Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-163/2021 27.01.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X5 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X14 (üçüncü şəxs X7) qarşı torpaq sahəsinin qeydiyyata alınması barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl (keçmiş Xanlar) rayon X6 xx.xx.2001-ci il tarixli 14 saylı qərarı ilə, Azərbaycan Respublikası Torpağın mülkiyyətə verilməsinə dair JN-706A (kod 50806028) saylı şəhadətnamə əsasında Göygöl rayonunun Üçtəpə kəndində fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0,08 ha torpaq sahəsinin qeydə alınması öhdəliyinin Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X14 həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 1995-ci il tarixli 313 saylı Fərmanı ilə Azərbaycan Respublikası Dövlət X10 haqqında Əsasnamə, öz növbəsində isə Azərbaycan Respublikası Dövlət X6 xx xxxx 1995-ci il tarixli 10/AA-02 saylı qərarları ilə rayon və yerli aqrar islahat komissiyaları haqqında Əsasnamələr təsdiq etmişdir. Həmin Fərmanın və Torpaq islahatı haqqında Qanunun 9-cu maddəsinə əsasən, həmçinin Göygöl (keçmiş Xanlar) rayon X6 xx xxxxxx 2001-ci il tarixli 14 saylı qərarı ilə Göygöl rayonu Üçtəpə kəndində fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə dair JN-706A kod 50806028 saylı Şəhadətnamə işlənimişdir. O, və ailə üzvüləri sözü gedən mövcud 0,08 ha torpaq sahəsində əkin işləri görərək birlikdə maneəsiz istifadə edirlər, torpaq üzərində bütün hüquqları faktiki olaraq onlar həyata keçirirlər və hal hazırda da istifadələrindədir. Cavabdehə müraciət edərək 0,08 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh **********04 saylı xx xxxx 2020-ci il tarixli məktubla Göygöl rayon Üçtəpə kəndi ərazisində «Torpağın Mülkiyyətə Verilməsinə dair» JN-706A saylı şəhadətnamənin Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən başqa şəxsə məxsus olmasının müəyyən edilməsi səbəbindən imtina olunmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək əlavə olaraq bildirmişdir ki, 45 ildir Göygöl rayonunda qeydiyyatdadır, sözügedən torpaq sahəsi ona aqrar islahat zamanı verilməmişdir. Həmin torpaq sahəsini o, 1997-ci il tarixdə satın almış, lakin kimdən aldığını hazırda xatırlamır və həmin torpaq sahəsində tikili yoxdur. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 3 saylı X14 təhvil verilmiş «Torpaq şəhadətnamələrinin qeydiyyatı kitabı»nda, qanuni istifadəsində həyətyanı torpaq sahəsi olan vətəndaşların adlı siyahısında (DBF) «Torpağın mülkiyyətə verilməsinə dair» JN-706A saylı şəhadətnamənin X3 adına qeyd olunduğu müəyyən edilmişdir.Yaranmış uyğunsuzluğu nəzərə alaraq müraciətin icrası mümkün olmamışdır. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 etirazda qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Üçüncü şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3cü maddəsi). Məhkəmə araşdırmasının predmetini xx.xx.2004-cü il tarixli JN-706A (KOD 50806028) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, Göygöl rayon İcra Hakimiyyəti başçısının Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 85 nömrəli arayış, Göygöl rayonu Üçtəpə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 09 nömrəli arayış, cavabdehin etirazı və xx.xx.2020-ci il tarixli **********04 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. xx.xx.2004-cü il tarixli JN-706A (KOD 50806028) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Göygöl (keçmiş Xanlar) rayon X6 xx.xx.2001-ci il tarixli 14 saylı qərarı ilə iddiaçıya 0.08 ha torpaq sahəsinin verilməsi göstərilsədə iddiaçı məhkəmə iclasında verdiyi izahatında sözügedən torpaq sahəsinin ona aqrar islahat zamanı verilmədiyini, 1997-ci il tarixdə hazırda xatırlamadığı şəxsdən satın aldığını bildirmişdir. Şəhadətnamənin alınması barədə siyahıdan (sıra nömrəsi 6969) görünür ki, ümumi sahənin qiyməti 347737.99 manat olmaqla 0.08 ha torpaq sahəsi JN706A nömrəli şəhadətnamə ilə X1 adına verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının(yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır (Qanunun 11.1-ci maddəsi). Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. (Qanunun 23.1-ci maddəsi). Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilən tədbirlər «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. Ona görə də məhkəmə iddia tələbinin rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsigöstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X14 (üçüncü şəxs X7) qarşı Göygöl (keçmiş Xanlar) rayon X6 xx.xx.2001-ci il tarixli 14 saylı qərarı ilə, bununla bağlı Azərbaycan Respublikası Torpağın mülkiyyətə verilməsinə dair JN-706A (kod 50806028) saylı şəhadətnamə əsasında Göygöl rayonunun Üçtəpə kəndində fərdiyaşayış evinin tikintisi üçün verilmiş 0,08 ha torpaq sahəsinin qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-163/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-163/2021
27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver