Məhkəmə qərarları › İş №2-1(114)-1635/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1635/2020

09.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1635/2020 09.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, İddiaçı Şəmil oğlunun cavabdehlər Tovuz rayon X3, X7, X1, Əlizadə Şölə Qayıb qızına, X5 qarşı Tovuz rayon X2 xx.xx.2000-ci il tarixli, 07 nömrəli qərarı ilə cavabdehlərin adına verilmiş JN-331F “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Şəmil oğlu cavabdehlər Tovuz rayon X3, X7, X1, Əlizadə Şölə Qayıb qızına, X5 qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayon X2 xx.xx.2000-ci il tarixli, 07 nömrəli qərarı ilə cavabdehlərin adına verilmiş JN- 331F “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin icraatında olan 2-1(114)-1635/2020 saylı inzibati işlə əlaqədar olaraq iddia ərizəsini dəqiqləşdirmək iddiaçıya təklif olunsa da, iddiaçı tərəfindən iddia ərizəsində dəqiqləşdirilmə aparılmamışdır. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Ona görə də, iddiaçıya iddia ərizəsinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair xx.xx.2020ci və xx.xx.2020-ci il tarixli sərəncamlar göndərilərək iddia ərizəsində dəqiqləşdirilmə aparılmalı olduğu bildirilmiş, lakin iddiaçı tərəfindən həmin sərəncamda qeyd olunanlara riayət edilməmişdir. Belə ki, bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər, bir şərtlə ki, iddia tələbi bir-biri ilə əlaqəli olsun, bir cavabdehə yönəlsin və aidiyyatı eyni məhkəməyə aid olunsun. Hazırki mübahisədə iddia tələbi birdən çox cavabdehə (Tovuz rayon X3, X7, X1, Əlizadə Şölə Qayıb qızına, X5) qarşı yönəlmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanı ilə X4 ləğv olunmuş və cavabdeh qismində qeyd olunan Tovuz rayon X6 artıq mövcud deyil. İddia ərizəsində hüquqlarının məhz hansı inzibati orqan tərəfindən pozulmasını göstərməli və iddia tələbinin həmin orqana qarşı yönəlməklə cavabdeh qismində qeyd olunan inzibati orqanın göstərməli olduğu, həmçinin tələbə cavab verməli orqana müraciət etməklə həmin orqandan müsbət cavab ala bilmədikdə məhkəməyə müraciət etmək hüququnun olduğu iddia ərizəsinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair xx.xx.2020ci və xx.xx.2020-ci il tarixli sərəncamlarla iddiaçının nəzərinə çatdırılmış, iddiaçı həmin sərəncamları xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərdə qəbul etsə də, sərəncamda qeyd edilənlərə riayət etməmişdir. Beləliklə də, məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən iddiaçıya müvafiq hüquqi yardım göstərilsə də, onun tərəfindən həmin Məcəllənin tələbləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən iddiaçıın hüquqularının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməməsi qənaətinə gəlir ki, bu hal da Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmamasına səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, q ə r a r a a l d ı m: İddiaçı Şəmil oğlunun cavabdehlər Tovuz rayon X3, X7, X1, Əlizadə Şölə Qayıb qızına, X5 qarşı Tovuz rayon X2 xx.xx.2000-ci il tarixli, 07 nömrəli qərarı ilə cavabdehlərin adına verilmiş JN-331F “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar