Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1628/2022 06.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 19 mart 2022-ci il tarixli, ********* nömrəli “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” qərarının və 12 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi əməkdaşlarının vəzifələrindən sui-istifadə edərək hədə qorxu ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, seriya VN 001309 və seriya VN 002830 nömrəli aktlarının qanunsuz olduğundan etibarsız hesab edilməsi və həmin qanunsuz aktların əsasında 12 saylı Ərazi Vergilər Baş İdarəsinin qanunsuz qəbul etdiyi xx.xx.2020-ci il tarixli, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə 1000 manat məsuliyyətə cəlb edilməsi haqqında” **********7439 nömrəli qərarının və eləcə də “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə 40 manat məsuliyyətə cəlb edilməsi haqqında” **********7463 nömrəli qərarının qanunsuz olduğundan ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 19 mart 2022-ci il tarixli, ********* nömrəli “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” qərarının və 12 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi əməkdaşlarının vəzifələrindən sui-istifadə edərək hədə qorxu ilə tərtib edilmiş xx.xx.2020ci il tarixli, seriya VN 001309 və seriya VN 002830 nömrəli aktlarının qanunsuz olduğundan etibarsız hesab edilməsi və həmin qanunsuz aktların əsasında 12 saylı Ərazi Vergilər Baş İdarəsinin qanunsuz qəbul etdiyi xx.xx.2020-ci il tarixli, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə 1000 manat məsuliyyətə cəlb edilməsi haqqında” **********7439 nömrəli qərarının və eləcə də “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə 40 manat məsuliyyətə cəlb edilməsi haqqında” **********7463 nömrəli qərarının qanunsuz olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 06 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının “xx.xx.2020-ci il tarixli **********7439 nömrəli, **********7463 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsi” ilə bağlı iddia tələbi mübahisələndirmə haqqında iddianın predmetini təşkil edir. Mübahisələndirmə haqqında iddianın predmetini cavabdeh inzibati orqanın öz səlahiyyətləri daxilində qəbul etdiyi inzibati aktlardır. Hazırkı işdə İddiaçı tərəfindən mübahisələndirilən-yəni ləğvi istənilən inzibati akt cavabdeh inzibati orqan olan 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********7439 nömrəli, **********7463 nömrəli qərarlardır. Hesab edirlər ki, inzibati prosessual hüquq normalarının tətbiqi baxımdan İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən iddianın mümkünlük şərtləri işə baxan məhkəmə tərəfindən yoxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən 18,03.2020-ci il tarixli **********7439 nömrəli, **********7463 nömrəli qərarlar cavabdehin xx.xx.2020-ci il tarixli **********864800 nömrəli və **********876900 nömrəli məktubları ilə SS652581642AZ izləmə nömrəsi ilə 31,03.2020-ci il tarixdə iddiaçının ünvanına göndərilmiş, həmin məktub xx.xx.2020-ci il tarixdə iddiaçıya çatdırılmışdır. Beləliklə, həmin qərarların 31 mart 2022-ci ildə göndərildiyi nəzərə alınanda Vergi Məcəlləsinin 70.2-1.2-ci maddəsinə əsasən iş üzrə iddiaçı olan İddiaçı qeyd olunan qərarları xx.xx.2020-ci il tarixdə qəbul etmişdir. Belə olan halda vergi orqanının qərarlarının mübahisələndirilməsi üçün son gün xx.xx.2020-ci il tarixi olmuşdur. Lakin həmin qərarlar iddiaçı tərəfindən məhkəmə qaydasında qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməklə 29 aprel 2022-ci il tarixli iddia ərizəsi ilə mübahisələndirilmişdir. Odur ki, iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İddia ərizəsində, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər İdarəsi cavabdeh qismində göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.1. maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2. maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunmuş cavabdehlər Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə görə müştərək hüquqi maraqlara malik deyildir, hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmir, ona görə də hazırki mübahisə üzrə prosessual həmiştirakçılar kimi çıxış edə bilməzlər. Bununla bağlı iddiaçının nəzərinə çatdırılır ki, cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi göstərilməklə, həmin orqanın qəbul etdiyi xx.xx.2020-ci il tarixli, **********7439 nömrəli və **********7463 nömrəli qərarlarının ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13. maddəsinin tələblərinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1. maddəsinin tələblərinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 3cü bəndində qeyd edilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13 və 48-ci maddələrinin tələblərinə əsasən iddiaçıya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli sərəncamlar göndərilərək yardıma uyğun nöqsanların aradan qaldırılması təklif olunsa da, iddiaçı məhkəmənin müraciətinə uyğun nöqsanları aradan qaldırmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 19 mart 2022-ci il tarixli, ********* nömrəli “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” qərarının və 12 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi əməkdaşlarının vəzifələrindən sui-istifadə edərək hədə qorxu ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, seriya VN 001309 və seriya VN 002830 nömrəli aktlarının qanunsuz olduğundan etibarsız hesab edilməsi və həmin qanunsuz aktların əsasında 12 saylı Ərazi Vergilər Baş İdarəsinin qanunsuz qəbul etdiyi xx.xx.2020-ci il tarixli, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə 1000 manat məsuliyyətə cəlb edilməsi haqqında” **********7439 nömrəli qərarının və eləcə də “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə 40 manat məsuliyyətə cəlb edilməsi haqqında” **********7463 nömrəli qərarının qanunsuz olduğundan ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1628/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1628/2022
06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver