Məhkəmə qərarları › İş №2-1(114)-159/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-159/2022

22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-159/2022 22.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X8 və X6) torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxslər X8 və X6 ) 14.10.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Çaykənd kəndində yerləşən 15/40A nömrəli mülkünün torpaq sahəsinin bir hissəsinə verilmiş 17.01.2005-ci il tarixli JN-612F nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Çaykənd kəndində yerləşən 26 sot torpaq sahəsində yerləşən 15/40A nömrəli ev onun mülkiyyətindədir. Üçüncü şəxslər qeyd edilən mülkün çöl qapısının qıfılını sındırıb torpaq sahəsinə və evi zəbt etmişlər. Onları evdən çıxarılması barədə iddia qaldırarkən məlum olmuşdur ki, onların mərhum ataları X10 iddiaçının 26 sot həyətyanı torpaq sahəsinin bir hissəsinə dair öz adına 17.01.2005-ci il tarixli JN-612 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə almışdır. Şəhadətnamədə göstərilir ki, guya həmin şəxsin mülkiyyətinə Xanlar rayon Aqrar İslahat Komissiyasının 31.10.1997-ci il tarixli, 15 saylı qərarına əsasən verilmişdir. Halbuki “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə uyğun olaraq vətəndaşların evlərinin qanuni istifadədə olan torpaq sahələrinin ev mülkiyyətinə verilməlidir. X7 qanuni istifadəsində heç bir mülk və torpaq sahəsi olmadığı üçün iddiaçının həyətinin torpaq sahəsinin bir hissəsini onun mülkiyyətinə verilməsi mövcud qanunvericiliyə ziddir. Belə şəhadətnamənin verilməsi üçün hüquqi əsas olmalıdır. Xanlar rayon Aqrar İslahat Komissiyasının 31.10.1997-ci il tarixli, 15 saylı qərarı isə yanlız torpaq sahəsinin X7 qanuni istifadəsində olduğu halda hüquqi əsaslardan biri olar. Özünü Ermənistan qaçqını kimi qələmə verən Fərrux Paşayevin həmin torpaq sahəsinə aidiyyatı olmamışdır. Onun torpaq şöbəsinə təqdim etdiyi sənədlərin hamısı o cümlədən Çaykənd qeydiyyatına düşmək üçün Bakı şəhərinin hansı rayon icra hakimiyyətindənsə gətirdiyi məktub saxta olmuşdur. Məhkəmənin 2-1(83)-07/2019 nömrəli qərardadına əsasən mümkünsüzlüklə nəticələnmiş iş üzrə mütəxəssis rəyindən görünür ki, şəhadətnamə üzrə torpaq sahəsi onun sahəsi ilə üst üstə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 22 fevral 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X5 və üçüncü şəxs X6 ayrı-ayrılıqda iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı və üçüncü şəxs X8 iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə İddiaçı və X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsuz AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin İddiaçı ünvanladığı 01.10.2021-ci il tarixli **********93 nömrəli məktubun surəti; - JN-612F Kod 50800058 nömrəli torpağın mülkiyyət hüququna dair Şəhadətnamənin surəti; - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 29.07.2013-cü il tarixli 2(102)-2548/2013 nömrəli və 25.06.2014-cü il tarixli 2(102)-2538/2014 nömrəli qərarların surətləri; - Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.02.2013-cü il tarixli 2(104)-110/2013 nömrəli qətnaməsinin surəti; - Göygöl Rayon Məhkəməsinin 30.10.2012-ci il tarixli 2(066)-796/2012-ci il tarixli və 29.05.2018-ci il tarixli 2(066)-651/2018-ci il tarixli qətnamələrinin surətləri; - Göygöl rayon İcra Hakimiyyəti Başçısının İddiaçı ünvanladığı 05.04.2013-cü il tarixli 236/18 nömrəli məktubunun surəti; - Azərbaycan Respublikası Xanlar Rayon İcra Hakimiyyətinin 06.05.1993-cü il tarixli 368 nömrəli sərəncamının surəti; - Daxili İşlər İdarəsi Mühafizə Şöbəsinin 259 nömərli 24.02.1992-ci il tarixli məktubunun surəti; - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Göygöl Rayon şöbəsinin vəkilə ünvanladığı 15.03.2013-cü il tarixli 44 nömrəli məktubunun surəti; - X13 tərk etmiş şəxslərlə iş üzrə Azərbaycan SSR Dövlət Komitəsinin 20.05.1991-ci il tarixli 01/134 nömrəli mktubunun surəti; - Göygöl rayon Polis şöbəsinin İddiaçı ünvanladığı 04.05.2013-cü il tarixli 163-1883- 3213 nömrəli məktubunun surəti - Azərbaycan Respublikası Xanlar rrayon İcra Başçısının 06.05.1993-cü il tarixli 368 nömrəli sərəncamı ilə təsdiq edilmiş 15/40 nömrəli texniki pasportun surəti; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinin Göygöl Rayon Məhkəməsinə ünvanladığı 05.10.2012-ci il tarixli 15/2845 nömrəli məktubunun surəti; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 10.06.2019-cu il tarixli **********13 nömrəli məktubunun surəti; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Gəncə Layihə Tədqiqat İdarəsinin 07.06.2019-cu il tarixli 133 nömrəli mütəxəssis rəyinin surəti; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Gəncə İnzibati Məhkəməsinə ünvanladığı 05.11.2021-ci il tarixli **********06 nömrəli və 21.12.2021ci il tarixli **********61 nömrəli etiraz məktubları; - Üçüncü şəxs X3 AZE 17070862 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Gəncə İnzibati Məhkəməsinə ünvanladığı 14.12.2021-ci il tarixli **********03 nömərli məktubu; - Xanlar Rayonunun Çaykənd kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid 02.01.2004-cü il tarixli cədvəlin surəti; - 06.05.1993-cü il tarixli 368 nömrəli yaşayış evinin alqı-satqı müqaviləsinin surəti; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Gəncə İnzibati Məhkəməsinə ünvanladığı 11.01.2022-ci il tarixli **********18 nömərli məktubu - Göygöl rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli, 2(066)-796/2012 nömrəli qətnaməsinin surəti; - 07.06.2019-cu il tarixli, 133 nömrəli mütəxəssis rəyinin surəti. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. İş materiallarına əlavə olunmuş mübahisələndirilən JN-612 F KOD 50800058 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Xanlar rayon Aqrar İslahat Komissiyasının 31.10.1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Xanlar (indiki Göygöl) rayonu Çaykənd kəndi ərazisindən həmin kənd sakini X9 verilməsi və Xanlar rayon Aqrar İslahat Komissiyasının 02.01.2004-cü il tarixli Xanlar (indiki Göygöl) rayonu Çaykənd kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyatı torpaq sahələrinə aid cədvəldə 612 xəritə nömrəsi ilə qeydə alınmış torpaq sahəsinin X9 aid olduğu qeyd olunsa da, “Xanlar (Göygöl) rayon Çaykənd kəndində fərdi yaşayış evlərinin Gəncə şəhəri Daxili İşlər İdarəsinin Mühafizə şöbəsinin bir qrup əməkdaşlarına satılması haqqında” Xanlar (Göygöl) rayon icra hakimiyyəti başçısının 06.05.1993-cü il tarixli, 368 nömrəli sərəncamına əlavə edilmiş siyahıda Xanlar (Göygöl) rayonu Çaykənd kəndində 15-ci məhəllə 40A nömrəli ünvanda yerləşən yarımçıq tikilmiş yaşayış evi İddiaçı satılmış, Xanlar (Göygöl) rayonu Çaykənd kəndində yerləşən 15/40 A nömrəli ev Xanlar (Göygöl) rayonu notariusunun 29.09.1993-cü il tarixli, r8-123 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş cavabdeh orqanın məhkəməyə ünvanladığı məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Xanlar rayon Dövlət notariat kontorunda 29.09.1993-cü il tarixdə təsdiq edilmiş Xanlar rayonun Çaykənd kəndindəki sabiq Xanlar rayon XDS İcraiyyə komitəsinin sərəncamına götürülmüş yaşayış evinin alqı-satqı müqaviləsinə əsasən, Göygöl rayonu Çaykənd kəndində yerləşən 15/40 A nömrəli ev İddiaçı satılmış, lakin sözügedən daşınmaz əmlak üzərində hüquqlar daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. Göygöl rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli, 2(066)-796/2012 nömrəli qətnaməsinin ilə cavabdehlər X14 qızı və X8 iddiaçı Dadaşov Nazim Nağı oğluna məxsus Göygöl rayon Çaykənd kəndində yerləşən 15/40 A nömrəli evdən çıxarılması qərara alınmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. 07.06.2019-cu il tarixli, 133 nömrəli mütəxəssis rəyinin surətindən görünür ki, iş materiallarına əlavə edilmiş iş materiallarına əlavə edilmiş 29.09.1993-cü il tarixli r8-123 reyestr nömrəsi ilə təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən, İddiaçı adına tərtib olunmuş Göygöl rayonu, Çaykənd kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair plan ölçü sənədinə istinadən 0,23 ha-ya (2300 kv.m) dək torpaq sahəsinin 0,09 ha (900 kv.m) hissəsi, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-612F KOD 50800058 nömrəli şəhadətnaməyə əsasən X7 mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -16.1-ci maddəsində qeyd olunmuşdur ki, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. -16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, JN-612F nömrəli, 27.17.01.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Göygöl rayonu, Çaykənd kəndində yerləşən 15/40A nömrəli mülkünün torpaq sahəsinin bir hissəsinə verilmiş 17.01.2005-ci il tarixli JN-612F nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar