Məhkəmə qərarları › İş №2-1(114)-1625/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1625/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1625/2023 26.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Goranboy rayonu ərazisində “Acı dərə” massivində 48 saylı qışlaqda yerləşən 900.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, hazırda faktiki olaraq 900 ha sahədən istifadə edə bilmir. Cavabdehin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı sahəseçmə aktını və torpaq sahəsinin yerquruluşu planını təqdim etmədiyindən ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, surəti iş materiallarına əlavə olunmuş Goranboy Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 25 nömrəli sərəncamından görünür ki, Goranboy rayonunun “Acı dərə” massivində yerləşən 48 saylı qışlaqdan 800.0 ha və həmin massivdə yerləşən X2 100.0 ha, cəmi 900,0 ha torpaq sahəsi 15 il müddətinə iddiaçının icarəsinə verilmişdir. -surəti iş materiallarına əlavə olunmuş Goranboy Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 74 nömrəli sərəncamından görünür ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 25 nömrəli sərəncamı ilə Goranboy rayonunun “Acı dərə” massivində yerləşən 48 saylı qışlaqdan iddiaçıya icarəyə verilmiş 800.0 ha sahənin 200,0 ha hissəsinin dövlət fonduna qaytarılması qərara alınmışdır. - surəti iş materiallarına əlavə olunmuş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-51/2021 nömrəli qərardadının məzmunundan görünür ki, İddiaçı Goranboy Rayon İcra Hakimiyyətinə qarşı xx.xx.2018-ci il tarixli, 74 nömrəli sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkünsüz sayılmışdır. - İşə əlavə edilmiş Goranboy Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli məktublarında bildirilir ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 74 nömrəli sərəncamı hazırda qüvvədədir; Dövlət fonduna qaytarılmış 200,0 ha sahənin koordinatlarını müəyyən edən sənəd mövcud deyil; İddiaçı Dövlət fonduna qaytarılması qərara alınmış 200,0 ha sahədən istifadə etmədiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı 900,0 ha sahəyə dair icarə hüququnun qeydə alınmasının tələb etsə də həmin sahənin 200,0 ha hissəsi qeyd olunan sərəncamla Dövlət fonduna qaytarılmış, eyni zamanda geri alınmış sahənin koordinatları bəlli deyildir. Bu halda qalan 700,0 ha sahənin koordnatları da sual altında qaldığından iddianın qismən təmin edilməsi üçün də zəmin yaranmır. Qeyd olunanlara əsasən iddiaçıya izah edilir ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 74 nömrəli sərəncamı ilə Dövlət fonduna qaytarılmış 200,0 ha sahənin koordinatları barədə sənəd əldə etdikdən sonra 700,0 ha sahəyə dair icarə hüquqlarının qeydə alınması barədə hazırki cavabdehə müraciət edə bilər. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddia mümkün sayılmasın. İddiaçıya izah edilir ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 74 nömrəli sərəncamı ilə Dövlət fonduna qaytarılmış 200,0 ha sahənin koordinatları barədə sənəd əldə etdikdən sonra 700,0 ha sahəyə dair icarə hüquqlarının qeydə alınması barədə hazırki cavabdehə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar