Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-160/2024 10.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin verilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona “J45.8 Qarışıq astma, bronxial astma, xroniki tənəffüs çatışmazlığı 2-ci dərəcə” diaqnozu üzrə müvafiq əlillik dərəcəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, “J45.8 Qarışıq astma, bronxial astma, xroniki tənəffüs çatışmazlığı 2-ci dərəcə” diaqnozu ilə ağır xəstədir. Dəfələrlə xəstəliyi ilə bağlı müxtəlif səhiyyə müəssisələrində müalicə olmuşdur. Ona görə də, xəstəliyi çox çətin sağalan və əmək qabiliyyətinin tamamilə itirilməsinə səbəb olan xəstəlik hesab olunduğu üçün ona əlillik dərəcəsi verilməsi məqsədi ilə tibbi sənədlərini Tibbi-Sosial Ekspert Komissiyasına göndərmişdir. Hər dəfə Ekspert Komissiyası müxtəlif bəhanələrlə əlillik dərəcəsini verməkdən imtina etmişdir. Sonuncu dəfə iddiaçının sənədləri X3 tərəfindən ona əlillik dərəcəsinin verilməsi üçün Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2022-ci il tarixli rəyi ilə yenidən ona əlillik dərəcəsinin verilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi göstərilmişdir ki, “əlavə müalicəyə ehtiyacın olması; müalicə müddəti yetərli deyil, ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür”. Halbuki, həmin ərizəyə əlavə edilmiş tibbi sənədlər bu imtinanın əsassız olduğunu sübut edir. İddiaçı bu imtinada göstərilən səbəblə razılaşmır və belə olan halda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də, hesab edir ki, ona “J45.8 Qarışıq astma, bronxial astma, xroniki tənəffüs çatışmazlığı 2-ci dərəcə” diaqnozlu xəstəliyi ilə bağlı müvafiq əlillik dərəcəsinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “xx.xx.2022-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması əsası ilə imtina verilmişdir, lakin iddiaçı həmin qərardan şikayət verməmişdir. Bu səbəbdən iddia mümkünsüz sayılmalıdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma Diaqnozun mətni: Bronxial astma qarışıq forma..; İmtina: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2010-cu ildən xəstə olmasına baxmayaraq 2017-ci ilədək müayinə müalicə olması haqqında məlumat yoxdur səbəbi ilə imtina olunmuşdur. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və X2 X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma Diaqnozun mətni: J45.0 Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, Bronxial astma qarışıq forma orta ağır gedişli kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli venteliyasiya pozğunluğu ilə Ağırlaşma J43 Emfizema, Ağ ciyərlərin emfizeması. Xroniki tənəffüs çatmamazlığı İl-dərəcə. Xroniki ağ ciyər ürəyi..; İmtina: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin 2010-cu ildən son illərə qədər olan müalicələri haqda heç bir məlumat yoxdur, xəstəliyin ağırlaşmasını təsdiq edən diqaqnostik müayinələr ətraflı qeyd edilsin səbəbi ilə imtina olunmuşdur. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və X2 Bronxial astma;qarşıq forma, daimi gedişli orta ağır kəskinləşmə mərhələsi, hissəvi nəzarət olunan TÇ-İİ dərəcə. Ağ ciyərlərin emfizeması. Xroniki tənəffüs çatmamazlığı İl-dərəcə. Xroniki ağ ciyər ürəyi. Diaqnozun mətni: J45.0 Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, Bronxial astma qarışıq forma orta ağır gedişli kəskinləşmə mərhələsi.Qarışıq tipli əhəmiyyətli venteliyasiya pozğunluğu ilə Ağırlaşma J43 Emfizema, Ağ ciyərlərin emfizeması. Xroniki tənəffüs çatmamazlığı İldərəcə.Xroniki ağ ciyər ürəyi..; İmtina: Göndərişin natamam doldurulması - Səbəb: Diaqnozun ağırlaşmasını təsdiq edən diaqnostik müayinə səthi yazılıb səbəbi ilə imtina olunmuşdur. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və X2 X sinif – Tənəffüs sistemi xəstəlikləri =>J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => - Allergik komponentin üstünlüyü ilə gedən astma. Diaqnozun mətni Allergik Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstələndiyi 2010-cu ildən 2017-ci ilədək olunan müayinə və müalicələr barədə məlumat verilmir. İnstrumental müayinələr xəstəliyin ağırlaşmasını təsdiq etmir səbəbi ilə imtina olunmuşdur. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və X2 X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma. Diaqnozun mətni: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin əmək müqaviləsi var. İmtina: Əmək qabiliyyəti itirmə vərəqəsi tam göstərilməmişdir. (180 gün olmalıdır) səbəbi ilə imtina olunmuşdur. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X2 X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 – Astma => J45.8 - Qarışıq astma Diaqnozun mətni: TSEK-ə göndəriş zamanı diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz J45.8 Qarışıq astma, Bronxial astma qarışıq forma nəzarət edilməyən Qarışıq tipli əhəmiyyətli venteliyasiya pozğunluğu genalizə olunmuş bronxobstruksiya. Ağırlaşma J43 Emfizema, Ağ ciyərlərin emfizeması. Xroniki tənəffüs çatmamazlığı İl-dərəcə. Xroniki ağ ciyər ürəyi səbəbi ilə imtina olunmuşdur. İmtina: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb : Müalicə müddəti yetərli deyil, ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş tibbi-sosial ekspertiza alt sistemindən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli müayinə nəticəsində “Qarışıq astma, Bronxial astma qarışıq forma nəzarət edilməyən Qarışıq tipli əhəmiyyətli venteliyasiya pozğunluğu genalizə olunmuş bronxobstruksiya. Ağırlaşma J43 Emfizema, Ağ ciyərlərin emfizeması. Xroniki tənəffüs çatmamazlığı İl-dərəcə. Xroniki ağ ciyər ürəyi” diaqnozu qoyulmuş, həmin göndərişdən “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE VƏ PAB” PHŞ-nin T-614/2023 nömrəli ekspert rəyində bildirilir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən xx.xx.2023cü il tarixdə X5 xəstəlikləri İnstitutunda döş qəfəsinin rentgenoloji və spiroqrafik müayinələrdən sonra ona "J45.8- Bronxial astma qarışıq forma nəzarət olunmayan kəskinləşmə mərhələsi əhəmiyyətliventilyasiya pozğunluğu" diaqnozu qoyulmuşdur. Qeyd edilən diaqnoz xx.xx.2022-ci il tarixli qərardakı diaqnozla uyğunluq təşkil edir və onun orqanizmində baş verən patoloji duruma uyğun düzgün müəyyən edilmişdir. İddiaçı hazırda yuxarıda qeyd edilən xəstəliklərdən əziyyət çəkir. Onun hazırda əlavə müalicəyə ehtiyacı yoxdur və xəstəliklər kəskinləşərkən o, əlavə müalicəyə cəlb edilə bilər. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ona qoyulmuş “Qarışıq astma, Bronxial astma qarışıq forma nəzarət edilməyən Qarışıq tipli əhəmiyyətli venteliyasiya pozğunluğu genalizə olunmuş bronxobstruksiya. Ağırlaşma J43 Emfizema, Ağ ciyərlərin emfizeması. Xroniki tənəffüs çatmamazlığı İl-dərəcə. Xroniki ağ ciyər ürəyi” diaqnozuna əsasən əlillik vəziyyətinə baxılmış, lakin “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. İddiaçı hazırki tələblə ona qoyulmuş diaqnoza əsasən xx.xx.2022-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın:- -1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. -3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 1.1.2.2. ağır gedişli – tez-tez baş verən kəskinləşmələr (ildə 6 dəfədən artıq) və ağır tutmalarla (nəzarət olunmayan, ağır persistə edən bronxial astma) İİ-İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA mərhələdə xroniki ağciyər-ürək çatışmazlığı ilə xəstəliyinə görə orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla orqanizmin funksiyalarının pozulması müddəti 2 ildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, yuxarıda istinad olunan müvafiq ekspert rəyi ilə müəyyən edilir ki, xx.xx.2023cü il tarixdə X5 xəstəlikləri İnstitutunda döş qəfəsinin rentgenoloji və spiroqrafik müayinələrdən sonra iddiaçıya "J45.8- Bronxial astma qarışıq forma nəzarət olunmayan kəskinləşmə mərhələsi əhəmiyyətliventilyasiya pozğunluğu" diaqnozu qoyulmuşdur, qeyd edilən diaqnoz xx.xx.2022-ci il tarixli qərardakı diaqnozla uyğunluq təşkil edir və onun orqanizmində baş verən patoloji duruma uyğun düzgün müəyyən edilmişdir, eyni zamanda İddiaçı hazırda yuxarıda qeyd edilən xəstəliklərdən əziyyət çəkir. Göründüyü kimi, iddiaçı hazırda qeyd olunan xəstəliklərdən əziyyət çəkir və onda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.2.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla orqanizmin funksiyalarının pozulması müddətinin 2 il müəyyən edilməsinə əsas verir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.2.2-ci bəndinə əsasən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.2.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyasının 65-80 faizinin itirilməsinə görə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-160/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-160/2024
10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver