Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1604/2020 15.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin Cavabdehnə qarşı (üçüncü şəxslər X7, X6 və X8) qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, X3, X1 və X5 “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” KB ASC-nin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, X13 küçəsi, 118 nömrəli fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(043)-533/2017 saylı qətnaməsinə əsasən ümumilikdə 30831.01 AZN (otuz min səkkiz yüz otuz bir manat 01 qəpik) məbləğində borcun cavabdehlər X4 və X2 tutulması və eyni zamanda tutmanın banka kreditin təminatı kimi girov qoyulmuş, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, X14 küçəsində yerləşən 118 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borcun bankın xeyrinə tutulması və s. qət edilmişdir.Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyəti üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak xx xxxxxx 2017-ci il tarixli, 64/02 saylı hərracın nəticələri barədə yekun Protokola əsasən 31875 AZN (otuz bir min səkkiz yüz yetmiş beş manat) vəsaitə “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən əldə edilmiş və daşınmaz əmlakın bankın mülkiyyətinə keçirilməsi ilə bağlı aidiyyəti orqan tərəfindən yeni çıxarış verilmişdir. DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli, 018-3881-1220 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, X14 küçəsi, ev 118 ünvanında X7, X6 və X8 qeydiyyatdadır. Qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd olunan şəxslərin bankın mülkiyyətində olan evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının təmin edilməsi üçün Cavabdehnə müraciət edilsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər isə gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, “İpoteka haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanunu ilə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinə edilmiş dəyişikliyə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün ayrıca məhkəmə qərarı tələb olunmur, bunun üçün ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi yetərlidir və bu halda 10 təqvim günü müddətində həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan məcburi qaydada çıxarılması qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, Qərara aldı: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1604/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1604/2020
15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver