Məhkəmə qərarları › İş №2-1(114)-1659/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1659/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1659/2024 31.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, ona xəstəliyi ilə bağlı 2-ci qrup əlillik dərəcəsinin yenidən ömürlük təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya “keçirilmiş sol ağciyərin ocaqlı vərəmin qalıq əlamətləri” diaqnozu qoyulmuşdur. Dəfələrlə xəstəliyi ilə bağlı müxtəlif səhiyyə müəssisələrində müalicədə olmuşdur. 2003-cü il tarixdən 2021-ci il tarixinə qədər xəstəliyi ilə əlaqədar 2-ci qrup əlillik üçün aylıq müavinət ödənilirdi. 2021-ci ilin aprel ayından əsassız olaraq əlillik qrupu ləğv edilib və bu günə qədər əlilliyə görə ödənilən müavinət dayandırıldı. xx.xx.2023-cü il tarixli rəyi ilə yenidən ona əlillik dərəcəsi verilməsindən ( bərpa olunmasından) imtina edilmişdir. İmtinaya səbəb kimi dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur göstərilmişdir. İddiaçı məhkəmə iclasında dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı göndərişin tarixi xx.xx.2023-cü il tarixindən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş döş qəfəsi üzvlərinin icmal rentgen müayinəsindən görünür ki, döş qəfəsi üzvlərinin icmal rentgenoloji müayinəsi zamanı sol ağ ciyərin yuxarı payında keçirilmiş köhnə TBS-in qalıq əlamətləri aşkar olunur. Sinuslar təmizdir.Diafraqma hərəkəti sərbəstdir. -surəti işə əlavə edilmiş alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixində bir il müddətinə ümumi xəstəlik səbəbindən diaqnozun mətni: “sağ ciyərin yuxarı payının infiltrativ vərəmi sola səpilmə ilə dağılma mərhələsində TÇ ( tənəffüs çatışmazlığı) İİ dərəcə” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2014-cı il tarixində bir il müddətinə ümumi xəstəlik səbəbindən diaqnozun mətni: “sağ ciyərin yuxarı payının infiltrativ vərəmi sola səpilmə ilə dağılma mərhələsində TÇ ( tənəffüs çatışmazlığı) İİ dərəcə” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2015-cı il tarixində bir il müddətinə ümumi xəstəlik səbəbindən diaqnozun mətni: “sağ ciyərin yuxarı payının infiltrativ vərəmi sola səpilmə ilə dağılma mərhələsində TÇ ( tənəffüs çatışmazlığı) İİ dərəcə” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixində beş il müddətinə ümumi xəstəlik səbəbindən diaqnozun mətni: “sağ ciyərin yuxarı payının infiltrativ vərəmi sola səpilmə ilə dağılma mərhələsində TÇ ( tənəffüs çatışmazlığı) İİ dərəcə” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona qoyulmuş diaqnoza əsasən ilkin olaraq hər dəfə bir il müddətinə olmaqla ikinci dərəcə əlillik , eyni diaqnoza əsasən xx.xx.2016-cı il tarixdə 5 il müddətinə 2ci dərəcə əlillik təyin edilmiş, əlillik müddəti başa çatdığı üçün əlillik vəziyyətinə yenidən baxılmış, lakin “əlillik əlaməti təyin edilmir” səbəbi ilə imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Hazırkı işdə iddiaçı “ Ağ ciyər vərəmi, tənəffüs çatışmazlığı” diaqnozundan əziyyət çəkdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2–ci bəndinə istinad edərək, ona müddətli ikinci dərəcə əlilliyin təyin edilməsini xahiş edir. Belə ki, iddiaçıya 2006, 2014-2015, 2015-2016 və 2016- 2021-ci il tarixədək qoyulmuş diaqnozlar hər müayinə nəticəsində söz ifadəsi olaraq, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2–ci bəndinə əsasən əlillik təyinatına əsas verməsinə baxmayaraq ona verilmiş imtina qanunsuz və əsassız olmuşdur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. İş materiallarında olan surəti işə əlavə edilmiş alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixində bir il müddətinə ümumi xəstəlik səbəbindən diaqnozun mətni: “sağ ciyərin yuxarı payının infiltrativ vərəmi sola səpilmə ilə dağılma mərhələsində TÇ ( tənəffüs çatışmazlığı) İİ dərəcə” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2014-cı il tarixində bir il müddətinə ümumi xəstəlik səbəbindən diaqnozun mətni: “sağ ciyərin yuxarı payının infiltrativ vərəmi sola səpilmə ilə dağılma mərhələsində TÇ ( tənəffüs çatışmazlığı) İİ dərəcə” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2015-cı il tarixində bir il müddətinə ümumi xəstəlik səbəbindən diaqnozun mətni: “sağ ciyərin yuxarı payının infiltrativ vərəmi sola səpilmə ilə dağılma mərhələsində TÇ ( tənəffüs çatışmazlığı) İİ dərəcə” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixində beş il müddətinə ümumi xəstəlik səbəbindən diaqnozun mətni: “sağ ciyərin yuxarı payının infiltrativ vərəmi sola səpilmə ilə dağılma mərhələsində TÇ ( tənəffüs çatışmazlığı) İİ dərəcə” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi cavabdeh orqan tərəfindən hər dəfəsində iddiaçı barəsində əlillik təyin edən zaman diaqnozun mətni “sağ ciyərin yuxarı payının infiltrativ vərəmi sola səpilmə ilə dağılma mərhələsində TÇ ( tənəffüs çatışmazlığı) İİ dərəcə” diaqnozu qeyd edilmişdir və sonuncu dəfə də eyni diaqnozla 5 il müddətinə ikinci dərəcə əlillik təyin etmişlər. Sonuncu dəfə İddiaçı əlillik vəziyyəti Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023cü il tarixli göndərişi əsasında qiymətləndirilmişdir və surəti işə əlavə edilmiş forma 088 arayışından görünür ki, xx.xx.2023-cü il tarixində həkim müayinəsində nəticə: A16.0 Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, ağciyərlərin ikitərəfli vərəmi. İnfiltrasiya mərhələsində. TDM( mənfi). Tənəffüs çatışmazlığı İİ dərəcə qeyd edilmişdir. Alt sistemdən çıxarışda imtina: dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması, adsızlaşdırlma prinsipinin pozulması qeyd edilsədə cavabdeh orqan tərəfindən İddiaçı dair məhkəməyə təqdim edilən tibbisosial ekspertiza sənədlərinə baxış keçirdərkən məlum olur ki, İddiaçı müraciəti əsasında iddiaçının əlilliyi qiymətləndirilmiş bu barədə “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmiş, lakin məhkəməyə təqdim edilən qərarın surətində qərarın rekvizitləri ( qərarın nömrəsi, tarixi,) ümumiyyətlə qərarda heç bir məlumat yazılmamışdır. Məhkəmə qeyd edir ki, göründüyü kimi cavabdeh orqan tərəfindən İddiaçı sağlamlıq vəziyyəti Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmişdir, lakin bu barədə qərar qəbul edilsədə qərarda heç bir məlumatlar qeyd edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıya müddətli ikinci dərəcə əlillik təyin edilən zaman bütün dövrlər üzrə “sağ ciyərin yuxarı payının infiltrativ vərəmi sola səpilmə ilə dağılma mərhələsində TÇ ( tənəffüs çatışmazlığı) İİ dərəcə” qeyd edilərək ikinci dərəcə əlillik təyin edilmişdir və bütün əlillik təyinatları zamanı İddiaçı tənəffüs çatışmazlığı ikinci dərəcə olduğundan və cavabdeh orqanın özü tərəfindən də hər dəfə müddətli ikinci dərəcə əlillik təyin edildiyinə görə iddiaçıya göndərişin tarixi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2–ci bəndinə əsasən ( həmin bənddə də İİB-İİİ dərəcə xroniki tənəffüs çatışmazlığı, ( ikinci dərəcə tənəffüs çatışmazlığı) orqanizmin funksiyalarının 65-80 faiz pozulması aralığı ilə 2 il müddətinə əlillik nəzərdə tutulmuşdur ki, cavabdehin iddiaçıya 2006, 2014- 2015,2015-2016, 2016-2021 il tarixinə qədər əlillik təyin edilən zaman tənəffüs çatışmazlığı İİ (tənəffüs çatışmazlığı) ikinci dərəcə olduğu üçün cavabdeh orqanın özü tərəfindən də ikinci dərəcə əlillik əlillik təyin edildiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2–ci bəndinə əsasən İddiaçı göndərişin tarixi xx.xx.2023-cü il tarixindən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı göndərişin tarixi xx.xx.2023-cü il tarixindən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar