Məhkəmə qərarları › İş №2-1(114)-1608/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1608/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1608/2025 15.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkil Nümayəndə və cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Rəhimova (Hüseynova) Pərvanə Bayram qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Tərtər rayon Tərtər Bələdiyyəsi) “Tərtər şəhərində yerləşən Rəhimova (Hüseynova) Pərvanə Bayram qızının faktiki istifadəsində olan 0,07 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının tanınması, bu barədə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı Rəhimova (Hüseynova) Pərvanə Bayram qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, rəsmi sənədlərlə ona verilmiş, Tərtər şəhərində yerləşən 0.07 torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması, bu barədə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, İddiaçı iddiasını belə əsaslandırmışdır ki, o, 2011-ci ildən istifadə etdiyi 0.07 ha torpaq sahəsini adına sənədləşdirirək, çıxarış almaq üçün Tərtər rayon Bələdiyyəsinə müraciət etmişdir. İddiaçı həmin torpaqdan hələ də istifadə edir. O, həmin 0.07 ha torpaqda özünə yaşayış evi tikmək üçün 2011-ci il tarixdə Tərtər rayon Bələdiyyəsinə müraciət etmişdir. Bununla bağlı Tərtər rayon Bələdiyyəsinin 28 sentyabr 2011-ci il tarixli 09 saylı iclas protokolundan çıxarışa əsasən, 0.07 ha torpaq sahəsində fərdi yaşayış evi tikilməsi üçün həmin torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Həmin protokoldan çıxarışda torpaq sahəsi ona satılarkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edilmişdir. Tərtər rayon Bələdiyyəsi ilə iddiaçı arasında “torpaqların alqı-satqısına dair” akt 28 sentyabr 2011-ci il tarixdə tərtib edilmişdir. Həmin aktda iddiaçının Kapital Bankın **********45 saylı hesabına 300 manat haqq ödəməsi öz əksini tapmışdır. Həmçinin, həmin torpaq sahəsinin iddiaçıya məxsus olmasını sübut edən əsaslara Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin və Tərtər rayon İcra Hakimiyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin rəyini misal çəkmək olar. Bütün bunlara baxmayaraq, iddiaçı ona məxsus olan 0.07 ha topraq sahəsinə dair mülkiyyət sənədini əldə edə bilmir. O, sözügedən torpaq sahəsindən uzun müddətdir ki, istifadə edir və müəyyən tikinti-təmir işləri aparmışdır. Hazırda torpaq sahəsini özəlləşdirmək istəyir. Bununla bağlı o, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən ona imtina məktubu verilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmin imtina məktubunda “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edilməsinə baxmayaraq yenə də, çıxarış verilməsindən imtina edilmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4295/2024 nömrəli qərardadı ilə Tərtər rayon Tərtər Bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-1608/2025 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-1608/2025 nömrəli qərardadı ilə iddia tələbi “Tərtər şəhərində yerləşən Rəhimova (Hüseynova) Pərvanə Bayram qızının faktiki istifadəsində olan 0,07 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının tanınması, bu barədə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil edilmiş, özü iştirak etməmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçının nümayəndəsi-vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları Tərtər rayon İcra Hakimiyyəti başçısının Tərtər şəhəri üzrə nümayəndəliyinin 10 avqust 2011-ci il tarixli arayışına əsasən, X3 şəhəri, Vaqif küçəsi ev 5-də yaşayır. 19 avqust 2011-ci il tarixli qəbzdən görünür ki, X3 rayon Tərtər Bələdiyyəsinin hesabına 300 manat pul ödəmişdir. Tərtər rayon Polis şöbəsinin xx.xx.2011-ci il tarixli məktubundan görünür ki, xx.xx.1988-ci il tarixdə Tərtər şəhərində anadan olmuş X7 xx.xx.2005-ci il tarixdən Tərtər şəhəri Vaqif küçəsi, 05 saylı evdə daimi pasport qeydiyyatında olmaqla xx.xx.2005-ci il tarixdə Tərtər RPŞ-in Q və ŞV qrupu tərəfindən ona AZE 04728470 saylı şəxsiyyət vəsiqəsi verilmişdir. Tərtər rayon Tərtər Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 09 nömrəli protokoldan çıxarışına və qərarına əsasən, Tərtər şəhər sakini X4 ərizəsinin, Tərtər Bələdiyyəsinin mülkiyyətində olan Tərtər şəhərinin V.T.Həsənov küçəsində yerləşən torpaq sahəsindən X5 0.07 hektar torpaq sahəsinin fərdi yaşayış evi tikintisi məqsədi ilə alqı-satqı qaydasında bilavasitə satılması barədə DT və XK-nin Tərtər Rayon Şöbəsi tərəfindən hazırlanmış sənədlər və müvafiq qurumların verdiyi rəylərin nəzərə alınması və Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi məqsədi ilə 0.07 hektar ayrılıb X5 bilavasitə satılması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestindən arayışından görünür ki, Tərtər rayonu üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş DTİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur. Torpaqların alqı-satqısına dair Aktdan görünür ki, X7 tərəfindən Tərtər rayon Tərtər Bələdiyyə orqanına xx.xx.2011-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və X5 Tərtər bələdiyyə ərazisindən 0.07 ha torpaq sahəsinin satılması barədə xx.xx.2011-ci il tarixli, 09 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində X7 tərəfindən X16 rayon filialının hesabına əvvəlcədən 300.00 (üç yüz manat 00 qəpik) manat haqq ödənilmişdir. DT və XK-nın Tərtər rayon şöbəsinin X1 nəzərdə tutulan 0.07 ha torpaq sahəsi barədə tərtib olunmuş sənədlərə dair rəyindən görünür ki, Tərtər Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış ev tikintisi məqsədi ilə 0.07 hektar torpaq sahəsinin müsabiqəyə və hərraca çıxarılmadan satılmasını məqsədə müvafiq hesab edərək müvafiq qərar qəbul etmiş və müvafiq məktubla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin Torpaq hərracı və torpaq müsabiqəsi Komissiyasına müraciət etmişdir. DT və XK-nin Tərtər rayon şöbəsi tərəfindən əraziyə baxış keçirərkən müəyyən olunmuşdur ki, ərazi Tərtər Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə aiddir. - Müsabiqə və hərraca çıxarılmadan satılası 0.07 hektar torpaq sahəsinin banitet balı 100 olmaqla İ (birinci) keyfiyyət qrupuna aid yaşayış məntəqəsi torpağıdır. Göstərilən məqsəd üçün hərrac və müsabiqəyə çıxarılmadan satıla bilər. 0.07 hektar torpaq sahəsinin normativ qiyməti 238 (iki yüz otuz səkkiz) manatdır. - DT və XK-nin Tərtər rayon şöbəsi Tərtər Bələdiyyəsinin mülkiyyətindən yaşayış evi tikintisi məqsədi ilə 0.07 hektar torpaq sahəsinin torpaq hərracı və müsabiqəsinə çıxarılmadan satılmasına etiraz etmir və həmin torpaq sahəsi üzrə müvafiq sənədləşmə aparılmasını məqsədə müvafiq hesab edir. Tərtər rayon İcra Hakimiyyəti Başçısının Aparatının Memarlıq və Tikinti şöbəsinin X5 həyətyanı məqsədi üçün 0.07 ha torpaq sahəsi ayrılması barədə rəyindən görünür ki, X1 nəzərdə tutulan torpaq sahəsi 0.07 hektar olmaqla V.T.Həsənov küçəsinin qərb tərəfində Tərtər Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə aiddir və alqı-satqı predmetidir. Satılacaq torpaq sahəsinin həyətyanı məqsədi üçün satılması məqsədə müvafiqdir. Ayrılmış ərazi şəhərsalma və arxitektura normalarına uyğundur. A № 359435 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, həmin sənəd Tərtər Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 09 saylı qərarına əsasən, X5 fərdi yaşayış evi tikmək üçün satılmış Tərtər şəhərində yerləşən 700 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş və X14 kitabında xx.xx.2011-ci il tarixdə 2185 nömrəsi ilə uçota alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, hüquqmüəyyənedici sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0 maddəsinin tələblərinə uyğun deyildir. Təqdim olunan sənədlər torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslı deyildir. Belə ki, təqdim olunan Tərtər Bələdiyyəsinin qərarının tarixi xx.xx.2011-ci ildir. Lakin xx.xx.2007-ci il tarixindən sonra bələdiyyə torpaqları “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1ci, 16.3-cü və 16.4-cü maddələrində qeyd edilən hallar istisna olmaqla, yalnız hərrac və ya müsabiqə yolu ilə ayrılmalıdır. Bu səbəbdən də, sənədin icrası mümkün olmamışdır. Tərtər rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Tərtər rayon Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 09 saylı protokolunun təsdiq olunmuş surəti məktuba əlavə edilmiş, həmin protokolun verilməsinə əsas olmuş digər sənədlər rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahələrinə dair rəy elektron kadastr məlumat bazasında torpaqların elektron kadastr uçotu informasiya sisteminə və faktiki istifadə vəziyyətinə əsasən hazırlanmışdır.

1. TEKUİS-ə əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi Tərtər şəhəri, V.T.Həsənov küçəsində yerləşən Tərtər rayon Tərtər Bələdiyyəsinin xx.xx.2011-ci i tarixli 09 saylı qərarı ilə ilə keçmiş DTvəXK-nın hazırladığı A 359435 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə fərdi yaşayış evinin tikilməsi məqsədilə X2 0.07 ha torpaq sahəsinin faktiki koordinatları ilə qismən uyğunsuzluq təşkil edir və sxem rəyə əlavə edilir.

2. Faktiki istifadədə olan 0.07 ha torpaq sahəsi naturada ölçülməklə sərhədləri, koordinatları, döngə nöqtələri müəyyən edilmiş və sxemi rəyə əlavə edilir.

3. A 359435 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü sənədi” Tərtər rayon Tərtər Bələdiyyəsinin torpaq sahəsinin planına uyğun işlənmişdir.

4. TEKUİS məlumat bazasına əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi həyətyanı torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir.

5. Faktiki torpaq sahəsi başqa şəxslərin mülkiyyətində və ya faktiki istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmə halları mövcud deyil. A 359435 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədində qeyd olunan koordinatlarına əsasən torpaq sahəsinin 0.01 ha hissəsi digər şəxslərin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür.

6. Faktiki və sənəd üzrə torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına elektrik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonaları ilə üst-üstə düşmə halları mövcud deyil.

7. Torpaq sahəsində hər-hansı bir tikili mövcud deyil. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Tərtər şəhəri, V.T.Həsənov küçəsində yerləşən Tərtər rayon Tərtər Bələdiyyəsinin xx.xx.2011-ci tarixli 09 saylı qərarı ilə keçmiş DT və XK-nın hazırladığı A 359435 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə fərdi yaşayış evinin tikilməsi məqsədilə Rəhimova (Hüseynova) Pərvanə Bayram qızına satılmış 0,07 ha torpaq sahəsinin 0,01 ha hissəsinin koordinatları şimal tərəfdən X12 və qərb tərəfdən X6 faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür, həmin iki qonşunun hər hansı hüquq müəyyən edici sənədi yoxdur. Tərtər şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 6 ünvanında 2013-cü ilin noyabr ayına kimi yaşamışdır. 2013-cü ildə ailə həyatı qurduqdan sonra Sumqayıt şəhəri, Bulvar küçəsi Mirvari Siti bina 33B, mənzil 26-ya köçmüşdür. Elektron məhkəmə informasiya sistemindən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ünvan 7 ünvanında qeydiyyatda olmuş, xx.xx.2020-ci il tarixdən Sumqayıt şəhəri, 6-cı mikrorayon, 32,47 ünvanında qeydiyyatdadır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X8 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi

3. DƏDKR-in vəzifələri və hüquqları 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq;

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (21 oktyabr 2014-cü il tarixədək qüvvədə olan redaksiyada). 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir (23 oktyabr 2007-ci il tarixədək qüvvədə olan redaksiyada). 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir (23 oktyabr 2007-ci il tarixə sonra qüvvədə olan redaksiyada).

22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli 548 nömrəli Fərmanı

2. Həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə

7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçı faktiki istifadəsinə uyğun olaraq 0.07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının tələbinin təmin edilməsindən imtina etmiş, qeyd etmişdir ki, təqdim olunan Tərtər Bələdiyyəsinin qərarının tarixi xx.xx.2011-ci ildir. Lakin xx.xx.2007-ci il tarixindən sonra bələdiyyə torpaqları “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci, 16.3-cü və 16.4-cü maddələrində qeyd edilən hallar istisna olmaqla, yalnız hərrac və ya müsabiqə yolu ilə ayrılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. DT və XK-nın Tərtər rayon şöbəsinin X1 nəzərdə tutulan 0.07 ha torpaq sahəsi barədə tərtib olunmuş sənədlərə dair rəyindən görünür ki, Tərtər Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış ev tikintisi məqsədi ilə 0.07 hektar torpaq sahəsinin müsabiqəyə və hərraca çıxarılmadan satılmasını məqsədə müvafiq hesab edərək müvafiq qərar qəbul etmiş və müvafiq məktubla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin Torpaq hərracı və torpaq müsabiqəsi Komissiyasına müraciət etmişdir. DT və XK-nin Tərtər rayon şöbəsi tərəfindən əraziyə baxış keçirərkən müəyyən olunmuşdur ki, ərazi Tərtər Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə aiddir. Tərtər rayon İcra Hakimiyyəti Başçısının Aparatının Memarlıq və Tikinti şöbəsinin X5 həyətyanı məqsədi üçün 0.07 ha torpaq sahəsi ayrılması barədə rəyindən görünür ki, X1 nəzərdə tutulan torpaq sahəsi 0.07 hektar olmaqla V.T.Həsənov küçəsinin qərb tərəfində Tərtər Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə aiddir və alqı-satqı predmetidir. Satılacaq torpaq sahəsinin həyətyanı məqsədi üçün satılması məqsədə müvafiqdir. Ayrılmış ərazi şəhərsalma və arxitektura normalarına uyğundur. İş materiallarında olan Tərtər rayon Tərtər Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 09 nömrəli protokoldan çıxarışından və qərarından görünür ki, Tərtər şəhər sakini X4 ərizəsinin, Tərtər Bələdiyyəsinin mülkiyyətində olan Tərtər şəhərinin V.T.Həsənov küçəsində yerləşən torpaq sahəsindən X5 0.07 hektar torpaq sahəsinin fərdi yaşayış evi tikintisi məqsədi ilə alqı-satqı qaydasında bilavasitə satılması barədə DT və XK-nin Tərtər Rayon Şöbəsi tərəfindən hazırlanmış sənədlər və müvafiq qurumların verdiyi rəylərin nəzərə alınması və Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi məqsədi ilə 0.07 hektar ayrılıb X5 bilavasitə satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair Aktdan görünür ki, X7 tərəfindən Tərtər rayon Tərtər Bələdiyyə orqanına xx.xx.2011-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və X5 Tərtər bələdiyyə ərazisindən 0.07 ha torpaq sahəsinin satılması barədə xx.xx.2011-ci il tarixli, 09 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində X7 tərəfindən X16 rayon filialının 330800194, **********45 saylı hesabına əvvəlcədən 300.00 (üç yüz manat 00 qəpik) manat haqq ödənilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müvafiq normalarına əsasən, bələdiyyə tərəfindən qəbul edilmiş qərar, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsi barədə verdiyi rəy, torpaqların özgəninkiləşdirilməsi barədə müvafiq müqavilə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Tərtər rayon Tərtər Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli qərarının qəbulu zamanı qanunvericiliyin torpaqların satılması ilə bağlı müvafiq müqavilənin bağlanması tələbi ilə bağlı qeyd edilməlidir ki, hazırkı iş üzrə bələdiyyə tərəfindən qanunvericiliyin əvvəlki normasına əsasən, torpaqların alqı-satqısına dair aktın tərtib edilməsi iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını istisna edən hal kimi çıxış etməməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada təqdim etdiyi həyətyanı torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir və başqa şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə, həmçinin qaz kəmərinin mühafizə zolağına elektrik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonaları ilə üst-üstə düşmə halları mövcud deyil. Cavabdehin imtinası ilə bağlı məhkəmə qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 21 oktyabr 2014-cü il tarixədək qüvvədə olan redaksiyada 9.1-ci maddəsinə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. İşdə olan Tərtər rayon İcra Hakimiyyəti başçısının Tərtər şəhəri üzrə nümayəndəliyinin 10 avqust 2011-ci il tarixli arayışına əsasən, X3 şəhəri, Vaqif küçəsi ev 5-də yaşayır. Tərtər rayon Polis şöbəsinin xx.xx.2011-ci il tarixli məktubundan görünür ki, xx.xx.1988-ci il tarixdə Tərtər şəhərində anadan olmuş X7 xx.xx.2005-ci il tarixdən Tərtər şəhəri Vaqif küçəsi, 05 saylı evdə daimi pasport qeydiyyatında olmaqla xx.xx.2005-ci il tarixdə Tərtər RPŞ-in Q və ŞV qrupu tərəfindən ona AZE 04728470 saylı şəxsiyyət vəsiqəsi verilmişdir. Həmçinin Tərtər şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 6 ünvanında 2013-cü ilin noyabr ayına kimi yaşamışdır. 2013-cü ildə ailə həyatı qurduqdan sonra Sumqayıt şəhəri, Bulvar küçəsi Mirvari Siti bina 33B, mənzil 26-ya köçmüşdür. Elektron məhkəmə informasiya sistemindən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ünvan 7 ünvanında qeydiyyatda olmuş, xx.xx.2020-ci il tarixdən Sumqayıt şəhəri, 6-cı mikrorayon, 32,47 ünvanında qeydiyyatdadır. Göründüyü kimi Qanunun qeyd olunan tələbi ilə, iddiaçı 2011-ci ildə bələdiyyənin ərazisində yaşamış, eyni zamanda beş ildən çox müddətdə yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya bələdiyyə torpağının bilavasitə satılması qanunvericiliyin tələbinə uyğun olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab ki, cavabdehin imtinası qanunsuzdur. Odur ki, iddia təmin edilməli, Tərtər şəhəri, V.T.Həsənov küçəsində yerləşən faktiki istifadədə olan 0.07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Rəhimova (Hüseynova) Pərvanə Bayram qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Tərtər şəhəri, V.T.Həsənov küçəsində yerləşən 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun faktiki istifadəyə uyğun olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar