Məhkəmə qərarları › İş №2-1(114)-165/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-165/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-165/2021 17.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X12rşı torpaq sahəsinin sərhədlərinin, yerləşmə yerinin naturada müəyyən edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X15 (bundan sonra mətndə cavabdeh) xx.xx.2020-ci il tarixli **********45 nömrəli məktubu ilə İddiaçı (bundan sonra mətndə iddiaçı) məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yerinin dəqiqləşdirilməsi ilə bağlı müraciətindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə xx.xx.2020-ci il tarixində iddiaçının iştirakı ilə müayinə baxışı keçirilmiş, müayinə baxışı zamanı həmin ünvanda (yəni eyni məhlədə) iddiaçıya məxsus fərdi yaşayış evi olmaqla başqa şəxslərə məxsus üç ədəd ayrılıqda fərdi yaşayış evlərinin mövcud olması, həyətyanı torpaq sahəsinə girişin bir qapıdan olması, yəni həyətyanı sahənin ümumi istifadədə olması, həyətyanı sahəyə girişin qonşular tərəfindən öz aralarında dəmir şiferlə iki yerə bölünərək həyətə giriş qapısının qonşular tərəfində açarla bağlı saxlanılması, həmçinin həyətyanı sahədə qonşu tərəfindən həyət tikilisi (hamam-ayaq yolu) inşa olunması müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya məxsus sənəd üzrə göstərilmiş 0.0172 ha torpaq sahəsinin sərhədlərini təyin etmək mümkün olmamış, həyətyanı torpaq sahəsinin birgə istifadəsində qonşularla yaranan hər hansı mübahisə ilə bağlı aidiyyəti orqanlara müraciət etməsi iddiaçıya tövsiyə edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi və xx.xx.2020-ci il tarixdə isə iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2007-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 0.0172 ha torpaq sahəsinin sərhədlərinin, yerləşmə yerinin naturada müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixdə MH seriyalı ******* nömrəli Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmin çıxarışda Gəncə şəhəri, Nizami rayonu, Bəxtiyar Əliyev küçəsində mülkiyyətində olan 172 kv.m torpaq sahəsində yerləşən birmərtəbəli, bir otaqlı 26 kv.m yaşayış, 25,7 kv.m köməkçi sahədən ibarət 62 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmışdır. Sonradan ona məlum olmuşdur ki, daşınmaz əmlakın qeydi zamanı səhvlərə yol verilmiş, onun ünvanı həmin küçədə yerləşən evlərlə eyni nömrə altında qeyd edilərək “Bəxtiyar Əliyev küçəsi 62” olaraq göstərilmişdir. Ünvan müəyyənləşdirilərkən texniki səhvə yol verilmişdir. Eyni zamanda daşınmaz əmlakın texniki göstəricilərini tərtib edərkən ona məxsus torpaq sahəsinin koordinatları tam qeyd olunmamışdır. Bu səbəblərdən qonşularla aralarında torpaq üstündə mübahisəsi yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X15 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, 3 saylı X13 arxiv sənədlərinin araşdırılması zamanı məlum olmuşdur ki, Gəncə şəhəri, Nizami rayonu, Bəxtiyar Əliyev küçəsi, 62 ünvanda yerləşən fərdi yaşayış evi ilkin olaraq X2 adına olmuş, onun adına 164 kv.m torpaq sahəsinə dair “Torpaq qeydi” işlənilmişdir. Notariat kontorunun xx.xx.1940-cı il tarixli, 7406 reyestr nömrəli müqaviləsi əsasında həmin mülk X11, xx.xx.1966-cı il tarixli, 17-354 saylı vərəsəlik şəhadətnaməsi əsasında X9 və X5 mülkiyyətinə keçmişdir. Hər iki sənəddə torpaq sahəsi 164 kv.m göstərilmişdir. Mülk xx.xx.1970-ci ildə X1. Torpaq sahəsi 164 kv.m göstərilmişdir. Mülk 1974-cü ildə alqı-satqı qaydasında X7 satılmışdır, torpaq sahəsi həmi sənəddə də 164 kv.m göstərilmişdir. Notariat kontorunun xx.xx.1987-ci il tarixli, 23-388 saylı alqı-satqı müqaviləsinə əsasən mülkün 1/2 hissəsi, yəni 26.0 kv.m bir yaşayış otağı və 25.7 kv.m köməkçi sahə X3 mülkiyyətinə verilmişdir. Fərdi yaşayış evinin yarısının Şəlalə Yusifovaya keçməsinə baxmayaraq torpaq sahəsi tam göstərilmişdir. Məlumat üçün bildiririk ki, X6 adına 1976-cı ildə Torpaq qeydi işlənilən zaman torpağın sahəsi 95 kv.m kimi işlənilmişdir. Buna baxmayaraq mülk X3 adına keçən zaman torpaq sahəsinin faktiki ölçülərdə heç bir dəyişiklik olmamasına baxmayaraq artırılaraq 172 kv.m göstərilmişdir. Sonda 2007-ci ildə mülk satılaraq İddiaçı adına 2007-ci ildə **********88-10301 reyestr nömrəli çıxarış verilmiş, əvvəlki sənəddə olduğu kimi 172 kv.m torpaq sahəsi mülkiyyətə verilmişdir. Arxiv materialları araşdırılan zaman məlum olmuşdur ki, ilkin sənədlərdə 164 kv.m qeyd edilmiş torpaq sahəsinin sonuncu sənəddə 172 kv.m kimi qeyd edilməsi haqqında heç bir sənəd aşkar edilməmişdir. Eyni zamanda göstərilən torpaq sahəsinin cizgisi arxivdə olan sənədlər toplusunda olmadığından onun yerini təyin etmək mümkün olmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək məhkəməyə ünvanladıqları etiraz məktubu ilə eyni məzmunda izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X15 şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE ******** seriya nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X15 xx.xx.2020-ci il tarixli **********45 nömrəli imtina məktubu; - xx.xx.2007-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surəti; - İddiaçı adına verilmiş xx.xx.2007-ci il tarixli ünvan 1 ünvanına məxsus fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surəti; - X3 adına verilmiş xx.xx.1987-ci il tarixli Kirovabad (ünvan 5 ünvanına məxsus fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surəti. Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2007-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bəxtiyar Əliyev küçəsində mülkiyyətində olan 172 kv.m torpaq sahəsində yerləşən birmərtəbəli, bir otaqlı 26 kv.m yaşayış, 25,7 kv.m köməkçi sahədən ibarət 62 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2007-ci il tarixli ünvan 1 ünvanına məxsus fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, həmin ünvanda yerləşən əmlak üzrə bütöv pay İddiaçı məxsusdur, torpaq sahəsinin ölçüsü həm sənəd üzrə, həm də əslində 172 kv. metrdir, tikinti altında olan torpaq 76.7 kv.m və həyət örtüyü 95 kv.m ölçüsündədir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, xx.xx.2007-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bəxtiyar Əliyev küçəsində mülkiyyətində olan 172 kv.m torpaq sahəsində yerləşən birmərtəbəli, bir otaqlı 26 kv.m yaşayış, 25,7 kv.m köməkçi sahədən ibarət 62 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmış, lakin iddiaçının adına çıxarış verilməsinə baxmayaraq torpaq sahəsinin koordinatları naturada dəqiq müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddia predmeti olan torpaq sahəsinin mülkiyyətçisi ilə eyni ünvanda yerləşən başqa şəxslərə məxsus fərdi yaşayış evlərinin olmasını və həyətyanı sahənin ümumi istifadədə olmasını əsas gətirərək torpaq sahəsinin yerinin dəqiqləşdirilməsindən imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. - 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. - 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: - 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. - 1.2-ci maddəsinə əsasən xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur. - 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1998-ci il tarixli Qanunun 10-cu maddəsinə əsasən torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi, şəxsin mülkiyyətində, sərəncamında və ya daimi istifadəsində olan torpaq sahəsinin həmin torpaq sahəsinə dair tərtib edilmiş sənədlərə uyğun olaraq yerində müəyyən edilib ölçülməsi və sərhədlərinin müəyyən edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X13 öhdəliyidir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdehin torpaq sahəsinin sərhədlərinin, yerləşmə yerinin naturada müəyyən edilməsi tələbi üzrə aşkar hərəkətsizliyi əsassızdır və yuxarıda qeyd edilən maddi hüquq normalarına ziddir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2007-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.0172 ha torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X13 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. xx.xx.2007-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.0172 ha torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X13 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar