Məhkəmə qərarları › İş №2-1(114)-1632/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1632/2020

27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1632/2020 27.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı təkrar doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi : İddiaçı xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx xxxxxx 1974-cü ildə Tərtər rayonu, Sarıcalı kəndində anadan olmanız haqqında doğum aktı qeydinin bərpa edilməsi, doğum akt qeydində ata qrafasında X1, milliyəti azərbaycanlı, ana qrafasında Əsgərova Qönçə Şirəli qızı, milliyəti azərbaycanlı qeyd edilərək təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə ərizənin təmin edilərək Cavabdehnə həvalə olunmasını xahiş etmişdir. İddia ərizəsində yol verilən nöqsanların aradan qaldırılması məqsədilə Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli sərəncam göndərilmiş, daha sonra xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərə məhkəmə iclasları təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçıya məlumat verilmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi ünvanına göndərilmiş məhkəmə sənədləri müvafiq olaraq xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza atılmaqla qəbul edilsə də, iddiaçı iclaslarda iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia geri götürülmüş hesab edilməli və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə tərəfindən ona ünvanlanmış məhkəmə sənədlərini qəbul edərək məhkəmə prosesi barəsində məlumatlı olduğu halda, iddiaçının iş üzrə icraatın vəziyyəti ilə maraqlanmaması tərəfin prosesdə iştirakdan yayınması qənaətinə gəlmək üçün məhkəmədə inam yaratmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Məcəllənin 55.5-ci madəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə onu da qeyd edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan iddiaçı gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı təkrar doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası geri götürülmüş sayılsın və inzibati mübahisəyə dair iş üzrə məhkəmə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar