Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1622/2024 16.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı aktın və inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 80224 nömrəli aktının və inzibati xəta haqqında protokolunun ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2 maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1 maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Hazırda mübahisələndirilən akt və inzibati xəta haqqında protokol “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun anlamında inzibati akt olmadığından hazırki iddiaya inzibati məhkəmələr tərəfindən baxıla bilməz. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan şikayətə baxılmasının aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinin deyil, ümumi (rayon) məhkəmənin səlahiyyətinə aid olduğunu hesab edərək, ərizənin mümkün sayılmaması, habelə iddiaçıya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən aidiyyəti üzrə ümumi (rayon) məhkəməyə şikayət vermək hüququ olmasının izah edilməsi qənaətinə gəlirəm. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35, 80, 81 və 85-cı maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: Aktın və İnzibati xəta haqqında protokolun ləğv edilməsi barədə İddiaçı tərəfindən verilmiş iddia mümkün sayılmasın. Şikayətçiyə hazırki məsələ ilə bağlı ümumi (rayon) məhkəməyə şikayət vermək hüququnun olduğu izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1622/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1622/2024
16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver