Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-164/2021 29.01.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X11 (üçüncü şəxs Bərdə rayonu Qəhrəmanlı bələdiyyəsi) qarşı şəhadətnamədə düzəliş edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X9 (bundan sonra mətndə cavabdeh) xx xxx 2020-ci il tarixli **********64 nömrəli məktubu ilə Bərdə rayonu, Qəhrəmanlı kəndində yerləşən 0,26 həyətyanı torpaq sahəsinin torpaq islahatı zamanı mülkiyyətə verilən hissəsi ilə zəbt göstərilən sahəsinin düzgün işlənməməsi və bu uyğunsuzluğun aradan qaldırılması ilə bağlı İddiaçı (bundan sonra mətndə iddiaçı) müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, idarə tərəfindən müraciətdə qeyd olunan torpaq sahəsinə baxış keçirilərkən aqrar islahat zamanı ləğv olunmuş DT və XK-nin Bərdə rayon şöbəsi tərəfindən iddiaçının adına verilmiş Bərdə rayonu, Qəhrəmanlı kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsinə JN-052 A kod 61003038 olan mülkiyyət şəhadətnaməsinin işlənməsi müəyyən edilmişdir. İslahat zamanı hazırlanmış elektron baza xəritəsində və şəhadətnamədə həyətyanı torpaq sahəsinin şimal-şərq hissəsində bələdiyyə mülkiyyətinə aid 0,09 ha torpaq sahəsi göstərilmişdir. Elektron baza xəritələrinə dəyişiklik edilərək mülkiyyətə verilən hissə ilə zəbt olunmuş torpaq sahəsinin yerinin dəyişdirilməsi ərazi idarənin səlahiyyətləri xaricindədir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Bərdə rayon X4 xx.xx.1997-ci il tarixli 12 saylı verdiyi qərar əsasında JN 052A kod 61003038 olan şəhadətnamənin ləğv edilməsi, 1969-1971-ci illərdə verilən 0,28 ha həyətyanı torpaq sahəsinin ölçülərək verilməsi və həmin tarixdə olan layihə əsasında sərhədlərin müəyyən edilərək şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsinə dair” Ərizə təqdim edərək Bərdə rayon X4 xx.xx.1997-ci il tarixli 12 saylı verdiyi qərar əsasında JN 052A kod 61003038 olan şəhadətnaməyə düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0,28 ha qeyd edilməsi və həmin torpaq sahəsinin koordinatlarının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatına uyğun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1969-1971-ci illərdə sovetliyin kənd üzrə 8 saylı təsərrüfatbaşına kitabın 32 saylı şəxsi hesabında mərhum atası X2 adına 0.28 ha həyətyani torpaq qeyd olunmuşdur. Lakin xx.xx.1997-ci il tarixdə X4 12 saylı qərarı ilə onların 0.28 ha torpaq sahəsinin layihəsi dəyişdirilərək 0.26 ha göstərilməklə JN 052A kod 61003038 saylı şəhadətnamə verilmişdir. Bununla da onların mülkiyyətinə aid olan torpaq sahəsi 2 sot az yazılmaqla həyətyanı məhlənin layihəsində də məlum olmayan dəyişikliklər edilmişdir. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi xx.xx.2020-ci il tarixdə rəsmi məktub verərək məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. Hesab edir ki, mülkiyyətinə xx.xx.1997-ci il tarixdən verilən JN 052A şəhadətnamə etibarsız hesab edilərək 0.28 ha torpağı ölçülərək sərhədləri müəyyən edilərək özünə əvvəlki layihədə verilməsinə dair məhkəmə qətnaməsinin verilməsinə zərurət vardır. Belə ki, yazılmış 9 sot zəbtin göründüyü kimi 2 sotu diqqətdən kənarda qalmışdır. Həmçinin digər 7 sot isə, yəni əslində 9 sot Bərdə dövlət arxivinin xx.xx.2020-ci il tarixli 49 saylı arxiv arayışında deyilir ki, Bərdə rayonun sabiq Mehdixanlı sovetliyinin Qəhrəmanlı kənd üzrə 8.12.13 saylı təsərüfatbaşına kitabın 1954-1956, 1963-1965-ci illlərə aid 308, 397, 435 saylı şəxsi hesabına əsasən vətəndaş mərhumə X1 ailə başçısı olduğu, qızı X5, X7 olduğu qeyd olunub. 1964-1965-ci illərdə təsərrüfatda olan torpağın 0.09 ha həyətyani torpaqları olmaları qeyd olunmuşdur. Ancaq X6 gedən vaxtı isə səhvən iddiaçının atasına məxsus 1969-1971-ci illərdə əlan 0.28 ha torpaq sahəsinin 2 sotu da bələdiyyə zəbti kimi yazılmaqla evin və yerin 50 il bundan öncə olan quruluş sxemi dəyişdirilmişdir. Hətta qonşuları X3 aid olan yerin də 9 sot həyətyani sənədi olmasına baxmayaraq həmin torpağı da zəbt və bələdiyyə torpağı kimi göstərərək iddiaçılara aid 1969-1971-ci illərdə olan sənədli torpağın layihəsi düşən hissəyə X6 daxil etmişdir. İndi isə bu barədə daşınmaz əmlaka 1969-1971-ci illərin arxiv sənədlərini çıxardaraq ərizə verilməsinə baxmayaraq, cavabdeh köhnə layihəni işlədi, amma iddiaçıya rəsmi sənəd verməkdən imtina etdilər və məhkəməyə verilməsini məsləhət gördülər. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, şəhadətnamədə onlara verilən torpaq sahəsinin ölçüsü düzgün qeyd edilməmiş, koordinatları da faktiki istifadələrində olan torpaq sahəsinə uyğun işlənməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddiaçı ilə eyni məzmunda izahat verdi, iddianı müdafiə edərək təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Jn:052A kod 61003038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Bərdə rayonu X4 xx xxxxxx 1997-ci il tarixli 12 saylı qərarı ilə 0,26 hektar torpaq sahəsi İddiaçı verilmişdir. - Həmin Şəhadətnaməyə əlavə edilmiş torpaq sahəsinin qaiməsidən (sertifikatı) görünür ki, torpaq sahəsinin ümumi ölçüsü 2600,3 kv.m olmaqla, yaşayış evinin sahəsi 117,7 kv.m, suvarılan əkin sahəsi isə 2482,6 kv.m-dir. - Bərdə rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 49 nömrəli arxiv arayışına əsasən, Bərdə rayonun sabiq Mehdixanlı sovetliyinin Qəhrəmanlı kənd üzrə 8.12.13 saylı təsərüfatbaşına kitabın 1954-1956, 1963-1965-ci illlərə aid 308, 397, 435 saylı şəxsi hesabına əsasən vətəndaş mərhumə X1 ailə başçısı olduğu, qızı X5, X7 olduğu qeyd olunub. 1964-1965-ci illərdə təsərrüfatda olan torpağın 0.09 ha həyətyani torpaqları olmaları qeyd olunmuşdur. - Bərdə rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 116 nömrəli arxiv arayışına əsasən, Bərdə rayonun sabiq Mehdixanlı sovetliyinin Qəhrəmanlı kənd üzrə 8 saylı təsərüfatbaşına kitabın 1969-1971-ci illlərə aid 232 saylı şəxsi hesabına əsasən vətəndaş mərhum X2 adına olan torpaq sahəsi 0,28 ha olması qeyd olunmuşdur. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********98 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş Bərdə rayonun Qəhrəmanlı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən çıxarışa əsasən İddiaçı qanuni istifadəsində olan həyətyanı sahənin ölçüsü 0,26 hektardır. - İddiaçı, nümayəndəsi Nümayəndə, Qəhrəmanlı bələdiyyəsinin sədrinin və Mingəçevir Lahiyə tədqiqat idarəsinin mühəndislərinin iştirakları ilə tərtib edilmiş xx xxx 2020-ci il tarixli aktdan məlum olur ki, Bərdə rayon Qəhrəmanlı kəndində yerləşən həyətyanı torpaq sahəsinə baxış keçirilmiş İddiaçı tələb etdiyi JN-052 A şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,26 ha həyətyanı torpaq sahəsindən əlavə normadan artıq istifadə etdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verildiyi, giriş qapısı (darvaza və bir neçə yardımçı tikililərin (töhlə, hamam, təndirxana) bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşdiyi müəyyən edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Göründüyü kimi hazırkı iddia tələbi iki hissədən: JN:052A kod 61003038 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə torpaq sahəsinin ölçüsünün dəyişdirilərək 0,28 ha qeyd edilməsi və şəhadətnamə üzrə mülkiyyətə verilmiş torpaq sahəsinin koordinantlarının faktiki istifadədə olan torpaq sahəsinə uyğun işlənilməsidir. Məhkəmə tələbin torpaq sahəsinin ölçüsünün 0,28 ha qeyd edilməsi dəlili ilə bağlı qeyd edir ki, tədqiq edilən sənədlərlə Bərdə rayonu X4 xx xxxxxx 1997-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı 0,26 hektar torpaq sahəsi verilmiş və bu barədə JN:052A kod 61003038 nömrəli «Torpağa mülkiyyətə verilməsinə dair» şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnaməyə əlavə edilmiş torpaq sahəsinin qaiməsində (sertifikatında) də torpaq sahəsinin ölçüsü 117,7 kv.m yaşayış sahəsi, 2482,6 kv.m əkin sahəsi olmaqla, cəmi 2600,3 kv.m göstərilmişdir. Həmçinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********98 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş Bərdə rayonunun Qəhrəmanlı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən çıxarışda da İddiaçı qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinin ölçüsü 0,26 hektar kimi qeyd edilmişdir. Beləliklə, torpaq sahəsinin verilməsinə əsas olmuş sənədlərdə, eləcə də əsas kök sənədlərdə torpaq sahəsinin ölçüsü 0,26 ha göstərildiyindən, iddiaçı tərəfindən əksik 0,2 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən və Bərdə rayonu X4 xx xxxxxx 1997-ci il tarixli 12 saylı qərarı qüvvədə olduğundan Məhkəmə cavabdeh inzibati orqanın imtinasını qanuni və əsaslı hesab edir. Torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, aqrar islahat aparılan zaman faktiki istifadəyə uyğun olaraq 0,26 ha torpaq sahəsinin koordinatları işlənilmiş və hazırda dəyişdirilməsi tələb olunan torpaq sahəsi Qəhrəmanlı bələdiyyəsinin mülkiyyəti kimi qeyd olunmuş, torpaq sahəsinin iddiaçıya məxsus olmasına dair hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. - 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. - 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin: - 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. - 1.2-ci maddəsinə əsasən xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X11 (üçüncü şəxs Bərdə rayonu Qəhrəmanlı bələdiyyəsi) qarşı Bərdə rayon X4 xx.xx.1997-ci il tarixli 12 saylı verdiyi qərar əsasında JN 052A kod 61003038 olan şəhadətnaməyə düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0,28 ha qeyd edilməsi və həmin torpaq sahəsinin koordinatlarının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatına uyğun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-164/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-164/2021
29.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver