Məhkəmə qərarları › İş №2-1(114)-1638/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1638/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1638/2020 12.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X8, üçüncü şəxs X4 vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X14, X9 və X5) qərarın qismən etibarsız hesab olunması və şəhadətnamənin ləğv edilməsitələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, X4 və onun ailə üzvlərinin adına tərtib olunmuş JN-571F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin tərtib olunmasına əsas olmuş Şəmkir rayon X3 müvafiq qərarının üçüncü şəxs X7 və onun ailə üzvlərinə münasibətdə etibarsız hesab olunması və JN-571F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının Cavabdehnə qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X14, X9 və X5) Şəmkir rayon X3 xx.xx.1998-ci il tarixli 52 nömrəli qərarının qismən etibarsız hesab olunması və həmin qərar əsasında üçüncü şəxslərin adlarına tərtib olunmuş JN-571F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv olunması barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının vəkili X12 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxs X4 vəkili X6 iddianı qəbul etməyərək bildirmişdir ki, Şəmkir rayon X3 qərarının ləğvi üçün əsas yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, hazırda mübahisələndirilən Şəmkir rayon X3 xx.xx.1998-ci il tarixli 52 nömrəli qərarı ilə X2 və onun digər ailə üzvlərinə Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair onların adına JN-571F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və x xxxxxxxx 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Şəmkir rayon X3 xx.xx.1998-ci il tarixli 52 nömrəli qərarının üçüncü şəxslər X7 və X2 aid hissəsinin etibarsız hesab edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Göründüyü kimi sözügedən qərarın mübahisələndirilmə imkanı aradan qalxdığına görə iddia mümkün sayılmamalıdır. Bundan başqa məhkəmə tələbin mübahisələndirilən qərar əsasında verilmiş JN- 571F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, tələbin ilkin hissəsi (Şəmkir rayon X3 xx.xx.1998-ci il tarixli 52 nömrəli qərarının qismən etibarsız hesab olunması) mümkün sayılmadığına görə tələbə qeyd olunan hissədə də baxılması mümkün sayılmamalıdır, çünki Şəmkir rayon X3 xx.xx.1998-ci il tarixli 52 nömrəli qərarı qüvvədə olduğu təqdirdə onun əsasında verilmiş şəhadətnamənin ləğvi məsələsinə baxılması da mümkünlük şərtlərinə cavab vermir. Digər tərəfdən şəhadətnamənin ləğv edilməsi tələbi öhdəliyin icrası haqqında iddia olduğundan iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl həmin tələblə aidiyyəti quruma müraciət etməli olduğu halda həmin şərtə də əməl etməmişdir. Odur ki, bütövlükdə iddia mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı qərarın qismən etibarsız hesab olunması və şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar