Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-161/2024 08.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə istirak edən zaman "sağ baldır, sol diz oynağının iç səthini dəlib keçən sol dabanın kor qəlpə yaraları, sol dabanın qəlpə yaraları” xəsarətləri almışdır. Buna görə də Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2010-cü il tarixlə rəyi ilə ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Dəfələrlə növbəti tibbi komissiya zamanı Tibbi Sosial Ekspert Komisiyasının rəyləri ilə əlilliyi təsdiq edilərək müvafiq müddətlərə uzadılmışdır. Sonuncu dəfə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli rəyi ilə ona əllik dərəcəsinin verilməsindən imtina olunmuşdur. İmtinaya səbəb kimi diaqnozun əlillik əlamətləri təyin etməməsi göstərilmişdir. O, cavabdehin bu qərarını tamamilə əsassız hesab edərək, 13 ildir ki, Azərbaycan Respublikası Əmək və Əhalnın Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspert Komissiyasının qərarları ilə “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, aşağı ətraflann qəlpə yaralanmasından sonrakı vəziyyət, yumşaq toxumalarda qalmış yad cisim, bud sümüyünün aşağı 1/3-də yad cisim qəlpə” diaqnozu ilə 2-ci qrup əlil hesab edilmişdir. Bununla yanaşı, hələ də onun büd sümüyündə yad cisim olan qəlpə var və həmin qəlpə sümüyünün ortasında olduğundan həkimlər daha ciddi fəsadların olmaması üçün qəlpəni çıxarmağa risk etməmişlər. İş üzrə şifahi məhkəmə baxışı iclası 08 fevral 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, sonuncu nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Cavabehin nümayəndəsinin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası tərəfindən (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə 40 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsi həyata keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: Ağdam rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 540 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ baldırın sol diz oynağının iç səthinin dəlib-keçən, sol dabanın kor qəlpə yaraları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi sağ baldırın içəri-arxa səthində 10 sm ölçüdə boylama çapıq, sol baldırda isə daha kiçik ölçülü çapıq sahələr qeyd olunmuşdur. Hər iki aşağı ətrafda hərəkətlər sərbəst saxlanılmış, atrofiya əlamətləri izlənilməmişdir. Əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir”. Bundan başqa, Komissiya xx.xx.2022-ci il tarixdə 45 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Ağdam rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0217003AAKAE nömrəli göndərişi əsasında xx.xx.2021ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarı verilmişdir. Növbəti əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 540 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ baldırın sol diz oynağının iç səthinin dəlib keçən sol dabanın kor qəlpə yaraları” travmanın səbəb-əlaqəsi “Hərbi Travmadır, Hərbi Xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşıq baldır və diz oynaqlarında ağrıdan şikayətlənmişdir. Baxış zamanı sağ baldırın orta 1/3-nin arxa və ön səthində yaralanmaya müvafiq yumşaq toxuma çapıqları, sol aşıq-baldır oynağının iç və bayır səthində yumşaq toxuma çapıqları qeyd olunmuşdur. Oynaqlarda hərəkətlər sərbəst saxlanılmış, əzələlərdə atrofiya izlənilməmiş, dayaqhərəkət funksiyası pozulmamışdır. AR İTS TƏBİB PHŞ X1 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli 1430 nömrəli Arayışında qeyd olunmuş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir”. Bundan başqa, Komissiya xx.xx.2023-cü il tarixdə 25 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Ağdam rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0217003AAKAE nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin 0217003AANYƏ3 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarı verilmişdir. (ESDAS **********7). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 540 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Sağ baldırın sol diz oynağının iç səthinin dəlib keçən, sol dabanın kor qəlpə yaraları, sol dabanın kor qəpə yaraları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini (Xidməti Vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilmişdir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sola aşıq baldır və diz oynaqlarında ağrıdan şikayətlənmişdir. Baxış zamanı sağ baldırın orta 1/3-nin arxa və ön səthində yaralanmaya müvafiq yumşaq toxuma çapıqları, sol aşıq-baldır oynağının iç və bayır səthində yumşaq toxuma çapıqları qeyd olunmuşdur. Oynaqlarda hərəkətlər sərbəst saxlanılmış, əzələlərdə atrofiya izlənilməmiş dayaq-hərəkət funksiyası pozulmamışdır” kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki dizdə ağrı və hərəkət məhdudluğundan şikayətlənmiş, müayinə zamanı hər iki aşağı ətrafda atrofiya, parez, iflic izlənilməmiş, reflekslər canlı, D=S, hərəkətlər tam həcmdə olmuşdur. “Medistyle” Hospitalın xx.xx.2022-ci il tarixli EMG müayinə nəticəsində “Bu müayinə zamanı əldə olunan elektrofizioloji göstəricilər sağda daha ağır olmaqla hər iki ayaqda Ümumi Peroneal sinirin (əsasən dərin şaxəsi) aksonal degenerasiyalı neyropatiyası lehinə dəyərləndirilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. İcbari Tibbi Sığorta üzrə X2 RMX PHŞ-in xx.xx.2022-ci il tarixli Hər iki diz və aşıq-baldır oynağının Rentgen müayinə nəticəsi “Sol aşıq-baldır oynağının deformasiyaedici osteoartriti ll mərhələ. Hər iki diz oynağının osteoartriti ikinci mərhələ. Sol diz oynaqətrafı sahənin yad cismi” kimi müəyyənləşdirilmişdir. AR İTS TƏBİB PHŞ Elmi-Tədqiqat Ortopediya və Travmatologiya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz “Aşağı ətrafların qəlpə yaralanmasından sonrakı vəziyyət. Hər iki baldırın varus deformasiyası. Bud sümüyünün aşağı 1/3-nin yad cismimetal qəlpə. Hər iki diz oynağının artrozu, oynaqlarda osteofitlər. Hər iki incik sinirinin deformasiyası. Yerişin pozulması. Ağrı sindromu” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş TSEK müayinələrin nəticələrindən görünür ki, xx.xx.2012-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2016-ci il tarixlərdə keçirilən müayinələrin nəticələrində İddiaçı “Sağ baldırın sol diz oynağının iç səthinin dəlib keçən sol dabanın kor qəlpə yaralanması, sol oynağının zədələnməsi, diz oynağının artrozu konturakturası, aşağı ətrafların funksiyasının pozulması diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmiş, lakin xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə keçirilən müayinələrin nəticələrində isə İddiaçı “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlar və ya qəlpələrlə törənmiş zədələnmələr, aşağı ətrafların qəlpə yaralanmasından sonrakı vəziyyət, yumşaq toxumalarda qalmış yad cisim, bud sümüyünün aşağı 1/3-də yad cisimqəlpə” diaqnozu ilə əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 540 nömrəli Qərarı, AR ƏƏSMN DTSERA tərəfindən məhkəməyə təqdim edilmiş etiraz, TSEK müayinələrin nəticələri, AR ƏƏSMN DTSERA Tibbi-Sosial Ekspert Komissiyasının qərarları əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2012-ci il tarixdə “Sağ baldırın sol diz oynağının iç səthinin dəlib keçən sol dabanın kor qəlpə yaralanması, sol oynağının zədələnməsi, diz oynağının artrozu konturakturası, aşağı ətrafların funksiyasının pozulması” diaqnozu ilə bir il müddətinə, xx.xx.2014-cü il tarixdə eyni diaqnoz ilə bir il müddətinə, xx.xx.2015-ci il tarixdə eyni diaqnoz ilə bir il müddətinə, xx.xx.2016-cı il tarixdə eyni diaqnoz ilə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, lakin xx.xx.2021-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlar və ya qəlpələrlə törənmiş zədələnmələr, aşağı ətrafların qəlpə yaralanmasından sonrakı vəziyyət; Ataktik yeriş, yerişin pozulması axsama, daimi ağrı sindromu, qonartoz (diz oynağının artrozu), hər iki diz oynağının artrozu oynaqlarda osteofitlər, ətrafların digər qazımılma deformasiyaları, hər iki baldırın varus deformasiyası, bud sümüyünün aşağı 1/3-dən yad cisim qəlpə” diaqnozu ilə, xx.xx.2021-ci il, xx.xx.2022ci il, xx.xx.2022-ci il tarixlərdə keçirilən müayinələrin nəticələrində isə İddiaçı “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlar və ya qəlpələrlə törənmiş zədələnmələr, aşağı ətrafların qəlpə yaralanmasından sonrakı vəziyyət. Yumşaq toxumalarda qalmış yad cisim. Bud sümüyünün aşağı 1/3-də yad cisim-qəlpə” diaqnozu ilə əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı barəsində keçirilmiş bütün müayinə nəticələri ilə razılaşmış, yalnız sonuncu müayinənin yəni, xx.xx.2022-ci il tarixdə keçirilən müayinənin nəticəsini məhkəmədə mübahisələndirərək əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞnin 30 noyabr 2023-cü il tarixli, T 857/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndəriş tam doldurulmuş və qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlar və ya qəlpələrlə törənmiş zədələnmələr, aşağı ətrafların qəlpə yaralanmasından sonrakı vəziyyət. Yumşaq toxumalarda qalmış yad cisim. Bud sümüyünün aşağı 1/3-də yad cisim-qəlpə” diaqnozu şəxsin stasionar müalicəsi zamanı kliniki, instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi haqqında Qərarda əlillik təyin edilən xəstəliklərin siyahısında “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlar və ya qəlpələrlə törənmiş zədələnmələr, aşağı ətrafların qəlpə yaralanmasından sonrakı vəziyyət. Yumşaq toxumalarda qalmış yad cisim. Bud sümüyünün aşağı 1/3-də yad cisimqəlpə” diaqnozu göstərilməmişdir. Qeyd olunanlardan o nəticəyə gəlinir ki, iddiaçının müayinəsi zamanı qoyulmuş diaqnozlar əlillik əlaməti təyin etmir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə təyin edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi haqqında Qərarda əlillik təyin edilən xəstəliklərin siyahısında mövcud olmadığından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçı barəsində əlilliyin bərpa edilməməsi mövqeyi haqlıdır və bu səbəbdən iddia təmin edilməməlidir. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: - 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AzərbaycanRespublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. - 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertizamüayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. -3.7-ci maddəsinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnamənin:- (bundan sonra TSEK) - 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. - 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİ dərəcə müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-161/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-161/2024
08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver