Məhkəmə qərarları › İş №2-1(114)-1633/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1633/2025

12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1633/2025 12.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının səbəb əlaqəsinin “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”a dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə onun İİ qup Qarabağ müharibəsi əlilliyinin və buna görə təyin edilən pensiyanın yenidən bərpa edilməsi, ödənilməmiş müddət ərzində pensiyanın hesablanaraq ödəniş edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-13353/2024 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, o, 1972-ci ildən 1992-cı il iyun ayının 6dək keçmiş SSR-nin Silahlı Qüvvələrində 10 12.1991-cı ildən 02 08 1997-cı ilədək könullu olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrində kəşfiyyat taqımının komandiri vəzifəsində xidmət etmişdir. Ümumilikdə hərbidə 28 il qulluq etmişdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdə olduğu dövrdə Gədəbəy rayonunun Şınıx zonasında gedən döyüşlərdə, Başkənd əməliyyatında, Mutu dərənin müdafiəsində, İvanovka uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1992-ci il tarixdə Aşırımda, xx.xx.1992-ci ildə Kaftar qayasında gedən döyüşlərdə yaralanmış, Hərbi hospitalda müalicələr almış və aldığı qəlpə yaralarına görə 03.05 2016-cı ildə AR MN Hərbi Həkım Komissiyasının qərarına əsasən ona İİ qrup Qarabağ muharibəsı əlilik dərəcəsi verilmişdir. Həkim Komissiyasının bu qərarında qeyd edilir ki, "Şəmkir RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildə Gədəbəy rayon mərkəzi xəstəxanasının Novo-Saratovka kənd xəstəxanasında müayinə və müalicə olunduğu travma, yaralanma diaqnoz: "Qapalı kəllə beyin travması, alın nahiyyəsində sağ gözün üst nahiyyəsində kəsilmiş yara Sağ budun və sağrı hissəsində əzilmış qəlpə yarası Sağ baldır nahiyyəsində əzilmiş qəlpə yarası, sümük hissədə çatın olması xx.xx.1992-ci ildə N saylı hərbi hissənini tibb məntəqəsində müalicə olunduğu travma diaqnoz Sağ əlində İ-İİ dərəcəli donma", xx.xx.1992-ci ildə N saylı hərbi hissənin tibb məntəqəsində müalicə olunduğu travma diaqnoz Sağ baldır nahiyyəsində əzilmış sıyrılmış yara və xx.xx.1993-cü ildə N saylı hərbi hissənin tibb məntəqəsində müalicə olunduğu travmanın nəticəsi diaqnoz Termiki təsərdən əmələ gələn dermatit (Azərbaycan Respublikası SHXÇDX-nin Şəmkir rayon şöbəsının xx.xx.2015-ci il tarıxlı 793 nömrəlı göndərişi, xx.xx.2015-ci il tarixli 7/231 nömrəli arayışı vətəndaşın ərizəsi, Gədəbəy rayon mərkəzi xəstəxanasının Novo-Saratovka kənd xəstəxanası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 9 nömrəli arayışı, tibb kitabçasından çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisisi - nevropatoloqun, cərrahın rəyləri ilə təsdiq edilir), "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. MN MHHK-nın xx.xx.2015-ci il tarixli 1114 nömrəli qərarı ləğv edilir. ƏSAS Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 7.2 bəndinin a) yarımbəndi MN MHHKnın 409 nömrəli xx.xx.2016-cı il tarixli protokolu". Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)1633/2025 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş, iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının səbəb əlaqəsinin “Hərbi travmadır”. Azərbaycan Respublikasının müdafiə zamanı alınmışdır”a dəyişdirilməsi” tələbinə dəyişdirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarından olan xx.xx.2016-cı il tarixli 403 nömrəli AR MN Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından da görünür ki, Şəmkir RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildə Gədəbəy rayon mərkəzi xəstəxanasının Novo-Saratovka kənd xəstəxanasında müayinə və müalicə olunduğu travma, yaralanma diaqnoz: "Qapalı kəllə beyin travması, alın nahiyyəsində sağ gözün üst nahiyyəsində kəsilmiş yara. Sağ budun və sağrı hissəsində əzilmiş qəlpə yarası. Sağ baldır nahiyyəsində əzilmiş qəlpə yarası, sümük hissədə çatın olması", xx.xx.1992-ci ildə N saylı hərbi hissənini tibb məntəqəsində müalicə olunduğu travma diaqnoz:" Sağ əlində İ-İİ dərəcəli donma", xx.xx.1992-ci ildə N saylı hərbi hissənin tibb məntəqəsində müalicə olunduğu travma - diaqnoz: Sağ baldır nahiyyəsində əzilmiş sıyrılmş yara" və xx.xx.1993-cü ildə N saylı hərbi hissənin tibb məntəqəsində müalicə olunduğu travmanın nəticəsi diaqnoz: Termiki təsirdən əmələ gələn dermatit" (Azərbaycan Respublikası SHXÇDX-nin Şəmkir rayon şöbəsinin xx.xx.2015-ci il tarixli 793 nömrəli göndərişi, xx.xx.2015-ci il tarixli 7/231 nömrəli arayışı, vətəndaşın ərizəsi, Gədəbəy rayon mərkəzi xəstəxanasının Novo- Saratovka kənd xəstəxanası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 9 nömrəli arayışı, tibb kitabçasından çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisisi nevropatoloqun, cərrahın rəyləri ilə təsdiq edilir), "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". Əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Kəllədaxili travma, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. ...” diaqnozu ilə müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı barəsində xx.xx.2023-cü il tarixdə Tam reabilitasiya olması – Səbəb: Xüsusi səbəbdən Tam reabilitasiya olunması bərədə qərər qəbul edilmişdir. Əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ümumi xəstəlik ilə əlaqədar “Ağırlaşmış katarakta. OS-Yetişmiş fəsadlı katarakta. Arxa qütbün və ləkənin degenerasiyası. OS-Sadə miopik ostigmatizm.” diaqnozu ilə orqanizmin funksiyasının 65% pozulmasına görə müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixdi 11 nömrəli Qərarı ilə təsdiq edilmis "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Müəyyən olunmuşdur ki, əllik vəziyyətinin qiymətləndirilməsi üçün nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "əlillik" altsisteminə göndəriş daxil olmuşdur. Bu məqsədlə xx.xx.2024-cü il tarixində Agentlikdə qəbul olmusunuz. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsində təqdim etdiyiniz xx.xx.2016-cı il tarixli 403 nömrəli Qərarda göstərilən səbəb və diaqnoz öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Lakin sağlamlıq vəziyyətinizdə hərbi səbəblə əlaqəli olmayan dəyişikliklər olduğundan xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən orqanizmin funksiyalanının 65 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "MTE VƏ PAB" PHŞ-nin 29 iyul 2025-ci il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən ona xx.xx.2024-cü il tarixli qərarla təyin edilmiş əlillik üzrə "Ağırlaşmış katarakta, OS yetişmiş fəsadlı katarakta. arxa qütbün və ləkənin degenerasiyası, OS sadə miopik astiqmatizm" xəstəliyinin xx.xx.2016-cı il tarixli, 403 nömrəli Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında qeyd olunmuş "Qapalı kəllə-beyin travması, alın nahiyəsində sağ gözün üst nahiyəsinə kəsilmiş yara" travması ilə heç bir səbəb əlaqəsi yoxdur. Belə ki, göz xəstəliklərindən "astiqmatizm" buynuz qişa və ya büllurun qeyri-sferik formaya malik olması ilə səciyyələnən refraksiya anomaliyasıdır. "Katarakta" isə göy büllurunun şəffaflığını itirərək bulanması nəticəsində görmənin zəifləməsinə səbəb olan xəstəlikdir. Xəstəliklər ayrıca nozoloji xəstəlik vahidləridir, travma ilə səbəb əlaqəsi yoxdur. Əsaslandırma hissəsi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin iddiaçı tərəfindən iddia müddətinə riayət olunması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə görə, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. 1.0.17-ci maddəsinə görə, əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsidir. 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.5.1.1 və 1.5.2.1-ci bəndlərinə görə, şəxsin əlilliyinin səbəbləri kimi ümumi xəstəlik və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar nəzərdə tutulmuşdur. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Kəllədaxili travma, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. ...” diaqnozu ilə müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının barəsində Tam reabilitasiya olması – Səbəb: Xüsusi səbəbdən Tam reabilitasiya olunması bərədə qərar qəbul edilmişdir. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə ümumi xəstəlik ilə əlaqədar “Ağırlaşmış katarakta. OS-Yetişmiş fəsadlı katarakta. Arxa qütbün və ləkənin degenerasiyası. OS-Sadə miopik ostigmatizm.” diaqnozu ilə orqanizmin funksiyasının 65% pozulmasına görə müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli qərarla orqanizmin funksiyasının 65% pozulmasına görə təyin edilmiş müddətsiz əlilliyin səbəb əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar”a dəyişdirilməsidir. Məhkəmə qərardadına əsasən təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "MTE VƏ PAB" PHŞ-nin 29 iyul 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən ona xx.xx.2024-cü il tarixli qərarla təyin edilmiş əlillik üzrə "Ağırlaşmış katarakta, OS yetişmiş fəsadlı katarakta. arxa qütbün və ləkənin degenerasiyası, OS sadə miopik astiqmatizm" xəstəliyinin xx.xx.2016-cı il tarixli, 403 nömrəli Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında qeyd olunmuş "Qapalı kəlləbeyin travması, alın nahiyəsində sağ gözün üst nahiyəsinə kəsilmiş yara" travması ilə heç bir səbəb əlaqəsi yoxdur. Belə ki, göz xəstəliklərindən "astiqmatizm" buynuz qişa və ya büllurun qeyri-sferik formaya malik olması ilə səciyyələnən refraksiya anomaliyasıdır. "Katarakta" isə göy büllurunun şəffaflığını itirərək bulanması nəticəsində görmənin zəifləməsinə səbəb olan xəstəlikdir. Xəstəliklər ayrıca nozoloji xəstəlik vahidləridir, travma ilə səbəb əlaqəsi yoxdur. Məhkəmə qeyd olunan ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, göründüyü kimi iddiaçının hazırda qüvvədə olan əlilliyi üzrə onda mövcud olan xəstəliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aldığı travmalarla səbəb əlaqəsinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 68.1, 68.2 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının səbəb əlaqəsinin “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”a dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar