Məhkəmə qərarları › İş №2-1(114)-159/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-159/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-159/2021 26.01.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X20 (üçüncü şəxslər X11, X7, X9, X14, X15 və X10) qarşı JN-054A (KOD 61006028) saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və yeni şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonar mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X20 (bundan sonar mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-054A (KOD 61006028) saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və yeni şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisində onlara məxsus 0.14 ha qanuni və 0.09 ha zəbt edilmiş torpaq sahələri var. 1998-ci ildə kənddə islahat aparılan zaman onlara torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilməmişdir. O, atasından miras qalmış həyətyanı torpaq sahəsinə dair şəhadətnamənin verilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edən zaman məlum olmuşdur ki, onların istifadəsində olan həyətyanı torpaq sahəsi qonşuları X8 və ailə üzvlərinin adına sənədləşdirilərək onların adına JN-054A (KOD 61006028) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. O, bununla bağlı cavabdehə dəfələrlə müraciət etsə də onun adına şəhadətnamənin verilməsindən imtina edilmişdir. O, neçə illərdir ki, ailə üzvləri ilə birlikdə həmin həyətyanı torpaq sahəsindən istifadə edir, təsərrüfatbaşına kitabda atası X1 vəfatından sonra 1992-ci ildən anası X2, anasının vəfatından sonra, yəni 2001-ci ildən etibarən onların istifadəsində olmaqla 0.14 ha qanuni, 0.09 ha zəbt kimi islahat komissiyasının tərtib etdiyi siyahıda 21 nömrə ilə qeyd olunmuşdur. Həyətyanı torpaq sahəsinə dair şəhadətnamənin olmaması ona bir sıra çətinliklər yaratdığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi Nümayəndə «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə təqdim edərək, JN-054A (KOD 61006028) nömrəli şəhadətnamə ilə X11 və ailə üzvlərinə verilmiş 0.16 ha torpaq sahəsi üzərində onların hüquqlarının qeydiyyatlarının ləğv edilməsi və 14 sot torpaq sahəsi üzərində iddiaçının anası X2 adına hüquqların dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında Nümayəndə iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini xx.xx.2000-ci il tarixli JN-054A (KOD 61006028) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, DT və XK-nin Bərdə rayon şöbəsi tərəfindən verilmiş (Bərdə rayon Mirzalıbəyli kəndi üzrə) siyahı, Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 20 nömrəli arxiv arayışı, fevral 2012-ci il tarixli akt, Bərdə rayon Mirzalıbəyli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 09 nömrəli arayış, DT və XK-nin Bərdə rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2012ci il tarixli 111 nömrəli rəy, DT və XK-si tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 17-8/753 nömrəli məktub, Bərdə rayon Mirzalıbəyli kənd əhalisinin qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin yerquruluşu planının bir hissəsinin sxemi, Bərdə rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 168 nömrəli məktub və cavabdehin imtinası təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 168 nömrəli məktubundan görünür ki, Dövlət Arxivində 77 saylı fondda mühafizə edilən Bərdə rayon Əyricə kənd Ərazi Vahidi üzrə nümayəndəliyinin 1990-1995-ci illərə aid Mirzalıbəyli kənd üzrə 11 saylı təsərrüfatbaşına kitabın 706 saylı şəxsi hesabına əsasən vətəndaş X2 adına olan torpağın 0.14 olduğu qeyd olunub. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 066126 nömrəli arayışdan görünür ki, X4 xx.xx.2001-ci ildə Bərdə rayonunun Mirzalıbəyli kəndində ölmüşdür. Bu barədə kitabın 02 səhifəsində xx.xx.2001-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş keçmiş DT və XK-nin Bərdə rayon şöbəsi tərəfindən təsdiq edilmiş Bərdə rayon Mirzalıbəyli kəndi üzrə torpaq payı alacaq subyektlərin siyahısından görünür ki, həmin siyahıda X2 adı akt nömrəsi 21 olunmaqla ailə üzvlərinin sayı 3 olub qanuni istifadəsində 0.14 ha, zəbtində isə 0.09 ha torpaq sahəsi olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş fevral 2012-ci il tarixli aktdan görünür ki, Mirzalıbəyli kənd sakini İddiaçı DT və XK-nin Bərdə rayon şöbəsinə yazdığı şikayət ərizəsini yerində araşdırıb yoxlayan zaman məlum olmuşdur ki, Bərdə rayon Mirzalıbəyli kənd əhalisinin qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin şəhadətnamələndirilməsi məqsədilə ölçü aparılarkən İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsi mütəxəssislər tərəfindən ölçülərkən 1:2000 miqyasında tərtib olunmuş yerquruluşu planında həyətin sxematik planı öz əksini tapmışdır. Ərizəçi tərəfindən həmin ərəfədə həyətin kimə məxsusluğuna dair mütəxəssislərə heç bir sənəd təqdim olunmadığından onun həyəti mexaniki səhv olaraq qonşusu X8 adına şəhadətnamələndirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2000-ci il tarixli JN-054A (KOD 61006028) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Bərdə rayon X6 xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə Bərdə rayon Mirzalıbəyli kənd sakini X8 və onun ailə üzvlərinin mülkiyyətinə 0.16 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Mirzalıbəyli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 09 nömrəli arayışdan görünür ki, iddiaçının Mirzalıbəyli kəndində 0.14 ha qanuni həyətyanı torpaq sahəsi var. Həmin torpaq sahəsinə Lahiyyə İnstitutu tərəfindən yenidən sənədləşmə aparılarkən düzgün işlənməmiş, xəritədə iddiaçıya məxsus torpaq sahəsi X8 adına işlənmişdir. İş materiallarına əlavə edilmiş DT və XK-nin Bərdə rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 111 nömrəli rəydən görünür ki, Mirzalıbəyli kənd sakini İddiaçı istifadəsində 0.14 ha torpaq sahəsi var. Həmin torpaq sahəsinin vətəndaşın qanuni istifadəsində olması barədə (Yeni Əyricə kənd X18 üzrə nümayəndəliyinin xx.xx.2011-ci il tarixli 452 saylı arayışı var). Vətəndaşın istifadəsində olan 0.23 ha torpaq sahəsi ərazidə islahat aparılan zaman 21 saylı mülkiyyətçi kimi subyektlər siyahısında qeyd olunaraq adına 0.14 ha qanuni, 0.09 ha zəbt torpağı kimi qeyd olunmuşdur. Dövlət X3 Bərdə rayonlararası yerquruluşu idarəsinin mühəndisləri ərazidə həyətyanı torpaqların inventarizasiyasını aparan zaman vətəndaşın istifadəsində olan 0.14 ha həyətyanı torpaq sahəsi səhv olaraq JN 054A saylı 61006028 kod olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qonşusu X8 adına işlənmişdir. Vətəndaşın istifadəsində olan 0.14 ha torpaq sahəsinə rəy tərtib olunarkən DT və XK-nin Bərdə rayon şöbəsinin mütəxəssisləri əraziyə baxış keçirmiş və müəyyən olunmuşdur ki, həyətyanı torpaq sahəsi və zəbt torpağı İddiaçı məxsusdur və bələdiyyə fondu torpağı deyil. Həmin torpaq sahəsinə müvafiq sənədin verilməsinə DT və XK-nin Bərdə rayon şöbəsi etiraz etmir. İş materiallarına əlavə edilmiş DT və XK-si tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 17-8/753 nömrəli məktubdan görünür ki, DT və XK-nin Bərdə rayon şöbəsinin məktubunda İddiaçı mülkiyyətinə 0.23 ha (0.14 ha həyətyanı və 0.09 ha zəbt torpaq sahəsi) torpaq sahəsinin verilməsi göstərilməsinə baxmayaraq sənədlərə əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həyətyanı torpaq sahəsinin 0.16 ha və yerquruluşu sxemində isə 0.14 ha olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Mirzalıbəyli kənd əhalisinin qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin yerquruluşu planının bir hissəsinin sxemindən görünür ki, İddiaçı qanuni istifadəsində 0.14 ha torpaq sahəsi var. Cavabdeh etirazın dəlillərini xx.xx.2020-ci il tarixli **********74 nömrəli məktubunda aşağıdakı kimi göstərmişdir: Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və X6 qərarı ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-054A saylı şəhadətnaməsinin hansı əsasla X11 və ailə üzvlərinin adına işlənib hazırlanması onlara məlum deyildir. Sözügedən şəhadətnamənin ləğv edilərək iddiaçının adına sənədləşdirilməsi mövcud qanunvericiliyin tələblərinə və 7 saylı X19 səlahiyyətlərinə uyğun deyildir. Üçüncü şəxs iddiaya münasibət bildirməmişdir. İşin yuxarıda şərh olunan faktiki hallarından görünür ki, hal-hazırda sözügedən torpaq sahəsi iddiaçının faktiki sahibliyindədir və o, həmin torpaq sahəsindən mübahisəsiz qaydada istifadə edir. xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 564-cü maddəsinə əsasən kolxozçu heyətinin üzvü öldükdə heyətin əmlakı üçün vərəsəlik açılmır. Həmin maddə xx xxxxx 1997-ci il tarixdə ləğv edilmişdir. Həmin vaxtdan etibarən kolxozçu (kəndli) həyətinə vərəsəlik hüququnun qaydaları tətbiq olunur. İş materiallarında olan Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 20 nömrəli arxiv arayışından görünür ki, Bərdə rayon XDS-nin 1986-1990-cı illər üzrə 10 saylı təsərrüfatbaşına kitabın 519 saylı şəxsi hesabına əsasən vətəndaş mərhum X1 ailə başçısı olduğu 1990-1995-ci illər üzrə 11 saylı təsərrüfatbaşına kitabın 706 saylı şəxsi hesabına əsasən 1992-ci ildən X1 vəfat etdiyi təsərrüfatda ailə başçısı X4 olduğu, 2001-ci ildə S.Bayramova vəfat etdiyi təsərrüfatda ailə başçısının – İddiaçı olduğu qeyd olunub. Yuxarıda qeyd olunan Mülki Məcəllənin 564-cü maddəsinin tələbinə görə təsərrüfatın başçısı X5 1992-ci ildə öldükdən sonra təsərrüfatın vərəsəlik işi açılmadan Səmayə Bayramovanın adına keçməsi qanunauyğun olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin təsdiq edən sənədlərin siyahısının 2.3-cü bəndinə əsasən 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin: 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Yəni hər bir halda, ilkin qeydiyyat hüquq sahibinin adına aparılmalı, arayış və ya çıxarış da həmin qeydə uyğun verilməlidir. Qeyd edilən daşınmaz əmlaka dair vərəsəlik hüquqları isə daha sonra məhz həmin sənədlər əsasında rəsmiləşdirilməlidir. Beləliklə iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı qanuni əsaslarla sözügedən torpaq sahəsinə sahiblik etdiyindən onun həmin torpaq sahəsinə dair sahiblik hüququ yaranmışdır. Müvafiq torpaq sahəsinə dair X11 və ailə üzvlərinə JN-054A (KOD 61006028) nömrəli şəhadətnamə ilə verilmiş 0.16 ha torpaq sahəsi üzərində onların hüquqlarının qeydiyyatlarının ləğv edilməsindən imtina olunması iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun:- - 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyyəti orqanı (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun:- - 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4-cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı JN-054A (KOD 61006028) nömrəli şəhadətnamə ilə X11 və ailə üzvlərinə verilmiş torpaq sahəsi üzərində onların hüquqlarının qeydiyyatının ləğv edilməsi və həmin şəhadətnamə ilə verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsündə göstərilən 0.14 ha torpaq sahəsi üzərində mərhum anası X2 hüquqlarının dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbində haqlıdır. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. JN-054A (KOD 61006028) nömrəli şəhadətnamə ilə X11 və ailə üzvlərinə verilmiş 0.16 ha torpaq sahəsi üzərində onların hüquqlarının qeydiyyatı ləğv edilsin və həmin şəhadətnamə ilə verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsündə göstərilən 0.14 ha torpaq sahəsi üzərində iddiaçının anası X2 hüquqlarının dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X19 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati-İqtisadi Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Usaməddin Osmanov Azərbaycan Respublikası adından QƏRARDAN ÇİXARİŞ xx xxxxxx 2021-ci il iş № 2-1(114)-159/2021 Gəncə şəhəri Gəncə İnzibati Məhkəməsi Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X20 (üçüncü şəxslər X11, X7, X9, X14, X15 və X10) qarşı JN-054A (KOD 61006028) saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və yeni şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. q ə r a r a a l d i: İddia təmin edilsin. JN-054A (KOD 61006028) nömrəli şəhadətnamə ilə X11 və ailə üzvlərinə verilmiş 0.16 ha torpaq sahəsi üzərində onların hüquqlarının qeydiyyatı ləğv edilsin və həmin şəhadətnamə ilə verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsündə göstərilən 0.14 ha torpaq sahəsi üzərində iddiaçının anası X2 hüquqlarının dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X19 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati-İqtisadi Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar