Məhkəmə qərarları › İş №2-1(114)-1593/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1593/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1593/2022 23.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı ölüm haqqında şəhadətnamənin verilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı X5 09 yanvar 2022-ci il tarixdə Gəncə şəhərində vəfat etməsinə dair “Ölüm haqqında” şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X2 ilə X7 13 yanvar 1984-cü ildə aralarındakı nikahı Daşkəsən rayon VVAQ şöbəsində 05 nömrə ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından 3 üç uşaqları anadan olmuşdur. Valideynləri ilə birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsi 8-ci küçədə yaşamışdır. X7 16 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. X12 uzun müddət xəstə olmuşdur. Anasının ölümündən sonra atası Allahverdi depresiyaya düşmüş, psixoloji durumunda gərginlik baş vermiş, yaddaş pozğunluğundan əziyyət çəkmiş, anasının ölümü ilə barışa bilməmişdir. 08 yanvar 2022-ci il tarixdə o, ailəsi ilə birlikdə qaynıgilə qonaq gedib, gecəni qaynıgildə qalmışdır. Həmin vaxt atası Allahverdi evdə tək olmuşdur. 09 yanvar 2022-ci il tarixdə evə qayıdarkən evin darvazası bağlı olduğu üçün nərdivanla darvazanın üzərində evə daxil olduqda atası Allahverdinin özünü iplə dəmir darvazanın barmaqlığından asaraq intihar etdiyini görmüşdür. Bundan sonra Gəncə Şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Təcili və X13 Stansiyasına zəng edərək həkim çağırmış, 09 yanvar 2022-ci il tarixdə saat 12:27 radələrində həkimlər gələrək X12un meyidinə baxış keçirilmiş və 10 yanvar 2022-ci il tarixli məlumat vərəqəsi verilmişdir. Eyni zamanda, Gəncə şəhər prokurorluğunun əməkdaşları, habelə Məhkəmə-Tibbi Eksperti də hadisə yerinə gəlmiş, müvafiq baxış keçirilmiş, müayinə edilmişdir. İş üzrə Gəncə Şəhər Prokurorluğunda faktla bağlı araşdırma aparılmış, Gəncə Şəhər Prokurorluğunun müstəntiqi X16 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 yanvar 2022-ci il tarixli qərarı ilə X2nun 09 yanvar 2022-ci ildə özünü asaraq intihar etməsi faktı öz təsdiqini tapmışdır. Toplanmış sənədləri müəyyən şəkildə təhlil edilərək X2na qarşı amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçatma, ona hədə-qorxu gəlmə hərəkətlərinin olması müəyyən edilməmişdir. Bu səbəbdən də X2nun yaşadığı mənzildə 09 yanvar 2022-ci il tarixdə özünü asaraq intihar etməsi faktı üzrə cinayət işinin başlanması Azərbaycan respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Atası X1 şəhərində dəfn edilmişdir. O, “Ölüm haqqında tibbi şəhadətnamə” alınması üçün Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X21 Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına rəsmi qaydada müraciət etsə də, xəstəxananın məktubu ilə, X12un ölümünün baş vermə səbəbi məlum olmadığına görə adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsindən imtina edilmişdir. Ölümün təsdiq olunması barədə 6 saylı şəhər poliklinikası Təcilli və X4 xx.xx.2022-ci il tarixli, 78 saylı məlumat vərəqi verildiyini, ölüm faktının və səbəbinin Gəncə Şəhər Prokurorluğunun 19 yanvar 2022-ci il tarixli qərarı ilə müəyyən olunduğunu bildirərək, “ölüm haqqında tibbi şəhadətnamə” verilməsini təkidlə tələb etsə də, tamamilə qanunsuz, əsassız və haqsız olaraq həmin şəhadətnamənin verilməsindən imtina olunmuşdur İş üzrə şifahi məhkəmə baxışı iclası 23 iyun 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbləri izah olunaraq, ölüm faktının təsdiq edilməsi ilə bağlı rayon (şəhər) məhkəməsinə müraciət etmək tövsiyyə olunmuş, lakin iddiaçı iddia tələbinə inzibati qaydada baxılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarının 9.1.bədinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur və iddia tələbi mümkün olsa da, mahiyyət baxımından əsassızdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Təcili və X13 Stansiyası 6 nömrəli şəhər poliklinikasının 10 yanvar 2022-ci il tarixli, 78 nömrəli məlumatından görünür ki, xx.xx.1960-cı il tarixdə anadan olmuş, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 8-ci küçədə yaşamış X8 xx.xx.2022-ci il tarixdə saat 12:27 radələrində təcili yardıma qədərki ölüm və mexaniki asfiksiya “özünü asma” diaqnozu ilə özünə intihar etmişdir. - “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X21i X22 Sağlamlıq Mərkəzinin 14 yanvar 2022-ci il tarixli, 159 nömrəli tibbi arayışından görünür ki, xx.xx.1960-cı il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 8-ci küçədə yaşamış X3 Gəncə Ailə və Sağlamlıq Mərkəzində tibbi qeydiyyatda olmuş, qohumlarının dediyinə və Təcili və X13 stansiyasının xx.xx.2022-ci il tarixli, 78 saylı çıxarışına əsasən vətəndaş xx.xx.2022-ci il tarixdə saat 12:27 radələrində təcili yardıma qədərki ölüm və mexaniki asfiksiya “özünü asma” diaqnozu ilə özünə intihar etmişdir. Təcili X13 stansiyasının həkimi Məmmədova Yeganə bunu təsdiq etmişdir. - 19 yanvar 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, xx.xx.1960-cı il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 8-ci küçədə yaşamış X5 yaşadığı mənzildə xx.xx.2022-ci il tarixdə özünü asaraq intihar etməsi faktı üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsaəsn cinayət hadisəsi olmadığından rədd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 08 fevral 2022-ci il tarixli, 05/Q-558/15 nömrəli məktubunun surətindən görünür ki, X5 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - “Daşkəsən Rayon Mərkəzi Xəstəxanası” X21in 14 fevral 2022-ci il tarixli, 244 nömrəli arayışından görünür ki, X8 xx.xx.2022-ci il tarixdə yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsində özünə məxsus yaşayış evində özünü asaraq intihar etmişdir. Daşkəsən MRX PHŞ tərəfindən meyid müayinə olmadığı üçün ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı təqdim edilmək mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum X14 oğlu yaşadığı mənzildə xx.xx.2022-ci il tarixdə özünü asaraq intihar etmişdir. İddiaçı mərhum atasına ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan 08 fevral 2022-ci il tarixli, 05/Q-558/15 nömrəli məktubu ilə X5 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Belə ki, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının; 1.4. maddəsinə əsasən VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 8.1. maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. 8.2. maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. 8.3. maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. 8.4. maddəsinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. 8.5. maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. 8.6. maddəsinə əsasən ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. 8.14. maddəsinə əsasən ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. 8.15. maddəsinə əsasən ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

193. maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.1. maddəsinə əsasən ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1. maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Göründüyü kimi, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Hazırki işdə isə mərhum X5 ölümünü təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığı üçün, sonuncunun ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi qanunauyğun omuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı ölüm haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

N ə t i c ə h i s s ə s i:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı ölüm haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir.

Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar