Məhkəmə qərarları › İş №2-1(114)-1647/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1647/2023

08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1647/2023 08.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, özünün və övladları xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X1 müddəti keçmiş şəxsiyyət vəsiqəsinin dəyişdirilərək yeni Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2005-ci il tarixdə Azərbaycan vətəndaşı olmuş X2 ilə ailə həyatı qurmuş və nikahları Çuvaşiya Respublikası Novoçeboksarks şəhər administrasiyasının VVAQ söbəsində qeydiyyata alınmışdır. Mehman Mirzəyev ilə 2005-ci il tarixdə Novoçeboksarks səhərinə gəlmiş və 2009-cu il tarixə qədər orada yaşamışlar. Onların birgə nikah dövründən 03 iyun 2006-cı il təvəllüdlü X8 və 25 sentyabr 2008-ci il təvəllüdlü X6 adlı 2 övladları anadan olmuşdur. Övladlarının hər birinin doğum haqqında şəhadətnamələri Çuvaşiya Respublikası Novoçeboksarks şəhər administrasiyasının VVAQ şöbəsində qeydiyyata alınmışdır. İddiaçı X2 və övladları ilə 2009-cu il tarixdə Azərbaycana qayıtdıqdan sonra Azərbaycanda yaşamış və bir neçə dəfə yaşadıqları Novoçeboksarks şəhərinə qayıtmışlar. 2014-cü il tarixdə Azərbaycan Respublikası vətəndaşı olaraq aldığı şəxsiyyət vəsiqəsinin müddəti bitdiyi üçün Cavabdehnə müraciət edərək şəxsiyyət vəsiqəsini yeniləmişdir. xx.xx.2015-ci il tarixdə isə Cavabdeh tərəfindən övladlarına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Onlar 2009-cu il tarixdən Azərbaycanda yaşadığı gündən bu vaxta qədər bir çox seçkilərdə iştirak etmiş, vəsiqələri ilə bir çox sənədləşmə işləri aparılmışdır. Hal-hazırda onun və övladlarının şəxsiyyət vəsiqələrinin müddəti 2022-ci il tarixdə bitdiyi üçün onlar cavabdehə müraciət edərək yenidən vəsiqə almaq istəyirlər. Lakin cavabdeh orqan onların müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh vəsiqə verməkdən ona görə imtina edir ki, guya onlar Azərbaycan Respublikası vətəndaşı deyillər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Xİİ-ЖГ 383351 nömrəli, xx.xx.1987-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, ata qrafasında “X9”, ana qrafasında “X10” qeyd edilmişdir. -surəti işə əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. -surəti işə əlavə edilmiş İ-РЛ 620738 nömrəli, xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X8 03 iyun 2006-cı il tarixdə Çuvaşiya Respublikası, Novoçeboksarks şəhərində anadan olmuş, ata qrafasında “X2” (Rusiya vətəndaşı), ana qrafasında “İddiaçı” (Azərbaycan vətəndaşı) qeyd edilmişdir. -surəti işə əlavə edilmiş AZE seriyalı 12172743 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. -surəti işə əlavə edilmiş İ-РЛ 689510 nömrəli, xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X6 25 sentyabr 2008-ci il tarixdə Çuvaşiya Respublikası, Novoçeboksarks şəhərində anadan olmuş, ata qrafasında “X2” (Rusiya vətəndaşı), ana qrafasında “İddiaçı” (Azərbaycan vətəndaşı) qeyd edilmişdir. -surəti işə əlavə edilmiş AZE seriyalı 12172742 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. -Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, xx xxx 1987-ci il təvəllüdlü İddiaçı 466414/m nömrəli, 29 dekabr 2022-ci il tarixli müraciətinə baxılaraq, onun "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. -Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, 03 iyun 2006-cı il təvəllüdlü X5 466336/m nömrəli, 29 dekabr 2022-ci il tarixli müraciətinə baxılaraq, onun "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. -Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, 25 sentyabr 2008-ci il təvəllüdlü X1 466402/m nömrəli, 29 dekabr 2022-ci il tarixli müraciətinə baxılaraq, onun "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. -Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-13-61/2-M-331xx/xx/2023 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı və övladları Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə malik olmuşdur, iddiaçı onların şəxsiyyət vəsiqəsinin müddəti bitdiyinə görə cavabdeh orqana müraciət edərək onlara Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin verilməsini xahiş etsə də, cavabdeh orqan onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra – qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. -4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün zəruri olan sənədlərin X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı və onun övladlarının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının hər bir vətəndaşı şəxsiyyət vəsiqəsi almalıdır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını işin faktiki hallarına münasibətdə tətbiq edərək hesab edir ki, cavabdeh orqanın iddiaçıya və onun övladlarına şəxsiyyət vəsiqəsinin verilməsindən imtina etməsi ilə bağlı hərəkətləri qanunsuz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx xxx 1987-ci il təvəllüdlü İddiaçı, onun övladları xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X3 Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar