Məhkəmə qərarları › İş №2-1(114)-1597/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1597/2022

20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1597/2022 20.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Osmanov Usaməddin Hidayət oğlu, İddiaçı cavabdeh Tərtər rayon Mamırlı bələdiyyəsinə qarşı iddiaçının xx.xx.2022-ci il tarixli, 3-55 nömrəli təklif məktubunun müzakirəsinə dair qərar qəbul edilməsi tələbinə dair işə məhkəmənin binasında, məhkəmə iclasından kənar qaydada baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Tərtər rayon Mamırlı bələdiyyəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2022-ci il tarixli, 3-55 nömrəli təklif məktubunun müzakirəsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixli, 3-103 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, hazırda cavabdehin xx.xx.2022-ci il tarixli, 3-55 nömrəli təklif məktubunun müzakirəsinə dair qərar qəbul edilərək inzibati nəzarət qaydasında baxılması üçün onlara təqdim edilmişdir. Buna görə də iddia tələbindən imtina etmələri səbəbi ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə göndərilmiş məktubu nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsində deyilir ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçının ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı prosessual marağının itməsi səbəbindən iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh Tərtər rayon Mamırlı bələdiyyəsinə qarşı xx.xx.2022-ci il tarixli, 3- 55 nömrəli təklif məktubunun müzakirəsinə dair qərar qəbul edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar