Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1640/2024 23.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X5 Cavabdehnə qarşı təhsil haqqından azad edilmə tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı X5 və X9 iştirakları ilə, İddiaçı X5 Cavabdehnə qarşı təhsil haqqından azad olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçının atası X11 əlillik vəziyyətinə 0495003AAK8Q nömrəli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı travması (xx.xx.1993), keçirilmiş qapalı kəllə beyin travması, sağ bud sümüyü başının mərkəzi çıxığı, sirkə kasasının və qasıq sümüyünün sınığı nəticəsində sağ bud çanaq oynağının deformasiyaedici osteoartrozu və kontrakturası, funksiyanın pozulmaması ilə. Sağ qamış sümüyünün yuxarı 1/3-nin deşilmiş sınığından sonrakı ocaqlı osteoklerozu. Sağ aşağı ətrafın gödəkliyi, axsama, ətraf əzələlərin atrofiyalaşması, yeriş funksiyasının pozulmaması ilə”; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlilliyin təyininə əsas vermir” səbəbi ilə xx.xx.2021-ci il tarixdə imtina verilmişdir.
2. Ölüm haqqında xx.xx.2022-ci il tarixli AZ-İİ 280629 nömrəli şəhadətnamədən məlum olur ki, X18 xx.xx.2022-ci il tarixdə digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu səbəbindən ölmüş və bu barədə Azərbaycan Respublikası 1 saylı Gəncə regional ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 594 nömrə ilə qeyd edilmişdir.
3. X10 2023-cü ildə Cavabdeh iqtisadiyyat fakültəsi əyani təhsil formasının iqtisadiyyat ixtisası üzrə 1-ci kursuna ödənişli əsaslarla daxil olmuşdur.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-V-216605/2023 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən də Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 20.17.1-ci maddəsinə əsasən övladlarının (18 yaşlarına çatanadək – X6 30 aprel 2024-cü il tarixədək və X7 31 oktyabr 2026-cı il tarixinədək) hər birinə görə mərhum mü.fiq Vəli oğlu Vəliyevin təminat xərcliyinin (591,00 manat) 50 faizi – 295,50 manat (ümumilikdı 100 faizi – 591,00 manat) məbləğində hərbi qulluqçunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası ödənilir. Əlavə olaraq, Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar İddiaçı əmək pensiyası həmin tarixdən 677.88 manat təşkil edir.
5. İddiaçı təhsil haqqından azad olması ilə bağlı xx.xx.2023-cü il tarixdə Cavabdehnə müraciət etmiş, cavabdeh orqan imtina məktubu ilə bildirmişdir ki, TSEK-dən verilən arayışda atasının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda əlilliyin səbəbi kimi diaqnoz əlillik əlaməti təyin etmir göstərilib və nəticəsi imtinadır. X2 imtiyazı bərpa olunduqdan sonra ADAU-nun Təhlil və qiymətləndirmə bölməsinə müraciət edərək, təhsil haqqının ödənilməsindən tam azad olunacaqdır.
6. İddiaçının anası İddiaçı övladının təhsil haqqından azad edilməsi ilə bağlı Cavabdehnə etdiyi müraciətə həmin universitetin xx.xx.2024-cü il tarixli 3-22-23/2-V-19-4- 17/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, həyat yoldaşı X14 Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair verilən arayışa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda əlilliyin verilməsi səbəbi kimi “Diaqnoz əlillik əlaməti təyin etməməsi” göstərilmişdir. Ətraflı “Diaqnoz əlillik əlaməti təyin etmir və nəticəsi imtinadır”. Bu səbəbdən oğlu Vəliyev Muhəmməd dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan və müvafiq qanunvericilik ilə müəyyən edilmiş qaydada təhsil haqqının ödənilməsindən azad olunan imtiyazlı tələblər sırasına aid olmadığından təhsil haqqının ödənilməsindən azad edilməsi imkan xaricindədir.
7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-9154/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, M.Vəliyev əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Akademik Z.Məmmədov adına Gəncə Şəhər Xəstəxanasının poliklinika şöbəsinin 0495003AAK8Q nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat
8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, oğlu X5 təhsil haqqından azad olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 12 aprel 2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Oğlu 2023-cü ildə Cavabdeh iqtisadiyyat fakültəsinə ödənişli əsaslarla daxil olmuşdur. Həyat yoldaşı X4 Qarabağ müharibəsinin əlili olmuşdur. Ona əlillik dərəcəsi təyin edilən zaman “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı travməsı (xx.xx.1993), keçirilmiş qapalı kəllə beyin travması, sağ bud sümüyü başının mərkəzi çıxığı, sirkə kasasının və qasıq sümüyünün sınığı nəticəsində sağ bud çanaq oynağının deformasiyaedici osteoartrozu və kontrakturası, funksiyanın pozulması ilə. Sağ qamış sümüyünün yuxarı 1/3-nin deşilmiş sınığından sonrakı ocaqlı osteosklerozu. Sağ aşağı ətrafın gödəkliyi, axsama, ətraf əzələlərin atrofiyalaşması, yeriş funksiyasının pozulması diaqnozu qoyulmuşdur. xx.xx.2021-ci il tarixdə mərhum həyat yoldaşına əlillikdən imtina ilə bağlı məktub gəlmişdir. Bildirir ki, həmin vaxt mərhum həyat yoldaşı barədə AR CM-nin 234.4.3. maddəsi ilə cinayət işi başlanılmışdı. Ona görə də qeyd edilən imtinadan məhkəməyə şikayət verə bilmirdi. Habelə, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildiyindən təkrar müayinə üçün Bakı şəhərinə də gedə bilmirdi. Həyat yoldaşı Vəliyev Müşfiq xx.xx.2022-ci ildə vəfat etdi. Ölümündən sonra mərhum həyat yoldaşı bəraət qazandı. Atalarının ölümündən sonra oğlu X6 xx.xx.2024-cü il tarixədək, qızı X7 xx.xx.2026-cı il tarixədək “Əmək pensiyaları haqqında” AR Qanununun 20.17.1. maddəsinə əsasən, hər biri mərhum atalarının təminat xərcliyinin 50% məbləğində hərbi qulluqçunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası verilməyə başlanılmışdır. Əmək pensiyaları haqqında AR Qanununun 20.17.1. maddəsində Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 50 faizi (ailə başçısının ölümünün səbəbindən asılı olmayaraq müharibə ilə əlaqədar əlilliyi olan şəxslər sırasından olan vəfat etmiş pensiyaçıların ailələrinə və tərkibində hər iki valideynini itirmiş uşaqların (ata-anadan yetimlərin) olduğu ailə üzvlərinə də əlavə bu məbləğdə müəyyən edilir) məbləğində (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) əmək pensiyası verilməsi göstərilmişdir. Normadan da göründüyü kimi, Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələri göstərilmişdir. Hazırda oğlu yuxarıda da qeyd etdiyi kimi ödənişli əsaslarla təhsil alır. Müharibə əlilinin övladı olduğundan təhsil haqqından azad edilməsi üçün universitetə etdiyi müraciətdən imtina edərək bildirilmişdir ki, mərhum həyat yoldaşına əlilik verilməsindən imtina edildiyindən oğlu təhsil haqqından azad olunmayacaqdır.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
11. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə və yeniləmiş iddia ərizəsi təqdim edərək onun əsl iddiaçı X10 ilə əvəz olunmasını xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı əsl iddiaçı X10 ilə əvəz edilmişdir. III. Prosessual məsələlər
12. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
13. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər.
14. İddiaçı X10 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, X3 iqtisadiyyat fakültəsi əyani təhsil formasının “iqtisadiyyat” ixtisası üzrə 1 kursuna ödənişli əsaslarla qəbul olunmuşdur. 03.11,2023-cü il tarixdə M.Vəliyev atası X12 Qarabağ müharibəsi əlili olan vətəndaşın övladı olduğunu nəzərə alaraq onun təhsil haqqının ödənilməsindən azad olunması barədə universitetə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil xərclərinin ödənilməsi haqqında” 18 mart 2014-cü il 347 nömrəli Sərəncamına əsasən ödənişli əsaslarla Təhsilalan təhsil haqqının ödənilməsindən müvafiq təsdiqedici sənədlər təqdim etdikdə azad oluna bilər. M.Vəliyevin atası X12 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi barədə təqdim etdiyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair arayışına əsasən ona xx.xx.2021-ci il tarixdə “Əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə” məlumatda əlliliyin verilməsindən imtina edilib. Səbəb:“Diaqnoz əllilik əlaməti təyin etməməsi. Diaqnoz əllilik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” kimi imtina verilmişdir. Bununla əlaqədar M.Vəliyevin atasının sözügedən Sərəncamda qeyd olunan statusa malik olmadığına görə, yəni əlliliyi müəyyən edilmədiyindən o, təhsil haqqının ödənilməsindən azad edilə bilməz.
16. Cavabdehin nümayəndəsi X15 iddia tələbinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
17. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
18. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
19. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, X10 2023-cü ildə Cavabdeh iqtisadiyyat fakültəsi əyani təhsil formasının iqtisadiyyat ixtisası üzrə 1-ci kursuna ödənişli əsaslarla daxil olmuşdur.
20. Hazırda iddiaçı X1 əlilinin övladı olduğundan təhsil haqqından azad olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
21. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
22. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
23. Hazırkı işdə cavabdeh inzibati orqan iddiaçının atasının əlliliyi müəyyən edilmədiyindən onun təhsil haqqından azad edilməsindən imtina etmişdir.
24. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli 347 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqının 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qərara alınmışdır.
25. Hazırki işdə iddiaçının mərhum atası X18 əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Akademik Z.Məmmədov adına Gəncə Şəhər Xəstəxanasının poliklinika şöbəsinin 0495003AAK8Q nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
26. Göründüyü kimi, iddiaçının mərhum atasının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmədiyindən və bu səbəbdən iddiaçı təhsil haqqından azad olunan imtiyazlı tələbələr sırasına aid olmadığından, o hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir.
27. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
28. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
29. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
31. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva