Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1653/2023 01.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitatsiya Agentliyi” publik hüquqi şəxsinə qarşı cavabdehin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarının qismən (iddiaçıya aid hissədə) ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1965-ci ildə Basarkeçər rayonunda anadan olmuş, hazırda Tərtər rayonu, Seydimli kəndində qeydiyyatda olmaqla yaşayır. İddiaçıya ilk dəfə xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ("X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M86-M90 - Digər osteopatiyalar => M86 - Osteomielit => M86.6 - Digər xro) Sağ baldır nahiyyəsində irinləmiş odlu silah yaralanmasından sonra sağ qamış sümüyünün osteomieliti,yerimə funksiyasının pozulması ilə.Sağtərəfli radikulopatiya,lüboişalgiya.Hipertoniya ll mər.Sol üz sinirinin işemik neyropatiyası.ÜlX:Gərginlik stenikardiyası İl fs. Diaqnozu əsasında İİİ dərəcə əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə də eyni diaqnoz əsasında 5 il müddətinə iddiaçıya əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması səbəbindən iddiaçıya əlillik təyin olunmasından imtina edilmişdir. xx.xx.2022-ci il tarixdə qiymətləndirmə zamanı “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması. Sağ baldır nahiyəsində irinləmiş odlu silah yaralanmasından sonrakı vəziyyət (xx.xx.1992) Sağ Bel, Bud və Sağrı: baldır nahiyələrinin bərkimiş dartıcı kelloid çapıqları. Posttravmatik osteofitləri. Daimi ağrı sindromu. Yumşaq toxumada yad cisimlər (metal qəlpələr) Onurğanın yayılmış osteoxondrozu iki tərəfli deformasiyaedici koksartroz. Yerişin pozulması diaqnozu qoyulmuş və diaqnoz əlillik əlaməti təyin etmədiyi üçün imtina edilmişdir. xx.xx.2022-ci il tarixdə qiymətləndirmə zamanı Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması. Sağ baldır nahiyəsində irinləmiş odlu silah yaralanmasından sonrakı vəziyyət (xx.xx.1992) diaqnozu qoyulmuşdur. Həmin diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə **********6 nömrəli qərar qəbul edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitatsiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsi ilə bağlı xx.xx.2022-ci il tarixli qiymətləndirməsinə dair qərarın ləğv edilməsi və tibbi-sosial ekspertiza keçirilərək əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması”nı xahiş etmişdir. Daha sonra məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarının qismən ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci ildə anadan olmuş, 2013-cü ildən başlayaraq 2021-ci ilin may ayınadək İİİ qrup hərbi əlillik almışdır. Lakin 2021-ci ilin may ayında onun əlilliyi ləğv edilmişdir. İndiyədək üç dəfə cavabdehə müraciət etsə də, hər dəfə də canlı (onlayn) müayinədən keçsə də, iddiaçı barəsində «Diaqnoz əlillik əlaməti təyin etməməsi» səbəbi və «Diaqnoz əlillik əlaməti təyin etmir barədə» qərar qəbul edilmişdir ki, iddiaçı bunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir. Belə ki, müayinə və müalicə dövründə həkimlər əsas diaqnoz kimi « Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu Silah Yaralanması. Sağ baldır nahiyəsində irinləmiş odlu silah yaralanmasindan SONRAKİ VƏZİYYƏT (xx.xx.1992)» göstərilmiş və bu diaqnoz ilə 2013-cü ildən əlilik təyin edilmiş və həmin vaxtdan da 2021-ci ilin may ayınadək İİİ grup əlillik pensiyası almışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə etmiş, təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; "X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M86-M90 - Digər osteopatiyalar => M86 - Osteomielit => M86.6 - Digər xro… Diaqnozun mətni: Sağ baldır nahiyyəsində irinləmiş odlu silah yaralanmasından sonra sağ qamış sümüyünün osteomieliti,yerimə funksiyasının pozulması ilə.Sağtərəfli radikulopatiya,lüboişalgiya.Hipertoniya ll mər.Sol üz sinirinin işemik neyropatiyası.ÜlX:Gərginlik stenikardiyası İl fs., Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3." səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. X4 xx.xx.2016-ci il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; "X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M86-M90 - Digər osteopatiyalar => M86 - Osteomielit => M86.6 - Digər xro…, Diaqnozun mətni: Sağ baldır nahiyyəsində irinləmiş odlu silah yaralanmasından sonra sağ qamış sümüyünün osteomieliti,yerimə funksiyasının pozulması ilə.Sağtərəfli radikulopatiya,lüboişalgiya.Hipertoniya İl mər.Sol üz sinirinin işemik neyropatiyası.ÜlX:Gərginlik stenikardiyası İl fs., Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3" səbəbi ilə 5 il müddətinə əlillik verilmişdir. Daha sonra həmin xəstəxananın xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və "X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M-86-M90-Digər xroniki osteomielit, Sağ baldır nahiyəsində irinləmiş odlu silah yaralanmasından sonrakı sağ gamış sümüyü xroniki osteomieliti.Digər xroniki osteomielit Ağırlaşma S81.8 Baldırın digər hissələrinin açıq yarası, Sağ baldırın açıq yarası (odlu silah xx.xx.1992) Ağırlaşma M43.1 Spondilolistez, Spondilolistez.L5 in Spondilolistezi L4-L5 fəqərəarası diskin sağ tərəfli yırtığı Ağırlaşma R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Yerimənin əhəriyyətli dərəcədə pozulması Ağırlaşma M42.9 Onurğanın dəqiqləşdirilməmiş osteoxondrozu, Onurğanın deqiqləşdirilməmiş osteoxondrozu Ağırlaşma M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Sağ tərəfli radikulopatiya.bel və digər şöbələrin fəqərəarası diskirəin radikulopatiya ilə Ağırlaşma S71.1 Budun açıq yarası, Budun açıq yarası (xx.xx.2020 İl li Qarabağ müharibəsi) Ağırlaşma M54.4 İşiasla gedən lümbaqo, İşiasla gedən lümbaqo Ağırlaşma T93.0 Aşağı ətrafın açiq yaralanmasının nəticələri, Aşağı ətrafın açıq yaralanmasının nəticələri Yanaşı xəstəliklər 124.9 Ürəyin dəqiqləşdirilməmiş kəskin işemik xəstəliyi, Ürəyin dəqiqləşdirilməmiş kəskin işemik xəstəliyi Yanaşı xəstəliklər G51.0 Bella iflici, Sol üz sinirinin işemik neyropatiyası Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİ B mərhələ (yüksək əlavə risk ) Yanaşı xəstəliklər 120.8 Stenokardiyanın digər formaları, Stenokardiyanın digər formaları Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, Nevrasteniya, Məzkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin ağırlıq dərəcəsi, xüsusiyyətləri qeyd edilməmişdir." səbəbi ilə imtina verilmişdir. funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər Həmin xəstəxananın xx.xx.2021-ci ildə sözügedən xəstəxananın göndərişi əsasında baxılmış və X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər…, Diaqnozun mətni: Sağ baldır nahiyəsində irinləmiş odlu silah yaralanmasından sonrakı sağ qamış sümüyü xroniki osteomieliti.Digər xroniki osteomielit, Məzkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir" səbəbi ilə imtina verilmişdir. Həmin xəstəxananın xx.xx.2022-ci ildə sözügedən xəstəxananın göndərişi əsasında baxılmış və "X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu …Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, ODLU SİLAH YARALANMASİ.SAğ BALDİR NAHİYƏSİNDƏ İRİNLƏMİŞ ODLU SİLAH YARALANMASİNDAN SONRAKİ VƏZİYYƏT (xx.xx.1992) SAĞ BEL,BUD VƏ SAĞRİ :BALDİR NAHİYƏLƏRİNİN BƏRKİMİŞ DARTİCİ KELLOİD ÇAPİQLARİ.POSTTRAVMATİK OSTEOFİTLƏRİ.DAİMİ AĞRİ SİNDROMU.YUMŞAQ TOXUMADA YAD CİSİMLƏR (METAL QƏLPƏLƏ ONURĞANİN YAYİLMİŞ OSTEOXONDROZU İKİ TƏRƏFLİ DEFORMASİYAEDİCİ KOKSARTROZ.YERİŞİN POZULMASİ, Məzkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə imtina verilmişdir. Həmin xəstəxananın xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, ODLU SİLAH YARALANMASİ. SAĞ BALDİR NAHİYƏSİNDƏ İRİNLƏMİŞ ODLU SİLAH YARALANMASİNDAN SONRAKİ VƏZİYYƏT (xx.xx.1992), Məzkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Həmçinin sonuncu göndəriş əsasında vətəndaş əyani müayinəyə dəvət olunmuş və barəsində Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul olunmuşdur. Beləliklə, həm elektron qiymətləndirmənin, həm əyani müayinənin nəticəsində vətəndaşa əlillik təyin edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Çünki iddiaçı cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli nömrəli əlverişsiz inzibati aktın ləğvi məqsədini güdür. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə riayət edilmişdir. Belə ki, mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, nə həmin qərar, nə də qərarın rekvizitlərinin əks olunduğu məktub iddiaçıya göndərilməmiş, yalnız əlilliyin təyin edilməməsi barədə iddiaçıya məlumat verilmiş, iddiaçı bu barədə məlumatı xx.xx.2023-cü il tarixdə elektron sistemdən əldə etmiş və xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət açıq-aşkar gözlənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçıya ilkin olaraq xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, daha sonra xx.xx.2016-cı il tarixdə 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Daha sonra iddiaçı əlillik müddəti bitdikdən təkrar əlilliyin təyini məqsədilə cavabdeh orqana müraciət etmişdir. İddiaçının sonuncu qiymətləndirməsi zamanı belə qərara gəlinmişdir ki, Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ürəyində, aşağı ətraflardakı ağrılardan, keyimələrdən şikayətlənmiş, sağ baldırın aşağı 1/3-də, sağ budun yuxarı 1/3-də, sağ bel nahiyəsində ~12-15 sm əməliyyat çapığı izlənilmiş, əzələlər atrofiyasız, əzələ gücü, tonusu normal, reflekslər solda normal, sağda Axil refleksi çağrılmamış, əlillik təyinatına əsas verən hərbi parez, patofunksional pozuntu travmanın qalıq əlaməti, iflic, və hərəki məhdudluq aşkar edilməmişdir. Yanaşı olaraq ürəyində olan ağrılardan şikayətləndiyi üçün ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022ci il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi "Aorta sərtləşib. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, septumun cüzi hipetrofiyası (1.2 sm), diastolik funksiya relaksativ tipdə pozulub, segmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=58%). Aortal və Mitral qapaqlar fibrokalsifikdir. Min müəyyənləşdirilmişdir. MR. Min TR. Perikard temizdir" kimi Hal-hazırda vətəndaşın aktiv əmək müqaviləsi var. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixdə DTSERA-da əyani müayinə olunmuş "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əyləşəndə sağrı nahiyəsində olan ağrıdan şikayətlənmişdir. Baxış zamanı sağ baldırın aşağı 1/3-in iç səthində və budun yuxarı arxa 1/3-də yumşaq toxuma defektli çapıqlar və bel nahiyəsində əməliyyatdan sonrakı çapıq izlənsə də, nevroloji müayinədə sağ pəncənin plegiyası inkar olunmuş, hipotrofiya, atrofiya, parez aşkar olunmamış, sağ aşağı otrafın hərəkəti sərbəst, hərəki məhdudiyyət izlənilməmişdir" kimi qiymətləndirilmişdir. Halhazırda dinamikada ağırlaşmalar aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək ona əlillik təyin edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1.”... Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.5-ci bəndində əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; ..... 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndində qeyd olunur ki, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda təqdim etdiyi sənədlərdəki xəstəliklər ona əlilliyin təyini əsas deyildir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, məhkəmə icraatı zamanı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, T346/2023 nömrəli ekspert rəyinə görə, təqdim edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,2. Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə qeyd edilən "Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması, sağ baldır nahiyəsində irinləmiş odlu silah yaralanmasından sonrakı vəziyyət (xx.xx.1992), sağ bel, bud və sağrı, baldır nahiyələrinin bərkimiş dartıcı kelloid çapıqları, posttravmatik osteofitləri, daimi ağrı sindromu, yumşaq toxumada yad cisimlər (metal qəlpə), onurğanın yayılmış osteo- xondrozu, ikitərəfli deformasiyaedici koksartroz, yerişin pozulması" diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri nəticəsində və özünün əyani müayinəsi əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olduğundan əmək qabiliyyətinin itirilməsinə səbəb olmamışdır. 3. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda İddiaçı əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərsə ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər.. İşin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı və qanuni olmuşdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitatsiya Agentliyi” publik hüquqi şəxsinə qarşı cavabdehin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarının qismən (iddiaçıya aid hissədə) ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1653/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1653/2023
01.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver