Məhkəmə qərarları › İş №2-1(114)-160/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-160/2021

12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-160/2021 12.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, digər iddiaçılar İddiaçı3 və İddiaçı4 etibarnamə üzrə nümayəndəsi eyni zamanda iddiaçı Musayeva (Alırzayeva) Sona Amil qızının iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Musayeva (Alırzayeva) Sona Amil qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X2rşı Dövlət aktlarında düzəlişlərin edilməsi tələbinə dair məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Musayeva (Alırzayeva) Sona Amil qızının (bundan sonra mətndə iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X3 (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək, torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-512 (KOD 50104028) Dövlət Aktında qeyd olunmuş 0.06 ha torpaq sahəsinə və həmin Dövlət Aktındakı torpaq sahəsinin planı /cizgisi/ səhifəsində 0.06. ha torpaq sahəsinin koordinatlarına, habelə JN-511 (KOD 50104028) nömrəli Dövlət Aktında qeyd olunmuş 1.24 ha torpaq sahəsinə və həmin Dövlət Aktındakı torpaq sahəsinin planı /cizgisi/ səhifəsində 1.24 ha torpaq sahəsinin koordinatlarına dair qeydlə bağlı Dövlət reyestrində JN-512 (KOD 50104028) nömrəli Dövlət Aktına əsasən torpaq sahəsinin ölçüsünün 1.24 ha olması və həmin Dövlət Aktındakı torpaq sahəsinin planı /cizgisi) səhifəsində 1.24 ha torpaq sahəsinin koordinatlarının olması kimi, habelə JN-511 (KOD 50104028) nömrəli Dövlət Aktına əsasən torpaq sahəsinin ölçüsünün 0.50 ha olması və həmin Dövlət Aktındakı torpaq sahəsinin planı /cizgisi) səhifəsində 0.50 ha torpaq sahəsinin koordinatlarının olması kimi düzəlişin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, digər iddiaçılar İddiaçı3 və İddiaçı4 etibarnamə üzrə nümayəndəsi eyni zamanda iddiaçı Musayeva (Alırzayeva) Sona Amil qızı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdilər. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, Qazax Rayon Məhkəməsində iddiaçı ilə qardaşı arasında atasından qalmış miras torpaq sahəsi ilə bağlı mübahisə var. Həmin işin icraatı hazırda Gəncə İnzibati Məhkəməsində baxılan işlə bağlı dayandırılmışdır. Aqrar islahat zamanı torpaq sahəsi verilən şəxslərin subyektlər siyahısı var, lakin həmin subyektlər siyahısında şəxslərə verilən torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmin siyahıda torpaq sahəsinin miqdarı bəzən yazılır, əksər hallarda yazılmır. Ancaq həmin siyahıda aktın nömrəsi qeyd olunur ki, həmin aktın nömrəsi ilə baza məlumatlarında vətəndaşa verilən torpaq sahəsinin miqdarını öyrənmək olur. Hazırki işdə mübahisələndirilən torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komissiyası tərəfindən 6 sot kimi baza məlumatlarına işlənmişdir. Ona görədə iddia ərizəsinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəfindən bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iş üzrə iddiaçılar Qazax rayon X1 xx.xx.1997-ci il tarixli, 10 nömrəli qərarı əsasında verilmiş Torpağa mülkiyyət hüququna dair JN-512 (KOD 50104028) və JN-511 (KOD 50104028) nömrəli Dövlət Aktlarında göstərilən torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ölçülərini mübahisələndirirlər ki, həmin sənədlər də X1 xx.xx.1997-ci il tarixli, 10 nömrəli qərarına əsasən verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Bununla bərabər məhkəmə xidməti vəzifəsinə uyğun olaraq iddiaçının dəlillərini araşdırmaq üçün xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu vermis, sorğuya verilmiş cavaba əlavə olunmuş Qazax rayon Əzizbəyov adına sovxozda torpaq payı almaq hüququna malik subyektlərin ümumi siyahısında iddiaçıların qanuni istifadəsində olan 0.08 ha faktiki torpaq sahəsinin olduğu göstərilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, tələbə mahiyyəti üzrə baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Musayeva (Alırzayeva) Sona Amil qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X2rşı Dövlət aktlarında düzəlişlərin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar