Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1660/2024 04.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı qərarın ləğvi və İİİ dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı dekabr 2023-cü il tarixli qərarın ləğv edilməsi və ona xx.xx.2021-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə təyin edilmiş üçüncü dərəcəli əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Tibb Baş İdarəsi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 105 qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Sol ağciyərin yuxarı payında sanasiya olunmuş dağılma boşluğu ilə sol ağciyərin infiltrativ vərəmi, sorulma və bərkimə mərhələsində, KB (-) mənfi. İkitərəfli xroniki koxlear nevrit. İkitərəfli davamlı neyrosensor ağıreşitmə (pıçıltı nitqinin hər iki qulaqda 4,5 metr məsafədə eşidilməsi ilə)" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. 251 nömrəli hərbi hissə komandirinin çıxarış epikrizində İddiaçı diaqnozu “Sol ağciyərin infiltrativ vərəmi, dağılma və səpələnmə mərhələsində, KB (+) müsbət. İkitərəfli xroniki koxlear nevrit. İkitərəfli davamlı neyrosensor ağıreşitmə (pıçıltı nitqinin hər iki qulaqda 4,5 metr məsafədə eşidilməsi ilə)” kimi qeyd edilmişdir.
3. Ağdam rayon X3 xx.xx.2017-ci il tarixli Xəstənin ambulator, stasionar kartasından çıxarışında İddiaçı diaqnozu “sol tərəfli infiltrativ ağciyərin vərəmi, dağılma əlamətləri ilə, tez-tez residivləşən gedişlə, TDM (-); iki tərəfli xroniki koxlear nevrit. İki tərəfli davamlı neyrosensor ağıreşitmə” kimi qeyd edilmişdir.
4. İddiaçı xx.xx.2018-ci il tarixdə “Hər iki ağ ciyərin yuxarı paylarında keçirilmiş fibroz-kavernoz vərəmi. Parçalanma və dağılma mərhələsində. Vərəm infeksiyası. Kaxeksiya. Tənəffüs çatmamazlığı-İİ mərhələ” diaqnozu ilə 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik (=> 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9)) təyin edilmişdir.
5. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışında İddiaçı diaqnozu “Sol ağciyərin fibroz kavernoz vərəmi, xroniki bronxitin kəskinləşməsi, bronx obstruktiv sindromla tənəffüs çatışmazlığı İİ (ikinci) dərəcə” kimi qeyd edilmişdir.
6. İddiaçı xx.xx.2020-ci il tarixdə “Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız, Hər iki ağ ciyərin yuxarı paylarında keçirilmiş fibroz-kavernoz vərəmi. Parçalanma və dağılma mərhələsində. Vərəm infeksiyası. Kaxeksiya. Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlığı-İİ mər. Digər neqativ pozğunluqlar, Asteno-nevrotik sindrom. Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi, Xroniki iki tərəfli koxlear nevrit. İki tərəfli neyrosensor ağır eşitmə” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik (=> 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9)) təyin edilmişdir.
7. İddiaçı əlillik vəziyyəti **********3 nömrəli məktuba əsasən xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək, “Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız, Hər iki ağ ciyərin yuxarı paylarında keçirilmiş fibrozkavernoz vərəmi. Parçalanma və dağılma mərhələsində. Vərəm infeksiyası. Kaxeksiya” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik (=> 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2)) təyin edilmişdir.
8. İddiaçı əlillik vəziyyəti növbəti dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilərək diaqnoz əlillik əlaməti təyin etmir barədə dekabr 2023-cü il tarixli qərar qəbul edilmiş və həmin qərar xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmişdir.
9. Cavabdeh orqanın dekabr 2023-cü il tarixli (qərarın nömrəsi qeyd edilməmişdir) qərarında göstərilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlil aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 17 nəfər vətəndaşın ünvanlarına müxtəlif tarixlərdə əyani müayinəyə çağırılmaları haqqında sifarişlixəbərnaməli məktub göndərilmişdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası 17 nəfər vətəndaşın tibbi-ekspert sənədlərini araşdırmış və müəyyən etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 105 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol ağciyərin yuxarı payında sanasiya olunmuş dağılma boşluğu ilə sol ağciyərin infiltrativ vərəmi, sorulma və bərkimə mərhələsində, KB (-) mənfi. İkitərəfli xroniki koxlear nevrit. İkitərəfli davamlı neyrosensor ağıreşitmə (pıçıltı nitqinin hər iki qulaqda 4,5 metr məsafədə eşidilməsi ilə)” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Ağciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız. Hər iki ağciyərin yuxarı paylarında keçirilmiş fibroz-kavernoz vərəmi. Parçalanma və dağılma mərhələsində. Vərəm infeksiyası. Kaxeksiya” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır” kimi qeyd olunmuş, 2.3.3 bəndinə müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilməsinə əsas vermişdir (hissəvi reabilitasiya). Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı öskürək, təngnəfəslikdən şikayətlənmişdir. Auskultasiya zamanı hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası (Sp02) 95%, nəbzi 75 vurğu, tənəffüs hərəkətlərinin sayı 16 boyu 171 sm, çəkisi 70 kq, BKİ=24.1 müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. X5 Xəstəlikləri İnstitutunun xx.xx.2020-ci il tarixli 2448 nömrəli tibbi rəyində diaqnoz “Sol ağciyərin fibroz kavernoz vərəmi. Xroniki bronxitirı kəskinləşməsi, bronx obstruktiv sindromla. Tənəffüs çatışmazlığı İİ (ikinci) dərəcə” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “FVC 3.45 61%, FEV1 2.82 63%. Restriktiv tipli mötədil ventilyasiva pozğunluğu qeyd olunub’ kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
10. Cavabdeh Agentlik tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-4/2-Q- 34534/2023 saylı bildiriş göndərilərək, xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunduğunu və qeyd edilənlərə əsasən ona hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2021-ci il tarixdə təyin edilmiş 5 il müddətinə üçüncü dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edildiyi bildirilmişdir.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-4/2-Q-34534/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra - Qayda) 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra-Agentlik) əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq o, xx.xx.2023-cü il tarixində Agentliyə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, ona hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2021-ci il tarixində təyin edilmiş 5 il müddətinə üçüncü dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edilmişdir.
12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 159 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2017-ci il tarixli 105 nömrəli “Xəstəlik haqqında” şəhadətnamə halhazırda qüvvədədir. II. Məhkəmədə icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Sol ağciyərin yuxarı payında sanasiya olunmuş dağılma boşluğu ilə sol ağcirəyin infiltrativ vərəmi sorulma və bərkimə mərhələsində, KB (-) mənfi” diaqnozu üzrə müvafiq əlillik dərəcəsinin verilməsi (bərpa edilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2004-cü il tarixdən 2006-cı il tarixə qədər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin çağırışı ilə hərbi xidmətə getmişdir. 2014-cü ildən 2017-ci ilə qədər N nömrəli hərbi hissədə müddətdən artıq hərbi xidmət etmişdir. Həmin hərbi hissədə xidmət etdiyi zaman xəstələnmişdir. Eyni zamanda bildirir ki, 2016-ci il aprel ayında baş verən Azərbaycan Respublikasının ərazi bütüvlüyü uğrunda Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Həmin ərizəyə əlavə olunmuş Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının 10 yanvar 2017-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, o, uzun müddətdir ki, “sol ağciyərin yuxarı payında sanasiya olunmuş dağılma boşluğu ilə sol ağciyərin infiltrativ vərəmi sorulma və bərkimə mərhələsində, KB (-) mənfi” diaqnozu ilə ağır xəstədir. Dəfələrlə xəstəliyi ilə bağlı müxtəlif səhiyyə müəssələrində müalicə olunmuşdur. İlkin olaraq 2018-ci ildə ona 2-ci dərəcəli əlillik dərəcəsi təyin olunmuşdur. xx.xx.2021-ci il tarixdə Komissiya zamanı ona 5 il müddətinə 3-cü dərəcəli əllik təyin edilmişdir. Buna görə ona aylıq müavinət ödənilirdi və o da həmin pulla dərman ödənişlərini edirdi. Ona 5 illik əlillik dərəcəsi təyin olunmasına baxmayaraq yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Agentliyinə dəvət olunaraq qanunsuz olaraq təkrar müayinədən keçirilmişdir. Həmin müayinə zamanı ona dedilər ki, nəticəsi barədə ona əlavə məlumat veriləcəkdir. Müayinənin nəticəsi barədə ona məktub göndərilsə də əlilliyinin ləğv olunmasını təsdiq edən sənəd göndərilməmişdir. Ona görə də cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının bu imtinasını əsassız hesab edərək bildirir ki, ona ciddi xəstəliyimlə bağlı müvafiq əlillik dərəcəsinin verilməsi (bərpası) vəzifəsi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyasının üzərinə qoyulmalıdır.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
16. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın dekabr 2023-cü il tarixli qərarın ləğv edilməsi və ona xx.xx.2021-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə təyin edilmiş üçüncü dərəcəli əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
17. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
18. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, iddiaçı iddiasında onun “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etsə də, həmin qərarın ləğvi tələbi isə iddiaçının üçüncü dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi tələbinin təmininə yönəlmişdir.
19. İPM-ə görə: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
20. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağdam rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
21. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
24. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
25. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
26. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Ağdam rayon sakini xx.xx.1986-cı il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə olunmuş və ona “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3. bəndinə müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir (ESDAS: **********3). Vətəndaş 3-17-4/2-M-27420/2023 nömrəli məktub əsasında əyani komissiyaya dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 105 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol ağciyərin yuxarı payında sanasiya olunmuş dağılma boşluğu ilə sol ağciyərin infiltrativ vərəmi, sorulma və bərkimə mərhələsində, KB (-) mənfi. İkitərəfli xroniki koxlear nevrit. İkitərəfli davamlı neyrosensor ağıreşitmə (pıçıltı nitqinin hər iki qulaqda 4,5 metr məsafədə eşidilməsi ilə)” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Ağciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız. Hər iki ağciyərin yuxarı paylarında keçirilmiş fibroz-kavernoz vərəmi. Parçalanma və dağılma mərhələsində. Vərəm infeksiyası. Kaxeksiya” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır” kimi qeyd olunmuş, 2.3.3 bəndinə müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilməsinə əsas vermişdir (hissəvi reabilitasiya). Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı öskürək, təngnəfəslikdən şikayətlənmişdir. Auskultasiya zamanı hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası (Sp02) 95%, nəbzi 75 vurğu, tənəffüs hərəkətlərinin sayı 16 boyu 171 sm, çəkisi 70 kq, BKİ=24.1 müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. X5 Xəstəlikləri İnstitutunun xx.xx.2020-ci il tarixli 2448 nömrəli tibbi rəyində diaqnoz “Sol ağciyərin fibroz kavernoz vərəmi. Xroniki bronxitirı kəskinləşməsi, bronx obstruktiv sindromla. Tənəffüs çatışmazlığı İİ (ikinci) dərəcə” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “FVC 3.45 61%, FEV1 2.82 63%. Restriktiv tipli mötədil ventilyasiva pozğunluğu qeyd olunub’ kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
27. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 105 qərarı (xəstəlik haqqında şəhadətnamə); - 251 nömrəli hərbi hissə komandirinin çıxarış epikrizi; - Ağdam rayon X3 xx.xx.2017-ci il tarixli xəstənin ambulator, stasionar kartasından çıxarış; - Ağdam Rayon Mərkəzi Xəstəxanasının ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-4/2-Q-34534/2023 nömrəli məktub; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin dekabr 2023-cü il tarixli qərarı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 159 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
29. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
30. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Tibb Baş İdarəsi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 105 qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Sol ağciyərin yuxarı payında sanasiya olunmuş dağılma boşluğu ilə sol ağciyərin infiltrativ vərəmi, sorulma və bərkimə mərhələsində, KB (-) mənfi. İkitərəfli xroniki koxlear nevrit. İkitərəfli davamlı neyrosensor ağıreşitmə (pıçıltı nitqinin hər iki qulaqda 4,5 metr məsafədə eşidilməsi ilə)" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.
31. İddiaçı xx.xx.2018-ci il tarixdə “Hər iki ağ ciyərin yuxarı paylarında keçirilmiş fibroz-kavernoz vərəmi. Parçalanma və dağılma mərhələsində. Vərəm infeksiyası. Kaxeksiya. Tənəffüs çatmamazlığı-İİ mərhələ” diaqnozu ilə 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik (=> 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9, J96-J96.9)) təyin edilmiş, xx.xx.2020-ci il tarixdə isə eyni diaqnozla hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
32. İddiaçı əlillik vəziyyəti **********3 nömrəli məktuba əsasən xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək, “Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız, Hər iki ağ ciyərin yuxarı paylarında keçirilmiş fibrozkavernoz vərəmi. Parçalanma və dağılma mərhələsində. Vərəm infeksiyası. Kaxeksiya” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik (=> 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2)) təyin edilmişdir.
33. İddiaçı üçüncü dərəcəli əlilliyin qüvvədə olduğu müddətdə onun əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə qiymətləndirilərək diaqnoz əlillik əlaməti təyin etmir barədə dekabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlil aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 17 nəfər vətəndaşın ünvanlarına müxtəlif tarixlərdə əyani müayinəyə çağırılmaları haqqında sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası 17 nəfər vətəndaşın tibbi-ekspert sənədlərini araşdırmış və müəyyən etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 105 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol ağciyərin yuxarı payında sanasiya olunmuş dağılma boşluğu ilə sol ağciyərin infiltrativ vərəmi, sorulma və bərkimə mərhələsində, KB (- ) mənfi. İkitərəfli xroniki koxlear nevrit. İkitərəfli davamlı neyrosensor ağıreşitmə (pıçıltı nitqinin hər iki qulaqda 4,5 metr məsafədə eşidilməsi ilə)” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Ağciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız. Hər iki ağciyərin yuxarı paylarında keçirilmiş fibroz-kavernoz vərəmi. Parçalanma və dağılma mərhələsində. Vərəm infeksiyası. Kaxeksiya” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır” kimi qeyd olunmuş, 2.3.3 bəndinə müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilməsinə əsas vermişdir (hissəvi reabilitasiya). Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı öskürək, təngnəfəslikdən şikayətlənmişdir. Auskultasiya zamanı hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası (Sp02) 95%, nəbzi 75 vurğu, tənəffüs hərəkətlərinin sayı 16 boyu 171 sm, çəkisi 70 kq, BKİ=24.1 müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. X5 Xəstəlikləri İnstitutunun xx.xx.2020-ci il tarixli 2448 nömrəli tibbi rəyində diaqnoz “Sol ağciyərin fibroz kavernoz vərəmi. Xroniki bronxitirı kəskinləşməsi, bronx obstruktiv sindromla. Tənəffüs çatışmazlığı İİ (ikinci) dərəcə” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “FVC 3.45 61%, FEV1 2.82 63%. Restriktiv tipli mötədil ventilyasiva pozğunluğu qeyd olunub’ kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
34. Məhkəmə cavabdeh orqanın həmin hərəkətlərini qanunsuz sayır və aşağıdakıları qeyd edir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
36. Göründüyü kimi, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
37. Hazırki işdə isə cavabdeh orqan iddiaçıya xx.xx.2021-ci il tarixdə 5 il müddətinə təyin edilmiş üçüncü dərəcə əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olmasını, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurət yaradan halların mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
38. İddiaçının barəsində qəbul edilmiş dekabr 2023-cü il tarixli qərarda cavabdeh orqan 17 nəfər vətəndaşı, o cümlədən iddiaçını yenidən əyani müayinəyə dəvət etməsinin səbəbi kimi X4 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlil aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yarandığı qeyd edilsə də, həmin zərurətin nədən yarandığı (qaynaqlandığı), habelə sırf iddiaçıya münasibətdə onun əlilliyini şübhə altına alan əsasların aşkarlanıbaşkarlanmadığı müəyyən edilmir.
39. Cavabdeh orqan ümumi əsaslara (cümlələrə) istinad edərək, əlilliyi müəyyən edilmiş şəxsləri əlillikləri qüvvədə olduğu müddətcə yenidən əyani müayinə dəvət edərək, onların əlilliklərinin yenidən qiymətləndirməsini həyata keçirməkdə haqlı olmamışdır.
40. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
41. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
42. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
43. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin Tibbi-sosial ekspert komissiyasının İddiaçı diaqnozunun əlillik əlaməti təyin etmir barədə dekabr 2023cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar təyin edilmiş üçüncü dərəcə əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva