xxxxx 2018-ci il tarixli qərarla üçüncü şəxsin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Ali Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı ləğv edilməklə iş təkrar baxılması üçün göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 204 nömrəli sərəncamı qismən, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami küçəsi, 04 saylı ünvanda yerləşən 5 otaqdan ibarət mənzilin Mehbalıyev Rövşən Dilən oğlunun adına orderləşməsi hissəsində ləğv edilmişdir. Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı “iddiaçı X11 münasibətdə” ləğv edilərək iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, qərar İddiaçı2 Əli qızına aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərarı İddiaçı1 münasibətdə ləğv edilmiş və həmin hissədə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilmiş, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 204 nömrəli sərəncamı Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami küçəsi, 04 saylı ünvanda yerləşən 5 otaqdan ibarət mənzilin Mehbalıyev Rövşən Dilən oğlunun adına orderləşməsi hissəsində etibarsız hesab edilmişdir. Cavabdeh1 başçısının xx xxxx 2018-ci il tarixli, 113 nömrəli sərəncamı ilə Mehbalıyev Rövşən Dilən oğlunun və ailəsinin yaşadığı, ümumi sahəsi 364.65 kv.molan Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami küçəsi, 04 saylı ünvanda yerləşən mənzil Şəmkir şəhər Mənzil İstismar Kontorunun balansına verilmişdir. Göründüyü kimi Həzi Aslanov adına savxoza məxsus binalardan iki order- 1) 55 kv.m sahəsi olan 3 otaqdan ibarət mənzilə X7 adına; 2) 50 kv.m sahəsi olan 2 otaqdan ibarət evə İddiaçı2 adına order mövcud olmuşdur. Hər iki orderdə yalnız özləri qeyd edilmiş, başqa şəxslərin adları göstərilməmişdir. Sonradan həmin mənzillər adları qeyd olunan şəxslər tərəfindən özəlləşdirilməmiş və ya xüsusi mülkiyyətə verilməmişdir. Hazırkı iddia tələbində iddiaçılar tərəfindən Cavabdeh1 başçısının xx xxxx 2018-ci il tarixli, 113 nömrəli sərəncamı Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami küçəsi, 04 saylı ünvanda yerləşən mənzilin Şəmkir şəhər Mənzil İstismar Kontorunun balansına verilməsi hissəsində mübahisələndirilmişdir. Mübahisə predmeti olan xx xxxx 2018-ci il tarixli sərəncamda Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami küçəsi, 04 saylı ünvanda yerləşən 5 otaqdan ibarət mənzilin qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq həmin binaların və fərdi mənzillərin qorunub saxlanılması və kommunal xidmətlərin göstərilməsi məqsədilə Şəmkir şəhər Mənzil İstismar Kontorunun balansına verilməsi qərara alınmışdır. Yəni icra hakimiyyəti orqanı tərəfindən vətəndaşların istifadələrinə verilən və xüsusi mülkiyyət hesab olunmamaqla dövlət mənzil fonduna aid olan mənzilin, bərpası və saxlanılması, yenidən qurulması məqsədilə mənzil istismar kontoruna verilmişdir. x xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 4. maddəsinə görə mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Həmin Məcəllənin 48. maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1. maddəsinə görə mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 10.0. maddəsinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar- mənzil fondunun uçot qaydasını müəyyən etmək;yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək;yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq; dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və s aiddir: Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür (Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1 və 12.2) Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Mülkiyyət formasına görə mənzil fondu xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu aiddir (Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.1, 17.2.1, 17.2.2). Məhkəmə hesab edir ki, hazırda mübahisələndirilən sərəncamla özəlləşdirilməmiş və xüsusi mənzil fonduna aid olmayan mənzilin təmir və yenidənqurma işlərinin aparılması, həmçinin həmin mənzillərin qorunub saxlanılması və kommunal xidmətlərin göstərilməsi məqsədilə Şəmkir şəhər Mənzil İstismar Kontorunun balansına verilməsi qüvvədə olan mənzil qanunvericiliyinin müddəalarına uyğundur və sərəncamın ləğv edilməsi üçün heç bir hüquqi və qanuni əsas yoxdur. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı sərəncamın ləğv edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 70.1. maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habeləşikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəmkir rayonİcraHakimiyyətinə (üçüncü şəxs X6) qarşı sərəncamın ləğv edilməsinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-159/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-159/2020
08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver