Məhkəmə qərarları › İş №2-1(114)-1642/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1642/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1642/2021 02.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3, cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1, üçüncü şəxs X9 iştirakı ilə, İddiaçı cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X18 və X19) qarşı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 saylı qərarının ləğv edilməsi tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X18 və X19) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən üçüncü şəxslər X18 və X9 (mərhumlar X10 və X7) adına verilmiş JN 35D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X18 və X19) qarşı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X26 01.07.1982-ci ildə qara ciyərin koması xəstəliyindən, anası X11 22.03.1991-ci ildə ürək dayanması səbəbindən ölmüşlər. Ailə üzvləri və mərhum valideynləri Gədəbəy rayonu Novo İvanovka kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evində yaşamışlar, sonradan bacı və qardaşları ailə quraraq başqa ünvanlara yaşamağa köçmüşlər, o cümlədən özü də ailə quraraq Sumqayıt şəhərində məskunlaşmışdır. Valideynlərinin ölməsinə baxmayaraq ata yurdu olan ev hazırkı müddətədək mövcuddur, o və digər ailə üzvləri həmin evə gələrək baş çəkməkdə davam etmişlər. Lakin son vaxtlar məlum olmuşdur ki, ata yurdu, daha dəqiq desə, fərdi yaşayış evi yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi digər qohumları tərəfindən öz adlarına qanunsuz olaraq rəsmiləşdirilmişdir. Ata yurduna gəlib getməyi üçün müəyyən maneələr yaradılır. Bu halı müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi idarəsinə sorğu ilə müraciət edərək 30.10.2020-ci il tarixli arayışı aldıqda məlum olmuşdur ki, qeyd olunan ünvan, yəni Gədəbəy rayonu, Novo İvanovka kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi X4, X7, X12 və X9 adına ümumi birgə mülkiyyət hüququ üzrə rəsmiləşdirilmiş, onların adına JN 35D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin sözügedən ünvanda yerləşən fərdi yaşayış evi qeydiyyatdan keçməmişdir. Həmin sənədləşmədən məlumatı olmamış, bununla bağlı hər hansı bir vəsiyyət mövcud deyildir. Şəhadətnamədə adları qeyd olunan şəxslərdən X17 bacısıdır, digərləri onun ailə üzvləridir. X27 və əri Qurban Məmmədov ölmüşlər, digər iki şəxslər, yəni övladları İlham Məmmədov və Maya Məmmədova yaşayırlar. Ailədə 7 nəfər uşaq olmuşlar, 1 qardaş və 6 bacı, qardaşı və 4 bacısı ölmüşlər, yeganə olaraq bacısı Zərnişan yaşayır. Sözügedən qanunsuz şəhadətnamənin ləğv olunması məqsədi ilə 24.06.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət olunmuş, adı çəkilən orqandan 02.07.2021-ci il tarixli **********25 nömrəli imtina cavabını almışdır. İmtina cavabında qeyd olunmuşdur ki, hər hansı əmlaka dair «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin ləğv edilməsi yalnız məhkəmənin qərarı əsasında aparılır. İddiaçı həmçinin məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPMin 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, ailə qurduqdan sonra atası evindən köçmüş və təqribən 60-cı illərdən Sumqayıt şəhərində müxtəlif ünvanlarda yaşamışdır. Lakin buna baxmayaraq hər il yay aylarında atası evinə getmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasında iddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı ailə qurduqdan sonra Sumqayıt şəhərinə köçmüş, Gədəbəy rayonu, Novoivanovka kəndində yaşamadığından və təsərrüfatbaşına kitabda qeydiyyatda olmadığından torpaq islahatı aparılan zaman onun mübahisələndirdiyi torpağa dair hüquqları yaranmamışdır. Ona görə də, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X19 məhkəmə iclasında iddia tələbinin rədd olunmasını xahiş edərək izahatında göstərmişdir ki, iddiaçı onun xalasıdır, mübahisələndirilən mülk isə onun babası və nənəsinə məxsus olmuşdur. Babası və nənəsi vəfat etmədən həmin əmlakı onun anasına, yəni X13 vəsiyyət etmişdir və bununla bağlı sənədlərdə mövcuddur. Xalası İddiaçı 1970-ci illərdə ailə quraraq Sumqayıt şəhərinə köçmüş, daimi olaraq orada yaşamış, arada bir ata mülkünə qonaq kimi gəlib-getmişdir. Onun mübahisələndirilən əmlakla bağlı heç bir hüququ mövcud deyildir və illərdir həmin mülkdə o və qardaşı yaşayıbdır. İş üzrə digər üçüncü şəxs X18 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxs X12 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən mümkünlük şərtlərinin olub olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığıü yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, iddiaçı 23 il əvvəl, yəni Gədəbəy rayonu Aqrar İslahat Komissiyasının 07.07.1998-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsini xahiş etmiş, eləcə də, məhkəməyə iddia qaldırmaq üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. İddianın qanunla müəyyən olunmuş müddətdə verilməsi iddianın mümkünlük şərtlərindən biri olsa da, məhkəmə hesab edir ki, iddianın mümkünlük şərti kimi ilk öncə iddiaçının inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması ilə bağlı şərt yoxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 20.10.2021-ci il tarixli 123-39629-1221 nömrəli məktubundan görünür ki, İddiaçı 28.08.1978-ci ildən 20 iyun 1980-ci ilədək ünvan 4 ünvanında, 20 iyun 1980-ci ildən indiyədək ünvan 5 ünvanında qeydiyyatdadır. ünvan 6dəliyinin 13.10.2021-ci il tarixli 80 nömrəli məktubundan görünür ki, İddiaçı barədə Novoivanovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabda heç bir qeyd edilməmişdir. Gədəbəy rayon Dövlət Arxivinin 19.10.2020-ci il tarixli 167 nömrəli arxiv arayışından görünür ki, X26 və X2 İvanovka XDS-nin 1957-1959-cu illərə dair 01 nömrəli təsərrüfatbaşına kitabının 35 şəxsi hesablı 38-ci səhifəsində qeyd olunmuşlar, ailə başçısı X20r, 0,23 ha əkin və 0,0 ha tikinti altı olmaqla ümumilikdə 0,25 ha torpaq sahəsi qeyd edilmişdir. 15.05.1976-cı il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X26 ölümündən sonra 0,25 ha həyətyanı sahədə yerləşən əmlakının qızı Cəfərova (Məmmədova) Gülgəz Qədim qızının daimi istifadəsinə keçməsini vəsiyyət etmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-035D KOD 50500028 nömrəli şəhadətnamədən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 saylı qərarına əsasən X6, X13, X14 və X15 Gədəbəy rayonu Novoivanovka kəndində 0,25 ha torpaq sahəsi verilmişdir. İddiaçı hazırkı iddia tələbi üzrə subyektiv hüququnu və hüquqi marağını onunla əsaslandırmışdır ki, mübahisələndirdiyi torpaq sahəsi atası X21 məxsus olmuş, atası 1982-ci ildə vəfat etmişdir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 saylı qərarına əsasən həmin torpaq sahəsi bacısı X7 və onun ailə üzvləri olan əri X4, övladları X12 və X9 mülkiyyətinə verilmişdir. Onun qeyd edilən sənədləşmədən məlumatı olmamışdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinin tələbindən də göründüyü kimi torpaq islahatının vəzifələrindən biri də Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini təmin etməkdən ibarət olmuşdur. - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.3-cü bəndinə əsasən kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərdən biridir. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq müəyyən etmişdir ki, aqrar islahat aparılan zaman (1998-ci ildə) mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması sübuta yetirilməmişdir. Belə ki, iddiaçı torpaq islahatı keçirilən zaman Sumqayıt şəhərində qeydiyyatda olub orada yaşamaqla torpaq islahatının subyekti olmamışdır. Əgər iddiaçı Gədəbəy rayonu, Novoivanovka kəndində üzrə qeydiyyatda olmaqla yaşasaydı, torpaq islahatı zamanı ona da müvafiq həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş olardı. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, İddiaçı barədə Novoivanovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabda heç bir qeyd edilməmişdir. Bundan başqa iş materialları ilə sübuta yetirilmişdir ki, iddiaçının mübahisələndirdiyi və atası X21 məxsus torpaq sahəsini sonuncu ölümündən qabaq, 15.05.1976-cı il tarixdə notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə ilə qızı Cəfərova (Məmmədova) Gülgəz Qədim qızının (üçüncü şəxslərin anası) daimi istifadəsinə keçməsini vəsiyyət etmişdir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququ olması öz təsdiqini tapmamışdır. Eyni zamanda, iddiaçının inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması ilə bağlı şərt yoxlanılmadan müddətin tətbiqi mahiyyət etibarı ilə iddia tələbi ilə bağlı iddiaçının subyektiv hüququnun mövcudluğunu qəbul etməklə, inzibati orqanın qərarının, hərəkət və ya hərəkətsizliyinin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu deməyə əsas verdiyindən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi üzrə subyektiv hüququnun olmaması nəzərə alınaraq iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılmasına zərurət yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X18 və X19) qarşı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar