Məhkəmə qərarları › İş №2-1(114)-1590/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1590/2022

21.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1590/2022 21.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissənin etibarnamə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissəyə qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissəyə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəmkir Korpus komandirinin Hərbi Nizamnamənin 156-cı maddənin “e” bəndi (xidmətə uyğunsuzluq) ilə işdən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli, 48 saylı əmri qanunsuz və əsassız olduğundan ləğv edilməsinə və əvvəlki vəzifəsinə bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Bundan sonra, iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə komandirinin 17 fevral 2022-ci il tarixli, N əç nömrəli əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 oktyabr 2014-cü ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra, 23 dekabr 2014-cü il tarixdə müddətdən artıq hərbi qulluqçu kimi Müdafiə Nazirliyinin Şəmkir Korpusunun N saylı hərbi hissəsinin 2-ci taburunun 6-cı bölüyünə snayper manqa komandiri kimi işə qəbul olunmuşdur. 2016-cı ilin aprel döyüşlərində, eləcə də 44 gün davam İkinci Vətən müharibəsində iştirak etmiş, Daşaltı döyüşlərində sol ayağından qəlpə yarası almış və döyüşü axıradək davam etdirmişdir. Fizulinin, Qubadlının azad olunması uğrunda medalla təltif edilmişdir. Həmçinin, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur. Şuşanın və Laçının azad olunması ilə bağlı hərbi əməliyyatlarda fəal iştirak etmişdir. Həyat yoldaşı X3 da 44 günlük müharibədə Fizuli müalicə-diaqnostika mərkəzində tibb bacısı işləmişdir. Onun iki əmisindən İbad Tanırverdiyev 1-ci Vətən müharibəsində itkin düşüb, onun adını o, daşıyır, digər əmisi Rövşən Tanırverdiyev isə şəhid olub. Onun hərbi xidmət dövründə heç bir inzibati cəzası olmadığı halda Müdafiə Nazirliyinin Şəmkir korposunun N saylı hərbi hissə komandirinin istəyi ilə komandirinin 15 mart 2022-cİ il tarixli, 48 saylı əmri ilə Hərbi Nizamnamənin 156-cı maddənin “E” bəndi (xidmətə uyğunsuzluq) ilə qanunsuz olaraq işdən azad edilmişdir. Cavabdeh orqana işdən çıxarılma əmrinin ona verilməsini xahiş etsə də bu günə kimi işdən çıxarılma əmrini ala bilməmişdir. Ona görə də məhkəməyə təqdim edə bilmir. Hərbi hissə komandiri onun 13-cü əmək haqqını kəsmiş, müharibə veteranlığının verilməsi üçün müraciət etsə də imtina etmişdir. Nişanlı olduğundan qazi və hərbçi yoldaşları ilə kompaniya edib toy etmək üçün icazə istəsə də, ona icazə verilməmiş, o, isə evlənmək üçün hər şey əvvəlcədən hazırlandığından hərbi hissənin bütün rəhbərliyinə məlumat verib N saat müddətinə hərbi hissədən getdiyinə görə onu işdən azad etmişdir. Göstərilənlərə əsasən işdən çıxarılmağını ədalətsiz və qanunsuz hesab edir. Korpus komandiri onu əsassız olaraq işdən azad etməklə hüquqlarını kobud şəkildə pozmuşdur. 8 illik fəaliyyətini nəzərə almadan, müharibə iştirakçısı, şəhid ailəsi olduğunu, ailə qurmaq üçün N saatlıq icazə almaq istəsə də vermədiklərindən, hərbi hissədən çıxıb getdiyini nəzərə almadan onu işdən azad etmişdir. Yuxarıda göstərdiyi əsaslar və səbəblərə görə onun xidmətlərini, İkinci Vətən müharibəsi iştirakçısı olmaqla medallarını, qüsursuz 8 il hərbidə işlədiyini nəzərə almadan Hərbi Nazamnamənin 156-cı maddənin “e” bəndi ilə işdən azad edilməyi barədə xx.xx.2022-ci il tarixli, 48 saylı əmr qanunsuz və əsassız olduğundan hesab edir ki, həmin əmr ləğv edilməli və öz vəzifəsinə bərpa olunmağı barədə qətnamə çıxarılmalıdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 21 noyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissənin etibarnamə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər İddiaçı, 19 aprel 2013-cü il tarixdə Gədəbəy rayon SHXÇDX tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissənin 4-cü tabor, minaatan batareya, 2-ci taqım, 1-ci heyətin heyət nəfəri vəzifəsində xidmət etmişdir. 4-cü taborun minaatan batareyasının komandiri kapitan Şəhriyar Hüseynovun tabor komandirinə yazdığı raportdan görünür ki, hərbi hissənin 4-cü tabor, minaatan batareya, 2ci taqım, 1-ci heyətin heyət nəfəri vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər İddiaçı xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində batareyanın əsgər yataqxanasında spirtli içki qəbul edib şəxsi heyətin istirahətini və növbətçi heyətin xidmətinə maneçilik törətmişdir. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən əsgər İddiaçı xarakterizə olunarkən qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər İddiaçı, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, funksional vəzifə borclarını bilməyən və onların öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkən bir hərbi qulluqçu kimi tanıtmışdır. Peşəkar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş deyil. İşinə tənqidi yanaşma qabiliyyətinə malik deyil. İradlardan nəticə çıxarmağa çalışsa da qismən nail olur. Kollektiv arasında nüfuzu çox aşağı səviyyədədir. Sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı vəzifə borclarını layiqincə yerinə yetirə bilmədiyini, xidməti yerində spirtli içiki qəbul etdiyini, Nizamnamələrin tələblərini kobud şəkildə pozduğunu nəzərə alaraq N nömrəli hərbi hissə komandiri polkovnik İlqar Abdulxalıqovun vəsatəti əsasında "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması haqda qərar qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 17 fevral 2022-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin N əç nömrəli, 17 fevral 2022-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması qanunidir və həmin əmrin ləğv edilməsi və əvvəlki xidmətə bərpa edilməsinə dair etirazlarını bildirirlər. Bundan başqa, N nömrəli hərbi hissə komandirinin N əç nömrəli, 17 fevral 2022ci il tarixli əmri "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 41.0.6 bəndinə (xidməti uyğunsuzluğa görə) əmrin mətni uyğundur. İddiada göstərilənlərə etiraz edirlər və iddianı qəbul etmirlər. Belə ki, N nömrəli hərbi hissə komandirinin N əç nömrəli, 17 fevral 2022-ci il tarixli əmri ləğv edilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, hazırkı iddia tələbi mübahisələndirmə haqında iddia tələbidir və iddia tələbi üzrə ümumi və xüsusi mümkünlük şərtlərinə əməl edilmiş, iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktın ləğv edilməsini və onun hüquqi nəticələrinin aradan qaldırılmasını xahiş etmişdir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsinə və dəyişdirilməsinə yönəlməli; 3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 4. İddia qaldırmaq səlahiyyəti olmalı; 5. iddia qaldırmaq üçün müəyyən edilən müddətə riayət edilməlidir. (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35.1, 38.1 maddələri, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73. maddəsi). Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - N saylı Hərbi Hissə tərəfindən verilmiş xidməti xasiyyətnamənin surətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xx.xx.2010cu il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir. Xidmətə başladığı ilk gündən özünü nizam-intizamsız bir hərbi qulluqçu kimi yerinə yetirməkdə çətinlik çəkir. Nizamnamə qaydalarını zəif bilir və gündəlik iş qaydalarını onun tələblərinə uyğun şəkildə qurmur. O, öz xidməti vəzifəsinə məsuliyyətli olduğunu dərk edir və bu vəzifənin öhdəsindən bilərəkdən gəlmir. İxtisas üzrə bilik və bacarığı çox zəifdir. Aparılan hər bir işin və qarşısına çıxan çətinliklərin öhdəsindən gələ bilmir. Xidmət etdiyi müddət ərzində kollektivin hörmətini qazanmamışdır. - N saylı Hərbi Hissənin xx.xx.2022-ci il tarixli aktının surətindən görünür ki, N nömrəli Hərbi Hissənin 4-cü taborun minaatan batareyasının 2-ci minaatan taqımın 1-ci heyətin heyət nəfəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı söhbət vərəqəsindən imtina etdiyinə görə akt tərtib olunmuşdur. - N saylı Hərbi Hissənin xx.xx.2022-ci il tarixli raportunun surətindən görünür ki, minaatan batareyanın 2-ci taqım 1-ci heyətin heyət nəfəri vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində batareyanın əsgər yataqxanasına spirtli içki qəbul edib, şəxsi heyətin istirahətini və növbətçi heyətin xidmətinə maneəçilik törətmişdir. Ona görə də, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının “Şərəf məhkəməsində” dinlənilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş olunmuşdur. - N nömrəli Hərbi Hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin xx.xx.2021-ci il tarixli, 20 nömrəli iclas protokolunun surətindən görünür ki, şərəf məhkəməsinə təqdim olunan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı oğlu məhkəmədə ona qarşı deyilən iradlardan razı olduğunu, hərbi qulluqçuya yaraşmayan hərəkətlər etdiyini, ictimai davranış qaydalarını pozması, intizamsızlıqlara yol verməsinin onun xidmətində problemlər yaratdığını, lakin buna baxmayaraq qısa bir zamanda ona tutulan iradlardan düzgün nəticə çıxaracağını və gələcək xidmətini davam etdirmək istədiyini nəzərə alaraq onun ordu sıralarında qalıb xidmətini davam etməyə köməklik göstərilməsini xahiş etmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı oğlunun spirtli işçi qəbul edərək şəxsi avtomobilini idarə edərkən, dövlət yol polisinin əməkdaşlarına qarşı, hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətlər etməsi, hərbi qulluqçulara mənfi fikirlərin yaranmasına səbəb olan hərəkətlər etməsi bununla da şəxsi heyətin mənəvi psixoloji vəziyyətinə mənfi təsir göstərərək pis nümunə olmasını nəzərə alaraq Azərbaycan Respublikası Müdafiə nazirinin 30 may 2015-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların şərəf məhkəmələri haqqında” Əsasnamənin 5.2.6-cı maddəsini rəhbər tutaraq ona “Azərbaycan Ordusundan xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması” elan olunması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. - N nömrəli Hərbi Hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, hərbi hissənin 4-cü taborunun minaatan batareyasının 2-ci taqım 1-ci manqasının heyət nəfəri vəzifəsində xidmət edən mhhxhq əsgər İddiaçı xidməti vəzifələrinin yerinə yetirməsinə laqeyd yanaşması, ictimai yerlərdə davraşın qaydalarını kobud şəkildə pozması, intizamsızlıqlara yol verməsi, hərbi intizamının və hərbi qulluqçu nüfuzuna olan ictimai fikrin aşağı düşməsinə səbəb olmuşdur. Komandanlıq tərəfindən xidmətində olan nöqsanlara görə mahhxhq əsgər İddiaçı ona göstərilən iradlardan heç bir nəticə çıxarmamışdır. - Təqdimatın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. - N nömrəli Hərbi Hissə komandirinin xx.xx.2022-ci il tarixli, N əç nömrəli əmrindən çıxarışdan görünür ki, MAHHXHQ əsgər İddiaçı N nömrəli Hərbi Hissə 4-cü motoatıcı taborunun minaatan batareyasının minaatan taqımının heyət nəfəri “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı oğlu xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində batareyanın əsgər yataqxanasına spirtli içki qəbul edib, şəxsi heyətin istirahətinə və növbətçi heyətin xidmətinə maneəçilik törətmişdir. Spirtli işçi qəbul edərək şəxsi avtomobilini idarə edərkən dövlət yol polisinin əməkdaşlarına qarşı hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətlər etmiş, hərbi qulluqçulara mənfi fikirlərin yaranmasına səbəb olan hərəkətlər etmiş və bununla da şəxsi heyətin mənəvi psixoloji vəziyyətinə mənfi təsir göstərərək pis nümunə olmuşdur. Buna görə də mahhxhq əsgər İddiaçı N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsində dinlənilmiş və məhkəmə onun barəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti üyğunsuzluğa görə) ehtiyata buraxılması üçün komandanlıq qarşısında vəsatət qaldırılmasını qərara almışdır. Qərar hərbi hissə komandirinə təqdim olunmuş və hərbi hissə komandiri verilmiş qərarla razılaşaraq mahhxhq əsgər İddiaçı “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması üçün təqdim etmiş, nəticədə mahhxhq əsgər İddiaçı N nömrəli Hərbi Hissə komandirinin xx.xx.2022-ci il tarixli, N əç nömrəli əmri ilə ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında”Əsasnamənin:

1. maddəsinə əsasən bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.

2. maddəsinə əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətəçağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir.

156. maddəsinin “e” bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar.

161. maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.

168. maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun:

3. maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

4. maddəsinə əsasən hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. 30.1 maddəsinə əsasən hərbi qulluqçular hüquq pozuntuları törətmək üstündə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı hərbi xidmətə uyğun olmadığından, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinin tələblərinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinin tələblərinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissəyə qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.

Nəticəvi h i s s ə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissəyə qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar