Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1643/2025 27.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı, nümayəndəsi-vəkil Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı “cavabdehin hərəkətlərinin, çıxarışların və texniki pasportların qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X7 məxsus ünvan 1 ünvanda yerləşən tikiliyə və bələdiyyə torpağına mülkiyyət hüququnun tanınması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin ünvanda yerləşən tikiliyə və bələdiyyə torpağına mülkiyyət hüququnun tanınmasına dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışların, xx.xx.2008-ci il tarixli, 446-114 saylı və xx.xx.2021-ci il tarixli, 51192 saylı texniki pasportların qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, üçüncü şəxs X4 mirascısı olduğu atası X3 adına M11 seriyalı ******* saylı çıxarışa əsasən Gəncə şəhəri, İ.Qayıbov küçəsində istifadəsinə olan, 0.01034 ha torpaq sahəsi üzərində 1 mərtəbəli, 3 otaqlı, 39.4 kv.m yaşayış, 29.3 kv.m köməkçi sahədən ibarət olan 37 saylı yaşayış evi (reyestr nömrəsi **********09-10301 saylı, qeydiyyat nömrəsi, 150708567, qeydiyyat tarixi xx.xx.2007-ci il) olmuşdur.xx.xx.2021-ci il tarixli, 14 saylı notariat kontoru tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, həmin çıxarışa əsasən X9, 0.01034 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 39.4 kv.m yaşayış, 29.3 kv.m köməkçi sahədən ibarət olan 37 saylı yaşayış evinə 1/3 hissədə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığı qeyd edilmişdir. xx.xx.2007-ci il tarixli, reyestr nömrəsi **********09- 10301 saylı, qeydiyyat nömrəsi, ********* olan, MH ******* saylı çıxarışdan görünür ki, X5 0.01034 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 39.4 kv.m yaşayış, 29.3 kv.m köməkçi sahədən ibarət olan 37 saylı yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. xx.xx.2021-ci il tarixdə cavabdeh üçüncü şəxs Məmmədov Əsədə mülkiyyət növü bələdiyyə olmaqla istifadə hüquq növü üzrə 0.011 ha torpaq sahəsi üzərinə 68.7 kv.m tikiliyə mülkiyyət hüququnun ********** qeydiyyat nömrəli çıxarışla tanınmışdır. Gəncə şəhər, Nizami rayon məhkəməsində mübahisə edərkən üçüncü şəxs Məmmədov Əsədə 0.14 ha torpaq sahəsi Gəncə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən əvvəl istifadəsində olmuş torpaq sahəsi üzərində reyestr nömrəsi **********86-10301 saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan, 68.70 kv.m ev və 0.14 ha xüsusi mülkiyyətdə olan Gəncə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən əvvəl istifadəsində olmuş, torpaq sahəsi üzərində reyestr nömrəsi **********86-10301 saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi, xx.xx.2021-ci il olan, 68.70 kv.m ev və 0.14 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu tanıyaraq qeydə almışdır. xx.xx.2021-ci il tarixli, üçüncü şəxs Məmmədov Əsədə 0.14 ha torpaq sahəsinə uyğun, reyestr nömrəsi **********86-10301 saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan, çıxarış verilmişdir. Mübahisəli çıxarışda qeyd edilmiş torpaq bələdiyyə torpağı olmuş və Gəncə Regional Ədliyyə İdarəsinə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli, Ə691 saylı arayışdan görünür ki, X8 və X7 mübahisəli çıxarışın aid olduğu və çıxarışda qeyd edilən torpağın aid olduğu Gəncə şəhər, Nizami rayon, Bələdiyyəsi tərəfindən hər hansı hüquqda torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilməmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-133/2022 saylı iş iddiaçı X4 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında inşa edilmiş özbaşına tikililər, cavabdeh İddiaçı hesabına sökülsün və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısının əvvəlki vəziyyətə gətirilməsi cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilmişdir. İddiaçı qeyd edir ki, X10 şəhəri, İsmət Qayıbov küçəsində yerləşən əvvəl istifadəsində olmuş torpaq sahəsi üzərində reyestr nömrəsi **********86-10301 saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan, 68.70 kv.m ev və 0.14 ha xüsusi mülkiyyətdə olan Gəncə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən əvvəl istifadəsində olmuş, torpaq sahəsi üzərində reyestr nömrəsi **********86-10301 saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi, xx.xx.2021-ci il olan çıxarışın verilməsinin hüquqlarına toxunduğunu qeyd etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətinə baxılması barədə məktubdan görünür ki, müraciətdə qeyd olunan məsələnin həlli üçün qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)1643/2025 nömrəli qərardadı ilə iş üzrə X9 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Üçüncü şəxs X9 məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin üzrlü səbəbi və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə iclasa gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi-vəkil Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarında olan xx.xx.2021-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. xx.xx.2021-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyetsrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X7 məxsusdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-637/2024 saylı qərardadına əsasən, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Gəncə şəhər Nizami Bələdiyyəsi və X9) qarşı “çıxarışın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(104)-755/2024 saylı qərardadına əsasən, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Gəncə şəhər Nizami Bələdiyyəsi və X9) “çıxarışın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-637/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-1129/2025 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Gəncə şəhər Nizami Bələdiyyəsi və X9) qarşı “çıxarışın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-755/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 78-ci maddəsinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 85.1-ci maddəsinə görə, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına əsasən, 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırda İddiaçı üçüncü şəxs X7 məxsus olan çıxarış və texniki pasportların qanunsuz hesab edilməsini xahiş edir. İş materiallarından görünür ki, İddiaçı daha əvvəl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “X7 məxsus olan çıxarış və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-637/2024 qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-755/2024 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin qeyd olunan qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-1129/2025 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qeyd olunan qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə qərarlarına görə iddiaçının həmin iddianı qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Belə ki, həmin iş üzrə əldə edilmiş mütəxəssis rəyinə əsasən, iddiaçının və üçüncü şəxsin mülkiyyətində olan torpaq sahələrinin üst-üstə düşməsi müəyyən edilmir. İddiaçı özü də bildirmişdir ki, mübahisələndirilən çıxarışda qeyd olunan, üzərində üçüncü şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə onun heç bir bağlılığı mövcud deyil. Digər tərəfdən iddiaçının mübahisə predmeti olan əmlaka subyektiv hüququnun olmasını təsdiq edən hər-hansı hüquqmüəyyənedici sənədin olması iş materialları ilə müəyyən edilmir və iddiaçı tərəfindən də məhkəməyə təqdim edilməmişdir. Beləliklə də, yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququnu istisna edir. Göründüyü kimi, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qaldırdığı “çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair iddiası İddiaçı subyektiv hüququnun olmamasına görə mümkün sayılmamışdır. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu baxımdan hazırkı iddia mümkün sayıla və iddiaya mahiyyəti üzrə baxıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı “cavabdehin hərəkətlərinin, çıxarışların və texniki pasportların qanunsuz hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı “cavabdehin hərəkətlərinin, çıxarışların və texniki pasportların qanunsuz hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1643/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1643/2025
27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver