Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1605/2021 06.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı iddia ərizəsi ilə 12.07.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 27 may 2021-ci il tarixli 39 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 15.06.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçı şirkətə iddia ərizəsi daxil olmuş və cavabdeh iddiaçıdan 542500 manat məbləğində dövlətə vurulmuş maddi ziyanı tələb etmişdir. Həmin iddia tələbi ilə tanış olarkən məlum olmuşdur ki, cavabdeh tərəfindən qəbul edilən 27.05.2021-ci il tarixli 39 saylı qərar ilə MMC-yə verilmiş yerin tərkindən istifadə hüququ ləğv edilmişdir. İddiaçı hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, cavabdeh tərəfindən qəbul edilən 09.12.2020-ci il tarixli 09/20 nömrəli 3 ay müddətində fəaliyyətinin dayandırılması barədə qərarın surəti, nə cavabdeh tərəfindən tərtib edilən aktlar, nə də ki, 27.05.2021-ci il tarixdə keçiriləcək iclas barədə bildiriş iddiaçıya göndərilməmişdir. İddiaçı yalnız ona ayrılmış hüdudlarda, ərazidə fəaliyyət göstərmiş, heç vaxt ayrılmış ərazidən kənarda işlər aparmamışdır. Bu səbəbdən də qərarda göstərilən hallar həqiqəti əks etdirmədiyindən sözügedən qərar ləğv edilməlidir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 X3 İdarə Heyətinin 27.05.2021-ci il tarixli 39 nömrəli qərarının surətindən görünür ki, 24.07.2017-ci il tarixli 00990 nömrəli “Dağ-mədən ayırması” aktı ilə "xxxx" MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə bu qərarın imzalandığı gündən ləğv edilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 X3 İdarə Heyətinin 27.05.2021-ci il tarixli 39 nömrəli qərarına əsasən 24.07.2017-ci il tarixli 00990 nömrəli “Dağ-mədən ayırması” aktı ilə "xxxx" MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə ləğv edilməsi qərara alınmışdır. Hazırda iddiaçı qeyd olunan qərarın ləğv edilməsini tələb edir. Məhkəmə iddianı əsaslı hesab edir və bunu aşağıdakılarla əsaslandırır. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən:- -Yerin təkindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. -Yerin təkindən istifadə hüququnun ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. -Bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun:- -25.1-ci maddəsinə əsasən lisenziya və icazə aşağıdakı hallarda dayandırılır:
1. lisenziya (icazə) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
2. lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə;
3. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. -25.2-ci maddəsinə əsasən lisenziya və icazə lisenziya və icazə verən orqanın inzibati aktı ilə dayandırılır. Həmin inzibati aktda dayandırılmaya əsas verən hallar və lisenziyanın və icazənin dayandırıldığı müddət göstərilməlidir. Bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən əsaslar üzrə lisenziyanın və icazənin dayandırılması haqqında inzibati aktda həmçinin dayandırılmaya əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər və lisenziyanın və icazənin dayandırıldığı müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir. -26.1-ci maddəsinə əsasən lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir:
1. lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
2. lisenziyanın (icazənin) müddəti bitdikdə;
3. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə;
4. lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;
5. məhkəmənin müvafiq qərarı olduqda;
6. lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;
7. bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə;
8. lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda;
9. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. -26.2-ci maddəsinə əsasən lisenziya və icazə bu Qanunun 26.1-ci maddəsində göstərilən hallara (bu Qanunun 26.1.5-ci maddəsi istisna olmaqla) istinad edilməklə, lisenziya və icazə verən orqanın inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın (icazənin) sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İstinad olunan normaların məzmunundan da aydın olur ki, yerin təkindən istifadə hüququnun dayandırılması və ləğvi üçün konkret hallar və prosedur qaydaları müəyyən edilmişdir. Mübahisələndirilən qərarın məzmunundan görünür ki, X6 X3 İdarə Heyətinin 09.12.2020-ci il tarixli 09/20 nömrəli Qərarına əsasən 24.07.2017-ci il tarixli 00990 nömrəli “Dağ-mədən ayırması” aktı ilə "xxxx" MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə 3 ay müddətinə dayandırılmış, həmin qərara əsasən "xxxx" MMC-nin üzərinə icazənin dayandırıldığı müddət bitənədək hüququn dayandırılmasına əsas verən icazə şərtlərinin pozulması hallarını aradan qaldırması barədə tədbirlər görmək və nəticəsi barədə Agentliyə 3 iş günü müddətində yazılı məlumat vermək öhdəliyi qoyulmuş, lakin "xxxx" MMC tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilmədiyinə görə onun yerin təkindən istifadə hüququ ləğv edilmişdir. Mövcud qanunvericiliyə əsasən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsasları, prinsipləri və prosedur qaydaları müəyyən edilmişdir. Hazırda mübahisələndirilən qərar da inzibati akt hesab edildiyindən həmin inzibati akt qəbul edilərkən cavabdeh orqan tərəfindən müəyyən olunmuş prosedur qaydalar daxilində inzibati icraat həyata keçirilməli idi. Bu məqsədlə mübahisələndirilən inzibati aktın qəbul edilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi üçün cavabdeh orqana 13.07.2021 və 19.08.2021-ci il tarixlərdə müvafiq sərəncamlar göndərilmiş, qeyd olunan sərəncamlar cavabdeh orqan tərəfindən qəbul edilməsinə baxmayaraq həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, mübahisələndirilən qərarın məzmununda ümumi şəkildə yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulması qeyd olunsa da, həmin pozuntunun iddiaçının konkret olaraq hansı hərəkətlərində ifadə olunması, eləcə də həmin qərara əsasən "xxxx" MMC-nin üzərinə icazənin dayandırıldığı müddət bitənədək hüququn dayandırılmasına əsas verən icazə şərtlərinin pozulması hallarını aradan qaldırması barədə tədbirlər görməsi barədə iddiaçıya məlumat verilməsi öz təsdiqini tapmamışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının maraqlarına toxunan qərar qəbul edilərkən onun inzibati icraatda iştirakı təmin edilməli olduğu halda buna əməl edilməmiş, onun iştirakı olmadan məsələyə baxılaraq qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Beləliklə müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 X5 tərəfindən 27 may 2021-ci il tarixli 39 saylı qərar qəbul edilərkən qanunvericiliyin qeyd olunan tələbləri pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 X3 27 may 2021-ci il tarixli 39 saylı qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
N ə t i c ə v i h i s s ə:
Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 X3 27 may 2021-ci il tarixli 39 saylı qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fikrət Hüseynov