Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-165/2025 27.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, X5, X3, X6 və X8) qarşı Daşkəsən rayonu, Zağalı kəndi ərazisində yerləşən 0.1088 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Daşkəsən rayon X11 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli 12 saylı iclas protokolundan çıxarışa əsasən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir.
2. Daşkəsən rayon DTİ və MHQİ tərəfindən fərdi yaşayış fonduna daxil olan yaşayış evinin xx.xx.2003-cü il tarixli texniki pasportdan və sxemdən görünür ki, 0,12 ha torpaq sahəsi və ümumi sahəsi 71,4 kv.m olan fərdi yaşayış evi İddiaçı adına qeyd edilmişdir.
3. Daşkəsən rayon Dövlət Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, Daşkəsən rayon Zağalı kənd İƏDÜN-nin 167 saylı təsərrüfatına kitabın 671 nömrəli şəxsi hesabından görünür ki, İddiaçı şəxsi istifadəsində 0.12 ha torpaq sahəsi və ümumi sahəsi 71,4 kv.m olan fərdi yaşayış evi vardır.
4. İddiaçı həmin torpağı dövlət reyestrində qeydə aldırıb çıxarış əldə etmək üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 7241/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-11274/2023 nömrəli məktubları ilə müraciətdən imtina etmiş və imtina onunla əsaslandırılmışdır ki, ərizəyə torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənədin əlavə edilmədiyi, həmçinin, təqdim edilmiş sənədlərdə göstərilən fərdi yaşayış evinin sökülərək yerində yeni tikililərin inşa edildiyi və yeni inşa edilmiş tikililərə dair müvafiq hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı həmçinin o da bəlli olmuşdur ki, Ərazi İdarəsinin kadastr məlumat bazasına əsasən fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsinin dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əraziyə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
5. Məhkəmənin sorğusuna Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-13RA/1-31/2023 nömrəli cavab məktubuna əlavə edilmiş Zağalı kənd İƏDÜN-nin 671-ci təsərrüfatına dair təsərrüfatbaşına kitabdan çıxarışla müəyyən edilir ki, xx.xx.2001ci il tarixinə İddiaçı adına 0.12 ha həyətaynı torpaq sahəsi vardır.
6. Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Zağalı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 3-42-17/2-480/2023 nömrəli arayışında göstərilmişdir ki, Zağalı kənd İƏDN-nin 07 saylı təsərrüfatbaşına kitabının 595 nömrəli vərəqində İddiaçı şəxsi istifadəsində 0.12 ha həyətyanı torpaq sahəsi vardır.
7. Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Zağalı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 3-42-17/2-518/2023 nömrəli arayışında göstərilmişdir ki, həqiqətən 2005-ci ildə Daşkəsən rayonunda baş vermiş təbii fəlakət nəticəsində İddiaçı məxsus olan, Zağalı kəndində yerləşən yaşayış evi qəzalı vəziyyətə düşmüş, yenidən 2008-ci ildə bərpa edilmişdir.
8. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Daşkəsən rayon X11 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli 12 saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinin məkan göstəriciləri (natura yerləşmə vəziyyəti və koordinatları) əks olunmuş cizgi plan aşkarlanmadığından, sualın cavablandırılması mümkün deyildir. 2) İddiaçı tərəfin naturada təqdim etdiyi 0.095 ha torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş cizgi planda göstərilmişdir. 3) İddiaçı tərəfin naturada təqdim etdiyi torpaq sahəsinin, qaz, su, göl, elektrik, nəqliyyat, rabitə, sənaye və digər təyinatlı obyektlərin mühafizə və qorunma zonalarına düşmə halı aşkarlanmadı. 4) Torpaq islahatı əsasında tərtib olunmuş (1999-cu il), ərazinin elektron kompleks yerquruluşu layihəsinə və arxiv sənədlərinə istinadən, iddiaçı tərəfin naturada təqdim etdiyi 0.095 ha torpaq sahəsi, JN:0059 (KOD ********) saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X7 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir. İddiaçı tərəfin naturada təqdim etdiyi torpaq sahəsinin yerləşdiyi ərazi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olaraq göstərilmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçı tərəfin naturada təqdim etdiyi torpaq sahəsi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS VƏ AZCAD) göstərilən sənəd nömrəsi JN59C saylı torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olundu.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 12263/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ərazi İdarəsinin arxiv və elektron baza məlumatlarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN-0059, KOD 50605018 saylı Dövlət Aktına əsasən hər hansısa şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. “Torpağa mülkiyyət hüququna dair” JN-0059, KOD 50605018 saylı Dövlət Aktı 0059 ( sahə 2954.38 kv.m) və 59 C (sahə 19158.42 kv.m) kontorlarından ibarətdir. İddiaçı Daşkəsən rayonu, Zağalı kənd ərazisindəki 12 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair xx.xx.2024-cü il tarixli. 2-1(114)-588/2024 nömrəli qərardadına əsasən hazırlanmış mütəxəssis rəyinin 4-cü hissəsində iddiaçı tərəfindən naturada təqdim edilən 0.095 ha torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair” JN-0059, KOD 50605018 saylı Dövlət Aktına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyi qeyd edilmişdir. Kompleks yerquruluşu layihəsinə əsasən (DWG) qeyd olunan mütəxəssis rəyi əsasında hazırlanmış ortofoto görüntüsündə iddiaçı tərəfindən naturada təqdim edilən “Torpağa mülkiyyət hüququna dair” JN-0059, KOD 50605018 saylı Dövlət Aktının 59C kontorunda yerləşdiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0059, KOD 50605018 saylı Dövlət Aktının 59 C kontoru üzrə torpaq sahəsi Kompleks Yerquruluşu xəritəsinə (DWG) əsasən 19158.42 kv.m olsa da, TEKUİS və AZCAD xəritə materiallarına əsasən 12203.66 kv.m təşkil etdiyi müəyyən edilmişdir.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 11058/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, daxil olmuş sərəncama 2003-cü il tarixdə tərtib edilmiş texniki pasport sənədi əlavə edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv qovluqlarında Daşkəsən rayonu Zağalı kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair 2003-cü il tarixdə tərtib edilmiş texniki pasport sənədi aşkarlanmadı. İddiaçı Daşkəsən rayonu, Zağalı kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) müraciəti əsasında elektron baza məlumatlarında toplanmış sənədlərdə İddiaçı adına tərtib olunmuş texniki pasport sənədinin yalnız torpaq sahəsi və tikilinin cizgisi planı əks olunmuş səhifəsi aşkarlandı ki, həmin cizgi planda, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (X və Y) qonşu torpaq sahələri və qonşu mülkiyyətçiləri barədə hər hansı məlumatlar qeyd olunamamış, bununla yanaşı imtina məktubunda evin söküldüyü qeyd olunmuşdur. Qeyd olunan hallar səbəbindən texniki pasportun torpaq sahəsinin cizgi planında əsk olunmuş torpaq sahəsinin naturada yerləşmə vəziyyətinin müəyyən edilə bilinməməsi səbəbindən həmin torpaq sahəsinin vətəndaşın naturada təqdim etdiyi torpaq sahəsilə eynilik təşkil edib etmədiyini müəyyən etmək mümkün olmamışdır.
11. Mübahisə predmeti olan torpaq sahəsinə xx.xx.2025-ci il tarixdə yerində müayinə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi dəmir setka ilə hasara alınıb. Torpaq sahəsinin daxilində bir ədəd dəmir vaqon, iki ədəd yaşayış tikilisi, bir ədəd tövlə yerləşir. İddiaçının evinin sağ qarşısında fərdi yaşayış evi vardır, hansı ki, o da dəmir setka ilə hasara alınıb. İddiaçı üçüncü şəxsə məxsus torpaq sahəsinin həmin qonşu torpaq sahəsinin setkasından üzü dağ tərəfdə yerləşdiyini, lakin Müzəffər tərəfindən həmin torpaq sahəsinin heç vaxt istifadə edilmədiyini bildirmişdir. X15 məhkəmə qərardadının icrası zamanı torpaq sahəsinə baxış keçirilən zaman iddiaçı torpaq sahəsini dəmir vaqonun yarısından göstərdiyi üçün həmin sahənin ölçülərinin götürdüyünü və 950 kv.m təşkil etdiyini bildirmişdir. Yerində müayinədə iştirak edən şəxslərin iştirakı ilə X15 ölçmə aparatı vasitəsilə iddiaçının naturada istifadəsində olan (dəmir setkanın daxilində) yerləşən torpaq sahəsinin koordinatlarını əsas götürməklə, ölçmə aparmış və sahəsi barədə rəsmi məktubu məhkəməyə təqdim edəcəyini bildirmişdir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 12223/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı 2-1(114)-165/2025 nömrəli inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin hakimi Gülşən Əliyevanın iştirakı ilə Daşkəsən rayonu Zağalı kəndi ərazisində yerləşən torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin böyük yerquruluşu üzrə mühəndisi Elmar Aslanov tərəfindən baxış keçirilərək topaq sahəsinin ölçüləri müəyyən edilmişdir. Baxış zamanı İddiaçı naturada təqdim etdiyi torpaq sahəsi 0.1088 ha (1088.0 kv.m) təşkil etmişdir. II. Məhkəmədə icraat
13. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşkəsən rayonu, Zağalı kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Tələb onunla əsaslandırılmışdır ki, o, Daşkəsən rayonu, Zağalı kəndi qeydiyyatdadır və yaşayır. Daşkəsən rayon X11 rəyasət heyətinin 30 iyun 1994-cü il tarixli, 12 saylı iclas protokolunan çıxarışa əsasən 0.12 ha həyatyanı torpaq sahəsi verilmişdir. Torpağa və həmin sahədə yerləşən evə xx.xx.2011-ci il tarixdə texniki pasport verilmişdir. Həmin torpaq sahəsi 50 (əlli) ildən artıqdır ki, ailələri ilə birgə orada yaşayırlar və onun istifadəsindədir. O, həmin torpağı dövlət reyestrində qeydə aldırıb çıxarış əldə etmək üçün 18 iyul 2023-cü il tarixdə müvafiq ərizə və sənədlərlə birlikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi 3 Saylı Gəncə Ərazi İdarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-7241/2023 saylı məktubla onun müraciətindən imtina edilmişdir. Hesab edir ki, 3 saylı Ərazi İdarəsinin ərizəsinin təmin olunmasından imtinası tam əsassızdır və bu imtina ilə onun hüquqları tamamilə məhdudlaşdırılır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
16. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Daşkəsən rayonu, Zağalı kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmiş və məhkəmənin eyni tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
17. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Daşkəsən rayonu, Zağalı kəndi ərazisində yerləşən 0.1088 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
18. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
19. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
20. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
21. Cavabdeh orqanın yerləşdiyi Daşkəsən rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
22. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
23. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
24. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, X5, X3, X6 və X8 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
25. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
26. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmişlər və etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
27. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 4-cü bəndi).
28. Üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır.
29. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
30. Cavabdeh orqanın nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, orqanın iddiaçının müraciətini ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlilə istinadla iddianın rədd olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi:
VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
31. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
32. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı Daşkəsən rayon X11 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli 12 saylı iclas protokolundan çıxarışa əsasən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Daşkəsən rayon DTİ və MHQİ tərəfindən fərdi yaşayış fonduna daxil olan yaşayış evinin xx.xx.2003-cü il tarixli texniki pasportdan və sxemdən görünür ki, 0,12 ha torpaq sahəsi və ümumi sahəsi 71,4 kv.m olan fərdi yaşayış evi İddiaçı adına qeyd edilmişdir. Daşkəsən rayon Dövlət Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, Daşkəsən rayon Zağalı kənd İƏDÜN-nin 167 saylı təsərrüfatına kitabın 671 nömrəli şəxsi hesabından görünür ki, şəxsi istifadəsində 0.12 ha torpaq sahəsi və ümumi sahəsi 71,4 kv.m olan fərdi yaşayış evi vardır.
33. İddiaçı həmin torpağı dövlət reyestrində qeydə aldırıb çıxarış əldə etmək üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 7241/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-11274/2023 nömrəli məktubları ilə müraciətdən imtina etmiş və imtina onunla əsaslandırılmışdır ki, ərizəyə torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənədin əlavə edilmədiyi, həmçinin, təqdim edilmiş sənədlərdə göstərilən fərdi yaşayış evinin sökülərək yerində yeni tikililərin inşa edildiyi və yeni inşa edilmiş tikililərə dair müvafiq hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı həmçinin o da bəlli olmuşdur ki, Ərazi İdarəsinin kadastr məlumat bazasına əsasən fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsinin dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əraziyə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
34. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinası qanunsuz və əsassız hesab edir.
35. Belə ki, cavabdeh inzibati orqan imtinasını ərizəyə torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənədin əlavə edilməməsi, faktiki torpaq sahəsinin dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əraziyə düşməsi ilə əsaslandırmışdır.
36. Məhkəmə həmin halın aydınlaşdırılması məqsədilə mütəxəssis rəyi təyin etmiş və əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Daşkəsən rayon X11 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli 12 saylı iclas protokolundan çıxarışa əsasən X4 verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinin məkan göstəriciləri (natura yerləşmə vəziyyəti və koordinatları) əks olunmuş cizgi plan aşkarlanmadığından, sualın cavablandırılması mümkün deyildir. İddiaçı tərəfin naturada təqdim etdiyi 0.095 ha torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş cizgi planda göstərilmişdir. İddiaçı tərəfin naturada təqdim etdiyi torpaq sahəsinin, qaz, su, göl, elektrik, nəqliyyat, rabitə, sənaye və digər təyinatlı obyektlərin mühafizə və qorunma zonalarına düşmə halı aşkarlanmadı. Torpaq islahatı əsasında tərtib olunmuş (1999-cu il), ərazinin elektron kompleks yerquruluşu layihəsinə və arxiv sənədlərinə istinadən, iddiaçı tərəfin naturada təqdim etdiyi 0.095 ha torpaq sahəsi, JN:0059 (KOD ********) saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X7 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir. İddiaçı tərəfin naturada təqdim etdiyi torpaq sahəsinin yerləşdiyi ərazi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olaraq göstərilmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçı tərəfin naturada təqdim etdiyi torpaq sahəsi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS VƏ AZCAD) göstərilən sənəd nömrəsi JN59C saylı torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olundu.
37. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 12263/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ərazi İdarəsinin arxiv və elektron baza məlumatlarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN-0059, KOD 50605018 saylı Dövlət Aktına əsasən hər hansısa şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. “Torpağa mülkiyyət hüququna dair” JN-0059, KOD 50605018 saylı Dövlət Aktı 0059 (sahə 2954.38 kv.m) və 59C (sahə 19158.42 kv.m) kontorlarından ibarətdir. İddiaçı Daşkəsən rayonu, Zağalı kənd ərazisindəki 12 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair xx.xx.2024-cü il tarixli. 2-1(114)-588/2024 nömrəli qərardadına əsasən hazırlanmış mütəxəssis rəyinin 4-cü hissəsində iddiaçı tərəfindən naturada təqdim edilən 0.095 ha torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair” JN-0059, KOD 50605018 saylı Dövlət Aktına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyi qeyd edilmişdir. Kompleks yerquruluşu layihəsinə əsasən (DWG) qeyd olunan mütəxəssis rəyi əsasında hazırlanmış ortofoto görüntüsündə iddiaçı tərəfindən naturada təqdim edilən “Torpağa mülkiyyət hüququna dair” JN-0059, KOD 50605018 saylı Dövlət Aktının 59 C kontorunda yerləşdiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0059, KOD 50605018 saylı Dövlət Aktının 59C kontoru üzrə torpaq sahəsi kompleks yerquruluşu xəritəsinə (DWG) əsasən 19158.42 kv.m olsa da, TEKUİS və AZCAD xəritə materiallarına əsasən 12203.66 kv.m təşkil etdiyi müəyyən edilmişdir.
38. Mübahisə predmeti olan torpaq sahəsinə xx.xx.2025-ci il tarixdə yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi dəmir setka ilə hasara alınıb. Torpaq sahəsinin daxilində bir ədəd dəmir vaqon, iki ədəd yaşayış tikilisi, bir ədəd tövlə yerləşir. İddiaçının evinin sağ qarşısında fərdi yaşayış evi vardır, hansı ki, o da dəmir setka ilə hasara alınıb. İddiaçı üçüncü şəxsə məxsus torpaq sahəsinin həmin qonşu torpaq sahəsinin setkasından üzü dağ tərəfdə yerləşdiyini, lakin Müzəffər tərəfindən həmin torpaq sahəsinin heç vaxt istifadə edilmədiyini bildirmişdir. X15 məhkəmə qərardadının icrası zamanı torpaq sahəsinə baxış keçirilən zaman iddiaçı torpaq sahəsini dəmir vaqonun yarısından göstərdiyi üçün həmin sahənin ölçülərinin götürdüyünü və 950 kv.m təşkil etdiyini bildirmiş. Yerində müayinədə iştirak edən şəxslərin iştirakı ilə X15 ölçmə aparatı vasitəsilə iddiaçının naturada istifadəsində olan (dəmir setkanın daxilində) yerləşən torpaq sahəsinin koordinatlarını əsas götürməklə, ölçmə aparmış və iddiaçının naturada təqdim etdiyi torpaq sahəsinin 0.1088 ha (1088.0 kv.m) təşkil etməsi müəyyən edilmişdir (3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-12223/2025 nömrəli cavab məktubu).
39. Yəni, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinin yerində müayinə baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçının adına qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin faktiki ölçüsü 0.1088 ha (1088.0 kv.m) təşkil edir və hazırda TEKUİS məlumat bazasına əsasən heç bir subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür.
40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
41. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na görə:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);...
42. Göründüyü kimi, sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş bir neçə əsas mövcuddur.
43. Həmin torpaq sahəsinin yerini göstərən hər hansı texniki sənədin vətəndaşda yaxud arxivdə olmaması vətəndaşın məsuliyyət sferasına aid olan məsələ deyil. Sözügedən torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsində olmuşdur.
44. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Daşkəsən rayonu, Zağalı kəndi ərazisində yerləşən 0.1088 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
45. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
Nəticəvi hissə:
47. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Daşkəsən rayonu, Zağalı kəndi ərazisində yerləşən 0.1088 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva