Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1605/2022 08.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı şəhadətnamələrin və çıxarışın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə müraciət edərək X3 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında yerləşən 0.075750 ha torpaq sahəsinə dair xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş “Daşınmaz əmlakın hüquqi və fiziki şəxslərə satılması haqqında” 000722 saylı şəhadətnamənin, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarəsi edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 000864 nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə, reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarışın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ləğv edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5925/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixii sərəncamı ilə yaradılmış "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. Sərəncama əsasən "xxxx" MMC-nin balansında olan bəzi yüksək gərginlikli elektrik xətləri, o cümlədən Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsindən keçən 35/110 kV gücündə olan "Gəncə-çay" yüksək gərginlikli elektrik xətti "xxxx" ASC-nin balansına verilmişdir. Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən 35/110 kilovoltluq yüksək gərginlikli elektrik xətti həmin ərazidə 1959-cu ildən hava xətti formasında mövcud olmuşdur. Sonrakı dövrlərdə həmin elektrik xətti üzrə yenilənmələr aparılmış və bu yeniləmələr sənədlərlə qeydə alınmışdır. Həmin hava xətti dirəklər vasitəsi ilə hazırkı trassa üzrə yerləşmiş və xətt üzərində kifayət qədər abonentlərin elektrik enerjisi tələbatı təmin edilmişdir. 2014-cü ildə Gəncə şəhərində aparılan abadlıq işləri ilə əlaqədar olaraq İcra Hakimiyyətinin müraciəti əsasında bu xəttin 2 (iki) km-dək məsafədə şəhər ərazisinə düşən hissəsi 35 kV-luq yeraltı yüksək gərginlikli elektrik kabel xətti ilə əvəz edilmişdir. Sözü gedən yüksək gərginlikli elektrik xətti uzun illər əvvəl həmin ərazidə indiki trassa üzrə mövcud olsa da, 35 kV-luq yeraltı yüksək gərginlikli elektrik kabel xəttinin ünvan 1 ünvanından keçən və mühafizə zolağına düşən hissəsi sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-yaşayış binası tikilməsi məqsədi ilə ünvan 2 ünvanında qeydiyyatda olan X5 qanunsuz olaraq ayrılmışdır. Sahib Ələkbərov isə öz növbəsində onun üçün ayrılmış 0.075750 ha torpaq sahəsi barəsində DƏDRX-dən reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarış almışdır. Bildirmək istərdik ki, vətəndaş X6 05 dekabr 2007-cü il tarixdə ünvan 4 ünvanında ümumi sahəsi 757,5 kv.m. olan "Sahildə görüş" yeməkxanasını yerləşdiyi torpaq sahəsi və 05 dekabr 2003-cü il də ünvan 4 ünvanında ümumi sahəsi 757,5 kv.m. olan "Sahildə görüş" yeməkxanasını özəlləşdirmişdir. Buna dair vətəndaşa Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən "Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 000722 saylı şəhadətnamə və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 000864 saylı şəhadətnamə verilmişdir. Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsindən "xxxx" ASC-nin balansında olan 35/110 kilovoltluq yüksək gərginlikli elektrik xətti həmin ərazidə 1959-cu ildən hava xətti formasında mövcud olmuşdur. X6 24 iyun 2003-cü il tarixdə ünvan 4 ünvanında ümumi sahəsi 398,7 kv.m. olan "Sahildə görüş" yeməkxanasının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi o dövr üçün müvafiq qurumlarla razılaşdırılmaqla həyata keçirilməli idi. Göstərilənlərə əsasən X5 verilmiş 000722 saylı və 000864 saylı şəhadətnamələrin ləğv edilməsi barədə müvafiq tədbir görülməsi məqsədi ilə "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi müraciət olunmuşdur. Müraciətə 06 dekabr 2021-ci il tarixli **********75 saylı məktubla cavablandırılmışdır. Cavab məktubunda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd edilən qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsinn keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq sərəncamları ilə qanunvericiliykdə müəyyən edilmiş qaydada özəlləşdirilməsi bildirilmişdir. X5 məxsus olan Gəncə şəhəri, Ə.Cəmil (indiki ünvan 1) küçəsində yerləşən "Sahildə görüş" yeməkxanasına aid tikililər sökülmüşdür. Maraqlı şəxsin ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və tikiliyə dair hüquq müəyyən edici sənədləri qanunsuz olduğundan qeyd olunan ərazidəki tikililər Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Müvafiq qurumlar tərəfindən özəlləşdirmə prosesi həyata keçirilərkən qanunvericiliyin bir çox normaları pozulmuş, "xxxx" ASC-nin (o dövr üçün "xxxx" ASC) mühafizə zonasına aid olan ərazinin satılması proseduru zamanı ASC-yə məlumat verilməmiş və müvafiq rəy alınmamışdır. X1 həmin ərazidə 0.075750 ha torpaq sahəsi ayrılarkən aidiyyəti qurumlar tərəfindən müvafiq razılıqlar alınmamış, ərazidən keçən 35/110 kV yüksək gərginlikli elektrik xəttinin mühafizə qaydaları pozulmuş, S.Ələkbərov Azərbaycan Bayrağı küçəsi 37 ünvanda yerləşən 35 kilovoltluq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağını qanunsuz olaraq zəbt etmiş, sonrada qeyri-qanuni olaraq həmin ərazi üzrə mülkiyyət haqqında sənəd əldə edərək təhlükəsizlik qaydalarını və "xxxx" ASC-nin hüquqlarını kobud şəkildə pozmuşdur. İddia ərizəsinə əlavə olunmuş müvafiq sənədlərdən də göründüyü kimi maraqlı şəxs X2 şəhəri, Nizami rayonu, Azərbaycan Bayrağı küçəsi 37 ünvanında olan "Sahildə görüş" yeməkxanasının yerləşdiyi 757,5 kv.m. torpaq sahəsininə 2007-ci il tarixdə şəhadətnamə alsa da hüquqlarını xx.xx.2019-cu il tarixdə qeydiyyata almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmişdir Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının 2-ci bəndində göstərilmişdir ki, bu qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra - elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. Elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir. Həmin qaydanın 3-cü bəndinə görə elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin qaydanın 4-cü bəndinə görə elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. Həmin qaydanın 5-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə: Un, kV- xətlərin gərginliyi; L,m - məsafələrdir; 330-500 20 30 b) yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər iki tərəfindən 1 m aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi. Göründüyü kimi, iddiaçının əldə etdiyi ilkin sənədlər və mülkiyyət sənədi qüvvədə olan normaların pozulması ilə tərtib edilərək rəsmləşdirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə “iddia tələbinin azaldılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən ünvan 1 ünvanında yerləşən 0.075750 ha torpaq sahəsinə dair xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş “Daşınmaz əmlakın hüquqi və fiziki şəxslərə satılması haqqında” 000722 saylı şəhadətnamənin, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarəsi edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 000864 nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi iddia tələbini qəbul etməmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPMin 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (qərarın 1.1, 1.3, 1.4, 2.1 və 16.4-cü bəndləri). Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli sərəncamda Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia qaldırılmaqla xx.xx.2003-cü il tarixli, 000722 nömrəli və xx.xx.2007-ci il tarixli, 000864 nömrəli şəhadətnamələr və onların verilməsinə əsas olmuş sərəncamların da (hüquqmüəyyənedici sənədlərin də) mübahisələndirilməli olduğu izah edilmişdir. Məhkəmə tərəfindən ona edilən müraciətə baxmayaraq iddiaçı məhkəmənin göstərişlərinə tam məhəl qoymamışdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, mübahisələndirilən şəhadətnamə onun verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada iddiaçı hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsə verilmiş şəhadətnamənin ləğvini tələb etməkdə haqlı sayıla bilməz. Ona görə də, daşınmaz əmlakın fiziki və hüquqi şəxslərə satılmasına dair şəhadətnamələrin verilməsini inzibati orqan tərəfindən publik hüquq sahəsində idarəçilik funksiyalarının həyata keçirilməsi nəticəsində qəbul edilmiş inzibati aktlar hesab etmək olmaz. Həmin akt inzibati deyil, hüquqi aktdır, özündə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən həll edilmiş məsələlərə dair hüququ tanıyan qeydiyyatın aparılmasını ehtiva edir. Belə olan halda, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin müvafiq qərarları-aktları mübahisələndirilmədən göstərilən şəhadətnamələrin mübahisələndirilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən 0.075750 ha torpaq sahəsinə dair xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş “Daşınmaz əmlakın hüquqi və fiziki şəxslərə satılması haqqında” 000722 saylı şəhadətnamənin, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarəsi edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 000864 nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1605/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1605/2022
08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver