Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1628/2020 15.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X29rşı (üçüncü şəxslər X12, X16, X18, X19, X20) şəhadətnamədə düzəliş edilməsi və çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 3 saylı X29rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X3, X5, X9, X10, X13 adlarına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1718B KOD 50801004 nömrəli şəhadətnamədə 0.04 ha kimi qeyd edilmiş texniki səhvin düzəldilərək 0.06 ha kimi qeyd edilməsi və ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X25 Rəyasət Heyətinin xx xxxxxx 1994-cü il tarixli 12 saylı qərarı əsasında fərdi yaşayış evi tikintisi üçün heyvandarlıq sovxozunun ərazisinin İcra Hakimiyyətinin inzibati binasının arxa hissəsindəki dinc torpaq sahəsindən 35 nəfər şəhid ailələrinə və müharibə əlillərinə hər birinə 0.06 hektar olmaqla həyətyanı torpaq sahəsi verilmişdir. Həmin qərara əlavə edilmiş siyahıda 3-cü şəxs X3 adı 33-cü sırada qeydə alınmışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1718B KOD 50801004 nömrəli şəhadətnaməyə əsasən X6, X11, X14, X15 və X17 Xanlar rayon X21 xx xxxxxx 2003-cü tarixli 01 saylı qərarı ilə 0.04 ha torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə torpağın həcminin az göstərilməsini nəzərə alan üçüncü şəxs X12 2011-ci ildə Göygöl rayon Torpaq şöbəsinə müraciət edib 0,06 hektar torpaq sahəsinin əvəzinə 0,04 hektar göstərilməsinin səbəbi barədə məlumat vermələrini xahiş etmişdir. Göygöl rayon Torpaq şöbəsinin cavabında göstərilib ki, Torpaq şöbəsi tərəfindən ilkin sənədlərə əsasən şəhadətnamədə 0,06 hektar göstərilməli idi, lakin texniki səhv nəticəsində 0.04 hektar torpaq sahəsi göstərilmişdir. Üçüncü şəxslər həmin şəhadətnamə əsasında qeyd olunan torpaq sahəsinə dair DƏDRX-dən çıxarış almış və xx xxxxxxx 2018-ci il tarixdə həmin torpaq sahəsini alqı-satqı qaydasında iddiaçıya satmışlar. Alqı-satqı zamanı X12 0.06 hektar torpaq sahəsinin verilməsinə dair ilkin sənədləri iddiaçıya verib bildirmişdir ki, şəhadətnamədə texniki səhvə yol verilərək 0.06 hektar torpaq sahəsinin yerinə 0.04 hektar torpaq sahəsi göstərilmişdir və o, xəstə olduğu üçün həmin səhvin düzəlişini həyata keçirə bilməmişdir. Ona görə də belə razılığa gəlmişlər ki, alqı-satqıdan sonra həmin səhvin düzəlişini iddiaçı həyata keçirsin. İddiaçı 0.04 hektar torpaq sahəsinə dair çıxarış əldə etmişdir. Çıxarış üzrə 0.04 hektar torpaq sahəsinin mülkiyyətində olmasına baxmayaraq yerində torpaq sahəsinin həcmi 0.06 hektardır. Həmin 0.06 hektar torpaq sahəsi evin hasarının içindədir. Göygöl rayonu İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2011-ci il tarixli 476 nömrəli sərəncamı ilə ünvan 2 saylı ünvanda yaşayan X6 məxsus Həsən bəy ünvan 3 saylı ünvanda yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılmasına icazə verilmişdir. İddiaçı 3-cü şəxslərə verilmiş şəhadətnamədə olan texniki səhvin düzəldilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, **********21 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasənİddiaçı Göygöl notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-427 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.04 ha torpaq sahəsininX20ndan, X4, X2, X7 və X1 aldığı və həmin müqavilə əsasında 0.04 ha torpaq sahəsi üzərində mülkiyət hüququnun xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirildiyi müəyyən edilmişdir. Vətəndaşın iddia etdiyi 0.06 ha torpaq sahəsinin ona məxsus olması barədə hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi üçün müraciətin icrası mümkün olmamışdır. Bu səbəbdən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -“Torpağın mülkiyyətə verilməsinə dair” JN-1718B KOD 50801004 nömrəli şəhadətnamədən görünür ki, Göygöl rayon X21 xx xxxxxx 2003-cü il tarixli 01 saylı qərarı ilə X3, X5, X9, X10, X13 mülkiyyətinə 0.04 ha torpaq sahəsi verilmişdir. -Göygöl rayon Dövlət Arxivinin xx.xx.2011-ci il tarixli, 159 nömrəli arxiv arayışından görünür ki, X25 Rəyasət Heyətinin xx xxxxxx 1994-cü il tarixli 12 saylı qərarı əsasında fərdi yaşayış evi tikintisi üçün heyvandarlıq sovxozunun ərazisinin İcra Hakimiyyətinin inzibati binasının arxa hissəsindəki dinc torpaq sahəsindən 35 nəfər şəhid ailələrinə və müharibə əlillərinə hər birinə 0.06 hektar olmaqla həyətyanı torpaq sahəsi verilmiş, həmin qərara əlavə edilmiş siyahıda X3 adı 33-cü sıra sayında qeydə alınmışdır. -Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2011-ci il tarixli, 476 nömrəli sərəncamından görünür ki, X6 məxsus Göygöl şəhəri, Həsən bəy Zərdabi küçəsi, 25 saylı ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılmasına icazə verilmişdir. -DTXK-nin Göygöl rayon şöbəsinin xx.xx.2011-ci il tarixli, 603 nömrəli məktubundan görünür ki, Göygöl rayon X21 xx xxxxxx 2003-cü il tarixli 01 saylı qərarı ilə X6 fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsinin verilməsinə baxmayaraq X22 tərəfindən sənəndlər işlənən zaman mexaniki olaraq “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1718B KOD 50801004 nömrəli şəhadətnamədə 0.04 ha göstərilmişdir. -AN-İ ******* nömrəli, xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X12, X16, X18, X19, X20 onlara məxsus ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsini İddiaçı satmışdır. -********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki,ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçıadına qeydiyyata alınmışdır. -DƏDRX-nin 3 saylı X30 xx.xx.2020-ci il tarixli, **********40 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, X25 Rəyasət Heyətinin xx xxxxxx 1994-cü il tarixli 12 saylı qərarı əsasında fərdi yaşayış evi tikintisi üçün heyvandarlıq sovxozunun ərazisinin İcra Hakimiyyətinin inzibati binasının arxa hissəsindəki dinc torpaq sahəsindən 35 nəfər şəhid ailələrinə və müharibə əlillərinə hər birinə 0.06 hektar olmaqla həyətyanı torpaq sahəsi verilmiş, həmin qərara əlavə edilmiş siyahıda 3-cü şəxs X3 adı 33-cü sıra sayında qeydə alınmışdır. Xanlar rayon X21 xx xxxxxx 2003-cü tarixli 01 saylı qərarı ilə X6 və ailə üzvlərinə 0.04 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair üçüncü şəxslərin adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1718B KOD 50801004 nömrəli şəhadətnamə işlənmişdir. Sonradan üçüncü şəxslər həmin torpaq sahəsini xx.xx.2018-ci il tarixdə alqı-satqı qaydasında iddiaçıya satmış, iddiaçı həmin müqavilə əsasında 0.04 ha torpaq sahəsi üzərində mülkiyət hüququnu xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirmişdir. Hazırda iddiaçı X25 Rəyasət Heyətinin xx xxxxxx 1994-cü il tarixli 12 saylı qərarı ilə üçüncü şəxs X6 verilmiş 0.06 ha torpaq sahəsinin şəhadətnamədə düzgün qeyd edilmədiyini iddia edərək “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1718B KOD 50801004 nömrəli şəhadətnamədə 0.04 ha kimi qeyd edilmiş texniki səhvin düzəldilərək 0.06 ha kimi qeyd edilməsi və ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə çıxarışın verilməsini tələb edir. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -16.3-ci maddəsinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. -16.4-cü maddəsinə əsasən, bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. -16.5-ci maddəsinə əsasən, dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddələrin tələblərindən görünür ki, dövlət reyestrində hüququ düzgün qeydə alınmamış şəxs özü qeyddə düzəlişin aparılmasını tələb edə bilər. Qeyd edilən normanın tələbləri hazırki mübahisəyə tətbiq edildikdə X25 Rəyasət Heyətinin xx xxxxxx 1994-cü il tarixli 12 saylı qərarı ilə verilmiş 0.06 ha torpaq sahəsinin şəhadətnamədə düzgün qeyd edilməməsi əsası ilə hazırki tələblə iddiaçı yox, üçüncü şəxslər X12 və qeyriləri çıxış edə bilərdi, çünki bu hüquq onlara məxsus olmuşdur. Lakin sonuncular həmin hüququ reallaşdırmadan, başqa sözlə həmin vəziyyətlə barışaraq məhz 0,04 ha sahəni iddiaçıya satmışlar. Eyni zamanda iddiaçı da həmin sahəni qeyd edilən həcmdə əldə etmiş və eynilə mövcud vəziyyətlə barışmışdır. Odur ki, hazırki vəziyyətdə iddiaçı hüquqi sənədlər əsasında ona məxsus olmayan torpaq sahəsi ilə bağlı düzəliş edilməklə onun adına qeydə alınmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X29rşı şəhadətnamədə düzəliş edilməsi və çıxarışın verilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətindəGəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1628/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1628/2020
15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver