Məhkəmə qərarları › İş №2-1(114)-1611/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1611/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1611/2021 06.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı məzuniyyət günlərinin əvəzinə pul kompensasiyasının hesablanaraq ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Cavabdeh Çevik Hərəkət qüvvələri N nömrəli hərbi hissə komandirinin 26.09.2017-ci il tarixli, 0269 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq əməliyyat və döyüş hazırlığı bölməsinin döyüşün planlaşdırılması üzrə baş zabiti mayor İddiaçı vəzifəsindən azad olunmaqla 20.09.2017-ci il tarixdən Cavabdehndə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar olaraq hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinə göndərilmişdir. Mayor İddiaçı 01.09.2017-ci il tarixə xidmət illəri: təqvimi – 22 (iyirmi iki) il, 09 (doqquz) ay, 24 (iyirmi dörd) gün; güzəştli – 18 (on səkkiz) il, 05 (beş) ay, 22 (iyirmi iki) gün; cəmi – 41 (qırx bir) il, 03 (üç) ay, 16 (on altı) gün. Mayor İddiaçı 2017-ci ilin hesabına növbəti məzuniyyətdən tam istifadə edib, məzuniyyət müavinatı, xəstəlik müavinatı və maddi yardım alıb. 01.01.2017-ci il tarixdən 20.09.2017-ci il tarixədək birdəfəlik pul müavinətini 100 faiz almağa layiqdir (Əsas: Cavabdeh rəisinin 14.09.2017-ci il tarixli 1517 ş/h saylı əmri). Azərbaycan Respublikası Cavabdeh iddiaçıya ünvanladığı 19.05.2021-ci il tarixli 10/65 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin N sentyabr 2017-ci il tarixli 0269 nömrəli əmrində Silahlı Qüvvələrin ehtiyatına buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyətin verilməsi ilə bağlı heç bir qeyd olmadığı üçün kompensasiyanın ödənilməsi imkan xaricindədir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin axırıncı abzasına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsini nəzərə alınmaqla istifadə etmədiyi növbəti məzuniyyət günlərinin 45 (qırx beş) gün əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli, 28 sentyabr 2012-ci il tarixli qərarının tələblərinə müvafıq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün istifadə etmədiyi 45 (qırx beş) gün növbəti məzuniyyət günlərinə görə kompensasiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Cavabdehndə zabit qismində xidmət etmiş və 2017-ci ildə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Silahlı Qüvvələrdə təqvim ili 22 il 9 ay xidmət etmişdir. Tərxis olunan 2017-ci ildə ümumilikdə 45 (qırx beş) gün növbəti məzuniyyətdən istifadə etmişdir. Ehtiyata buraxılarkən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci maddəsinin axırıncı abzasına və “Hərbi quqlluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinə uyğun olaraq ona növbəti məzuniyyət verilməmişdir. Bununla bağlı, Cavabdehnə 01 aprel tarixində ərizə təqdim etmiş, ərizədə istifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə 45 (qırx beş) gün ona kompensasiyanın birdəfəlik ödənilməsini və ödəməni həyata keçirərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli, 28 sentyabr 2012-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq birdəfəlik ödənilməsi rəhbər tutulmasını xahiş etmişdir. Cavabdeh bununla əlaqədar ərizəsini cavablandırarkən (ünvanına çatma vaxtı 09.06.2021-ci il) N nömrəli hərbi hissə komandirinin N sentyabr 2017-ci il tarixli 0269 nömrəli əmrində Silahlı Qüvvələrin ehtiyatına buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyətin verilməsi ilə bağlı heç bir qeyd olmadığı üçün kompensasiyanın ödənilməsinin imkan xaricində olduğunu qeyd edərək ödəmədən imtina edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, əməliyyat və döyüş hazırlığı bölməsinin döyüşün planlaşdırılması üzrə baş zabiti mayor İddiaçı vəzifəsindən azad olunmaqla 20.09.2017-ci il tarixdən Cavabdehndə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar olaraq hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinə göndərilmişdir. Ehtiyata buraxılarkən hərbi qulluqçulara 90 gün məzuniyyət verilir. 45 günü əsas məzuniyyət, 45 günü isə pensiya məsələsini həll etmək üçün verilir. İddiaçıya 45 gün əsas məzuniyyət verilmiş, 45 gün pensiya məsələsini həll etmək üçün məzuniyyət isə verilməmişdir. Əsas məzuniyyətdə kompensasiya ödənilir, pensiya məsələsini həll etmək üçün verilən məzuniyyətdə isə kompensasiya ödənilmir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddiaçıya və cavabdeh orqana şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh inzibati orqanın və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE ******** nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Cavabdeh iddiaçıya ünvanladığı 19.05.2021-ci il tarixli 10/65 nömrəli məktubu; - Azərbaycan Respublikası Cavabdeh Çevik Hərəkət qüvvələri N nömrəli hərbi hissə komandirinin 26.09.2017-ci il tarixli 0269 nömrəli nizami hissə üzrə əmrindən çıxarışın təsdiq edilmiş surəti. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə işin hallarını, tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh rəisinin 14.09.2017-ci il tarixli, 1517 nömrəli əmri ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, 26.09.2017-ci il tarixdən isə şəxsi heyətin siyahısından və bütün təminatlardan çıxarılmışdır. İddiaçıya 2017-ci ilin hesabına 45 günlük növbəti məzuniyyət verilsə də, hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün əlavə 45 günlük növbəti məzuniyyət verilməmişdir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina olunmuşdur. İmtinanın əsası kimi N nömrəli hərbi hissə komandirinin N sentyabr 2017-ci il tarixli 0269 nömrəli əmrində Silahlı Qüvvələrin ehtiyatına buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyətin verilməsi ilə bağlı heç bir qeyd olmadığı göstərilmişdir. Həmçinin cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında bildirmişdir ki, iddiaçıya 45 gün əsas məzuniyyət verilmiş, pensiya məsələsini həll etmək üçün 45 günlük məzuniyyət verilməmiş və həmin məzuniyyətə görə qanunvericilikdə kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün müəyyən olunmuş növbəti məzuniyyət günlərinin istifadə etmədiyi 45 (qırx beş) günü əvəzinə pul kompensasiyasının ödənilməsindən cavabdehin imtinası qanunazidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə görə ehtiyatda olmağın son yaş həddinə çatmayan qulluqçular öz arzusu ilə (yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin 8 və 9-cu abzaslarına əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikasının 1997-ci il tarixli 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 115-ci maddəsinə əsasən hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur. - 120-ci maddəsinə əsasən növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına – müddətli həqiqi hərbi xidmət ərzində – bir dəfə 10 gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına – hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara – hər təqvim ili üçün 35 gün; q) zabitlərə – hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. - 121-ci maddəsinin ikinci abzasına əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Qanunvericiliyin tələblərindən aydın olur ki, hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün həmin növbəti məzuniyyət yaşa və ya xəstəliyə görə ehtiyata buraxılmış şəxslərlə yanaşı 20 il və daha artıq xidmət etmiş hərbi qulluqçulara da şamil olunur. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh Çevik Hərəkət qüvvələri N nömrəli hərbi hissə komandirinin 26.09.2017-ci il tarixli 0269 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, iddiaçının xidmət illəri təqvim illəri üzrə 22 il 9 ay 24 gün təşkil edir və iddiaçıya 2017-ci ilin hesabına 45 günlük növbəti məzuniyyət verilmişdir. Cavabdeh inzibati orqanın 45 gün pensiya məsələsini həll etmək üçün məzuniyyətin verilməməsinə əsas kimi qeyd etdiyi pensiya məsələsini həll etmək üçün verilən məzuniyyətə kompensasiya ödənilməməsinə dair dəlili ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda adıçəkilən qanunvericilik aktlarında məzuniyyət hüququ fərqləndirilməmiş və onun verilməməsinə görə kompensasiyanın öədnilməsi müəyyən edilmişdir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş, Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilməli olan növbəti 3 aylıq məzuniyyətdən sadəcə 45 gününün verilməsi, digər 45 gününün isə verilməməsi nəzərə alınmaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin sonuncu abzasına və Azərbaycan Respublikasının 1997-ci il tarixli 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci abzasına əsasən istifadə edilməmiş növbəti məzuniyyətə günlərinə (45 günə) görə kompensasiya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün istifadə etmədiyi 45 (qırx beş) gün növbəti məzuniyyət günlərinə görə kompensasiyanın hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar