Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-160/2022 15.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh nümayəndəsi X9, Üçüncü şəxs X7 iştirakları ilə İddiaçı Cavabdehnə (üçüncü şəxs X10) qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə (üçüncü şəxs X10) qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X8 0.0218 ha həyətyanı torpaq sahəsinin ayrılaraq satılması barədə Cavabdeh xx.xx.2019-cu il tarixli, 21 nömrəli qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 28 fevral 2015-ci il tarixdə X10 ilə ünvan 1 ünvanında yerləşən 0.05 həyətyanı torpaq sahəsi almış, bundan sonra həmin torpaq sahəsində yaşayış evi tikmiş və ailəsi ilə orada yaşayır. Qeyd olunan torpaq sahəsi onlar alan vaxt açıq sahə olub və sonradan ev tikən vaxt torpaq sahəsini mişar daşı ilə hasara almışlar. Onlara məxsus 0.05 ha torpaq sahəsi ilə bitişik 0.0242 ha bələdiyyəyə məxsus torpaq sahəsi olub, həmin torpaq sahəsi zibillik olub, qeyd olunan zibilliyi təmizləmişlər və onlara məxsus torpaq sahəsi ilə birlikdə hasara alımışlar. Bu barədə bələdiyyənin məlumatı olub və razılıqları da olub. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən 0.05 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş, çıxarış verilərkən torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş və həmin plan ölçüdə onun istifadəsində sənəd üzrə 0.05 ha, faktiki istifadə üzrə isə 0.0742 ha torpaq sahəsinin olması qeyd edilmişdir. Buna baxmayaraq Cavabdeh onlara heç bir məlumat vermədən xx.xx.2019-cu il tarixli, 21 saylı qərarla faktiki olaraq onun sahibliyində olan 218 kv.m olan torpaq sahəsinin X1 qərara almışdır. Halbuki, Cavabdeh bilirdi ki, həmin torpaq sahəsini 2015-ci ildən onlar təmizləyərək hasara almışlar və qeyd olunan tarixdən də onların sahibliyindədir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə təqdim edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, 21 nömrəli qərarının ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürülmədyini bildirmiş və ərizəni onunla əsaslandırmışdır ki, üçüncü şəxs X10 qeyd olunan torpaq sahəsinə çıxarış aldıqdan sonra xx.xx.2021-ci il tarixdə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində olan tikilinin sökülməsini xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. xx.xx.2021-ci il tarixdə Şəmkir Rayon Məhkəməsində məhkəmə hazırlıq iclasında İddiaçı məlum olmuşdur ki, Cavabdeh belə bir qərarı olmuşdur. Bundan dərhal sonra iddiaçı Gəncə İnzibati Məhkəməsində hazırki iddianı qaldırmışdır. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 21 nömrəli qərarının ləğv edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, 21 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 21 nömrəli qərarı ilə Şəmkir şəhərinin İİİ zonasında yerləşən Dövlət Reyestrində Cavabdeh adına xx.xx.2019-cu il tarixli, **********75 reyestr nömrəsi ilə qeydiyyata alınmış 218 kv.m torpaq sahəsi X2. Həmçinin bildirmişdir ki, iddiaçı tərəfindən qeyd edilən torpaq sahəsinin ona satılması barədə müraciət olunmuş, lakin müraciət müsbət həll edilməmişdir. Odur ki, qanunamüvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X10 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, mülkiyyətində Şəmkir şəhəri ərazisində 0,0218 ha həyətyanı torpaq sahəsi var. Həmin torpaq sahəsini bir neçə ildir ki, iddiaçı zəbt etmişdir. Həmçinin, iddiaçı torpaq sahəsini zəbt etdikdən sonra həmin ərazidə ev inşa etmişdir. Dəfələrlə iddiaçıya torpağın onun mülkiyyətində olması barədə DƏDRX-dən aldığı müvafiq sənədləri göstərsə də, iddiaçı öz iddiasından geri durmamışdır. Sonra isə həmin torpaq sahəsində qanunsuz ev inşa etmişdir. Dəfələrlə iddiaçıdan torpaq sahəsindən çıxmasını tələb etsə də və bir müddət iddiaçının torpaq sahəsindən çıxmasını gözləsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: 28 fevral 2015-ci il tarixli, AN – ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, satıcı – X6 nümayəndəsi X5 şəhərində yerləşən 0.05 ha torpaq sahəsini tam mülkiyyət hüququ üzrə alıcı – İddiaçı Musa qızına satmışdır. “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir şəhərində yerləşən 0.0218 ha torpaq sahəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli, 21 nömrəli iclas protokolundan çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir şəhərinin İİİ zonasında yerləşən Dövlət Reyestrində Cavabdeh adına xx.xx.2019-cu il tarixli, **********75 reyestr nömrəsi ilə qeydiyyata alınmış 218 kv.m torpaq sahəsinin X8 həyətyanı məqsədilə 327,0 manata satılması qərara alınmışdır. 08 noyabr 2019-cu il tarixli, AN – ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, satıcı – Cavabdeh Şəmkir şəhərində yerləşən 0.0218 ha torpaq sahəsini tam mülkiyyət hüququ üzrə alıcı – X3. “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir şəhərində yerləşən 0.0218 ha torpaq sahəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmənin tərkibi ilə mübahisəli torpaq sahəsinə 02 dekabr 2022-ci il tarixdə keçirilmiş yerində baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən hər iki torpaq sahəsinin sərhədində yaşayış evi tikilmişdir. Yaşayış evi iki mərtəbəli olmaqla ikinci mərtəbənin üzəri dam örtüyü ilə örtülməmiş, birinci mərtəbənin bir hissəsi yaşayış otağı kimi istifadə olunur, qapının kənarında isə (sellofan örtüklə) mətbəxi əvəz edən yardımçı sahə düzəldilmişdir. Yaşayış evin giriş Şəmkir şəhəri, M.Alıyev küçəsindən deyil, həmin küçəyə girişdən sol tərəfdəki döngədən, mübahisələndirilən 0,0218 ha torpaq sahəsindəndir. Şəmkir şəhər Bələdiyyəsinin mühəndisi X15 ərazidə ölçmə işləri apararaq müəyyən etmişdir ki, yaşayış evi üzrə aparılan tikinti sahəsinin üzbəüz dayandıqda sol tərəfdən 9.04 metr, sağ tərəfdən 11.45 metr, arxa tərəfdən 21.59 metr, ön tərəfdən 21.16 metr ölçüdə mübahisələndirilən torpaq sahəsində yerləşir. Ağarılan tikintinin sol tərəfdən 22.47 metr, sağ tərəfdən 22.47 metr, arxa tərəfdən 23.02 metr, ön tərəfdən 21.59 metr ölçüdə yerləşən hissəsi iddiaçıya məxsus torpaq sahəsinin üzərindədir. Yerli baxışda iştirak edən İddiaçı bildirmişdir ki, həmin torpaq sahəsi zibillik olub, qeyd olunan zibilliyi təmizləmişlər və özünə məxsus torpaq sahəsi ilə birlikdə hasara almışlar və bu barədə bələdiyyənin məlumatı olub və razılıqları da olub. Ona görə də, 2019-cu ildən tikintiyə başlamışlar və 2019-cu ilin avqust ayında birinci mərtəbə və hasar artıq hazır olmuşdur. Yerli baxışda iştirak edən üçüncü şəxs X10 bildirmişdir ki, dəfələrlə iddiaçıya aranı çəkməyi, torpaq sahəsini ayırmağı təklif etmiş, amma iddiaçı bunu etməmişdir. Yerli baxışda iştirak edən Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi X12 bildirmişdir ki, həmin ərazidə tikinti aparılması ilə bağlı məlumatları olmamışdır. Ərazi yol kənarında yerləşən binaların arxasında yerləşdiyindən diqqəti cəlb etməmişdir. Cavabdehnə vətəndaşlardan daxil olan sənədlərin qeydiyyatı kitabından çıxarışın məzmunundan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdehnə müraciət edərək, istifadəsində olan torpaq sahəsinə bitişik 0.0218 ha torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 15 may 2019-cu il tarixli, 6/09 nömrəli məktubunun və bələdiyyənin vətəndaşlara göndərilən sənədlərin qeydiyyatı kitabından çıxarışın surətindən görünür ki, iddiaçının iddia etdiyi və istifadəsində olan həyətyanı torpaq sahəsinə bitişik torpaq sahəsinə dair X7 adına sənədləşdirmə işləri davam etdiyindən, həmin torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsassız hesab edir. Göründüyü kimi, iddiaçı Şəmkir şəhərində yerləşən 0,0218 ha torpaq sahəsinin ona məxsus 0,05 ha torpaq sahəsinə bitişik olduğunu və hazırda onun istifadəsində olduğunu qeyd edərək, həmin torpaq sahəsinin üçüncü şəxs X4 barədə Cavabdeh 05 noyabr 2019cu il tarixli, 21 qərarının ləğv edilməsini tələb edir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, zəbt etmiş olduğu və hazırda üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin onun tərəfindən zibillikdən təmizlənərək hasarlanmış, bu barədə bələdiyyənin də məlumatı olmuşdur. Lakin məhkəmə araşdırması nəticəsində iddiaçının qeyd etdiklərinin tam əksi müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı bələdiyyəyə rəsmi qaydada müraciət edərək iddia olunan torpaq sahəsinin ona satılmasını xahiş etmiş, iddiaçının ərizəsinə cavab olaraq bələdiyyə torpaq sahəsinin iddiaçıya satılmasından imtina etmişdir. Bundan əlavə müəyyən olunmuşdur ki, iddia olunan torpaq sahəsi üçüncü şəxsə alqı-satqı müqaviləsi əsasında satılmış və hal-hazırda onun mülkiyyətindədir. İddiaçı isə hazırda məhkəmədə iddia qaldıraraq Cavabdeh xx.xx.2019-cu il tarixli, 21 nömrəli « 0,0218 ha torpaq sahəsinin üçüncü şəxsə satılmasına dair » qərarının ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının : - 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. - 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, cavabdeh orqan öz mülkiyyətində olan torpaq sahəsini tam qanuni əsaslarla üçüncü şəxsə satmış və sonuncu həmin torpaq sahəsini aldıqdan sonra torpaq sahəsinə dair mülkiyyət hüququ əldə etmişdir. Hazırda iddiaçının iddiası məhkəmə tərəfindən təmin edildiyi halda üçüncü şəxsin mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər. Bundan əlavə məhkəmə qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (bənd 2); Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (bənd 5); Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir (bənd 6); Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır (bənd 7); Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (bənd 8). Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici daşınmaz əmlak kimi torpaqların məqsədli təyinatını və hüquqi rejimini, yerquruluşu işlərinin aparılması qaydalarını, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi şərtlərini, o cümlədən istifadə hüququnu, torpaq sahəsi üzərində hüquqların yaranmasının ümumi əsaslarını və digər məsələləri dəqiq müəyyənləşdirmişdir. “A.Şoşanovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 fevral 2015-ci il tarixli Qərarında da göstərilmişdir ki, "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Mülki Məcəllənın 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 178.1- ci maddəsinə görə isə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu mülki hüquq normalarının birgə təhlilindən göründüyü kimi, daşınmaz əmlaka, eləcə də torpağa mülkiyyət hüququ, o cümlədən bələdiyyələrə məxsus olan əmlak üzərində onların mülkiyyət hüququ qanuna müvafiq qaydada qeydə alındığı halda yaranmış hesab olunur. Hazırki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, mübahisələndirilən torpaq sahəsi bələdiyyə torpağı olmuş və bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra Cavabdeh mülkiyyətində olan torpaq sahəsini qanuni əsasla üçüncü şəxs X3. Belə ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. - 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyənin səlahiyyətidir. - 6.1-ci maddəsində bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməsi göstərilmişdir. - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafıq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. - 9.2-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. - 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. - 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. - 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. - 16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyənin səlahiyyətidir. Hazırki halda məhkəmə hesab edir ki, mübahisə poredmeti olan torpaq sahəsi bələdiyyə torpağı olduğundan və bələdiyyə qanuni əsaslarla həmin torpaq sahəsini üçüncü şəxsə satdığından, Cavabdeh xx.xx.2019-cu il tarixli, 21 nömrəli qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə (üçüncü şəxs X10) qarşı Cavabdeh xx.xx.2019-cu il tarixli, 21 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-160/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-160/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver