Məhkəmə qərarları › İş №2-1(114)-1663/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1663/2025

01.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1663/2025 01.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi-vəkil Nümayəndə1 və cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı ““Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********186437 nömrəli qərarın 2020-ci il üzrə 8389,83 manat ƏDV və 4194,91 manat maliyyə sanksiyası, 2023cü il üzrə 647.713,58 manat ƏDV və 323.856,79 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********186437 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********172023 saylı qərarına əsasən müəssisədə növbədənkənar səyyar vergi yoxlamasının keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli, **********172847 nömrəli aktla rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********186437 nömrəli qərarına əsasən müəssisəyə əlavə olaraq 2020-ci il üzrə 2766,16 manat mənfəət vergisi və 1383,08 manat maliyyə sanksiyası, 2022-ci il üzrə 1042,34 manat mənfəət vergisi və 521,17 manat maliyyə sanksiyası, 2020-ci il üzrə 14987,74 manat ƏDV və 8374,03 manat maliyyə sanksiyası, 2022-ci il üzrə 1520,33 manat ƏDV və 2583,75 manat maliyyə sanksiyası, 2023-cü il üzrə 646912,58 manat ƏDV və 323856,79 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 667229.15 manat əlavə vergi məbləği və 336718,82 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı hesab edir ki, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********186437 nömrəli qərarı qanunsuzdur və ləğv edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, cavabdeh tərəfindən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar əsaslandırılmamışdır. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2023-cü il tarixli **********172023 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Hazırkı mübahisəyə münasibətdə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etməsi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanını keçirilməsi üçün əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Yoxlama lüzumsuz olaraq uzadılmış, 16 halda dayandırma qərarı qəbul edilmiş, xx.xx.2023-cü il tarixli, **********174736 nömrəli qərarla ekspertiza təyin olunaraq ona yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi, xx.xx.2023cü il tarixli, **********174737 nömrəli qərarla mütəxəssis dəvət olunaraq ona yoxlama ilə əhatə olunan dövrdə tikilmiş mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin, işçi sayı və əmək haqqı xərclərinin, yaşayış və qeyri-yaşayış sahələrinin maya dəyərinin və malmaterialların silgi nomrlarının müəyyənləşdirilməsi tapşırılmışdır. 21 iyun 2024-cü il tarixli, **********85040 nömrəli məktubla ekspert rəyi və mütəxəssis rəyi yoxlamaya təqdim edilmiş lakin hesablamalar zamanı ekspert rəyi və mütəxəssis rəyi nəzərə alınmamışdır. Yoxlama aktının 1.9.2 və 1.9.3-cü bəndində qeyd olunur ki, yoxlama zamanı əmlakının inventarizasiyası və vergi ödəyicisinin binasına baxış keçirilməmişdir. Lakin yoxlama aktından müəyyən olunur ki, vergi orqanı binadakı mənzillərin satıldığı qənaətinə gəlmiş buna görə də əlavə vergilər hesablanmışdır. Səyyar vergi yoxlaması aktından müəyyən olunur ki, VCİABİ-nin 17 may 2024-cü il tarixli, **********1746 nömrəli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərara əsasən, eyni tarixli protokolla götürülmüş elektron sənədlərə istinad olunmuş və əlavə hesablamalar həmin elektron sənədlərdə aşkar edilmiş məlumatlara əsasən aparılmışdır. Götürülən elektron fayllar açıq məlumatdır və mühafizə ilə təmin edilməmişdir. Həmin fayl götürüldükdən sonra oradakı məlumatlara istənilən formada dəyişiklik etmək, artırma və azaltma mümkündür. Reallıqda yoxlama ilə əhatə olunan dövrdə 86 şəxsə yaşayış və qeyri yaşayış sahələri təqdim edilməmişdir. Məlumatlar həqiqəti əks etdirmir və təhrif edilmişdir. Cavabdeh “qara mühasibatlıq” sənədləri əsasında dövriyyənin bəyan ediləndən artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənmiş olsun, həmin məlumatların həqiqiliyi istiqamətində əlavə araşdırma aparmış olsun (məsələn: izahat almaq, müəssisənin qarşılıqlı fəaliyyətdə olduğu digər müəssisələrdən əlavə məlumat əldə etmək və s) başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1663/2025 nömrəli qərardadı ilə iddia tələbi ““Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********186437 nömrəli qərarın 2020-ci il üzrə 8389,83 manat ƏDV və 4194,91 manat maliyyə sanksiyası, 2023-cü il üzrə 647.713,58 manat ƏDV və 323.856,79 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. Cavabdehin etirazı Cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və "xxxx" Mənzil Tikinti Kooperativinin iddia tələbinin əsassız və qanunvericiliyin tələblərinə tam zidd olduğuna görə rədd edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən iddiaçı vergi ödəyicisi kimi 15 oktyabr 2004-cü il tarixdə fəaliyyət növü “Bütün tiplərdən olan yaşayış binaların, o cümlədən: koteclərin, çoxmənzilli evlərin tikintisi” olmaqla uçota alınmış və 01 mart 2005-ci il tarixdə əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrində mənzillərin təqdim edilməsindən 2020-ci il ərzində ƏDV-siz 10495,10 manat, 2021-ci il ərzində ƏDV-siz 19457,00 manat və 2022-ci ilərzində ƏDV-siz 25452,00 manat gəlir əldə edildiyi göstərilmişdir, yəni il ərzində qeyd olunan rəqəmlər reallıqda 1 (bir) mənzilin satış qiymətindən azdır. Göstərilənlərlə bağlı vergi əməkdaşları tərəfindən 16 may 2023-cü il tarixdə vergi ödəyicisinin Gəncə şəhəri, “Mahrasa Bağı” yaşayış massivində inşa etdiyi 10 saylı 1-ci, 10 saylı 2-ci və 10 saylı 3-cü 1 bloklu 12 mərtəbəli yaşayış binalarında müşahidə aparılmışdır. Aparılmış müşahidə zamanı həmin binalarda yerləşən mənzillərin böyük əksəriyyətində yaşayışın olduğu müəyyən edilmiş və aparılmış müşahidənin nəticələri 16 may 2023-cü il tarixli Baxış aktı ilə rəsmiləşdirilmişdir. Qeyd edilənləri, nəzərə alaraq təqdim edilmiş yaşayış sahələri üzrə əldə edilmiş gəlirlərin vergi bəyannamələrində əks etdirilməməsi səbəbilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən cavabdehin 19 may 2023-cü il tarixli, **********172023 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar”ı ilə iddiaçıda 01 aprel 2020-ci il tarixdən 01 aprel 2023-cü il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlaması zamanı 22 may 2023-cü il tarixli, **********172150 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə” nin təqdim edilməsinə, 20 noyabr 2023-cü il tarixli, **********178262 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarın çıxarılmasına və sənədlərin Məhkəmənin qərarı ilə götürülməsi üçün 13 dekabr 2023-cü il tarixli, **********278600 nömrəli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən sənədlər və qeyd olunan elektron fayllar, o cümlədən yoxlama ilə əhatə olunan dövrdə yaşayış və qeyri yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədlər yoxlamaya təqdim edilməmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 17 may 2024-cü il tarixli, **********1746 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərar”ına əsasən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 17 may 2024-cü il tarixli, **********2823 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokol”la götürülmüş qeydiyyat dəftərləri, sakinlərin rekvezit sənədləri, kommunal xərclər üzrə mədaxil qəbzləri, mənzil alan müştərilərlə bağlanmış müqavilələr, daşınmaz əmlakla bağlı borc öhdəlikləri və 1 ədəd fləş-kartda ümumi yaddaş həcmi 357 MB olan yaddaş qurğusunda – “Səma-4 MənzilTikinti Kooperativi” başlıqlı elektron qovluqda “X6 S.DTVS2..” elektron faylda olan “disk D”-də “10.3 siyahı xlsx”-də sifarişçilərin adı və qarşısındakı qrafada mənzillə barədə qiymətlər olan məlumatlar götürülmüşdür. Cavabdehin 19 may 2023-cü il tarixli, **********172023 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar”ı səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi nəzarətinin həyata keçrilməsi üzrə konkret hərəkətlərin aparılması üçün tikilmiş mənzillərin yaşayış və qeyri yaşayış sahəsinin, işçi sayı və əmək haqqı xərclərinin, yaşayış və qeyri yaşayış sahələrinin maya dəyərinin və mal-materialların silgi nömrələrinin müəyyənləşdirilməsi sahəsində xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssisin və Səyyar vergi yoxlaması zamanı yaranan sualların aydınlaşdırılması üçün təqdim edilmiş yaşayış və qeyri yaşayış sahələrinin satış qiymətlərinin bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi sahəsində xüsusi biliklərə malik olan ekspertin dəvət edilməsinə zərurət yarandığı üçün cavabdehin 28 iyul 2023-cü il tarixli **********174737 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında Qərar”ı ilə mütəxəssis və 28 iyul 2023-cü il tarixli **********174736 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında Qərar”ı ilə ekspert dəvət edilmişdir. İddiaçı tərəfindən 2020-ci, 2021-ci və 2022-ci illər üçün səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin apardığı qarşılıqlı əməliyyatlar barədə məlumatların alınması üçün 25 may 2023-cü il tarixli, **********728800 nömrəli məktubla “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 3 Saylı Gəncə Ərazi İdarəsinə (VÖEN **********), 25 may 2023-cü il tarixli, **********723300 nömrəli məktubla "xxxx" Açıq Səhmdar Cəmiyyətə (VÖEN **********), 25 may 2023-cü il tarixli, **********726400 nömrəli məktubla “Azəriqaz” İstehsalat Birliyinə (VÖEN **********) və 18 aprel 2024-cü il tarixli, **********515700 nömrəli məktubla "xxxx" Açıq Səhmdar Cəmiyyətə (VÖEN **********) müraciət edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 31 may 2024-cü il tarixli, **********116700 nömrəli məktubla, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 08 iyun 2023-cü il tarixli, **********358200 nömrəli məktubla, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 09 iyun 2023-cü il tarixli, **********909600 nömrəli məktubla və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 3 Saylı Gəncə Ərazi İdarəsi tərəfindən 04 avqust 2023-cü il tarixli, **********145700 nömrəli məktubla, aparılmış qarşılıqlı əməliyyatlar barədə məlumatlar təqdim edilmişdir. Qeyd olunan müddət ərzində vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövrdə yaşayış və qeyri yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədlər və məlumatların təhrif edilməsi ilə bağlı sübutlar vergi orqanına təqdim edilməmişdir. Lakin, səyyar vergi yoxlaması zamanı “qara mühasibatlıq” sənədləri əsasında faktiki dövriyyənin bəyan ediləndən daha artıq olması müəyyən edilmişdir. Təqdim edilmiş ekspert və mütəxəssis rəyləri kifayət qədər aydın və dolğun olmadığı üçün hesablamalar zamanı həmin rəylər nəzərə alınmamışdır. Aparılmış səyyar vergi yoxlaması zamanı gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya tam təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli və 04 aprel 2003-cü il tarixli, 42 nömrəli Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin gəlirlərinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin illər üzrə mənfəəti hesablanmış və nəticədə 2020-ci il üzrə 2.766,16 manat və 2022-ci il üzrə 1.042,34 manat, cəmi 3.808,50 manat büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı və 2021-ci il üzrə 123,40 manat büdcəyə çatacaq mənfəət vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Həmçinin, səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən 2020-ci il ərzində 14.987,74 manat, 2022-ci il ərzində 1.520,33 manat və 2023-cü il ərzində 646.912,58 manat cəmi 649.931,65 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı və 2021-ci il ərzində 3.502,26 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlər 25 iyun 2024-cü il tarixli **********172847 nömrəli “Səyyar Vergi yoxlaması Aktı” ilə rəsmiləşdirilmişdir. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-cü il tarixli, **********186437 nömrəli qərarı ilə iddiaçıya 3.808,50 manat mənfəət vergisi, 649.931,65 manat əlavə dəyər vergisi və 323.856,79 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçının iddia ərizəsində qeyd etdikləri ilə bağlı bildirilir ki, dəvət edilmiş mütəxəssisin və ya ekspertin rəylərinin yoxlamaya təqdim edilmədiyini və vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər yoxlamaya tam təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 43.11-ci maddəsinə müvafiq olaraq həmin sənədlərin vergi ödəyicisindən Məhkəmənin qərarı ilə götürülməsi üçün Ərazi Vergilər İdarəsi tərəfindən 13 dekabr 2023-cü il tarixli, **********278600 nömrəli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edilmiş, lakin məhkəmənin qərarının qanuni qüvvəyə minmədiyini nəzərə alaraq vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması müvəqqəti olaraq dayandırılmışdır (təxirə salınmışdır). Həmçinin, yoxlama ilə əhatə olunan dövrdə 86 şəxsə yaşayış və qeyri yaşayış sahələrinin təqdim edilmədiyini bildirməsi, həqiqəti əks etdirmir və təhrif edilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, cavabdeh tərəfindən keçirilmiş səyyar vergi yoxlaması qanunvericiliyin tələbinə əməl edilməklə başa çatdırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkil Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İşin halları Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli Baxış aktından görünür ki, vergi öhdəliklərinin düzgün müəyyən edilməsi məqsədi ilə vergi ödəyicisi kimi 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan "xxxx" Mənzil Tikinti Kooperativinin /VÖEN **********/ Gəncə şəhəri, “Mahrasa Bağı” yaşayış massivində inşa etdiyi 10 saylı 1-ci, 10 saylı 2-ci və 10 saylı 3-cü 1 bloklu 12 mərtəbəli yaşayış binalarında müşahidə aparılmış, müşahidə zamanı həmin binalarda yerləşən mənzillərin böyük əksəriyyətində yaşayış olduğu müəyyən edilmişdir. Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********172023 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi üzrə (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, (vergidən yayınma və ya vergi qanunvericiliyinin pozulması risk(lər)inin məzmunu - Vergi orqanında mövcud olan uçot-baza və digər əlaqəli məlumatlara əsasən, müəyyən edilən digər vergidən yayınma riskləri; risk(lər)in təsviri – Vergi ödəyicisi tərəfindən təqdim edilmiş yaşayış sahələri üzrə əldə edilmiş gəlirlərin vergi bəyannamələrində əks etdirilməməsi səbəbindən vergidən yayınma riskləri yaranmışdır.) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aprel 2020 – mart 2023 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, **********173781 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti iş həcminin çox olması ilə bağlı və əlavə araşdırmaların aparılması zərurəti yarandığı üçün 30 (otuz) iş günü artırılmışdır. xx.xx.2023-cü il tarixli, **********174797 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2023-cü il tarixli Baxış protokolundan görünür ki, Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Gəncə şəhəri, Mahrasa bağı, 10 saylı binaya baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, işçi və konstruksiya layihələri mütəxəssisə təqdim olunmuşdur. xx.xx.2023-cü il tarixli, **********175817 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2023-cü il tarixli, **********174797 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2023-cü il tarixli, **********175833 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2023-cü il tarixli, **********176807 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2023-cü il tarixli, **********175833 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2023-cü il tarixli, **********177314 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti iş həcminin çox olması ilə bağlı və əlavə araşdırmaların aparılması zərurəti yarandığı üçün 30 (otuz) iş günü artırılmışdır. xx.xx.2023-cü il tarixli, **********178688 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2023-cü il tarixli, **********179138 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2023-cü il tarixli, **********178688 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2023-cü il tarixli, **********179152 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024-cü il tarixli, **********180164 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2023-cü il tarixli, **********179152 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********180168 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024-cü il tarixli, **********180487 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2024-cü il tarixli, **********180168 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********180543 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024-cü il tarixli, **********181144 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2024-cü il tarixli, **********180543 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********181173 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024-cü il tarixli, **********181504 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2024-cü il tarixli, **********181173 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********181553 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024-cü il tarixli, **********181921 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2024-cü il tarixli, **********181553 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********181948 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024 və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ünvan 1 ünvanlarındakı hər üç binada baxış keçirilmişdir. xx.xx.2024-cü il tarixli, **********182360 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2024-cü il tarixli, **********181948 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********182386 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024-cü il tarixli, **********182651 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2024-cü il tarixli, **********182386 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********182759 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024-cü il tarixli, **********182990 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2024-cü il tarixli, **********182759 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********182990 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024-cü il tarixli, **********183201 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2024-cü il tarixli, **********182990 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********183222 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024-cü il tarixli, **********183372 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2024-cü il tarixli, **********183222 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********183405 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024-cü il tarixli, **********1746 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus olan (VÖEN: **********) “Nəzarət kitabçası”, şəxsiyyət vəsiqəsinin surəti, fəaliyyətini həyata keçirdiyi obyekt barədə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri, gəlir və xərçin uçotuna dair mühasibatlıq sənədləri, həmin sənədlərin elektron daşıyıcıda surətləri, kompüter prosessorlarının, noutbukların, fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, xidmət müqavilələri, digər zəruri sənədlər və əşyaların götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 007390 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus olan (VÖEN **********) 352 mb yaddaş kartında elektron sənədlər və əmrin surəti, 1(bir) qutuda sənədlərin (sənədlərin adları sərbəst aktda qeyd edilib) götürülməsi həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli, **********183662 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2024-cü il tarixli, **********183405 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********183675 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). xx.xx.2024-cü il tarixli, **********184048 nömrəli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə keçirilən xx.xx.2024-cü il tarixli, **********183675 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli, **********184059 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərara əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması məhkəmənin qərarı qanuni qüvvəyə minənədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, "xxxx" MTK (VÖEN **********) tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə Gəncə şəhəri, Mahrasa bağı, 10 ünvanında inşa edilmiş yaşayış və qeyri-yaşayış sahəsinin satışa yararlı sahəsi: Ümumi sahə - 9522,08 m² , o cümlədən: zirzəmi 699,57 m² (satışa yararlı – 252 m²); qeyri-yaşayış sahəsi 691,08 m²; pilləkən, dəhliz, lift, divaraltı sahə - 697,44m², yaşayış sahəsi - 7010,08 m²; mansard - 423,91 m² müəyyən edilmişdir. "xxxx" MTK tərəfindən lazımi sənədlər təqdim edilmədiyindən qərarda mütəxəssis qarşısında qoyulmuş işçi sayı və əmək haqqı xərclərinin, yaşayış və qeyri-yaşayış sahələrinin maya dəyərinin və mal-materialların silgi normalanının müəyyənləşdirilməsi suallarının icra edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, "xxxx" MTK (VÖEN **********) tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə inşa edilmiş yaşayış sahəsinin (yeni tikili binalarda suvaqlı “podmayak” satışı) 1 m2-nin bazar qiyməti 550.0 Azn, qeyri-yaşayış sahəsinin (yeni tikili binalarda suvaqlı “podmayak” satışı) 1m2-nin bazar qiyməti 800.0 Azn, Mansardın 1m2-nin bazar qiyməti 275.0 Azn təşkil etmişdir. xx.xx.2024-cü i tarixli, **********172847 nömrəli “Səyyar vergi yoxlaması” barədə Aktan görünür ki: Vergi Məcəlləsinin 38.3.5 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilər və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlaması zamanı təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyünü yoxlayarkan kooperativ tərəfindən təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 159cu, 166-cı və 175-ci maddələrinə əsasən mənzil tikintisi və təqdim edilməsi ilə bağlı vergi tutulan dövriyyənin və əvəzləşdirilən dövriyyənin aylar üzrə düzgün göstərilməməsi nəticəsində 2020-ci ilin aprel ayı üzrə 16748,05 manat, 2022-ci ilin sentyabr ayı üzrə 5034,78 manat, noyabr ayı üzrə 132,71 manat və 2023-cü ilin mart ayı üzrə 647713,58 manat, cəmi 669629,12 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı və 2020-ci ilin son 7 ayı üzrə 1760,31 manat, 2021-ci il üzrə 3502,26 manat, 2022-ci il üzrə 3647,16 manat və 2023-cü ilin ilk 2 ayı üzrə 801,00 manat, cəmi 9710,73 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Kənarlaşmaya səbəb aşağıdakılar olmuşdur: -Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 17 may 2024-cü il tarixli, **********1746 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarına əsasən, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən 17 may 2024-cü il tarixli, **********2823 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokolla götürülmüş müqavilələr, arayışlar və 1 (bir) ədəd flaşkartda yerləşdirilmiş elektron fayıldakı sənədlər yoxlanılmışdır. Vergi ödəyicisindən götürülmüş müqavilə və arayışlara əsasən, 3-cü binada 2020-ci ilin aprel ayı ərzində 2 ədəd 63 və 69 nömrəli mənzillərin X9 110000,00 manata (ǝdv-li) satıldığı, 1-ci binada 2022-ci ilin sentyabr ayı ərzində 1 ədəd qeyri-yaşayış sahəsinin X4 40000,00 manata (ədv-li) (arayışlara əsasən ödəniş 2022-ci ilin sentyabr ayı 35000,00 manat və noyabr ayı üzrə 5000,00 manat) satıldığı müəyyən edilmişdir. Yoxlama ilə Vergi Məcəlləsinin 159.1 və 166-cə maddələrinə əsasən, həmin məbləğlər dövriyyədə bərpa edilərək 22881,36 manat vergi məbləğinin hesablanılması, 11440,68 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Həmçinin, vergi ödəyicisindən götürülmüş elektron sənədlər əsasında 1 (bir) ədəd qara rəngli fləşkarıda ümumi yaddaşı 357 MB olan yaddaş qurğusunda “Səma-4 mtk” başlıqlı elektron qovluqda “X7 S.DTVS2...” elektron faylda olan “disk D”-də 10.3 siyahı xlsx-də sifarişçilərin adı və qarşısındakı qrafada mənzillər barədə qiymətlər 86 sayda şəxsə 4244200,00 manat (ədv-li) dəyərdə mənzil və qeyri yaşayış sahəsinin təqdim edildiyi göstərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV üzrə bəyannamələrdə həmin təqdim edilmələr bəyan edilməmişdir. Yoxlama nəticəsində Vergi Məcəlləsinin 159-cu, 166-cı və 175-ci maddələrinə əsasən, ümumilikdə 669629,12 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı, 9710,73 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin isə artıq hesablandığı və əlavə dəyər vergisinin azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, 334814,57 manat maliyyə sanksiyasının tətbiq edilməli olduğu müəyyən edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1406/2024 nömrəli qərardadına əsasən, iddiaçı Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “sənədlərin götürülməsi” tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri götürülməsi barədə iddiaçının ərizəsi təmin edilmiş, iş üzrə icraata xitam verilmişdir. xx.xx.2024-cü il tarixli, **********186437 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, 2020-ci il üzrə 2766.16 manat mənfəət vergisi, 1383,08 manat maliyyə sanksiyası, 2022-ci il üzrə 1042.34 manat mənfəət vergisi, 521.17 manat maliyyə sanksiyası, 2020-ci il üzrə 16748.05 manat ƏDV, 8374.03 manat maliyyə sanksiyası, 2022-ci il üzrə 5167.49 manat ƏDV, 2583.75 manat maliyyə sanksiyası, 2023-cü il üzrə 647713.58 manat ƏDV, 323856.79 manat maliyyə sanksiyası hesablanmışdır. Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İddiaçı barəsində olan xx.xx.2024-cü il tarixli **********1746 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarın və tərtib edilmiş xx.xx.2024-cü il tarixli 007390 nömrəli (AVİS qeydiyyat nömrəsi: **********2823) “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokol”un surətləri məhkəməyə təqdim edilmiş, qərara əsasən, götürülmüş sənədlərin təhvil-təslim aktı isə "xxxx" Mənzil Tikinti Kooperativində (VÖEN:**********) səyyar vergi yoxlamasını keçirən 14 saylı Ərazi Vergi İdarəsinə təhvil verilməsi səbəbindən sənədlərin sürətlərinin məhkəməyə göndərilməsinin təmin edilməsi ilə bağlı aidiyyəti vergi orqanına məktubla müraciət edilmişdir. Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 17 may 2024-cü il tarixli, **********1746 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarına əsasən, "xxxx" Mənzil Tikinti Kooperativindən (VÖEN **********) götürülmüş sənədlər USB fləş kart vasitəsilə Ərazi Vergilər İdarəsi tərəfindən əlbəəl məhkəməyə təqdim edilmişdir. Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş fləşkartda “Sema-4 mtk” adlı qovluqda “Sema-4 mtk” adlı fayl, onun daxilində “X8 S.N - DTVS2...” faylda olan “disk D”-də “10.3 siyahı” adlı Excel sənədində şəxslərin adı və qarşısındakı qrafalarda rəqəmlər göstərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 6. Dövlət vergiləri 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.3. əlavə dəyər vergisi; Maddə 11. Vergi anlayışı Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.4-1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə - xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək. 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 40. Səyyar vergi yoxlamasının keçirilməsi üçün vergi orqanlarının vəzifəli şəxslərinin ərazilərə və ya binalara daxil olması 40.1. Səyyar vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazisinə və ya binasına (yaşayış binaları (sahələri) istisna olmaqla) bilavasitə daxil olması həmin şəxslər tərəfindən öz xidməti vəsiqələrini və vergi orqanının rəhbərinin (onun müavininin) həmin vergi ödəyicisində səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarını və ya məhkəmənin qərarını təqdim etdikdən sonra həyata keçirilir. Maddə 41. Baxış protokolu 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Maddə 153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Maddə 178. ƏDV üzrə hesabat dövrü ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi” Qaydaları

6. Səyyar vergi yoxlamasının formaları və onun təşkili prinsipləri 6.1. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 6.2. Səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38-ci maddəsinin müddəalarına müvafiq bu Qaydaların 13-cü hissəsinin tələbləri nəzərə alınmaqla vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar”ına (Əlavə 2) əsasən həyata keçirilir. 6.3. Səyyar vergi yoxlaması yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalıdır. 6.5. Növbədənkənar səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təyin edilir. 6.7. Səyyar vergi yoxlaması Vergi Məcəlləsi ilə müəyyən edilən müddətlərə uyğun olaraq həyata keçirilir. 6.9. Səyyar vergi yoxlaması vergi ödəyicisinin və ya sığortaedənin, yaxud sığortalının təsərrüfat subyektində (obyektində), təsərrüfat subyekti (obyekti) olmadığı halda isə vergi orqanının müəyyən etdiyi yerdə həyata keçirilir.

8. Müddətlərin müəyyən edilməsi 8.11. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. 8.12. Müstəsna hallarda, yəni səyyar vergi yoxlamasının başa çatdırılması mümkün olmadıqda yuxarı vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında Qərar”ına (Əlavə 11) əsasən səyyar vergi yoxlamasının müddəti 90 iş gününə qədər artırıla bilər. 8.13. Səyyar vergi yoxlamasının nəticələri üzrə akt yoxlama başa çatdıqdan sonra 3 iş günü müddətində tərtib edilir. 8.17. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin və ya sığortaedənin, yaxud sığortalının iş vaxtı ərzində həyata keçirilməlidir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(102)- 524/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)-354/2025 nömrəli, xx.xx.2025 il tarixli 2- 1(102)-513/2025 Qərardadları

“İnzibati icraat haqqında” Azərbaycan Resbublikasının Qanunu Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin iddiaçı tərəfindən iddia müddətinə riayət olunması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək, həmçinin vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********186437 nömrəli qərarın 2020-ci il üzrə 8389,83 manat ƏDV və 4194,91 manat maliyyə sanksiyası, 2023-cü il üzrə 647.713,58 manat ƏDV və 323.856,79 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsidir. Əvvəla qeyd ediməlidir ki, xx.xx.2023-cü il tarixli Baxış aktından görünür ki, cavabdeh orqan tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinin Gəncə şəhəri, “Mahrasa Bağı” yaşayış massivində inşa etdiyi 10 saylı 1-ci, 10 saylı 2-ci və 10 saylı 3-cü 1 bloklu 12 mərtəbəli yaşayış binalarında müşahidə aparılmışdır. Məhkəmə cavabdehin bu hərəkətini qanuni hesab etmir. Belə ki, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, həmin baxış isə yoxlamanın keçirilməsi barədə qərarın qəbul edilməsindən əvvəl həyata keçirilmişdir. Halbuki Vergi Məcəlləsinin 41.1-ci maddəsində, vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilməsinin mümükünlüyü qeyd olunmuş və aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirməli olması göstərilmişdir. Normanının mənasına görə vergi orqanı tərəfindən baxış vergi nəzarəti tədbirləri ilə əlaqədar həyata keçirilə bilər. Vergi qanunveriliciliyində isə vergi nəzarəti tədbirləri kimi kameral və səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti tədbirləri nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul etməzdən əvvəl iddiaçıya məxsus obyektə baxış keçirməkdə haqlı olmamışdır. Digər tərəfdən Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilməklə xx.xx.2023-cü il tarixdə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar qəbul edilmiş və "xxxx" Mənzil Tikinti Kooperativi üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aprel 2020 – mart 2023 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, vergidən yayınma və ya vergi qanunvericiliyinin pozulması risk(lər)inin məzmunu kimi- Vergi orqanında mövcud olan uçot-baza və digər əlaqəli məlumatlara əsasən, müəyyən edilən digər vergidən yayınma riskləri; risk(lər)in təsviri – Vergi ödəyicisi tərəfindən təqdim edilmiş yaşayış sahələri üzrə əldə edilmiş gəlirlərin vergi bəyannamələrində əks etdirilməməsi səbəbindən vergidən yayınma risklərinin yaranmasını qeyd etmişdir. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin konkret əsasları qeyd edilmiş, həmin əsaslardan biri Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Lakin cavabdeh qərarını əsaslandırmamışdır. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********186437 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, 2020-ci il üzrə 2766.16 manat mənfəət vergisi, 1383,08 manat maliyyə sanksiyası, 2022-ci il üzrə 1042.34 manat mənfəət vergisi, 521.17 manat maliyyə sanksiyası, 2020-ci il üzrə 16748.05 manat ƏDV, 8374.03 manat maliyyə sanksiyası, 2022-ci il üzrə 5167.49 manat ƏDV, 2583.75 manat maliyyə sanksiyası, 2023-cü il üzrə 647713.58 manat ƏDV, 323856.79 manat maliyyə sanksiyası hesablanmışdır. Hazırda iddiaçı tərəfindən həmin qərarın 2020-ci il üzrə 8389,83 manat ƏDV hesablanması və 4194,91 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2023-cü il üzrə 647.713,58 manat ƏDV hesablanması və 323.856,79 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissələri mübahisələndirilir. xx.xx.2024-cü il tarixli, **********172847 nömrəli “Səyyar vergi yoxlaması” barədə Aktdan müəyyən olunur ki, vergi ödəyicisindən götürülmüş müqavilə və arayışlara əsasən, 3-cü binada 2020-ci ilin aprel ayı ərzində 2 ədəd 63 və 69 nömrəli mənzillərin X9 110000,00 manata (ǝdv-li) satıldığı müəyyən edilmiş, buna görə də iddiaçıya 2020-ci il üzrə 16748.05 manat ƏDV hesablanmış və 8374.03 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı 2020-ci ilin aprel ayı ərzində 2 ədəd mənzilin X9 hər biri 55000 manat olmaqla ümumi 110000,00 manata satılmasını qəbul etməyərək qeyd etmişdir ki, X1 mənzilin biri sonuncu tərəfindən geri qaytarılmışdır. Ona görə də 2020-ci ilin aprel ayında 2 mənzilin satılmasına görə hesablanmış ƏDV-nin və maliyyə sanksiyanın 1 mənzilə uyğun hissəsini qəbul etsələr də, digər 1 mənzilə uyğun hissəsini (8389,83 manat ƏDV və 4194,91 manat maliyyə sanksiyası) qanunsuz hesab edir. Məhkəmə vergi orqanı tərəfindən qəbul edilmiş qərarın mübahisələndirilən qeyd olunan hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən X1 1 mənzillə bağlı alğısatqı müqaviləsinin ləğv edilməsi barədə sənədin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Belə ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********1746 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarına əsasən, "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus olan zəruri sənədlər və əşyaların götürülməsinin həyata keçirilməsi qərara alınmış və həmin qərar əsasında xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 007390 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib edilməklə, "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus olan 352 mb yaddaş kartında elektron sənədlər və bir qutuda sənədlər götürülmüşdür. Məhkəmə tərəfindən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə götürülmüş sənədlərin surətlərinin məhkəməyə göndərilməsi barədə sorğu verilmiş, Baş İdarə tərəfindən sənədlərin 14 saylı Ərazi Vergi İdarəsinə təhvil verildiyi bildirilmişdir. 14 saylı Ərazi Vergi İdarəsi tərəfindən elektron sənədlər mövcud olan yaddaş kartı məhkəməyə təqdim edilmiş, lakin kağız daşıyıcıda olan sənədlər məhkəməyə təqdim olunmamışdır. X5 Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh vergi orqanı isə 2020-ci il üzrə ƏDV-ni vergi ödəyicisindən götürülmüş müqavilə və arayışlara əsasən hesablamışdır. Ona görə də məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qeyd olunan hissədə ləğv edilməlidir. Vergi orqanı tərəfindən qəbul edilmiş qərarın mübahisələndirilən digər hissəsi ilə bağlı qeyd olunur ki, xx.xx.2024-cü il tarixli, **********172847 nömrəli “Səyyar vergi yoxlaması” barədə Aktdan müəyyən olunur ki, “vergi ödəyicisindən götürülmüş elektron sənədlər əsasında 1 (bir) ədəd qara rəngli fləşkartda ümumi yaddaşı 357 MB olan yaddaş qurğusunda “Səma-4 mtk” başlıqlı elektron qovluqda “X7 S.DTVS2...” elektron faylda olan “disk D”-də 10.3 siyahı xlsx-də sifarişçilərin adı və qarşısındakı qrafada mənzillər barədə qiymətlər 86 sayda şəxsə 4244200,00 manat (ədv-li) dəyərdə mənzil və qeyri yaşayış sahəsinin təqdim edildiyi göstərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV üzrə bəyannamələrdə həmin təqdim edilmələr bəyan edilməmişdir.” Buna görə də iddiaçı barəsində 2023-cü il üzrə 647.713,58 manat ƏDV hesablanmış və 323.856,79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş elektron daşıyıcıdafləşkartda mövcud olan sənədlərə məhkəmə tərəfindən baxış keçirilmiş, cavabdehin göstərdiyi “10.3 siyahı” adlı Excel sənədində yalnız şəxslərin adları və onların qarşısındakı qrafalarda rəqəmlər qeyd olunmuş, həmin sənədin məhz "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus olması, malın nədən ibarət olması, hansı əməliyyatların həyata keçirilməsi, əməliyyatın dövrü və digər zəruri məlumatlar qeyd olunmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh orqan qanunvericiliyin tələblərini pozaraq əlavə araşdırma aparmadan mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə etmişdir. Halbuki vergi orqanı vergilərin hesablanması zamanı yalnız rəsmi sənədlərdən, qanunvericliyə uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən sənədlərindən istifadə edə bilər. Həmçinin qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz mənbələrlə birlikdə qiymətləndirilməlidir. Qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün yetərli məlumatları əks etdirməlidir. İlk növbədə həmin sənədlərin barəsində hesablama aparılan şəxsə məxsusluğu sübut olunmalı, bununla yanaşı, məlumatların hansı əməliyyatı əks etdirməsi - alış, satış, borc və sairə, təqdim edilən malın (işin, xidmətin) adı, növü, ölçüsü, miqdarı, əməliyyatın dövrü, pul vəsaitinin daxil olub-olmaması müəyyən olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qərar 2023-cü il üzrə 647.713,58 manat ƏDV-nin hesablanması və 323.856,79 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində də ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Resbublikasının Qanununun tələblərinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********186437 nömrəli qərar 2020-ci il üzrə 8389,83 manat ƏDV-nin hesablanması və 4194,91 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2023-cü il üzrə 647.713,58 manat ƏDV-nin hesablanması və 323.856,79 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissələrində ləğv edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 32.1, 70.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş iddia təmin edilsin. Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********186437 nömrəli qərar 2020-ci il üzrə 8389,83 manat ƏDVnin hesablanması və 4194,91 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2023-cü il üzrə 647.713,58 manat ƏDV-nin hesablanması və 323.856,79 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissələrində ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar