Məhkəmə qərarları › İş №2-1(114)-1603/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1603/2025

21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1603/2025 21.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Daşınmaz Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Eıvin Cəfər oğlunun katibliyi, İddiaçılar İddiaçı1, Qasımova (Məmmədova) Solmaz İsmayıl qızı, Əsgərova (Məmmədova) Ağca İsmayıl qızı, İddiaçı4 və X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələsi Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı JN- 226A saylı kod 50809018 torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması, Göygöl rayon Şəhriyar kəndində yerləşən mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin plan və ölçüsünün tanınması, qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Xanlar RAİK-in xx.xx.1997-ci il tarixli 15 saylı qərarı ilə Göygöl rayonu, Şəhriyar kəndində yerləşən 0.19 ha torpaq sahəsi X5, İddiaçı1, X4, X7, İddiaçı4 İsmail qızı və X3 birgə mülkiyyətinə verilmişdir.

2. X2 vərəsəsi İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X3 Göygöl rayonu, Şəhriyar kəndində yerləşən fərdi yaşayış evi üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətə həmin idarənin xx.xx.2024-cü il tarixli 3-21-33/2-7691/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, ərizəyə əlavə olunmuş sənədlərdə qeyd olunan tikilinin bir hissəsinin söküldüyü, həmçinin faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında qismən uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin bir hissəsinin kənd təsərrüfatı təyinatlı digər təyinatlı, bir hissəsinin isə kənd təsərrüfatlı örüş ərazisinə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. II. Məhkəmədə icraat

3. İddiaçılar İddiaçı1, Qasımova (Məmmədova) Solmaz İsmayıl qızı, Əsgərova (Məmmədova) Ağca İsmayıl qızı, İddiaçı4 və X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələsi Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, JN-226A saylı kod 50809018 torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması, Göygöl rayon Şəhriyar kəndində yerləşən mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin plan və ölçüsünün tanınması, qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

5. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

Əsaslandırma hissəsi:

6. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

7. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

8. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçılar iddia tələbində JN-226A saylı kod 50809018 torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması, Göygöl rayon Şəhriyar kəndində yerləşən mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin plan və ölçüsünün tanınması, qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. Əvvəla, iddiaçılar tərəfindən iddia tələbi düzgün şəkildə qeyd edilməmişdir. Bununla bağlı iddiaçılara xx.xx.2024-cü il tarixli sərəncam ünvanlanaraq, iddia tələbinin qanunun tələblərinə əsasən JN-226A kod 50809018 saylı şəhadətnamə əsasında mülkiyyətə verilmiş Xanlar rayonun Şəhriyar kəndində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınmasına dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” şəklində qeyd edilməli olması bildirilmiş və bu barədə dəqiqləşdirilmiş ərizənin təqdim edilməsi üçün məhkəmə iclasınadək vaxt verilmişdir.

10. Lakin iddia tələbi iddiaçılar tərəfindən dəqiqləşdirilməmişdir.

11. Eyni zamanda, hazırkı iddia İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir.

12. Lakin iddiaçıların həmin tələblə eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdehə müraciət etməsi iş materialları ilə müəyyən edilməmişdir.

13. Belə ki, iddiaçıların məhkəmədə qaldırdıqları iddia torpaq sahəsi ilə bağlı olduğu halda, cavabdeh orqana müraciətləri fərdi yaşayış evinə dair hüququn mərhuma məxsusluğu ilə bağlı olmuşdur.

14. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iddiaçılardan yalnız X6 məhkəmə iclasında iştirak etmiş, həmin məsələlər onun diqqətinə çatdırılmış və sonuncu qeyd edilən nöqsanların aradan qaldırılması üçün vaxt verilməsini xahiş etmişdir.

15. Bundan sonra təkrar eyni məzmunlu qanunauyğunluq haqqında sərəncam rəsmi qaydada iddiaçılara göndərilmiş, lakin növbəti iclasadək iddianın mümkün sayılmamasına əsas olan nöqsanlar iddiaçılar tərəfindən aradan qaldırılmamışdır.

16. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

17. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçıların nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar