Məhkəmə qərarları › İş №2-1(114)-161/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-161/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-161/2025 21.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı mərhum ərinin əmək xəsarətinə görə kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X8 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı vəfat etmiş həyat yoldaşı X4 vəfat edən tarixə 2-ci qrup əlilliyə görə əmək xəsarətinə görə (istehsalat zədəsinə görə) aldığı kompensasiyanın (zərərə görə ödəncin) hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona təyin olunaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Nikahın bağlanması haqqında xx.xx.1991-ci il tarixli V-ЖГ 372468 nömrəli şəhadətnaməyə əsasən X9 ilə İddiaçı xx.xx.1991-ci il tarixdə nikah bağlamışlar, bu barədə xx.xx.1991-ci il tarixdə 630 nömrə ilə qeyd edilmişdir.

2. X6 xx.xx.1982-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

3. X6 “Vibrasiya xəstəliyi İİ dərəcə. Yuxarı ətrafların sağ çiyin oynağının artrozu. Eşitmənin zəifləməsi. ÜİX gərginlik stenokardiyası. Xroniki bel-oma radikuliti. Vertebrobazilyar çatışmamazlığı” diaqnozu üzrə xx.xx.2003-cü il tarixdən İİ dərəcə müddətsiz əlillik təyin edilmiş və əlillik səbəbi peşə xəstəliyi kimi müəyyənləşdirilmiş, habelə əmək qabiliyyətsiz olması qeyd edilmişdir.

4. X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə, ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi Qaydaları”na əsasən xx.xx.2010-cu il tarixdən ödənc təyin edilərək 2021-ci ilin sentyabr ayınadək ödənilmiş, sonuncu xx.xx.2021-ci ildə vəfat etdiyi üçün ödənişi xx.xx.2021-ci ildən dayandırılmışdır.

5. X4 ailə üzvü olan arvadı İddiaçı xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, həmin ödəncin əvəzinə aylıq kompensasiyasının ona ödənilməsini xahiş etmiş və sonuncu tərəfindən xx.xx.20022-ci il tarixli **********8 nömrəli, xx.xx.2022-ci il tarixli **********7 nömrəli, xx.xx.2022-ci il tarixli **********7 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2-V-24997/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/2-V-165334/2/2023 nömrəli məktubla mərhum X1 aylıq kompensasiyanın xx.xx.2010-cu il tarixdən təyin edildiyi və xx.xx.2021-ci il tarixdə vəfat etdiyi üçün ödənişin xx.xx.2021-ci il tarixindən dayandırılığı bildirilmiş, D.Qazıyevin ölüm səbəbinin əmək xəsarəti və peşə xəstəliyi olmadığına istinad edərək, müraciətin təmin edilməsindən imtina edilmişdir.

6. xx.xx.2021-ci il tarixli ölüm haqqında tibbi şəhadətnamədə və xx.xx.2021-ci il tarixli ölüm akt qeydində xx.xx.1941-ci il təvəllüdlü X4 bilavasitə ölümünə səbəb olmuş xəstəlik və ya hal qrafasında “İ27.8-Ağciyər-ürək çatışmamazlığının digər dəqiqləşdirilmiş formaları”, əvvəlcə mövcud olan səbəblər (yuxarıda göstərilmiş səbəbi yaratmış xəstəlik və ya hal) qrafasında “İ25.1-Ürəyin aterosklerotik xəstəliyi”, ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmuş xəstəliklə və ya patoloji halla əlaqədar olmayan başqa vacib hallar qrafasında “Posttravmatik ensefalopatiya” göstərilmişdir.

7. Ölüm haqqında xx.xx.2022-ci il tarixli AZ-İİ 212155 nömrəli şəhadətnamədə X4 ölümünün səbəbi “Ürək xəstəliyi (posttravmatik ensefalopatiya) kimi göstərilmişdir.

8. Məhkəmənin sorğusuna Göygöl rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-711/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1941-ci il təvəllüdlü X9 xx.xx.2021-ci ildə Göygöl rayonunda vəfat etmiş, onun ölümü xx.xx.2021-ci il tarixdə 248 nömrə ilə Göygöl rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. X5 xx.xx.2022ci il tarixli ölüm haqqında akt qeydinə “Posttravmatik ensefalopatiya”nın əlavə edilməsi barədə ərizəsinə əsasən Göygöl rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş **********63 nömrəli xx.xx.2021-ci il tarixli ölüm haqqı tibbi şəhadətnaməsi əsasında “Posttravmatik ensefalopatiya” ölüm haqqında akt qeydinin 11.3-cü qrafasına əlavə edilmişdir.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-258634/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, mərhum X6 xx.xx.2010-cu il tarixində “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiya” təyin edilmişdir. Sözügedən kompensasiya D.Qazıyevin vəfat etdiyi xx.xx.2021-ci il tarixinədək ödənilmişdir.

10. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T330/2024 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, mərhum D.K.Qazıyevin meyitinin məhkəmə-tibbi ekspertizası aparılmadığından hal-hazırda onun ölümünün səbəbi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Lakin təqdim edilmiş tibbi sənədlərə əsasən onun düçar olduğu “vibrasiya xəstəliyi” zamanı əsas dəyişiklik baş beyində baş verdiyindən (posttravmatik ensefalopatiya), daxili üzvlərin fəaliyyət mərkəzi baş beyində yerləşdiyindən onun funksiyasının pozulması nəticəsində ölümə səbəb olan ağciyər-ürək çatmamazlığının bu səbəbdən yaranmasını da inkar etmək olmaz. II. Məhkəmədə icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, vəfat etmiş həyat yoldaşı X4 vəfat edən tarixə 2-ci qrup əlilliyə görə əmək xəsarətinə görə (istehsalat zədəsinə görə) aldığı kompensasiyanın (zərərə görə ödəncin) hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona təyin olunaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1948-ci il tarixdə doğulmuşdur. Ermənistan qaçqınıdır. Həyat yoldaşı X9 ilə evli olmaqla, birgə yaşamış, onun himayəsində olmuşdur. Öldüyü günədək dolanacağı ondan gəlib. Həyat yoldaşı vəfat edən tarixə 2-ci qrup əlilliyə görə əmək xəsarətinə görə əmək pensiyası ilə yanaşı istehsalat zədəsinə görə kompensasiya (zərərə görə ödənc) da alırdı. Xəstəliyinin diaqnozu: Vibrasiya xəstəliyi İl dərəcə. Yuxarı ətrafların sağ çiyin qynağının artrozu. Eşitmənin zəifləməsi. ÜlX gərginlik stenokardiyası. Xroniki bel-oma radikuliti. Vertebro-bazilyar çatmamazlığı (TSEK-də sonuncu müayinə dair məlumatdan çıxarışdan). Ölüm səbəbi: Ürək xəstəliyi (posttravmatik ensefalopatiya) (AZ-İl No 212155 saylı ölü şəhadətnaməsi). Diaqnozdan görünür ki, bu insan bir neçə xəstəlikdən əziyyət çəkirmiş. Hər diaqnoz nöqtə ilə sonuclanıb, demək ayrı-ayrı diaqnozlardır. O cümlədən onda ürəklə bağlı çatışmamazlıq olub (ÜİX gərginlik stenokardiyası). Həyat yoldaşı vəfat edərkən 80 yaşına az qalmışdı. Demək yanaşı xəstəliklər onda ürək çatışmamazlığına gətirib çıxarmışdır. Onsuz da onun ürəyində də problemi var idi, bunu yuxarıda qeyd etdiyi diaqnozdan da görmək olur. Vəfatından sonra zərərə görə kompensasiyanın ona ödənilməsi haqqında bir neçə dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də müsbət cavab ala bilmirdi. Cavabdeh həyat yoldaşının ölüm səbəbinin əmək xəsarəti və ya peşə xəstəliyindən olmadığını səbəb gətirərək kompensasiyanın ona təyin olunmasından imtina etmişdir. Halbuki, 80 yaşlı insanların hər hansı bir xəstəliyi sonunda ürək çatışmamazlığına (dayanmasına) gətirir ki, ölüm hadisəsi baş verir. Digər bir tərəfdən vəfat etmiş həyat yoldaşının əllillik səbəblərindən biri də ürəklə bağlı idi (yuxarıda diaqnozunda qeyd olunub). Cavab məktublarında qeyd etdikləri düzgün deyil, hesab edir ki, cavabdeh konstitusional hüquqlarını bilərəkdən pozmuşdur.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

21. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər.

22. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə eyni məzmunlu ərizə ilə müraciət edərək ödəncin verilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi Z.Qazıyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-V- 24997/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx.xx.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərşəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi Qaydalarına əsasən xx.xx.2010-cu il tarixdən "Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymis zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiya verilir. İddiaçı mərhum həyat yoldaşı D.Qazıyevə sözügedən aylıq kompensasiya xx.xx.2010-cu il tarixdən təyin edilmiş və xx.xx.2021-ci il tarixdə vəfat etdiyi üçün xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, mərhum D.Qazıyevin ölüm səbəbi əmək xəsarəti və yə peşə xəstəliyi olmadığı üçün İddiaçı qeyd olunan aylıq kompensasiyanın hesablanaraq ödənilməsi qanunveriliklə baxımından mümkün hesab edilmir. Hesab edirlər ki, cavabdeh orqan tərəfindən iddiaçıya verilmiş imtina qanuni və əsaslı olmuşdur. İş üzə icraat materiallarına əsasən müəyyən olunur ki, iddiaçının mərhum həyat yoldaşı D.Qazıyev xx.xx.1941-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuşdur. İş materilarında olan İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, o, xx.xx.1948-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuşdur. İş üzrə icraat materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, D.Qazıyev ilə İddiaçı arasında xx.xx.1991ci il tarixdə nikah bağlanmışdır. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya altsisteminin "Pensiya" altsistemi məlumatlarına əsasən mərhum D.Qazıyevə xx.xx.1982ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya altsisteminin "Pensiya" altsistemi məlumatlarına İddiaçı xx.xx.2001-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya altsisteminin "Sosial ödənişlər" altsistemi məlumatlarına əsasən mərhum D.Qazıyevə xx.xx.2010-cu il tarixdən peşə xəstəliyi nəticəsində zərərə görə ödəncin əvəzinə aylıq kompensasiya təyin edilmişdir. İş üzrə icraat materillarında olan xx.xx.2022-ci il tarixli 212155 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, iddaçının mərhum həyat yoldaşı D.Qazıyev xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hazırkı iddiadan da göründüyü kimi, iş üzrə yaranmış mübahisə, ləğv edilmis müəssisədə əmək xəsarəti nəticəsində zərərçəkənə zərərə görə ödənilən aylıq kompensasiya ilə bağlı mübahisədir. Belə ki, xx.xx.2010-cu il tarixədək bu sahədə münasibətlər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 saylı xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği" adlanan hüquqi aktla tənzimlənirdi və ləğv edilmiş Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə zərərə görə aylıq ödənc verilirdi. Hazırda isə həmin münasibətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx.xx.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi Qaydaları" ilə tənzimlənir. Sonuncu, yəni 51 saylı xx.xx.2010-cu il tarixli Qərarla təsdiq edilmiş Qaydaların 1-ci bəndinə görə, bu Qaydalar Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi qaydasını tənzimləyir, Qaydaların tətbiq dairəsi əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş aşağıdakı işçilərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə şamil olunur: 1. Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə; 2. ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə. İddiaçı iddia edir ki, onun mərhum həyat yoldaşının ölümü ilə onun peşə xəstəliyi arasında səbəbli əlaqə olmuşdur. Nəzərə çatdırılır ki, işçinin peşə xəstəliyinə tutulmaq ehtimalı yüksək olan iş yerlərinin siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarda işçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin siyahısı göstərilmişdir. İddiaçının mərhum həyat yoldaşı X4 xx.xx.2022-ci il tarixli 212155 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə ürək xəstəliyndən (posttravmatik ensefalopatiya) vəfat etmişdir. Yuxarıda qeyd olunan siyahıda ürək xəstəliyi peşə xəstəliklərinin siyahısında və ya peşə xəstəliklərini törədən istehsalat faktorları arasında göstərilməmişdir. Beləliklə, iş materialları ilə də müəyyən olunur ki, İddiaçı mərhum həyat yoldaşı D.Qazıyevin ölüm səbəbi peşə xəstəliyi ilə əlaqəli deyildir. Odur ki, İddiaçı iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

23. İddiaçının nümayəndəsi X8 şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

24. Cavabdehin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonunu müayinəyə dair məlumat; - Nikahın bağlanması haqqında xx.xx.1991-ci il tarixli V-ЖГ 372468 nömrəli şəhadətnamə; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-V-165334/2/2023 nömrəli məktubu; - xx.xx.2021-ci il tarixli ölüm haqqında tibbi şəhadətnamə; - xx.xx.2021-ci il tarixli ölüm akt qeydi; - Ölüm haqqında xx.xx.2022-ci il tarixli AZ-İİ 212155 nömrəli şəhadətnamə; - Məhkəmənin sorğusuna Göygöl rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-711/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-258634/2023 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T330/2024 nömrəli ekspert rəyi; - Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş mərhum X4 pensiya ödənişinə dair sənədlər; - Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim edilmiş X6 dair tibbi-sosial ekspertiza sənədləri.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

27. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, X6 “Vibrasiya xəstəliyi İİ dərəcə. Yuxarı ətrafların sağ çiyin oynağının artrozu. Eşitmənin zəifləməsi. ÜİX gərginlik stenokardiyası. Xroniki bel-oma radikuliti. Vertebro-bazilyar çatışmamazlığı” diaqnozu üzrə xx.xx.2003-cü il tarixdən İİ dərəcə müddətsiz əlillik təyin edilmiş və əlillik səbəbi peşə xəstəliyi kimi müəyyənləşdirilmiş, habelə əmək qabiliyyətsiz olması qeyd edilmişdir. X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə, ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi Qaydaları”na əsasən xx.xx.2010-cu il tarixdən ödənc təyin edilərək 2021-ci ilin sentyabr ayınadək ödənilmiş, sonuncu xx.xx.2021-ci ildə vəfat etdiyi üçün ödənişi xx.xx.2021-ci ildən dayandırılmışdır.

28. X4 ailə üzvü olan arvadı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, həmin ödəncin əvəzinə aylıq kompensasiyasının ona ödənilməsini xahiş etmiş və sonuncu tərəfindən xx.xx.2023cü il tarixli 3-17-1/2-V-165334/2/2023 nömrəli məktubla mərhum X1 aylıq kompensasiyanın xx.xx.2010-cu il tarixdən təyin edildiyi və xx.xx.2021-ci il tarixdə vəfat etdiyi üçün ödənişin xx.xx.2021-ci il tarixindən dayandırılığı bildirilmiş, D.Qazıyevin ölüm səbəbinin əmək xəsarəti və peşə xəstəliyi olmadığına istinad edərək, müraciətin təmin edilməsindən imtina edilmişdir.

29. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsassız hesab edir.

30. Belə ki, cavabdeh orqan Dilsuz Qazıyevin ölüm səbəbinin əmək xəsarəti və peşə xəstəliyi olmadığına istinad edərək, iddiaçıya mərhum ərinin peşə xəstəliyi nəticəsində zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsindən imtina etmişdir.

31. Halbuki, X4 “Vibrasiya xəstəliyi İİ dərəcə. Yuxarı ətrafların sağ çiyin oynağının artrozu. Eşitmənin zəifləməsi. ÜİX gərginlik stenokardiyası. Xroniki bel-oma radikuliti. Vertebro-bazilyar çatışmamazlığı” diaqnozu üzrə xəstəlikləri onun peşə xəstəliyi olmuş,dur.

32. Hansı ki, vibrasiya xəstəliyi məhz peşə xəstəliyi olmaqla, özünü birinci növbədə sinir və ürək-damar sisteminin xəstəlikləri şəklində biruzə verir. ÜİX gərginlik stenokardiyası da ürəyin işemik xəstəliyi olmaqla, ürək əzələsinin (miokard) kəskin qan dövranı çatışmazlığı və oksigən çatışmazlığı səbəbilə baş verir və stenokardiya tutmaları ilə xarakterizə edilir. Həmin tutmalara səbəb ürəyi qidalandıran damarlarda qan dövranının pozulması və nəticədə oksigen çatışmazlığının baş verməsidir. Vertebro-bazilyar çatmamazlıq da (VBS- vertebro-bazilyar arterial sistem sindromu) bazilyar və ya vertebral arteriyalarda qan axınının zəifləməsi nəticəsində baş beyin fəaliyyətinin pozulmasıdır.

33. Göründüyü kimi, X4 əsas peşə xəstəliyi olan “Vibrasiya xəstəliyi” onda digər xəstəliklərin (fəsadlar) yaranmasına - ürək və qan-damar sisteminin pozulmasına səbəb olmuş və həmin xəstəliklər birlikdə onun əlilliyinə əsas olmuş xəstəlik kimi müəyyənləşdirilmiş və bu əsasla X6 vəfat etdiyi tarixə müvafiq kompensasiya ödənilmişdir.

34. X4 ölümünə səbəb isə “Ürək xəstəliyi” (“İ27.8-Ağciyər-ürək çatışmamazlığının digər dəqiqləşdirilmiş formaları”; “İ25.1-Ürəyin aterosklerotik xəstəliyi”) və “Posttravmatik ensefalopatiya” olmuşdur.

35. Burdan sadə məntiqlə belə nəticəyə gəlmək mümkündür ki, iddiaçının ölümünə səbəb məhz peşə xəstəliyi olan və ürək və qan-damar sisteminin pozulması ilə müşayiət olunmuş xəstəliklər olmuşdur.

36. Ölüm səbəbi kimi sonradan əlavə edilmiş “Posttravmatik ensefalopatiya” isə travmadan sonra baş beynin qan dövranının pozulması nəticəsində zədələnməsidir.

37. Eyni zamanda, məhkəmənin qərardadı əsasında əldə edilmiş ekspert rəyi ilə belə nəticəyə gəlinmişdir ki, mərhum D.K.Qazıyevin meyitinin məhkəmə-tibbi ekspertizası aparılmadığından hal-hazırda onun ölümünün səbəbi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Lakin təqdim edilmiş tibbi sənədlərə əsasən onun düçar olduğu “vibrasiya xəstəliyi” zamanı əsas dəyişiklik baş beyində baş verdiyindən (posttravmatik ensefalopatiya), daxili üzvlərin fəaliyyət mərkəzi baş beyində yerləşdiyindən onun funksiyasının pozulması nəticəsində ölümə səbəb olan ağciyər-ürək çatmamazlığının bu səbəbdən yaranmasını da inkar etmək olmaz.

38. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na görə: Bənd 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasında 1995–1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. Bənd 2. Bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə, ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi Qaydaları”na görə: Bənd 1. Bu Qaydalar Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi qaydasını tənzimləyir. Bənd 2. Bu Qaydalar 2010-cu il yanvarın 1-dən əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş aşağıdakı işçilərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə şamil olunur: Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə; ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə. Bənd 3. Bu Qaydaların 2-ci bəndində nəzərdə tutulan şəxslərə 2010-cu il 1 yanvar vəziyyətinə təyin olunmuş aylıq ödənc məbləğində dövlət büdcəsinin vəsaiti hesabına aylıq kompensasiya verilir. Bənd 4. Aylıq kompensasiya 2010-cu il yanvarın 1-dən etibarən bu Qaydaların 2ci bəndində nəzərdə tutulan şəxslərə onların müraciətləri əsasında təyin edilir. Bu Qaydaların 2-ci bəndində göstərilən şəxslərin müvafiq sənədləri 2010-cu il 1 yanvar vəziyyətinə ödənclərinin aylıq məbləği və hüquqi ünvanı göstərilməklə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarına təhvil verilir. Mülkiyyət forması dəyişdirilmədən saxlanılan kolxoz və sovxozlar barədə məlumat ildə bir dəfə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq kompensasiyanın ödənilməsi barədə rüblük hesabat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

40. Göründüyü kimi, iddiaçıya mərhum ərinin peşə xəstəliyi nəticəsində zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsindən imtina edilməsi barədə cavabdeh orqanın hərəkətləri qanunsuz olmuşdur.

41. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı vəfat etmiş həyat yoldaşı X4 vəfat edən tarixə 2-ci qrup əlilliyə görə əmək xəsarətinə görə (istehsalat zədəsinə görə) aldığı kompensasiyanın (zərərə görə ödəncin) hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona təyin olunaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

42. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı vəfat etmiş həyat yoldaşı X4 vəfat edən tarixə İİ dərəcəli əlilliyə görə əmək xəsarətinə görə (istehsalat zədəsinə görə) aldığı kompensasiyanın (zərərə görə ödəncin) xx.xx.2021-ci il tarixdən İddiaçı təyin olunaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar