Məhkəmə qərarları › İş №2-1(114)-1637/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1637/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1637/2020 11.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi həkim Komissiyasına qarşı aldığı xəsarətin hərbi travma olması, bu travmanın xidməti vəzifələrini yerinə yetirərkən alması ilə bağlı xəstəlik haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi həkim Komissiyasına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aldığı xəsarətin hərbi travma olması, bu travmanın xidməti vəzifələrini yerinə yetirərkən alması ilə bağlı xəstəlik haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ildə Müdafiə Nazirliyinin göndərişi ilə Türkiyə Respublikası Gülhanə Ali Hərbi Tibb Akademiyası tibb fakültəsinə təhsil almaq məqsədilə göndərilmiş, 2012-ci ildə məzun olduqdan sonra X5 girərək (TUS) həmin Akademiyanın Neyrocərrahiyyə bölməsinə qəbul olunmuş və təhsilinə həmin bölmədə davam etmişdir. Neyrocərrahiyyə bölməsində onurğa əməliyyatının icra etmək üçün ionlaşdırıcı şüa mənbəyi olan İQP cihazı istifadə edilir. Akademiyada təhsil aldığı 5 il müddətində əməliyyatları icra edərkən ionlaşdırıcı şüaya məruz qalmış və Gülhanə Ali Hərbi Tibb Akademiyasından məzun olduqdan sonra 2018-ci ilin yanvar ayının 4-də Müdafiə Nazirliyi silahlı Qüvvələr Baş Kilinik Hospitalında Neyrocərrahiyyə Bölməsində həkim Neyrocərrah kimi xidmətə başlamış, Silahlı Qüvvələrin Baş Kilinik Hospitalında da onurğa əməliyyatlarını icra etmək üçün bu bölmənin inventarında olan İQP cihazını istifadə etmiş və burada da ionlaşdırıcı şüaya məruz qalmışdır. 2017-ci ildə sol aşağı ətrafının aşıq-baldır nahiyyəsində yaranan bədxassəli törəmədən əməliyyat olmuş, 2019cu ildə mövcud xəstəliyi proqressivləşərək metastaz vermiş və bundan onra metastazdan əməliyyat olmuşdur. Hal-hazırda Milli Onkologiya Mərkəzində qeydiyyatdadır. Tibb elminə yaxşı məlumdur ki, bir çox onkoloji xəstəliklərə səbəb olan əsas əməllərdən biri şüadır. O, gənc yaşında sürətlə proqressivləşən onkoloji xəstəliyini uzun müddət ionlaşdırıcı şüa mənbəyi olan İQP cihaz ilə əlaqələndirir. Xəstəliyi ilə əlaqədar xx.xx.2018-ci il tarixdə Müdafiə Nazirliyi ordu sıralarından hərbi xidmətə yararsız kimi təxris olunmuş, ona xəstəlik haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamədə xəstəliyinin hərbi xidmət dövründə alması göstərilmişdir. Halbu ki, onun xəstəliyi hərbi travmadır, həmin travmanı o xidməti vəzifəsini yerinə yetirən zaman almışdır. Ona görədə aldığı xəsarətin hərbi travma olması, bu travmanın xidməti vəzifələrini yerinə yetirərkən alması ilə bağlı yeni şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi (vəkili) şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdilər. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi üçün xx.xx.2018-ci ildə SQ Baş Klinik Hospitalın cərrahiyyə profili hərbi-həkim komissiyası tərəfindən şəhadətnamələndirilmiş, onda təyin edilmiş «sol aşıq-baldır oynağı nahiyyəsinin arxa səthinin bədxassəli mezenximal şişinin xaric edilməsindən (xx.xx.2017) sonrakı bərkimiş dəri çapığı, hər iki gözün İİİ (üçüncü) dərəcəli keratokonusu nəticəsində görmə itiliyinin 0.3-ə qədər azalması, korreksiya olunmur» diaqnozuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-X3 Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin 8b, 30b, 35b maddələrinin İİİ qrafasına əsasən «Sülh dövründə Hərbi Xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» sayılmışdır. Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi X3 Əsasnamə»nin 7.2-ci bəndinin (ç) yarımbəndinə əsasən «xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır» kimi düzgün təyin edilmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək aldığı xəstəliyin səbəb əlaqəsinin «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifəlri) yerinə yetirərəkən alınmışdır» kimi təyin edilməsini tələb etmiş və bu iddiasını cərrahiyyə əməliyyatları zamanı uzun müddət ionlaşdırıcı şüa mənbəyi olan İQP aparatı ilə işləməsi ilə əlaqələndirmişdir. Müdafiə Nazirliyinin 123 saylı əmri ilə təsdiq olunmuş «Xəstəliklər cədvəli»nin 85-ci maddəsinin tələblərinə əsasən həmin cədvəlin İİİ qrafası ilə şəhadətnamələndirilən hərbi qulluqçuların yararlılığı fərdi qaydada təyin olunur. İnsan orqanizimində bə və ya xoş xassəli törəmələrin və onların fəsadlarının yaranmasında radioaktiv maddələr sayılan ionlaşdırıcı şüa mənbələrinin təsiri ən əsas etioloji (səbəb əlaqəsi) faktor hesab edilir. İddiaçı hərbi xidmət dövründə cərrahi əməliyyatlar icra edərkən ionlaşdırıcı şüa mənbəyi olan İQP cihazı ilə işləməyi təsdiq olunmasına baxmayaraq onun aldığı şüalanmanın doza həddini müəyyən etmə mexanizimi olmadığına görə hərbi xidmətə yararsızlığına görə səbəb olmuş xəstəliyinin səbəb əlaqəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-X3 Əsasnamə»nin 7.2-ci maddəsinin (ç) yarımbəndinin 2ci abzasına uyğun olaraq, «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» kimi təyin edilməsi mümkün olmamışdır. Ona görədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini xx.xx.2018-ci il tarixli 2087 nömrəli xəstəlik haqqında şəhadətnamə, Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli 1235 nömrəli məktubu, xx.xx.2019-cu il tarixli EZ ******* nömrəli hərbi bilet, xx.xx.2019-cu il tarixli cədvəl və cavabdehin etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etirazının dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da qismən əsaslıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il 1235 nömrəli məktubundan görünür ki, iddiaçının cavabdehə ünvanladığı ərizə araşdırılmış, araşdırmanın nəticəsi kimi hərbi xidmət keçərkən xx.xx.2018-ci ildə SQ Baş Klinik Hospitalı terapiya profili hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərtkən iddiaçıda təyin edilmiş sol aşıq-baldır oynağı nahiyyəsinin arxa səthinin bədxassəli mexenximal şişinin xaric edilməsindən (xx.xx.2017) sonrakı bərkimiş dəri çapığı. Hər iki gözün İİİ (üçüncü) dərəcəli keratokonusu nəticəsində görmə itiliyinin 0.3-ə qədər azalması, korreksiya olunmur diaqnozuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi X3 Əsasnamənin Xəstəliklər cədvəlinin 8b, 30b, 35b maddələrinin İİİ qrafasına əsasən Sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı sayılmışdır. Cavabdeh məhkəməyə göndərdiyi etirazda cavabdehin arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu etiraf etmiş və bildirmişdir ki, insan orqanizimində bəd və ya xoş xassəli törəmələrin və onların fəsadlarının yaranmasında radioaktiv maddələr sayılan ionlaşdırıcı şüa maddələrinin təsiri səbəbli əlaqə kimi əsas faktor hesab edilir. İddiaçı hərbi xidmət dövründə cərrahi əməliyyatlar icra edərkən ionlaşdırıcı şüa mənbəyi olan İQP cihazı ilə işləmiş, lakin onun aldığı şüalanmanın doza həddini müəyyən etmək mexanizimi olmamasını əsas gətirərək iddiaçının tələbinin təmin olunmasının mümkün olmadığını bildirmişdir. İş materiallarında olan EZ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.2012-ci il tarixdə N nömrəli hərbi hissənin siyahısına daxil olmuş, xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 012 nömrəli xx.xx.2019-cu il tarixli əmrinə əsasən «Hərbi xidmətkeçmə» haqqında Əsasnamənin 156-cı maddəsinin «V» bəndinə (xəstəliyə görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 2087 nömrəli Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisinin Xəstəlik haqqında şəhadətnaməsində göstərilmişdir ki, «xx.xx.2018-ci il tarixli 7062 nömrəli göndəriş ilə SQ BKH cərrahiyyə profilli hospital hərbi həkim komissiyası tərəfindən şəhadətnamələndirilmiş (xx.xx.1989-cu il təvəllüdlü) İddiaçı xx.xx.2010-cu ildən Silahlı Qüvvələrdədir. Göygöl RHK tərəfindən xx.xx.2006-cı ildən hərbi xidmətə çığırılmışdır (könüllü daxil olmuşdur). Şikayətləri: sol aşıq-baldır oynağı nahiyəsində olan zəif ağrılardandır. Anamnezi: Özünü 2017-ci Hin aprel ayından xəstə hesab edir. Xəstəliyi sol ayağın aşıq baldır oynağının arxa səthində olan törəmənin böyüməsi əlamətləri ilə başlamışdır. Xəstə bir müddət törəməni müşahidə etmiş, 2017-ci ilin sentyabr ayında Türkiyə Cümhuriyyətində müayinə olunmuş və Dışkapı Eğitim və Araşdırma Xəstəxanasında sol aşıq baldır oynağı nahiyəsinin arxa səthinin törəməsinin xaric edilməsi cərrahi əməliyyatı icra edilmişdir. Patohistoloji müayinə nəticəsində bədxassəli mezenximal şiş aşkar edilmiş və xəstəyə şüa terapiyası təklif olunmuşdur. Xəstə təklif olunan müalicədən imtana etmişdir. Əvvəllər şəhadətləndirilməmişdir. xx.xx.2018-ci ildən hal-hazıradək SQ Baş Klinik Hospitalında stasionar müalicədədir. Nevroloji status: on iki cüt baş-beyin sinirləri normaldır. Sümüküstlüyü və vətər reflekslən D=S, canlıdır. Hissi, hərəki pozulmalar yoxdur. Romberq vəziyyətində dayanıqlıdır. Hər iki gözdə görmə itiliyi 0,3 -dür. Pıçıltı nitqini hər iki qulaqda 6 metrə qədər məsafədən eşidir. Status locaiis: sol ayaqda aşıq baldır oynağının arxa səthində təqribən 6,0x0,5 sm ölçüdə əməliyyatından sonrakı bərkimiş dəri çapığı qeyd edilir. Xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və s.) nəticələri: qanın ümumi analizi (xx.xx.2018): leykosit- 6,67x103/ul, RBC- 5,58x106/ul, HGB- 16,4 g/dl, PLT- 220x103/ul, EÇS- 4 mm/s. Sidiyin ümumi analizi (xx.xx.2018) sidik turşusu duzları . Qanın biokimyəvi analizi (xx.xx.2018): normaldır. Patohistoloji müayinə N: K-25813/2017 malign mezenximal tümor. DQOR (xx.xx.2018) normaldır. Sol aşıq baldır oynağının konirastlı X2 müayinəsi (xx.xx.2018): Axill tendonunun ətrafında və dərialtı yumşaq toxumalarda cərrah i əməliyyata bağlı ola biləcək çapıq toxuması və millimetrik hemosidin çöküntüləri izlənilir. Eyni zamanda Axill tendonunun kalkaneusa inersio sahəsində 5-6 mm ölçüdə lokal sümük ödemi qeyd edilir. Diaqnoz və yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hospital hhk-ın qərarı: Sol aşıq baldır oynağı nahiyəsinin arxa səthinin bədxassəli mezenximal şişinin xaric edilməsindən (xx.xx.2017) sonrakı bərkimiş dəri çapığı. Hər iki gözün İİİ (üçüncü) dərəcəli keratokonusu nəticəsində görmə itiliyinin 0,3-ə qədər azalması, korreksiya olunmur. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. HHK-ın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılığı haqqında qərar “Xəstəliklər cədvəli”nin 8b, 30b, 35b maddəsinin İİl qrafasına və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-X3 Əsasnamə”yə qoşma) əsasən, Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlıdır». İş materiallarında olan Silahlı Qüvvələrin Baş Klinik Hospitalının neyrocərrahiyyə bölməsi üzrə inventar avadanlıqlarının xx xxxxxx 2019-cu il tarixə varlığı cədvəlinin 10-cu sətrindən görünür ki, İddiaçı daşına bilən «Şimadzu» WHA-200 sarm rentgen aparatı təhvil almışdır. «Hərbi-X3 Əsasnamə»nin:- - 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. - 7.2-ci bəndinə əsasən Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». İddiaçının arzuladığı «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» (c) qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ — İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; Cavabdehin işdə olan yazılı etirazından görünür ki, cavabdeh iddiaçının xəstəliyinin ionlaşdırıcı şüa mənbəyindən baş verməsini mübahisələndirmir. Lakin cavabdeh iddiaçının arzuladığı şəhadətnəmələndirmənin qəbulunun ionlaşma dozasını müəyyən edə bilməməsi ilə izah etmişdir. Belə olan halda şərtlərin mövcudluğunu qəbul etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati İcraat Haqqında Azərbaycan Respublikasının Qanununun:- - 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi mənasına malikdir. - 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. - 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyündən bəhs edən 74-cü maddəsində qeyd edilir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə işin faktiki hallarını araşdırıb, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdehin inzibati aktın qəbul edilməsindən imtinası barədə diskrision səlahiyyətləri qanunla müəyyən olunmuş hədlərə uyğun olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:- - 73.2-ci maddəsinə əsasən İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - 73.3.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - 73.3.2-ci maddəsinə əsasən inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının xəstəliyinin səbəb əlaqəsini müəyyən etməklə yenidən şəhadətnamələndirilməsi öhdəliyi qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının üzərinə İddiaçı xəstəliyinin səbəb əlaqəsini müəyyən etməklə yenidən şəhadətnamələndirilməsi öhdəliyi qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar