Məhkəmə qərarları › İş №2-1(114)-1647/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1647/2020

13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1647/2020 13.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi (qızı) X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X9 Goranboy rayon filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X9 Goranboy rayon filialına qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1978-ci il tarixdən xx xxxx 1978-ci il tarixədək Azərbaycan Kurort Ticarəti Birliyinin Naftalan şöbəsində kompresso rmaşinistinin köməkçisi vəzifəsində, xx xxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1984-cü il tarixədək X5 avtomobil qarajında motorçu-çilingər vəzifəsində, xx xxxxxx 1984-cü il tarixdən xx xxxx 1984-cü il tarixədək Naftalan şəhər Mənzil İstismar Kontorunda çilingər vəzifəsində, xx xxxx 1984-cü il tarixdən xx xxxxxxx 1999-cu il tarixədək Qarabağ meliorasiya su tikinti trestinin 12 nömrəliX2 2-ci dərəcəli fəhlə və 6-cı dərəcəli motorçu vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və 1-ci dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1978-ci il tarixdən xx xxxx 1978-ci il tarixədək Azərbaycan Kurort Ticarəti Birliyinin Naftalan şöbəsində kompressor maşinistinin köməkçisi vəzifəsində, xx xxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1984-cü il tarixədək X5 avtomobil qarajında motorçu-çilingər vəzifəsində, xx xxxxxx 1984-cü il tarixdən xx xxxx 1984-cü il tarixədək Naftalan şəhər Mənzil İstismar Kontorunda çilingər vəzifəsində, xx xxxx 1984-cü il tarixdən xx xxxxxxx 1999-cu il tarixədək Qarabağ meliorasiya su tikinti trestinin 12 nömrəli Tikinti Quraşdırmaİ darəsində 2-ci dərəcəli fəhlə və 6-cı dərəcəli motorçu vəzifəsində işləmişdir. Bu barədə əmək kitabçasında müvafiq qeydlər vardır. Hazırda ümumi xəstəlikdən müddətsiz birinci dərəcəli əlildir, əmək qabiliyyətsizdir. Həmin illərin sosial sığorta stajına daxil edilməsi və 1-ci dərəcə əlilliyə görəəmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X9 Goranboy rayon filialına müraciət etmiş, lakin inzibati orqan xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubla onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iddia ərizəsində qeyd edilmiş cavabdehin əsl cavabdeh ilə, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X9 Goranboy rayon filialı ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi(qızı) X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək xx xxxxxx 1978-ci il tarixdən xx xxxx 1978-ci il tarixədək Azərbaycan Kurort Ticarəti Birliyinin Naftalan şöbəsində kompressor maşinistinin köməkçisi vəzifəsində, xx xxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1984-cü il tarixədək X5 avtomobil qarajında motorçu-çilingər vəzifəsində, xx xxxxxx 1984cü il tarixdən xx xxxx 1984-cü il tarixədək Naftalan şəhər Mənzil İstismar Kontorunda çilingər vəzifəsində, xx xxxx 1984-cü il tarixdən xx xxxxxxx 1999-cu il tarixədək Qarabağ meliorasiya su tikinti trestinin 12 nömrəli X2 2-ci dərəcəli fəhlə və 6-cı dərəcəli motorçu vəzifəsində atasının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və 1cidərəcəəlilliyəgörə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X9 Goranboy rayon filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X9 Goranboy rayon filialının nümayəndəsi X6 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş məlumatlarının düzgünlüyünü araşdırmaq mümkün olmadığı üçün həmin dövrləri sosial sığorta stajı kimi nəzərə alına bilinmədiyindən ona pensiya təyin edilməmişdir. Göstərilənlərə əasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - iddiaçıya məxsus xx.xx.1978-cı tarixli, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surəti; - Goranboy rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 57 nömrəli arxiv arayışı; - xx xxxxxx 2020-ci il tarixli Tibbi Sosial Ekspert Komissiyasının müayinəyə dai rməlumat vərəqəsinin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********4 nömrəli imtina məktubu; - məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X9 Goranboy rayon filialının xx.xx.2020-ci il tarixli, **********8 nömrəli məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia mahiyyəti üzrə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası 1 dərəcə əlilliyi olan şəxslərə ümümilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyəti yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin olunur. 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 1978-ci il tarixdən xx xxxx 1978-ci il tarixədək Azərbaycan Kurort Ticarəti Birliyinin Naftalan şöbəsində kompressor maşinistinin köməkçisi vəzifəsində, xx xxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1984-cü il tarixədək X5 avtomobi lqarajında motorçu-çilingər vəzifəsində, xx xxxxxx 1984-cü il tarixdən xx xxxx 1984-cü il tarixədək Naftalan şəhər Mənzil İstismar Kontorunda çilingər vəzifəsində, xx xxxx 1984-cü il tarixdən xx xxxxxxx 1999-cu il tarixədək Qarabağmeliorasiya su tikinti trestinin 12 nömrəli X2 2-ci dərəcəli fəhlə və 6-cı dərəcəli motorçu vəzifəsində vəzifəsində işləmişdir. Həmin illərin sosial sığorta stajına daxil edilməsi və 1-cidərəcəəlilliyəgörə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar rəsmi qaydada ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə müraciət etsə də, inzibati orqan bundan imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan iddiaçıya məxsus xx.xx.1978-cı tarixli, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1978-ci il tarixdən xx xxxx 1978-ci il tarixədək Azərbaycan Kurort Ticarəti Birliyinin Naftalan şöbəsində kompressor maşinistinin köməkçisi vəzifəsində, xx xxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1984-cü il tarixədək X5 avtomobil qarajında motorçu-çilingər vəzifəsində, xx xxxxxx 1984-cü il tarixdən xx xxxx 1984-cü il tarixədək Naftalan şəhər Mənzil İstismar Kontorunda çilingər vəzifəsində, xx xxxx 1984-cü il tarixdən xx xxxxxxx 1999-cu il tarixədək Qarabağ meliorasiya su tikinti trestinin 12 nömrəli X2 2-ci dərəcəli fəhlə və 6-cı dərəcəli motorçu vəzifəsində vəzifəsində işləmişdir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan xx xxxxxx 2020-ci il tarixli Tibbi Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumat vərəqəsinin surətindən müəyyən olunur ki, İddiaçı ümumi xəstəliyə görə müddətsiz 1-ci dərəcə əlil hesab edilmişdir. Goranboy rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 57 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx xxxxxx 1999-cu il tarixli 3 nömrəli əmri ilə çilingər vəzifəsindən ərizəsinə əsasən azad olunması qeyd olunur. Məhkəmənin sorğusu əsasındaməhkəməyə göndərilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X9 Goranboy rayon filialının xx.xx.2020-ci il tarixli, **********8 nömrəli məktubundan müəyyən olunur ki, İddiaçı əmək kitabçasına əsasən xx xxxxxx 1978-ci il tarixdən xx xxxx 1978-ci il tarixədək Azərbaycan Kurort Ticarəti Birliyinin Naftalan şöbəsində kompressor maşinistinin köməkçisi vəzifəsində (5 ay 11 gün), xx xxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1984-cü il tarixədək X5 avtomobil qarajında motorçu-çilingər vəzifəsində (5 il 6ay 19 gün), xx xxxxxx 1984-cü il tarixdən xx xxxx 1984-cü il tarixədək Naftalan şəhər Mənzil İstismar Kontorunda çilingər vəzifəsində(3 ay 9 gün), xx xxxx 1984-cü il tarixdən xx xxxxxxx 1999-cu il tarixədək Qarabağ meliorasiya su tikinti trestinin 12 nömrəli X2 2-ci dərəcəli fəhlə və 6-cı dərəcəli motorçu vəzifəsində (15 il 4 ay 21 gün) işlədiyi dövr ümumilikdə 21 il 8 ay sığorta stajı qeyd alınmışdır və İddiaçı 1-ci dərəcə əlilliyə görə əmək pensiyası təyin etmək üçün 15 il 4 ay sosial sığorta stajı tələb olunur. Qeyd edilən məktubdan həmçinin müəyyən olunur ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş məlumatlarının düzgünlüyünü araşdırmaq mümkün olmadığı üçün həmin dövrləri sosial sığorta stajı kimi nəzərə alına bilinmədiyindən ona pensiya təyin edilməmişdir. Məhkəmə qeyd etmək lazım bilir ki, cavabdehin imtinasının əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən əmək kitabçası təqdim olunsa da, həmin kitabçada aparılan qeydlərin düzgünlüyünü müəyyən etmək mümkün deyildir. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir.İşəgötürən tərəfindən əmək kitabçasında işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin xitam olunması barədə məlumatlar yazılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında –işə girdiyi gün, ay, il, işlədiyi peşəsi(vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. xx.xx.2006-cı il tarixdək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun: 67-ci maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin 8-ci hissəsinə əsasən, əmək( sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. 69-cu maddəsinə əsasən isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddaçı əmək fəaliyyətinə xx xxxxxx 1978-ci il tarixdən başlayaraq müxtəlif müəssisələrdə işləmiş və əmək fəaliyyətini xx xxxxxxx 1999-cu il tarixədək davam etdirmişdir. « İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh (inzibati orqan) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X9 Goranboy rayon filialı iddiaçının əmək kitabçasında göstərilmiş işlədiyi dövrləri ona əmək pensiyası hüququ verən sığorta stajına hesablanmasından imtina etməsi ilə sonuncunun konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar əsaslı olduğundan İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia tələbi təmin olunmalı, xx xxxxxx 1978-ci il tarixdən xx xxxx 1978-ci il tarixədək Azərbaycan Kurort Ticarəti Birliyinin Naftalan şöbəsində kompressor maşinistinin köməkçisi vəzifəsində, xx xxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1984-cü il tarixədək X5 avtomobil qarajında motorçu-çilingər vəzifəsində, xx xxxxxx 1984-cü il tarixdən xx xxxx 1984-cü il tarixədək Naftalan şəhər Mənzil İstismar Kontorunda çilingər vəzifəsində, xx xxxx 1984-cü il tarixdən xx xxxxxxx 1999-cu il tarixədək Qarabağ meliorasiya su tikinti trestinin 12 nömrəli X2 2-ci dərəcəli fəhlə və 6-cı dərəcəli motorçu vəzifəsində işlədiyi müddətin (ümumi 21 il 8 ay müddətin) sosial sığorta stajına daxil edilməsi və 1-cidərəcəəlilliyəgörə pensiya təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X9 Goranboy rayon filialının üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx xxxxxx 1978-ci il tarixdən xx xxxx 1978-ci il tarixədək Azərbaycan Kurort Ticarəti Birliyinin Naftalan şöbəsində kompressor maşinistinin köməkçisi vəzifəsində, xx xxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1984-cü il tarixədək X5 avtomobil qarajında motorçuçilingər vəzifəsində, xx xxxxxx 1984-cü il tarixdən xx xxxx 1984-cü il tarixədək Naftalan şəhər Mənzil İstismar Kontorunda çilingər vəzifəsində, xx xxxx 1984-cü il tarixdən xx xxxxxxx 1999-cu il tarixədək Qarabağ meliorasiya su tikinti trestinin 12 nömrəli X2 2-ci dərəcəli fəhlə və 6-cı dərəcəli motorçu vəzifəsində işlədiyi müddətin (ümumi 21 il 8 ay müddətin) sosial sığorta stajına daxil edilsin və 1-cidərəcəəlilliyəgörə pensiya təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X9 Goranboy rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkə mə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar