Məhkəmə qərarları › İş №2-1(114)-1627/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1627/2020

11.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1627/2020 11.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X2rşı torpaq sahəsinin naturada göstərilən qaydada müəyyən edilib ölçülərək istifadəsinə verilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı (bundan sonra mətndə iddiaçı) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X3 (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,56 ha pay torpaq sahəsinin birinci kontorunda göstərilən 1,91 ha pay torpaq sahəsinin və mərhum anası X1 mülkiyyətinə məxsus olan 0,36 ha pay torpaq sahəsinin əksik 0,30 ha torpaq sahəsinin naturada göstərilən qaydada müəyyən edilib ölçülərək istifadəsinə verilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək tələbinə inzibati məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçı iddia ərizəsinə baxılmadan geri qaytarılmasını xahiş etdiyindən iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X2rşı ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,56 ha pay torpaq sahəsinin birinci kontorunda göstərilən 1,91 ha pay torpaq sahəsinin və mərhum anası X1 mülkiyyətinə məxsus olan 0,36 ha pay torpaq sahəsinin əksik 0,30 ha torpaq sahəsinin naturada göstərilən qaydada müəyyən edilib ölçülərək istifadəsinə verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Hakim: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar