Məhkəmə qərarları › İş №2-1(114)-164/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-164/2025

30.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-164/2025 30.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi olan vəkili Vəkil Məmmədli oğlu, cavabdehin nümayəndəsi X4 və üçüncü şəxs Göygöl rayonu Topalhəsənli bələdiyyəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Avşəddin qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxs Göygöl rayonu Topalhəsənli bələdiyyəsi, X13 və X10) qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarı ilə iddiaçıya 0,12 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə kitabda qeydə alınmış JN-278A nömrəli (50805018 kodlu) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Şəhadətnamənin “Həyətyanı sahənin qaiməsi/sertifikatı/ndan görünür ki, torpağın ümumi sahəsi 1200 kv.m-dir (suvarılan sahə 1200 kv.m bonitet balı 100). Şəhadətnamənin sertifikatı 2006-cı il tarixdə DTXK-nin Xanlar rayon şöbəsinin müdiri və Dövlət Yerquruluşu Layihə İnstitutu əməkdaşı tərəfindən imzalanmış və möhürlənmişdir.

2. İddiaçı Göygöl rayonu, Zurnabad kəndində yerləşən torpaq sahəsinə dair JN- 278A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin arxiv sənədlərinin surətinin verilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-Q-0129-8/2023 nömrəli imtina məktubundan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0.12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair JN-278A, KOD 50805018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X1 adına işlənilmişdir. Göygöl rayonu, Zurnabad kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-278A saylı şəhadətnamə Ərazi İdarəsinin elektron və siyahı məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, torpaq sahəsinin Ərazi İdarəsinin xəritə materiallarına əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əraziyə düşdüyü, həmçinin, Ərazi İdarəsnin elektron baza məlumatlarına əsasən başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

3. İddiaçılar cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-278A kod 50805018 saylı Şəhadətnamə ilə onun mülkiyyətində Göygöl rayonun Zurnabad kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzrə Merdianlar və Paralellər arası kordinal x,y nöqtələrinin məkan göstəriciləri mövcud olan torpaq sahəsinin müəyyən edilməsi və ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995-ci il tarixli 313 saylı Fərmanı və Torpaq islahatına haqqında qanunun 9-cıı maddəsinə əsasən vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə əvəzsiz verilməsi nəzərdə tutulmuşdur. Göstərilən Fərmanın və Torpaq islahatına haqqında qanunun 9-cu maddəsinə əsasən, həmçinin Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 dekabr 1997-ci il tarixli 15 saylı qərarı ilə Göygöl (Xanlar) rayonun Zurnabad kəndində yerləşən 0,12 ha torpaq sahəsi istifadəçisi kimi onun mülkiyyətinə verilmiş və Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-278A kod 50805018 saylı Şəhadətnamə işlənimmişdir. Göründüyü kimi Göygöl rayonun Zurnabad kəndində yerləşən 0,12 ha torpaq sahəsi mülkiyyətində olmuşdur. O, Göygöl rayonun Zurnabad kəndində yerləşən 0,12 ha torpaq sahəsi qeydə alınaraq çıxarış verilməsi üçün cavabdeh müraciətinə sonuncu tərəfindən imtina cavabı verilmişdir.

5. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır.

1. “Torpağın mülkiyyətə verilməsinə dair" JN-278A nömrəli Şəhadətnaməyə əsasən İddiaçı verilmiş Göygöl rayonu Zumabad kəndində yerləşən 0.12 ha torpaq sahəsi. Göygöl rayonu Zumabad kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsində və mülkiyyətçilərin adlı siyahısında öz əksini tapmamışdır. Bu səbəbdən də. həmin Şəhadətnaməyə uyğun sualın cavablandırılması mümkün olmamışdır. Lakin, əraziyə baxış keçirilərkən, iddiaçının yaxın qohumu kimi özünü 'əqdim edən X5 naturada təqdim etdiyi torpaq sahəsinə əsaslanılmışdır. Belə ki. naturada təqdim olunan torpaq sahəsi 0.12 ha təşkil edir. Naturada təqdim olunan 0.12 ha torpaq sahəsi, “Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrində **********16-10301 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa dair X9 adına tərtib olunmuş xx.xx.2022-ci il tarixli Texniki Pasport sənədində göstərilən 0.08 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi aşkarlanmışdır. 2.“Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrində **********16-10301 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa dair X9 adına tərtib olunmuş xx.xx.2022-ci il tarixli Texniki Pasport sənədində göstərilən 0.08 ha torpaq sahəsi, **********16 reyestr nömrəli, xx.xx.2011- ci il qeydiyyat tarixli. ********** qeydiyyat nömrəli Çıxarışa əsasən X3 adına verilmiş 0.08 ha torpaq sahəsi və **********16 reyestr nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən X6 adma verilmiş 0.08 ha torpaq sahəsi ilə konfiqurasiyası baxımından enyi olsada koordinatlar baxımından üst-üstə düşmədiyi müəyyən olundu. Qeyd edirik ki, **********16 reyestr nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən X3 adma verilmiş 0.08 ha torpaq sahəsi, **********16 reyestr nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən X6 adma verilmiş 0.08 ha torpaq sahəsi ilə konfiqurasiya və koordinatlar baxımından eynilik təşkil edir. 3.Yuxarıda qeyd etdiyimiz kimi, JN-278A nömrəli Şəhadətnaməyə əsasən İddiaçı verilmiş Göygöl rayonu Zumabad kəndində yerləşən 0.12 ha torpaq sahəsi, kompleks yerquruluşu layihəsində və mülkiyyətçilərin adlı siyahısında öz əksini tapmaması səbəbindən sualın cavablandınlması mümkün olmamışdır. Lakin, Naturada təqdim olunan 0.12 ha torpaq sahəsi. Göygöl rayonu Zumabad kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə əsasən təyinatı - təmiz örüş sahəsi olaraq müəyyən edildi. Naturada təqdim olunan 1200.0 kv.m torpaq sahəsinin 440.0 kv.m hissəsi. Göygöl rayonu Zumabad bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş 2011-ci il tarixli (kod-********) torpaqların yerquruluşu sxeminə əsasən təyinatı -- daşlı örüş sahəsi, 760.0 kv.m hissəsi isə təmiz örüş sahəsi olaraq müəyyən edildi. Naturada təqdim olunan 1200.0 kv.m torpaq sahəsinin 857.0 kv.m hissəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən təyinatı - kollu örüş sahəsi, 343.0 kv.m hissəsi isə təmiz örüş sahəsi olaraq müəyyən edildi. 4.Yuxarıda qeyd etdiyimiz kimi. JN-278A nömrəli Şəhadətnaməyə əsasən İddiaçı verilmiş Göygöl rayonu Zumabad kəndində yerləşən 0.12 ha torpaq sahəsi, kompleks yerquruluşu layihəsində və mülkiyyətçilərin adlı siyahısında öz əksini tapmaması səbəbindən sualın cavablandırılması mümkün olmamışdır. 5.Rəy hazırlanarkən, Naturada təqdim olunan 1200.0 kv.m torpaq sahəsinə. Elektron kadastr sistemi məlumatlarına. Göygöl rayonu Zumabad kəndi ərazisində aparılmış torpaq islahatına dairərtib olunmuş kompleks yerquruluşu layihəsinə, Göygöl rayonu Zurnabad bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş 2011-ci il tarixli (kod-********) torpaqların yerquruluşu sxeminə və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına əsaslanılmışdır. İddiaçının vəkili Vəkil xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi olan vəkili Vəkil Məmmədli oğlu, cavabdehin nümayəndəsi X4 və üçüncü şəxs Göygöl rayonu Topalhəsənli bələdiyyəsinin nümayəndəsi X11 məhkəmə iclasına gəlmiş, digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi olan vəkili Vəkil Məmmədli oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi olan vəkili Vəkil Məmmədli oğlu məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" publik hüquqi şəxsi ilə əvəz edilməsini və JN-278A KOD 50805018 saylı şəhadətnamə ilə İddiaçı Avşəddin qızına məxsus və faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında Dövlət aktının elektron baza məlumatlarında öz əksini tapmadığını,naturada təqdim edilmiş 1200 kv.m torpaq sahəsinin 440.0 kv.m-nin daşlı örüş, 760.0 kv.m-nin isə təmiz örüş əraziyə düşməsini bildirərək, iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs Göygöl rayonu Topalhəsənli bələdiyyəsinin nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbinin təmin olunmasına etirazının olmadığını bildirmişdir.

Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İş materialları ilə müəyyən olunur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-278A 50805018 kodlu şəhadətnaməyə əsasən Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarı ilə iddiaçıya həyətyanı məqsədilə 0,12 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi torpağın mülkiyyətə verilməsinə dair” JN-278A saylı şəhadətnamə Ərazi İdarəsinin elektron və siyahı məlumatlarında öz əksini tapmamasını, Ərazi İdarəsinin xəritə materiallarına əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əraziyə düşdüyü, həmçinin, Ərazi İdarəsnin elektron baza məlumatlarına əsasən başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünün müəyyən edildiyi bildirilmişdir. Məhkəmə iclası zamanı cavabdeh orqanın mütəxəssisi Elmar Aslanovun rəy üzrə izahatı ilə də müəyyən edilmişdir ki, iddiaçının naturada təqdim etdiyi torpaq sahəsi boş əraziyə düşür, faktiki istifadə etdiyi torpaq sahəsi 0.12 ha ərazidir və hər hansı şəxslərlə üst-üstə düşmə halı mövcud deyildir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş: "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1 və 8.0.5-ci normaların mənasına və təfsirinə görə "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan şəhadətnamənin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Yuxarıda qeyd Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmçinin 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün həmin normada əsas qismində təsbit edilmişdir. O da qeyd olunmalıdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan şəhadətnamənin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Digər tərəfdən, torpaq sahəsi üzərində iddiaçının hüququnu təsdiq edən həmin şəhadətnamə həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya aid “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-71/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1862/2023, xx.xx.2024- cü il tarixli 2-1(102)-3/2024 nömrəli qərarları). Hazırkı işin halları üzrə Göygöl rayonu Zurnabad kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi iddiaçıya məxsusdur, bununla bağlı Xanlar rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında tərtib edilmiş şəhadətnamə hazırlanmışdır. Həmin sənədlər torpağın mülkiyyətə verilməsinə dair ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. Qeyd olunan sənədlər səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş və halhazıradək qüvvədədir. Həmin sənədlərin ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin şəhadətnamə iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Belə olan halda iddiaçılar hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. JN-278A KOD 50805018 saylı şəhadətnamə ilə İddiaçı Avşəddin qızına məxsus və faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar