Məhkəmə qərarları › İş №2-1(114)-1665/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1665/2020

30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1665/2020 30.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçı Qasımova Şövkət Əvəz qızının iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər X13, X14, X7, X8, X12, X9) qarşı Şəmkir rayon X2 qərarının qismən ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı Şəmkir rayon X2 xx.xx.1999-cu il tarixli 68 saylı qərarının qismən, yəni X10, X11, X3, X4, X6 və X5 münasibətdə ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, oxumayazma bilmir, bu səbəbdən də torpaq sahəsinin ona verilməsi barədə şəhadətnamə təqdim edilən zaman üçüncü şəxslərin birgə mülkiyyətçilər kimi həmin sənəddə qeyd olunmasından məlumatı olmamışdır. Üçüncü şəxslərdən X13 aqrar islahat aparılmamışdan əvvəl - 1985-ci ildə vəfat etmiş, oğlu, gəlini və nəvələri isə 1980-ci ildən Rusiya Federasiyasına köçməklə bugünədək orada yaşayırlar. Şəhadətnamə həmişə onda olmuş, öz evində saxlamışdır. Bundan başqa ona dövlət aktı da verilmiş və həmin sənəddə də üçüncü şəxslər birgə mülkiyyətçilər kimi göstərilmişdir. Lakin o, dövlət aktını mübahisələndirmir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). İş materiallarında olan JN 2270A, KOD 50401004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Şəmkir Rayon X2 xx.xx.1999-cu il tarixli 68 saylı qərarına əsasən Şəmkir rayonu, Morul kənd sakini X10 və onun ailə üzvləri İddiaçı, X7, X6 (şəhadətnamədə Aminə qeyd olunub), X11, X4, X5 0,12 hektar torpaq sahəsi mülkiyyətə verilmiş, şəhadətnamənin bir surəti X10 təqdim edilmişdir. Həmin dövlət aktına DTXK Şəmkir rayon şöbəsinin və X1 möhürləri ilə xx.xx.2003-cü il tarixdə təsdiq edilmiş həyətyanı torpaq sahəsinin qaiməsi/sertifikatı əlavə edilmişdir. İş materiallarında olan Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının Aparatının Q- 107/2-091 nömrəli xx.xx.2020-ci il tarixli iddiaçıya ünvanladığı imtinasında qeyd olunur ki, “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. İddiaçı tərəfindən həmin müddət ötürüldüyündən şikayətə baxılması imkan xaricindədir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu cür məhdudiyyətlərdin biri də iddia müddətləridir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarım vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Çünki, iddiaçı tərəfindən verilmiş iddia mübahisələndirmə iddiasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın qəbul (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli X2 qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası X2 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar islahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət X2 qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Doğrudur, qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını da istisna etmir. Belə ki, İPM-nin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. İddiaçı da bu normaya əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. İddiaçı müddətin buraxılmasını onunla izah edir ki, oxuma –yazma bilmir, bu səbəbdən də şəhadətnamədə göstərilən torpağa dair üçüncü şəxslərin hüquqlarının olduğundan məlumatı olmamış, iddia qaldırmazdan bir neçə ay əvvəl fərdi yaşayış evinə hüquqmüəyyənedici sənəd alınması üçün aidiyyatı quruma müraciət etdikdə bunu bilmişdir. Lakin Məhkəmə hesab edir ki, bu hal iddianın mümkün sayılmasına əsas vermir. Ona görə ki, iddiaçının marağı olduğu torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri ilə 20 ildən artıq müddətdə maraqlanmaması ağlabat deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının torpağa üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatın olmaması barədə nəticəyə gəlmək çətindir. Məhkəmə onu da qeyd edir ki, müddətin üzrlü hesab edilməsi üçün tutarlı sübutlar təqdim edilməmişdir. Halbuki, müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. İddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün isə göstərilən hallar mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmamalı və onun iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməsin. İddiaçıCavabdehnə (üçüncü şəxslər X13, X14, X7, X8, X12, X9) qarşı Şəmkir rayon X2 xx.xx.1999-cu il tarixli 68 saylı qərarının qismən, yəni X10, X11, X3, X4, X6 və X5 münasibətdə ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar