Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1617/2024 23.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək keçmiş Sovet Ordusunda, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək 825(707) nömrəli hərbi hissədə, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 876 saylı məktubuna əsasən xx.xx.1992-ci il tarixdə Qazax RHK-dan göndərilmiş İddiaçı N () №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 06 №-li əmrilə (əsas: təşkilati əmr, səh-120, sıra-740) şəxsi heyətin siyahısına daxil edilərək bütün təminat növlərinə daxil edilmişdir. N () №-li hərbi hissə komandirinin xx.xx.1992 tarixli 188 №-li əmrində (əsas: §- 15, səh-32, sıra-45, əmrdə atasının adı yazılmamışdır) hərbi toplanışdan sonra, xx.xx.1992-ci il tarixdən hərbi xidmətdən azad edilməklə 1-ci batalyonun 5-ci rotasının şəxsi heyətinin siyahısından çıxarılaraq bütün növ təminatlardan silinən hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. Qazax RBHK-dan həqiqi müddətli hərbi xidmətə səfərbər edilmiş, 1968-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 87 №-li əmrilə (əsas: §-9, səh-N, sıra-17) xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün təminat növlərinə yazıimış və ZTR taborunda kəşfiyyatçı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 116 №-li əmrilə (əsas: §-3.2, səh-13, sıra-5, əmrdə atasının adı “Mamed” yazılmışdır, hərbi rütbəsi yazılmamışdır) İddiaçı Mamed oğlu kəşfiyyat tağımının şəxsi heyətinin siyahısından çıxarılaraq 1-ci motoatıcı bölükdə manqa komandiri vəzifəsinə təyin edilmişdir. Səfərbərliklə çağırılmış, yuxarı yaş hədli, 5-ci MAT-ın ştatdan kənar hərbi qulluqçusu, sıravi İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli 26 №-li əmrinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.1996cı il tarixli 34 №-li əmrilə (əsas: §-13, səh-145, sıra-20) xx.xx.1996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Ağstafa RHK-na göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 07 may 2024-cü il tarixli 1353 saylı məktubunda yuxarıda qeyd olunanlardan əlavə Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda, N №li hərbi hissənin xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixdək, N №li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. N saylı hərbi hissə komandirinin N saylı əmrindən arxiv çıxarışında qeyd edilmişdir ki, İddiaçı (əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) xx.xx.1992. Yuxarıda qeyd edilənlər, Qazax RBHK-dan göndərilən hərbi vəzifəlilər göstərilən tarixlərdən alayın batalyonlarına və əlahiddə bölmələrinə göndərilməklə, şəxsi heyətin siyahısına daxil edilmiş və bütün təminat növlərinə yazılmış hesab edilsinlər. N saylı hərbi hissə komandirinin N saylı əmrindən arxiv çıxarışında qeyd edilmişdir ki, Qazax RBHK-nın tərəfindən həqiqi müddətli hərbi xidmətə səfərbər edilmiş aşağıda adları qeyd edilən çağırışçılar xx.xx.1993-cü ildən hissənin şəxsi heyətinin siyahısına daxil edilsin, bütün təminat növlərinə yazılsın və ştata müvafiq vəzifələrə təyin edilsin.
17. İddiaçı (əmrdə hərbi rütbəsi göstərilməyib) - kəşfiyyatçı, ZTR taburu. N saylı hərbi hissə komandirinin N saylı əmrindən arxiv çıxarışında qeyd edilmişdir ki, aşağıda adları göstərilənlər kəşfiyyat tağımının şəxsi heyətinin siyahısından çıxarılıb İ motoatıcı bölüyə müvafiq vəzifələrə təyin edilsin. 5. İddiaçı (əmrdə hərbi rütbəsi göstərilməyib) - manqa komandiri. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 yanvar 1996-cı il tarixli, 26 nömrəli əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən təxris olunmuşdur. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabı verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 876 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə N () nömrəli hərbi hissənin tərkibində xx.xx.1993-cü il tarixdən sonrakı müddətdə (xx.xx.1996-cı ilədək) hərbi xidməti barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 825(707) №li hərbi hissədə xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixinə kimi hərbi səfərbərlik keçdiyini, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə kimi N saylı hərbi hissədə döyüşlərdə iştirakını, xidmətini nəzərə alaraq onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ilin 05 iyul tarixində Qazax R.H.Kdan 90 günlük hərbi səfərbərliyə çağırılmış, Qazax rayonun ermənilərlə həm sərhəd kəndləri uğrunda getmiş döyüşlərdə N saylı hərbi hissənin tərkibində iştirak etmişdir. Hərbi səfərbərliyi başa çatdıqdan sonra 825(707) №li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 188№li əmrlə xx.xx.1992-ci il tarixdən hərbi xidmətdən azad olunmuşdur. Yenidən Qazax R.B.H.K-dan müddətli hərbi xidmətə səfərbər edillərək N №li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 87 №li hissəni şəxsi heyətinin siyahısına daxil olunaraq, bütün təminat növlərin ilə təmin olunaraq ZTR taboruna kəşfiyyatçı vəzifəsinə təyin edilmişdir. N №li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 116 №li əmrilə 1-ci motoatıcı bölükdə manqa komandiri vəzifəsinə təyin olunmuşdur.Bütün bunlara baxmayaraq o müharibə veteranı adı vəsiqəsi ala bilməmişdir. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2024-cü il tarixdə etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 876 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə N () nömrəli hərbi hissənin tərkibində xx.xx.1993-cü il tarixdən sonrakı müddətdə (xx.xx.1996-cı ilədək) hərbi xidməti barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli qərarına əsasən: “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. Xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. İddiaçı məhkəmə iclasına gəlmmiş,cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 1-ci bəndinin Qeyd hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri onun Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən qanuni əsaslarla ehtiyata buraxılmasıdır ki, iddiaçının Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən qanuni əsaslarla ehtiyata buraxılmas Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 yanvar 1996-cı il tarixli, 26 nömrəli əmri ilə təsdiq olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən N (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən N (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva