Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1653/2022 28.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X3, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X9, Üçüncü şəxs X10 iştirakları ilə İddiaçı Cavabdehnə (üçüncü şəxslər X17, X20, X21, X7 və X18) qarşı qərarın ləğv edilməsi və yeni qərar qəbul edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə (üçüncü şəxslər X17, X20, X21, X7 və X18) qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarının Samux rayonu, Çobanabdallı kəndində yerləşən X12 və İddiaçı istifadələrində olan fərdi yaşayış evlərinin və həyətyanı sahələrin torpaqlarına aid 0.28 ha torpaq sahəsinə aid hissəsində ləğv olunması, həmin 0.28 ha torpaq sahəsinin ½ hissəsinin istifadəçisi olan X12 və digər ½ hissəsinin istifadəçisi olan İddiaçı mülkiyyətlərinə verilməsinə və ya həmin 0.28 ha torpaq sahəsinin X12, X8, X10, İddiaçı, X1, X4 və X5 mülkiyyətlərinə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarının Samux rayonu, Çobanabdallı kəndində yerləşən X12 və İddiaçı istifadələrində olan fərdi yaşayış evlərinin və həyətyanı sahələrin torpaqlarına aid 0.28 ha torpaq sahəsinə aid hissəsində ləğv olunması, həmin 0.28 ha torpaq sahəsinin ½ hissəsinin istifadəçisi olan X12 və digər ½ hissəsinin istifadəçisi olan İddiaçı mülkiyyətlərinə verilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, doğulub, böyüyüb, boya-başa çatdığı 1985-1990-cı illərdə bir hissəsində tikdirdiyi və hal- hazırda da öz ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evinin yerləşdiyi 0.28 ha həyətyanı torpaq sahəsi 1950-ci illərin sonunda (1958-1960-cı illərdə) fərdi yaşayış evi tikdirməsi üçün X6na ayrılıb. Atası 1960-cı ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmiş, həmin ildə də anası ilə evlənmişdir. 1961-ci ildə qardaşı X21, xx.xx.1963-cü ildə o, 1965-ci ildə bacısı Nağıyeva (Abdıyeva) Nişanə Nadir qızı və 1967-ci ildə digər bacısı X20 həmin evdə anadan olmuşlar və həmin evdə də böyüyüb boya-başa çatmışlar. Ona məxsus xx.xx.1963-cü il tarixli A3 № 465523 saylı “Doğum haqqında” şəhadətnamədən göründüyü kimi xx.xx.1963. tarixdə Samux (keçmiş Xanlar) rayonunun Çobanabdallı kəndində anadan olmuşdur. X6, anası X11r. Valideyinlərinə məxsus həmin evləri ayıbalası adlanan hörgü materialından olduğuna və aşılandığına görə 1979-cu ildə atası qardaşı və o, evi söküb müraciətə əlavə olunan şəkil 1-də sağ tərəfdə yerləşən mişardaşından (kubikdən) olan evi tikdirmişlər. 1979-1981-ci illərdə qardaşı Vidadi Abdıyev, 1981-1983-cü illərdə də o hərbi xidmətdə olmuşdur. 1983-cü ildə hərbi xidmətdən qayıdanda qardaşı Vidadi Abdıyev artıq Rusiyaya getmişdir və orada işləyib yaşayırdı. Həmin vaxtdan hal-hazıradək də Rusiyada yaşayır. O, hərbi xidmətdən qayıdanda bacıları artıq böyümüşdülər. Evləri də cəmi 2 otaq və bir aynəbənddən ibarət idi. Ev aşkar darısqal idi. Hələ qarşıda onun evlənməyi də gözlənilirdi. Ona görə də evə bitişik daha iki otaq tikdirmək qərarına gəlmişdir. Valideyinləri isə məsləhət gördülər ki, otaqları evə bitişik yox, həyətyanı sahənin küçə tərəfində o biri başında özünə ev tikdirsin. Gələcəkdə də qardaşı ilə həyətyanı torpaq sahəsini yarı bölərlər. O, da ataanasının məsləhət etdikləri kimi atasına məxsus həmin 0.28 ha həyətyanı sahənin küçə tərəfdən o biri başından şəkil 1-də sol tərəfdə yerləşən küçə tərəfdən suvanmış evi tikdirməyə başladır. 1987-1990-cı illər ərzində evin tikintisini başa çatdırıb 1990-cı ilin sonunda da xx.xx.1990-cı il tarixli, V-3KE №373166 saylı “Nikahın bağlanması haqqında” şəhadətnamədən göründüyü kimi həyat yoldaşı X2 ilə ailə qurub evlənib tikdirdiyi həmin evə də köçürmüşdür. Nikahları Samux (Xanlar) rayonu Çobanabdallı kənd XDS İK-də qeyd edilmişdir. Bu nikahlarından xx.xx.1991-ci il təvəllüdlü X13 və xx.xx.1994-cü il təvəllüdlü X14 adlı qızları, xx.xx.2001-ci il təvəllüdlü X15 adlı oğlanları həmin evdə doğulmuşlar və həmin evdə də həmin həyətdə də böyüyüb boya-başa çatmışlar. Hal-hazırda da ailəsi ilə birlikdə həmin tikdirdiyi evdə də yaşayırlar. Onların həmin evdən başqa digər evləri olmamış, hazırda da yoxdur. Odur ki, evlərinin yerləşdiyi 0.28 ha həyətyanı torpaq sahəsi özəlləşdiriləndə “Torpaq islahatları haqqında” AR Qanununun 9-cu və 10-cu maddəsinin 1-ci abzasının tələbləri əsasında özəlləşdirilməli idi. Yəni hər iki hüquq normasının tələblərinə uyğun Samux rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 0.28 ha həyətyanı torpaq sahəsinin yarısı onun, yarısı da atasının istifadəsində olduğuna görə yarısı onun, yarısı da atasının mülkiyyətinə verilməli idi. Kənddə hər kəsə məlumdur ki, atasının istifadəsində olmuş 0.28 ha həyətyanı torpaq sahəsinin yarısı valideyinləri tərəfindən ona verilib, onların tövsiyyələri ilə o, evi həmin sahənin yarım hissəsində tikdirmişdir və hal-hazıradək də həmin evdə ailəsi ilə yaşayır. Həmin 0.28 ha həyətyan torpaq sahəsinin yarısı da onun istifadəsindədir. X31 və onun istifadəsində olmuş mübahisəli 0.28 ha həyatyanı torpaq sahəsi fərdi yaşayış evlərinin və həyətyanı sahələrin altında olan torpaqların kateqoriyasına aid olmasına baxmayaraq, Samuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı ilə “Torpaq islahatı haqqında” AR Qanununun 12ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasında özəlləşdirilmişdir. Odur ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı Çobanabdallı kəndində yerləşən yarısı onun, yarısı da X31 istifadəsində olmuş 0.28 ha fərdi yaşayış evinin və həyətyanı sahənin altındakı torpaq sahəsinə aid hissəsində ləğv olunmalı və yarısı onun, yarısı da X6nun bərabər paylarla mülkiyyətlərinə verilməsinə dair yeni qərar verilməlidir. Cavabdeh onun müraciətinə olan xx.xx.2022-ci tarixli, 420 saylı cavab məktubundan görünür ki, o, Samux Rayon AİK-nın xx.xx.1998-ci tarixli, 08 saylı qərarının Çobanabdallı kəndində yerləşən 0.28 ha torpaq sahəsinin mülkiyyətə verilməsi hissəsində ləğv olunmasına dair müraciətinə cavab olaraq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İşin məhkəmə hazırlıq iclası 28 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X15 məhkəmə iclasında müddətin bərpası barədə ərizə təqdim etmiş və təmin olunmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X22 məhkəmə iclasında müddətin bərpası barədə ərizəyə etiraz etdiyini bildirmiş və təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs X20 məhkəmə iclasında müddətin bərpası barədə ərizəyə etiraz edərək, rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslər hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur k “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inziba aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessut Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrir. təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların v kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu”. Bundan başqa “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Belə olan halda məhkəmə hesab edir ki, Samux rayon Aqrar İslahat Komissiyasının 05 may 1998-ci il tarixli, 08 nömrəli qərarının mübahisələndirilməsi üçün müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1. maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri- iddia qaldırmaq səlahiyyəti (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə riayət edilməsi (İPMin 38.1-ci maddəsi) də mövcud olmalıdır. Belə ki, mübahisələndirmə haqqında iddia «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır Əgər iddiaçı iddianı mübahisələndirilən qərarı qəbul etmiş inzibati orqana 30 gün müddətində təqdim edərsə, bu halda da iddia müddətinə riayət edilmiş hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi, iddiaçı sözügedən qərarı – inzibati aktları qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş, prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək təqribən 6 ay ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəmə hesab edir ki, prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd iddiaçı tərəfindən təqdim edilmədiyindən iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur və iddiaçı sözügedən qərarları-inzibati aktları qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 24.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.6 maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı Cavabdehnə (üçüncü şəxslər X17, X20, X21, X7 və X18) qarşı qərarın ləğv edilməsi və yeni qərar qəbul edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80. maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməsin. İddiaçı Cavabdehnə (üçüncü şəxslər X17, X20, X21, X7 və X18) qarşı qərarın ləğv edilməsi və yeni qərar qəbul edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1653/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1653/2022
28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver