Məhkəmə qərarları › İş №2-1(114)-1666/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1666/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1666/2020 11.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X2, cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1, üçüncü şəxs Mənzil İnşaatı Dövlət Agentliyinin vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti və Mənzil İnşaatı Dövlət Agentliyi) yaşayış obyektinin inşa olunmasına maneənin törədilməməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdehlər Gəncə Şəhər İcra Hakimiyyətinə, Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyətinə və Mənzil İnşaatı Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2019cu il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Tağı Arani, indiki Bayraq Meydanı küçəsində yerləşən ona məxsus 68.9 kv/m sahəsi olan torpaq sahəsində tikinti işləri aparılmasına dair Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ona sərəncam, eləcə də layihə verilməsi və ona dəyən maddi və mənəvi ziyanın kompensasiya şəklində ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti və Mənzil İnşaatı Dövlət Agentliyi) yaşayış obyektinin inşa olunmasına hər hansı maneənin törədilməməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək, iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı yaşayış obyektinin inşa olunmasına maneənin törədilməməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar