Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1620/2020 12.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X4rşı kassa mədaxil orderinin tanınması barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X4rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmlakın dəyərinin ödənilməsi barədə kassa mədaxil orderinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq məhkəmə qaydasında tanınması ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir şəhərində yerləşən əmlak 1997-ci ildə balans dəyəri ödənilməklə X2 və X1, əmlakın dəyəri 150.000 manat olmaqla həmin məbləğ balans saxlayan müəssisəyə ödənilmiş və kassa mədaxil orderi verilmişdir. Hazırda həmin orderin məhkəmə qaydasında tanınması zərurəti yaranmışdır. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, hazırki tələb inzibati məhkəmə icraatının predmeti olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, surəti ərizəyə əlavə edilmiş kassa mədaxil orderinin məzmunundan görünür ki, Aşıq Teymur adına Üİ və emalı müəssisəsinə 150.000 pul ödənilmişdir. Göründüyü kimi sözügedən order mövcuddur və onun məhkəmə qaydasında tanınması proseduru qanunvericilikdə müəyyən edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və 36-cı maddəsində müəyyən etmə və tanınma haqqında iddialara baxılması nəzərdə tutulsa da həmin iddia növü müəyyən sənədin deyil, hər hansı hüquq münasibətlərinin mövcud olubolmamasının araşdırılırmasını özündə ehtiva edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qərara aldım: İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X4rşı kassa mədaxil orderinin tanınması barədə iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1620/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1620/2020
12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver