Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1610/2025 06.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazisinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazisinə, 13 saylı Bərdə X1rşı “torpaq sahəsinin sxematik planındakı koordinatda olan səhvlərin düzəldilməsi, çıxarışın dəyişdirilməsi, saxta müqavilələr, xəritə və sxematik planların ləğv edilməsi” iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazisinə, 13 saylı Bərdə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 saylı X6 Təsərrüfatı Mərkəzinin xx.xx.2019-cu il tarixli 69 qeydiyyat nömrəli X4 icarəyə verilməsi barədə müqavilə ilə 13 saylı Bərdə RMTM-nin Bük Meşəbəyliyinin 22-24cü kvartallarının 20; 6 və 12-ci bölməsindən ayrılan torpaq sahəsinin sxematik planındakı koordinatda olan səhvlərin düzəldilməsi, qəsdən vurulan zərər nəzərə alınaraq müqavilə müddətinin 49 il müddətinə dəyişdirilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazisinin üzərinə qoyulması, 13 saylı X6 Təsərrüfatı Mərkəzinin keçmiş direktorlarının və vəzifəli şəxslərinin tərtib etdikləri saxta müqavilələr, xəritə və sxematik planların ləğv edilməsi barədə məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli sərəncamında İPMin 13-cü maddəsinin tələblərinə əsasən yardım edilərək mübahisə üzrə cavabdeh qismində qeyd olunan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazisi və 13 saylı X6 Təsərrüfatı Mərkəzi fərqli qurumlar olmaqla yanaşı, hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmir və müştərək hüquqi maraqlara malik olmadığından, hər iki qurum birgə cavabdeh kimi qeyd oluna bilmədiyi, digər tərəfdən, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxıldığından, 13 saylı X6 Təsərrüfatı Mərkəzi ilə mübahisəyə mülki icraat qaydasında aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsində baxılmalı olduğu izah edilmiş, iddia ərizəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazisi cavabdeh qismində göstərilməklə yeni iddia ərizəsi əvvəl eyni tələblə cavabdehə müraciət etməyinizi təsdiq edən sübutları, eləcə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazisinin cavabının məhkəməyə təqdim olunması təklif edilmişdir. Məhkəmənin sərəncamı iddiaçıya təqdim edilsə də, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Məhkəmə ərizə və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiası mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). ddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6). İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (16.4). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6). İddianın mümkünlük şərtlərindən biri də cavabdehlərin iddia tələbi üzrə birgə cavabdeh qismində prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyüdür. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də qeyd edilən mümkünlük şərti də yerinə yetirilmiş olmalıdır. Hazırkı mübahisəyə münasibətdə cavabdehlər fərqli qurumlar olmaqla yanaşı, hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmir və müştərək hüquqi maraqlara malik deyildir. İPM-in 30.1-ci və 30.2-ci maddələrinə əsasən, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Göründüyü kimi, iddiaçının ərizəsi İPM-nin 46-cı maddəsinin tələblərinə cavab verməmişdir. Məhkəmə tərəfindən ona edilən yardıma baxmayaraq iddiaçı məhkəmənin göstərişlərinə məhəl qoymamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazisinə, 13 saylı Bərdə X1rşı “torpaq sahəsinin sxematik planındakı koordinatda olan səhvlərin düzəldilməsi, çıxarışın dəyişdirilməsi, saxta müqavilələr, xəritə və sxematik planların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1610/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1610/2025
06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver